Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə19/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

84
ƏLİ FƏRƏCOV
Azərbaycan elmi ictimaiy yətinin 
görkəmli  nüma yəndə lərindən  olan 
tanınmış  dəyərli  alim,  onu  tanı yan-
ların  qəlbində  özünə  əbədi  hey kəl 
ucaldan  böyük  şəx siyyətlərdən  biri 
də Əli Abbas Ağa oğlu Fərəcovdur. 
Əli müəllim 1927-ci ilin 7 iyununda 
qədim İrəvan şəhərinin Dəmirbulaq 
məhəlləsində,  sayılıb-seçilən  zi-
yalı  ailəsində  Fərəcovlar  ailəsində  dün yaya  gəlmişdi. 
Professor  Aydın  Hacı yev  1997-ci  ildə  “Azərbaycan 
müəllimi”  qəzetində  Əli  müəllimin  atası  Abbas  Ağa 
Fərəcov haqqında yazır: “Abbas Ağa dövrünün sayılan, 
seçilən,  mütə rəqqi  fikirli,  dərin  intellektual  səviyyəli 
ziyalılarından  olmuş dur.  O,  İrəvan  Gimnaziyasını  bi-
tirib, Almaniyanın  Leypsiq  Universitetinin  iqtisadiyyat 
fakultəsində  təhsilini  başa  vurmuş dur.  Vaxtıilə  İrəvan 
ziyalıları  İrəvan  şəhərinin  Dəmirbulaq  məhəlləsində 
yaşayan Abbas Ağanın  evinə toplaşar elmi-ədəbi möv-
zularda  söhbətlər  disputlar  keçirər  və  bir  sözlə  onun 
evi elmi-ədəbi məclisə çevrilərdi. Bu bir həqiqətdir ki, 
İrəvan  şəhərinə  su  çəkdirən,  Ermənistan  ərazisində  ya-
şayan  soydaş ları mızın  maariflənməsi  uğrunda  çalışan 
xey riyyəçilərdən  biri  də  Əli  Fərəcovun  atası  Abbas 
Ağa  olmuşdur.  Əli  müəllimə  xas  olan  gözəl  ziyalı 


85
keyfiyyətləri atası Abbas Ağa Fərəcovdan gəlmişdir”. O, 
hələ orta məktəbdə oxuduğu illərdə öz sərraslığı, zəkası, 
istedadı ilə öz həmyaşıdlarından fərqlənir, müəllim ləri-
nin sevimlisinə çevrilmişdi.
Əli  müəllim  İrəvan  Pedaqoji  Texnikumunda  təhsil 
almaqla yanaşı, həm də İrəvandakı hərbi zavodda çilingər 
kimi çalışırdı. Pedaqoji məktəbi bitirdikdən sonra 1944-
46-cı illərdə “Ermənistan”ın Qəmərli rayonun Ciləxanlı 
kənd 7 illik mək təbində müəllim işləmişdir.
1946-cı  ildə  Bakı  Dövlət  Universitetinin  filologiya 
fakultəsinə  daxil  olan  Əli  müəllim,  1951-ci  ildə  oranı 
uğurla  bitirdikdən  sonra  təyinatla  universitetdə  labo-
rant  saxlanılmışdı.  1952-ci  ildə  “Toxucular”  pioner 
düşərgəsinin  rəisi  təyin  edilmişdi.  1952-60-cı  illərdə 


86
Azərbaycan Dövlət Nəşriyyatında kiçik redaktor, böyük 
redaktor vəzifələrində çalışmışdır. Əli müəllim 1960-cı 
ildə  “Azərtədrisnəşrə”  böyük  redaktor  təyin  edilmişdir. 
1957-ci ildə rus məktəblərinin 6-cı sinfi üçün “Azərbaycan 
dili”  dərsliyini  nəşr  etdirən  Əli  müəllim  1964-cü  ildə 
“Müxtəsər dilçilik lüğəti” kitabını çap etdirmişdi. 1961-
ci  ildə  indiki ADPU-nin  aspiranturasına  daxil  olan  Əli 
Fərəcov 1964-cü ildə oranı uğurla bitirərək 1965-ci ildə 
namizədlik,  1972-ci  ildə  isə  doktorluq  dissertasiyasını 
uğurla müdafiə etmişdir. Ə.Fərəcov bir sıra elmi-metodik 
kitabların,  həmçinin  Azərbaycan  və  rus  ümumtəhsil 
məktəbləri üçün dərs vəsaiti və dərsliklərin müəllifidir.
Professor Həsən Balıyev Əli Fərəcovun elmi-metodik 
fəaliyyəti haqqında yazır: “Bəli, nə üçün, necə yazaca-
ğını bacaran elm adamı idi. Onun 15 il ərzində yazıb çap 
etdirdiyi əsərlər bəzi, dırnaqarası 50 illik tədqiqatçıların 
yazıb çap etdir diyi əsərlərdən qat-qat çoxdur.
Ə.Fərəcovun elmi və pedaqoji fəaliyyəti indiki Az-
ər bay can  Dövlət  Pedaqoji  Universiteti  ilə  sıx  bağlı 
olmuşdur.  O,  burada  müəllim,  baş  müəllim,  dosent, 
pro fessor, dekan müa vini, dekan, institutun “Elmi əsər-
ləri”nin məsul katibi kimi vəzifələrdə çalışmışdır.
Ə.Fərəcov 11 may 1977-ci ildə qəflətən vəfat etmiş, 
onun  vəfatı  respublikamızın  elmi  ictimaiyyətini  və 
eyni zamanda digər ölkələrin elmi nümayəndələrinə də 
böyük təsir göstərmişdir. Keçmiş SSRİ Pedaqoji Elmlər 
Akademiyasının  akade miki,  pedaqoji  elmlər  doktoru, 
professor  AV.Tekucev  görkəmli  alim  Ə.Fərəcovun  və-


87
fatı  münasibətilə  göndərdiyi  teleqramda  yazır:  “Mən 
Əlidəki  təmkinliyi,  zəkanı,  istedadı,  səmimiliyi  yüksək 
qiymətləndirirdim. Bu keyfiyyətlər hər kəsə nəsib olmur. 
Təəssüf  ki,  Azərbaycan  yüksək  səviyyəli  bir  alimi 
ömrünün çiçəkləndiyi bir vaxtda itirdi”.(8; 17)


88
YUSİF YUSİFOV
Xalqımızın görkəmli ziyalıların-
dan  biri  də  Yusif  Bəhlul  oğlu 
Yusifov dur. O, 1929-cu ildə sentyabr 
ayının  23-də  “Ermənistan”ın  Vedi-
basar  mahalının  Böyük  Vedi 
kəndində  anadan  olmuşdur.  1943-
cü  ildə  İrəvan  Azərbaycanlı  Peda-
qoji  məktəbinə  daxil  olan  Yusif 
Yusifov, 1946-cı ildə həmin məktəbi 
bitirdikdən  sonra  təhsilini  Sank-Peterburq  şəhərin dəki 
Dövlət  Universitetində  davam  etdir mişdir.  1952-ci  ildə 
həmin universitetin İran filologiyası şöbəsini bitirib. 1952-
ci  ildə Azərbaycan  Milli  Elmlər Akademiyasının  Tarix 
və Fəlsəfə İnstitutunda ilk əmək fəaliyyətinə başlamışdır. 
Yusif müəllim 1953-1956-cı illərdə görkəmli şərqşünas 
alim  İ.M.Dyakonovun  aspirantı  olmuşdur.  O,  1958-ci 
ildə  namizədlik,  1965-ci  ildə  isə  tarix  elmləri  doktoru 
alimlik  dərəcəsi  almışdır.  Yusif  Yusifov  1967-ci  ildən 
ömrünün sonunadək indiki Azərbaycan Dövlət Pedaqoji 
Universitetində çalışmışdır. Göründüyü kimi Yusif müəl-
limin  pedaqoji  fəaliyyətinin  ünvanları  çox  olmasa  da, 
işlədiyi Pedaqoji Universitetdə öz elmi, təşəbbüskarlığı, 
əzmkarlığı və təşkilatçılığı ilə layiqli hörmət qazanmışdır. 
Ömrünü  pedaqoji  kadrların  hazırlanmasına  həsr  edən 
Yusif  müəllim  hər  zaman  öz  hazırlığı,  elmi  savadı  ilə 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə