Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

118
sözlüyünü  mən  redaktə  etmişdim,  həmin  kitabda  mənə 
öz təşəkkürünü də bildirmişdi.
Qasım  müəllim  qayğıkeş  ailə  başçısı  idi.  Onun  4 
qızı vardı. Hamısı ali təhsil almışdı. Mən qızların həm 
nişanında,  həmdə  toylarında  yaxından  iştirak  edirdim. 
Demək olar ki, biz 50 ildən çox idi, dosluq edirdik. Bir-
birimizdən bir tük qədər də inciməmişdik.
Qasımın əziz xatirəsi heç vaxt yaddan çıxmayacaq-
dır. Ruhun şad olsun, Qasım müəllim!
Qasım müəllim ilə İrəvan Pedaqoji məktəbi haqqın-
da hər görüşümüzdə söhbət salanda necə də yana-yana 
danışırdı.


119
HƏMİD  ƏLİYEV
Həmid 
Zeynalabdin 
oğlu 
Əliyev  1924-cü  ildə  Qaraqoyunlu 
mahalının Əmirxeyir kəndində ana-
dan  ol muşdur.  Atası  Zeynalabdin 
kişi Qaraqoyunlu mahalının sayılıb-
seçilən,  böyük  nüfuza  malik  el  ağ-
saqqalarından biri idi. 
H.Əliyev Əmirxeyir kənd ibtidai 
məktəbini  sonra  isə  1936-cı  ildə 
Çaykənddəki  yeddi  illik  məktəbi  bitirdik dən  sonra  elə 
həmin  ildə  İrəvan  azərbaycanlı  pedaqoji  texnikumuna 
daxil olur. 1939-cu ildə pedaqoji texnikumu bitirdikdən 
sonra  1940-ci  ildə  Azərbaycan  Pedaqoji  İnstitutunun 
tarix  fakultəsinə  daxil  olmuşdur.  1941-ci  ildə  İkinci 
Dünya  Müharibəsinin  başlaması  Həmid  müəllimin 
təhsilini davam etdirməyə imkan vermir. O, 1942-ci ildə 
ordu sıralarına çağrılır. 1943-cü ilə qədər Şimali Qafqaz 
cəbhəsindəki  döyüşlərdə  fəal  iştirak  edir  və  döyüşlərin 
birində  ağır  yaralanır.  Müalicəsi  başa  çatdıqdan  sonra 
təhsilini davam etdirir. 
1945-ci ildə ali təhsilini başa vurduqdan sonra Kras_
noselo  (Çəmbərək)  rayonuna  qayıdır  və  Toxluca  kənd 
orta  məktəbinə  direktor  təyin  olunur.  1947-ci  ilə  qədər 
burada  çalışdıqdan  sonra  Gölkənd  məktəbinə  direk tor 
təyin  olunur.  Onun  elmə  olan  həvəsi  onu  1949-cu  ildə 


120
Moskva  Beynəlxalq  Əlaqələr  İnstitutunun  aspirantu-
rasına  aparır.  1953-cü  ildə  aspiranturanı  bitirən  Həmid 
müəllim 1954-cü ildə dissertasiya müdafiə edərək, tarix 
elmləri namizədi alimlik dərəcəsi alır.
1955-ci  ildən  Azərbaycan  Dövlət  Pedaqoji  İnsti-
tutunda və Bakı Dövlət Universitetində dərs demişdir.
1967-ci ildə doktorluq dissertasiyası müdafiə edərək 
tarix elmləri doktoru elmi adına layiq görülür.
1968-ci ildə professor elmi vəzifəsinə seçilən Həmid 
müəllim  1991-ci  ilə  qədər  beynəlxalq  icmalçı  kimi  də 
fəaliyyət göstərmişdir. 
1959-cu  ildən  AMEA-nın  Şərqşünaslıq  və  Tarix 
İnstitutunda çalışan Həmid müəllimin rəhbərliyi altında 
10 elmlər doktoru və 20 elmlər namizədi müdafiə edərək, 
alimlik elmi dərəcəsi almışdır.
H.Əliyevin Azərbaycanda Türkologiya elminin inki-
şafında  böyük  xidmətləri  olmuşdur.  Həmid  müəllimin 
100-dən artıq elmi əsəri və 10-dan artıq monoqrafiyası 
çap  edilmişdir.  Türkologiya  elminin  inkişafındakı  xid-
mətlərinə görə respublikanın “Əməkdar mədəniyyət iş-
çisi” adına layiq görülmüş və bir sıra orden və medallarla 
təltif edilmişdir. Onun təltif edildiyi ordenlər içərisində 
“Birinci  dərəcəli  Vətən  Müharibəsi”,  “Qırmızı  Əmək 
Bayrağı” ordenləri vardır.
Həmid müəllim təkcə böyük türkoloq alim kimi  deyil 
həm də yüksək  bədii yaradıcılıq qabiliyyətinə malik idi. 
1988-ci ildə ermənlərin azərbaycanlılara qarşı törətdik-
ləri qətliamları, azərbaycanlıları öz doğma  yerdlarından 


121
“Er  mə nistan”dan  zorla,  silah  gücünə  qovulmasını  o 
özünün qələmə aldığı “Qaraqoyunlu” poemasında bədii 
lövhələrlə əks etdirmişdir.
Görkəmli  alim  Həmid  Əliyev  2005-ci  ildə  Bakı 
şəhərində vəfat etmişdir.


122
NƏZƏR PAŞAYEV
Nəzər  Paşayev  1908-ci  ildə 
Böyük  Vedidə  anadan  olmuşdu. 
1915-ci  ildə  atasını  itirən  Nəzər 
mü əllim  1920-23-cü  illərdə  uşaq 
evində  yaşamış,  1923-25-ci  illərdə 
Goravan  kəndində,  1925-27-ci  il-
lərdə  isə  Böyük  Vedi  kəndində  ki, 
uşaq bağçasında təlimatçı işləmişdir.
1927-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Texniku-
muna  daxil  olan  Nəzər  Paşayev  1930-cu  ildə  həmin 
tədris  ocağını  bitirmişdir.  Elə  həmin  ildə  Böyük  Vedi 
kəndindəki  kəndli  gənclər  məktəbinə  müdir  təyin 
edilmişdir. 1932-ci ildə Vedi rayon partiya komitəsinin 
və  “Ermənistan”  Maarif  Ko mis sarlığının  göndərişi  ilə 
indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul 
olunmuş, 1936-cı ildə isə oranı bitirmiş dir. 1936-1939-
cu illərdə İrəvan Azərbaycanlı Pedaqoji məktə bində və 
İrəvandakı  Pedaqoji  İnstitutun  qiyabi  şöbəsində  tarix 
fənnini tədris etmişdir.
Elə  həmin  illərdə  İrəvandakı  Kirov  rayon  Partiya 
Komitəsində təlimatçı kimi fəaliyyət göstərmişdir. 1939-
cu  ildə Azərbaycan  Dövlət  Universitetinin  aspirantura-
sına daxil olan Nəzər Paşayev həm də Müəllimləri Tək-
milləşdirmə İnstitutunda dərs demişdir.
1942-ci  ilin  aprelində  aspiranturanı  yarımçıq  qo-


123
yub müharibəyə getmiş, 1946-cı ildə cəbhədən geri qa-
yıt dıqdan  sonra  isə  təhsilini  davam  etdirərək,  həm  də 
Azərbaycan  Dövlət  Universitetində  tarix  fənnini  tədris 
etmiş və 1949-cu ildə dissertasiya müdafiə edərək tarix 
elmləri namizədi adına layiq görülmüşdür.
12 mart 1958-ci ildə dosent elmi vəzifəsinə seçilmiş-
dir.  1947-1959-cu  illərdə  Azərbaycan  Qiyabi  Pedaqoji 
İnstitutunda,  1959-cu  ildən  ömrünün  sonuna  kimi  isə 
indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində “Az-
ərbaycan Tarixi”  kafedrasının  müdiri  vəzifəsində  çalış -
mışdır.  Nəzər  Abdulla  oğlu  Paşayev  1960-cı  illərdə 
doktorluq  dissertasiyası  müdafiə  edərək  tarix  elmləri 
dok toru, professor dərəcəsinə qədər yüksəlmişdir.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə