Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   23   24   25   26   27   28   29   30   ...   45

124
QƏŞƏM ASLANOV
Qəşəm  Novruz  oğlu  Aslanov 
1935-ci ildə Ulu Göyçənin Kəsəmən 
kəndində anadan olub. 1947-ci ildə 
İrəvan Pedaqoji Texnikumuna daxil 
olan  Qəşəm  müəllim  1948-ci  ildə 
deportasiyası  ilə  əlaqədar  olaraq 
Xanlarda Pedaqoji məktəbi, Bakıda 
Dövlət  Universitetini,  Mos kvada 
Ali Partiya məktəbini bitirib. Qəşəm müəllimin həyatı, 
fəaliyyəti, keçdiyi yol çoxlarına bir örnəkdir.
Basarkeçərdə  rayon  komsomol  komitəsinin  birinci 
katibi  (1959),  Basarkeçər  rayon  partiya  komitəsi  ka-
tibinin  idealoji  iş  üzrə  müavini  (1962),  Azərbaycan 
KP  MK-nın  məsul  təşkilatçısı  (1968),  “Azərbaycan 
gəncləri” qəzetinin redaktoru (1970), Şuşa rayon partiya 
komitəsinin  birinci  katibi  (1972),  1975-1984-cü  illərdə 
İsmayıllı və Abşeron rayon partiya komitələrinin birinci 
katibi işləmişdir.
Böyük ziyalı, ictimai xadim Qəşəm müəllimin yazıçı-
publisist  kimi  ədəbi  fəaliyyəti  də  hər  zaman  çox  geniş 
olmuşdur.  Qəşəm  müəllim  həm  də  xeyli  sayda  bədii, 
publisistik əsərlərin müəllifidir.
1984-cü  ildə  avtomobil  qəzası  nəticəsində  həlak 
olmuşdur.  Məzarı  Bakı  şəhərindəki  ikinci  fəxri  xiya-
bandadır. Qəşəm müəllim bu gün də minnətdarlıqla yad 
edilməkdədir.


125
ŞƏFİQƏ MƏHƏRRƏMOVA
Dünyada millətlərin böyük yüksəlişlərə nail olması 
bir daha təsdiq edir ki, bu nailiyyətlər səmərəli müəllim 
əməyi,  onun  yorulmaz  səyi  nəticəsində  mümkün 
olmuşdur. 
Bütün şəxsi marağını, səy və bacarığını ancaq azər-
baycanlı balalarının maariflənməsi uğrunda mübarizəyə 
sərf  edən  görkəmli  və  fədakar  müəllimlərdən  biri  də 
Şəfiqə  xanım  Məşədi  Ələsgər  qızı  Məhərrəmova  idi. 
Ş.Məhərrəmova  1925-ci  ildə Azərbaycanın  qədim  mə-
Məmmədəli Məhərrəmov və Şəfiqə Məhərrəmova 


126
Şəfiqə Məhərrəmova müəllimlər
 qurultayında, Moskva, 1959.


127
dəniyyət  mərkəzlərindən  biri  olan  İrəvan  şəhərində 
məşhur  bir    ailədə  anadan  olmuşdur.  Şəfiqə  xa nımın 
ailəsi  İrəvanın  Daşlı  küçəsində  yaşayırdı.  İrəvan  müəl-
limlər  seminariyası  da  həmin  küçədə  yerləşirdi  Atası 
Məşədi  Ələsgər  Hüseynqulu  oğlu  İrəvanın  ən  məş-
hur  tacirlərindən  idi.  Onun  Çin,  Almaniya,  İran  və  s. 
ölkələrlə  ticarət  əlaqələri  var  idi.  Şəfiqə  xanımın  ana 
nənəsi  Hacı  Səkinə  İrəvanın  ən  tanınmış  mülkədarı 
Hacı  Mehdi  Ağanın    qızı  olub.  İrəvanda  Hacı  Mehdi 
Ağa nın  50-yə  qədər  mülkü,  dükanları,  dəyirmanı  və  s. 
əm lakları  olub.  Hacı  Mehdi  İrəvanda  məşhur Avşarlar 
tayfasından idi. 1918-20-ci illərdə erməni şovinistlərinin 
azərbaycanlılara  qarşı  törətdikləri  qətliamlar  zamanı 
Avşarlar tayfasının bir qismi Tür kiyəyə, bir qismi Bakıya, 
Məmmədəli Məhərrəmov şagirdləri ilə birlikdə


128
bir  qismi  isə  İrana  köçməyə  məcbur  olur.  Bu  tayfadan 
xeyli  sayda  ziyalılar  yetişmişdir.  Xalqımızın  görkəmli 
ziyalısı,  xalq  artisti  Muxtar  Avşarov  da  həmin  nəslin 
layiqli nümayəndələrindən biridir.
1920-ci  ildə  noyabr  ayının  29-da  “Ermənistan”da 
sovet hakimiyyəti qurulduqdan sonra Afşarovlar ailəsi də 
öz doğma yurduna geri dönür. Hacı Mehdi Ağa ermənilər 
tərəfindən zəbt edilmiş mülklərinin yalnız 7-ni güc-bəla 
ilə geri ala bilir. 
1940-ci ildə İrəvan Pedaqoji Texnikumuna daxil olan 
Şəfiqə  xanım  1943-cü  ildə  texnikumu  əla  qiymətlərlə 
başa vurduqdan sonra Amasiya rayonunda ilk əmək fə-
aliyyətinə başlayır.
1948-53-cü  illər  depor tasiyası  zamanı  Şəfiqə  xa-
nımın  da  ailəsi  Azərbaycana  köçürül müş,  amma  onun 
valideyinləri bir müddət Azərbaycanda yaşadıqdan sonra 
yenidən  öz  doğma  ocağına  Ağbaba-Şörəyel  mahalının 
Güllübulaq  kəndinə,  qayıtmışlar.  Şəfiqə  xanımın  pe-
daqoji  fəaliyyətinin  yenidən  ən  məhsuldar,  ən  parlaq 
səhfələri yaranır, o sözün əsl mənasında burada yenidən 
maarif guşəsi yaradır. Şəfiqə müəllimə Güllücə kəndində 
işlədikdən sonra pedaqoji fəaliyyətini Ağbaba mahalının 
Oxcuoğlu  və  Güllübulaq  kənd  məktəblərində  davam 
etdirir. Həmin kəndlərdə həm də Qadınlar Şurasının sədri 
olub.  1961-ci  ildə  Moskvada  müəllimlər  qurultayının 
nü mayəndəsi  olan  Şəfiqə  xanım  pedaqoji  və  ictimai 
fəaliyyətinə  görə  orden  və  medallara  layiq  görülüb. 
1973-cü  ildə  “Əməkdar  müəllim”  fəxri  adını  almışdır. 


129
Ya rım əsrə yaxın Qərbi Azərbaycanda milli maarifimizin 
inkişafı uğrunda çalışan yüzlərlə azərbaycanlı balalarının 
savadlanması, ali təhsilə yiyələnməsi üçün heç bir qüvvə 
və  bacarığını  əsir gəməyən  maarif  fədaisi  Şəfiqə  xanım 
Məhərrəmova və həyat yoldaşı Məmmədəli müəllim bu 
gün də minnətdarlıqla yad edilirlər. 


130
HƏSƏNOV İBRAHİM ƏZİZ OĞLU
Həsənov  İbrahim  Əziz  oğlu 
1927- ci ildə azər baycanlıların tarixi 
və  qədim  yurd  yerləri  olan  Qərbi 
Azərbaycanın  füsunkar  bölgəsi, 
Göyçə  mahalının  kiçik  Məzrə  kən-
dində, zəngin bir ailədə dünyaya göz 
açmışdır.  Bu  tarixi  gerçəklikdir  ki, 
Göyçə  mahalı  bu  günkü  qondarma 
Ermənistan dövlətinin bir çox yerləri 
kimi, 1918- ci ilədək Azərbaycanın ərazisində olmuşdur. 
Ailəsi haqqında kiçik bir tarixi faktı deməklə onun 
necə  bir  ailədə  və  mühitdə  böyüyüb  başa  çatması  təs-
səvürü yaratmaq olar. Babası Kərbəlayı Həsən dövrünün 
çox tanınmış şəxsiyyəti olmuşdur. 
Türkiyənin  İğdır  şəhərində  təhsil  almış  Kərbəlayı 
Həsən  kişi  cəsarəti,  mərdliyi,  prinsipiallığı  və  milli 
təəsübkeşliyi  ilə  sayılıb-seçilirdi.  O,  Göyçə  mahalında 
yeddi kəndin hakimi və kəndxudası olmuşdur. XIX əsrin 
sonunda və XX əsrin əvvələrində erməni daşnaklarının 
xarici  havadarlarının  dəstəyi  ilə  bölgədə  yaratmış  ol-
duqları milli münaqişələr zamanı Kərbalayı Həsən heç bir 
təhlükədən və qüvvədən qorxmayaraq, onlar qarşısında 
hər  zaman  qətiyyət  və  qorxmazlıq  nümayiş  etdirmiş, 
erməni  xəyanətindən  və  təhlükəsindən  azərbaycanlıları 
qorumağa çalışmışdır. Hər zaman arxadan zərbə vurmaq 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə