Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə35/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

170
etdirmişdi.  Texnikumu  bitirdikdən  sonra  Sultanabad  7 
illik məktəbində pedaqoji fəaliyyətə başlamışdı.
Onların  ailəsi  1948-ci  ildə  yenidən  deportasiyaya 
məruz  qalmışdır.  Sultanabad  kəndini  Göyçayın Alpout 
kəndinə  köçürdükdən  sonra  ermənilər  Arpagölün  sa-
hə sini  genişləndirər kən  Sultanabad  kəndi  və  qədim 
qəbiristanlığı  gölün  suları  altında  qaldı.  1953-cü  ildə 
kəndin əhalisi iqlim şəraitinə dözməyərək tamamilə geri 
qayıdır  və  ermənilərin  mane  olmalarına  baxmayaraq, 
gö lün sahilində kiçik kənd evləri tikib orada yaşayırlar. 
Son ralar  kənd  adamları  imkanları  artdıqca    yenitipli 
evlər tikib 80 evli gözəl bir qəsəbə yaratmışdılar.. Lakin 
kəndin əhalisi 1989-cu ilin əvvəlində yenə də ermənilərin 
terrorçu hərəkətləri nəticəsində qaçqın düşdülər. 
Sultanabad  kəndinin  adını  dəyişdirib  Şurabad  qoy-
salar da, əslində Şura höküməti bu kəndi “abad” yox, 3 
dəfə bərbad etmişdir. Paşa müəllim də öz ailəsi ilə birlikdə 
Gəncə şəhərində məskunlaşdı. O, burada təqaüdə çıxdı. 
Paşa  müəllim  Göyçayda  da  pedaqoji    fəaliyyətini  
davam  etdirmişdir. 1954-cü ildə Ağbabaya qayıtdıqdan 
sonra yenə də Sultanabadda məskunlaşmışdır. Müəllim 
işləyə-işləyə  APİ-nin  Azərbaycan  dili  və  ədəbiyyatı 
fakültəsini bitirib ali təhsil almışdır. Quzukənd, Düzkənd 
və  Balıqlı  səkkizillik  məktəblərinin  və  Təpəköy  kənd 
orta  məktəbinin  direktoru  işləmişdir.  1969-cu  ildən  ta 
1988-ci ilədək 500-dən çox şagirdi olan Təpəköy kənd 
orta məktəbində dərs hissə müdiri kimi çalışmışdır. Paşa 
müəllim rayonda çox böyük nüfuzu olan şəxsiyyətlərdən 


171
biri  idi.  Çöhrəsində  gülüş,  dilində  zarafat  olardı.  O, 
Azərbaycan  dili  və  ədəbiyyatı  fənnini  dərindən  bildiyi 
kimi,  həm  də  digər  fənləri  –  tarix,  fizika,  biologiya, 
riyaziyyat      və s. fənləri  yaxşı bilir, ixtisas müəllimlərinə 
öz  sözünü  deyə  bilirdi.  Coğrafiya  fənnini  onun  kimi 
bilən  tapılmazdı.  Coğrafiyanı  dərindən  mənimsəməkdə 
isə  texnikumun  adlı-sanlı  coğrafiya  müəllimi  Ələşrəf 
Bayramovun  fəaliyyətini  həmişə  qiymətləndirərdi.  Di-
gər fənləri bilməyinin səbəbini ondan soruşduqda Paşa 
müəllim  deyərdi  ki,  müxtəlif  fənləri  belə  bilməyim 
İrəvan Pedaqoji Texnikumunda aldığım təhsillə bağlıdır. 
O,  texnikumun  şöhrət  qazanmasında  onun  savadlı  və 
tələbkeş  direktorları  Bəhlul  Yusifovu  və  Həbib  Məm-
mədzadəni daha çox xatırlayardı. 
Ümumiyyətlə, Paşa müəllim pedaqoji fəaliyyəti döv-
ründə ana dilimizin şirinliyini, “Dədə Qorqud”dan qopub 
gələn  milli  ruhu,  özündərki,  yurd  sevgisini  və  digər 
əxlaqi-mənəvi keyfiyyətləri minlərlə gənc nəslə aşılayan 
bir şəxsiyyət, bir müəllim kimi onu tanıyanların, xüsusilə 
sabiq şagirdlərinin qəlbində əbədi yaşayacaqdır.


172
AĞABALA QULAMALI OĞLU BABAYEV
A.Babayev  1916-cı  ildə  Gığı 
kəndində anadan olmuşdur. O 1937-
ci ildə Gığı natamam orta məktəbini 
bitirib,  İrəvan  Pedaqoji  məktəbinə 
daxil  olmuşdur.  Oranı  bitirdikdən 
sonra  1940-ci  ildən  A.Babayev 
Qafan  rayonun  Xələc  kəndindəki 
ibtidai məktəbə müəllim təyin edilir. 
Bir  il  sonra  onu  Kürüd  kəndindəki 
ibtidai məkətəbə təyin edirlər. 1942-ci ildə oradan Vətən 
müharibəsinə  gedir,  cənubi-qərbi  döyüş  meydanlarında 
Hitler quldurlarına qarşı aparılan mübarizədə iştirak edir. 
1943-cü ildə o ağır yaralanır və qolunun birini itirir. 
Öz doğma kəndi olan Gığıya qayıdır və yenə də pedaqoji 
fəaliyyətə  başlayır.  O,  1943-50-ci  illərdə  Gığı  orta 
məktəbində müəllim, 1950-ci ildən başlayaraq ömrünün 
sonuna qədər məktəb direktoru işləmişdir. Ağabala Ba-
bayev  istehsalatdan  ayrılmadan  Bakı  qiyabi  pedaqoji 
institutunda  öz təhsilini davam etdirmiş və 1952-ci ildə 
həmin məktəbi bitirmişdir.
A.Babayev ən yaxşı müəllim, təcrübəli və bacarıqlı 
pedaqoq  olmaqla  özünün  bütün  şüurlu  həyatını  yetiş-
məkdə  olan  nəslin  təhsilinə  tərbiyə  olunmalarına  həsr 
etmişdir. Pedaqoji iş sahəsindəki xidmətlərinə görə ona 
1954-cü ildə Ermənistan SSR əməkdar müəllim fəxri adı 


173
verilmişdir. O, bir neçə medallarla təltif edilmişdir.
A.Babayev  ictimai  işlərdə  böyük  fəallıqla  iştirak 
etmiş, dəfələrlə Ermənistan KP Qafan rayon komitəsinin 
üzvü, rayon sovetinin deputatı, Gığı kənd soveti deputatı 
və  icraiyyə  komitəsinin  üzvü  seçilmiş,  on  ildən  artıq 
təbliğatçı kimi işləmişdir.
İrəvan Pedaqoji məktəbinin məzunları Nurəli 
Qurbanov və Ağabala Babayev


174
HƏSƏNOVA SƏRİYYƏ MİRZƏXAN QIZI
Həsənova  Səriyyə  Mirzəxan 
qızı  1921-ci  ildə  Ermənistan  SSR-
nin  Qafan  rayonun  Yuxarı  Gödəkli 
kəndində  anadan  olub.  7  illik 
məktəbinin  I  sinfinə  qəbul  olub. 
1935/1936-cı  dərs  ilində  həmin 
məktəbin VII sinfi ni bitirib.
1936/1937-ci dərs ilində Yerevan 
Pedaqoji  Tex nikumuna  daxil  olub, 
1938/39-cu  dərs  ilində  həmin  məktəbi  əla  qiymətlə 
bitirib. 1939/1940-cı  dərs ilindən 1947/48-ci dərs ilinə 
qədər  Yuxarı  Gödəkli  7  illik  məktəbində  müəllim  və 
dərs hissə müdiri vəzifəsində çalışıb. 1947/1948-ci dərs 
ilindən Oxtar 8 illik məktəbində müəllim  və   dərs   hissə  
müdiri  vəzifəsində  çalışıb.  Sonra  isə  1966-1967-ci dərs 
ilində  həmin  məktəbə  məktəb  direktoru  təyin  olunub.  
1965-ci  ildə  Ermənistan  SSR-nin  “Əməkdar  müəllim” 
adı almışdır. 1942/43-cü dərs ilində “Əlaçı müəllim” adı 
almışdır.
1941/45-ci ildə Böyük Vətən Müharibəsinin “Əmək 
veteranı”  medalı  almışdır.  1949-cu  ildə  “Əməkdən 
fərqlənmə” medalı almışdır.
1941-ci  ildən  Sov.İKP-nın  üzvüdür.  1951-ci  ildə 
Azər baycan  Qiyabi  Pedaqoji  İnstitutunun  dil-ədəbiyyat 
fakultəsini bitirmişdir.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə