Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə18/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

78
PEDAQOJİ MƏKTƏBİN GÖRKƏMLİ
MƏZUNLARINDAN BİR QİSMİ
Budaq Budaqov
Azərbaycanın  görkəmli  alimi, 
AMEA-nın  həqiqi  üzvü,  coğrafiya 
elmləri  doktoru,  professor,  Budaq 
Əbdüləli  oğlu  Budaqov  1928-ci 
ildə  “Ermənistan”ın  Zəngibasar 
rayonun  Çobankərə  kəndində  ana-
dan  olmuşdur.  O,  1940-cı  ildə  ra-
yonun  Mehmandar  kəndindəki  natamam  orta  məktəbi 
bitirdikdən  sonra  1941-ci  ildə  İrəvan  Azərbaycanlı 
Pe daqoji  məktəbinə  daxil  olmuşdür.  Müharibənin 


79
başlanması  üzündən  Budaq  müəllim  təhsilini  yarımçıq 
qoymağa  məcbur  olmuş,  1941-45-ci  illərdə  Çobankərə 
kolxozunda briqadir köməkçisi kimi çalışmışdır.
1945-ci  ildə  təhsilini  davam  etdirərək  1947-ci  ildə 
İrəvan Pedaqoji Məktəbini bitirmişdir.
Budaq  müəllim  hələ  Pedaqoji  Məktəbdə  oxuduğu 
vaxtlarda  öz  istedadı,  ictimai  fəaliyyəti  ilə  müəllim 
və  tələbə  kollektivinin  böyük  rəğbətini  qazana  bil-
mişdi. Hərdən Budaq müəllimlə görüşəndə  İrəvan Pe-
daqoji  Məktəbindən  söhbət  düşəndə  ona  dərs  demiş 
müəllimlərindən  Rus  dili  müəllimi  Mehdi  Kazımovu, 
coğrafiya müəllimi Ələşrəf Bayramovu, riyaziyyat mü-
əllimi  Təvəkkül  Kərimov,    Surə  müəlliməni,  Təvəkkül 
müəllim,  pedaqogikadan  Səkinə  müəlliməni,  məktəbin 
Budaq Budaqov solda, Əliyev Mirisa ortada, Tapdıq Həsənov 
sağda.


80
direktoru Həbib Məhəmmədzadəni və başqalarını böyük 
hörmət  və  minnətdarlıqla  xatırlayar,  bilik  verməkdə 
onların əvəzsiz pedaqoqlar olduğunu deyərdi.
Budaq müəllim 1947-51-ci illərdə indiki Azərbaycan 
Dövlət  Pedaqoji  Universitetinin  coğrafiya  fakultəsində 
təhsil  alıb.  APİ-nin  coğrafiya  fakultəsini  fərqlənmə   
diplomu  ilə   bitirən   Budaq  müəllim  1951-55-ci  illərdə   
keçmiş    SSRİ  EA-nın  Coğrafiya  İnstitutunun  aspirantı 
olub.
1955-ci  ildə  “Cənub-Şərqi  Qafqazın  Şimal  yama-
cının  geomorfologiyası”  mövzusunda  namizədlik  dis-
sertasiyası  müdafiə  edərək  coğrafiya  elmləri  namizədi 
alimlik dərəcəsinə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 
akademik Budaq Budaqovu «Şöhrət» ordeni ilə təltif edərkən


81
1955-58-ci illərdə indi ki, Azərbaycan Milli Elmlər 
Akademiyasının  Coğrafiya  İnstitutunda  elmi  işçi,  baş 
elmi işçi kimi çalışan Budaq müəllim 1967-ci ildə “Böyük 
Qafqazın  Azərbaycan  hissəsinin  geomorfologiyası  və 
tektonikası”  mövzusunda  dissertasiya  müdafiə  edərək 
coğrafiya elmləri doktoru alimlik dərəcəsinə layiq görül-
müşdür.  B.Budaqov  1974-83  və  1986-89-cu  illərdə     
AMEA-nın Coğrafiya institu tunun elmi işlər üzrə direktor 
müavini,  1989-cu  ildən  ömrünün  sonunadək  həmin 
İnstitutun direktoru vəzifəsində çalışmışdır.
1976-cı ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə 
isə həqiqi üzvü seçilmişdir.
Coğrafiya elminin görkəmli nümayəndələrindən olan 
Budaq Budaqovun coğrafiyaşünaslıq elminin inkişafında 
böyük və səmərəli xidmətləri olmuşdur. Görkəmli alim 
bütün  mənalı  ömrünü  coğrafiya  elminin  inkişafına  sərf 
etmişdir.
Budaq  Budaqovun  tədqiqatlarının  nəticələri  ölkə-
mizdə  və  müxtəlif  ölkələrdə  nəşr  edilmiş  800-ə  yaxın 
elmi  əsərdə,  o  cümlədən  30  monoqrafiyada  öz  əksini 
tapmışdır. Budaq müəl lim bir sıra dərslik, metodik vəsaitin 
müəllifidir.  20-yə  qədər  xəritənin  müəlliflərindən    biri 
olan B.Budaqov 80-dən artıq elmi əsərin redaktorudur.
Görkəmli alim ömrü boyu ekologiya və ətraf mütitin 
qorunmasını,  ölkəmizin  zəngin  sərvətlərindən  səmərəli 
istifadə  olunmasını  təbliğ  etmişdir.  B.Budaqovun  elmi, 
ictimai və pedaqoji fəaliyyəti vəhdət təşkil etmişdir.
Belə  ki,  ölkəmizin  hüdudlarından  kənarda,  beynəl-


82
xalq simpozium və konfranslarda, ən mühüm tədbirlərdə, 
yüksək  tribunalarda  məruzə  və  çıxışları  ilə  hər  zaman 
elmimizi  yüksək  səviyyədə  təmsil  edən  görkəmli  alim, 
həm  də  bacarıqlı  elm  təşkilatçısı  idi.  Coğrafiya  el-
minə  böyük  töhfələr  vermiş  Budaq  Budaqov  həm  də 
Azərbaycan  Respublikası  Ağsaqqallar  Şura sının  sədri 
idi. Fədəkar alim, yorulmaz tədqiqatçı Budaq Buda qov 
elm tariximizdə əbədi yaşayacaq haqqını qazanmış alim 
və şəxsiyyətlərdəndir.
Akademik  B.Budaqov    həmişə  fəxrlə  bildirərdi  ki, 
“İrəvan  Pedaqoji  məktəbdə  təhsil  aldığı  dövr  onun  hə-
yatında silinməz izlər buraxmışdır”.


83
ZƏRİFƏ BUDAQOVA
Zərifə Budaqova 1929-cu il aprel 
ayının 28-də qədim İrəvan şəhərinin 
Dəmirbulaq  məhəlləsində  anadan 
olmuşdur. Zərifə xanım 1942-ci ildə 
İrəvan  Pedaqoji  Məktəbinə  da xil 
olur və bu təhsil ocağını bitir dik dən 
sonra İrəvan Azərbaycanlı Peda qoji 
İnstitutunun  filologiya  fakultəsinə 
daxil  olmuş.  1949-cu  ildə  həmin 
İnsti tutu bitirən Zərifə xanım 1953-
cü ildə namizədlik, 1963-cü ildə isə 
doktorluq dissertasiyasını uğurla müdafiə etmiş dir.
Zərifə  xanım  Azərbaycan  el minə  öz  töhfəsini 
verən  dilçilik  elminə  dair  bir  sıra  ciddi  elmi  əsərlərin 
“Azərbaycan dilinin qrammatikası”, “Müasir Azər baycan 
dilində sadə cümlələr”, “Azərbaycan bədii dilinin üslu-
biyyatı”, “Azərbay can dilində durğu işarələri” və s. elmi 
əsər lərin müəllifidir.
AMEA-nın  müxbir  üzvü  Zərifə  xanım  Budaqova  
uzun müddət AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu-
nun dire ktoru və müxtəlif vəzifələrdə çalışmışdır.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə