Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə31/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   27   28   29   30   31   32   33   34   ...   45

148
yaralar»
 
kitabının  ərsəyə  gəlməsi  üçün  o,  həm  şəxsi 
kitabxanasının nadir materiallarından, həm də dövlət ar-
xivlərinin sənədlərindən geniş istifadə etmiş, əldə etdiyi 
statistika  əsasında  tam  yenı  və  orijinal  cədvəllər  tərtib 
etmiş,  nadir  xəritələri  üzə  çıxarmış,  656  Azərbaycan 
kəndinin təsnifatını vermişdir.
Kitabda  xalqımızın  tarixinə  edilən  təcavüzdən, 
soyqı rımdan,  deportasiyadan  söhbət  açılır.  Ermənistan 
ərazisində olan və bu gün adları silinmiş 650 Azərbaycan 
kəndlərinin  təs nifatı    ilə    yanaşı    bu    ərazilərin    qə-
dimdən  rəsmi    adları  tarixi  qaynaqlardan  tapılıb  bərpa 
olun muş,  1918-ci  ildən  sonra  bu  yerlərin  ermənisayağı 
dəyişdirilmiş  adları,  onların  hamısının  coğrafi  koor-
dinatları  göstərilmişdir.  Bu  təsnifatda  verilmiş  həmin 
kənd və rayonlarda yaşamış azərbaycanlıların iki yüz il 
ərzində, yəni 1831, 1873, 1886, 1905, 1914, 1931-ci il-
lərdə tədricən və soyqırım illərində dəfələrlə azalan sayı 
göstərilir.  Bu  da  Azərbaycan  xalqına  qarşı  daşnaklar 
tərəfindən  planlaş dırılmış  genosidini  təsdiqləyən  tarixi 
faktdır.
Həbib Həsənov İrəvan Pedaqoji Texnikumunun adını 
həmişə fəxrlə çəkərdi.


149
MƏSİM MƏMMƏDOV
1925-ci ildə Haçaparaq kəndində 
anadan  olmuş,  orta  məktəbi  bitir-
dikdən  sonra  İrəvan  Pedaqoji  Tex-
nikumunda  təhsilini  davam  etdir-
mişdir. 
Atası  müharibədən  sonra  həbs 
edildiyindən  dörd  qardaş  və  beş 
bacısının  qayğısı  evin  böyük  oğlu 
Məsim müəllimin üzərinə düşür.
M.Məmmədov 1947-ci ildə dayısı H.Məmmədovun 
köməkliyi sayəsində ali təhsil almaq üçün Bakıya gəlir 
və APİ-yə daxil olur. Institutu bitirdikdən sonra İrəvana 
qayıdır.
Orta məktəbdə müəllim işləyə-işləyə İrəvan Dövlət 
Pedaqoji İnstitutuna dəvət edilir. 1964-cü ildən 1988-ci 
ilə qədər orada çalışır və elmi axtarışlarını davam etdirir.
1974-cü  ildə  “Erməni    dilində  işlənən Azərbaycan 
sözləri”  mövzusunda  dissertasiya  müdafiə  etsə  də, 
ermənilər  bu  işin  təsdiqini  xeyli  gecikdirmiş  və  yalnız 
1976-cı  ildə  o,  filologiya  elmləri  namizədi  alimlik 
dərəcəsi ala bilmişdir.
M.Məmmədov 12 monoqrafiya və iki kitab müəllifi-
dir.
Xalqının, millətinin adi bir sözünün belə qoruyucusu 
olan M.Məmmədov Bakıda 20 Yanvar hadisələrindən az 
sonra dünyasını dəyişmişdir.


150
NƏCƏFOV NƏCƏF  HƏSƏN OĞLU
(1935)
Nəcəf  Həsən  oğlu  Nəcəfov 
Azər baycan  Jurnalistlər  Birliyinin, 
Azərbaycan  Yazıçılar  Birliyinin 
üzvü,  Əməkdar  müəllim,  akademik 
M.Meh dizadə  və  Qızıl  qələm  mü-
kafatı laurea tıdır. 1935-ci ildə Qər bi 
Azərbaycanın  Amasiya  rayonu nun 
Ox çuoğlu kəndin də anadan olmuş dur. 
1942-1949-cu illərdə 7 illik məktəbdə 
oxumuş, sonra (İrəvan Pedaqoji məktəbi) Xanlar Peda-
qoji Məktəbinə daxil olmuş, 1953-cü ildə həmin məktəbi 
bitirərək bir il Amasiya rayonunun Təpəkənd kənd 7 illik 
məktəbində müəllim işləmişdir. 1954-cü ildə Həsən bəy 
Zərdabi  adına  Gəncə  Pedaqoji  İnstitutuna  daxil  ol muş, 
1959-cu  ildə  oranın  tarix-filologiya  fakültəsini  fəqlən-
mə diplomu ilə bitirmişdir. 1959-1969-cu illərdə Şamaxı 
rayo nu nun  Sündü,  Nərimankənd  orta  məktəblərində 
müəllim, direk tor müavini işləmişdir. 1969-cu ilin avqust 
ayında Azərbaycan Mərkəzi Müəllimləri Təkmilləşdirmə 
İnstitutuna  işə  dəvət  edilmiş,  orada  metodist,  kabinet 
müdiri vəzifələrində çalışmış dır. 1974-cü ilin iyun ayında 
Azərbaycan SSR Maarif Nazir liyinə Mərkəzi aparatına 
irəli çəkilmiş, 1976-1988-ci illərdə üç nazirlik birləşənə 
qədər nazirliyin kadrlar idarəsinin rəisi vəzifəsində çalış-
mışdır.


151
1988-1998-ci  illərdə  Təhsil  Nazirliyində  baş 
inspektor,  Baş  idarə  rəisi  və  kadrlar  idarəsi  rəisinin 
müavini,  Baş  inspeksiyanın  şöbə  müdiri,  1998-2000-
ci  illərdə  Təhsil  Prob lemləri  üzrə  Respublika  Elmi-
Metodiki  Mərkəzin  direktoru  vəzifələrində  işləmişdir. 
1995-ci ildən “Azərbaycan məktəbi” jurnalının redaksiya 
heyətinin üzvüdür.
1953-cü  ildə  ilk dəfə  Xanlar rayonunun  “Namuslu 
zəhmət”    qəzetində  məqalələr  və  şeirlərlə  çıxış  etmiş, 
son ra
 
isə  müxtəlif  vaxtlarda  “Kirovabad  kommunisti”, 
“Azərbaycan  gəncləri”,  “Ədəbiyyat  qəzeti”,  “Kom-
munist”,  “Bakinskiy  rabo çiy”  qəzetlərində,  “Ulduz”, 
“Azərbaycan məktəbi”, “Azər baycan dili və ədəbiyyatı 
tədrisi”, “Kimya və biologiyanın tədrisi”, “Russkiy yazık 
v azerbaydjanskiy şkole” və b. mətbuat orqanlarında, həm-
çinin “Narodnoye obrazovaniye” jurnalında, “Uçitelskaya 
qazeta”da,  Qazaxıstanın  “Turan”,  Öz bəkistanın  ‘’Zə-
rəfşan”  qəzetlərində  məqalələri  dərc  olunmuşdur.  Orta 
ümumtəhsil  məktəblərinin  IX  sinfi  üçün  “Ədəbiyyat”, 
X və XI sinifləri üçün “Ədəbiyyat müntəxəbatı”, təlimi 
rus dilində olan məktəblərin VII sinifi üçün “Azərbaycan 
dili”, təlimi Azər baycan və rus dilində olan ümumtəhsil 
məktəblərinin VIII-XI sinifləri üçün “İnsan və cəmiyyət” 
(“Çelovek i obşestvo”) dərsliklərinin, ali məktəblər üçün 
“XX  əsr  Azərbaycan  ədəbiyyatşünaslığı  məsələləri” 
dərs vəsaitinin, ümumtəhsil məktəblərinin V-XI sinifləri 
üçün ədəbiyyat, ali məktəblərin filologiya fakültəsi üçün 
“XX  əsr  Azərbaycan  ədəbiyyatı”  proqramlarının  həm 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə