Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

131
və xəyanət etmək xislətinə malik olan erməni daşnakları, 
mənfur niyyətlərini həyata keçirmək yolunda Kərbəlayi 
Həsənin  onlara  hər  zaman  maneə  olduqlarını  bilirdilər. 
Odur ki, o, nəyin bahasına olursa-olsun aradan götürülməli 
idi və ona tələ hazırlanırdı və izlənilirdi. Çox təəssüf ki, 
Kərbalayı Həsən bunu bilsə də, heç vaxt qorxmazdı və 
tək gəzərdi. Bir gün 1906-cı ildə Kərbəlayı Həsən kişi 
günün  günorta  çağında  at  belində  gedərkən,  qəfildən 
həmin  qüvvələr  tərəfindən  arxadan  xəncərlə  vurularaq, 
İbrahimin atası Əziz bəy


132
qətlə yetirilmişdir. Belə bir mühitdə və zamanda İbrahim 
Həsənovun uşaqlıq və gənclik həyatı çox mürəkkəb və 
ziddiyyətli  keçmiş,  bütün  hallarda  o  uğur  qazanmağın 
ağır zəhmətdən və çətin yollardan keçdiyini bilirdi. 
Həsənov  İbrahim  uşaq  yaşlarından  təhsilə  və  elmə 
böyük  marağı  var  idi  və  bu  onun  ailəsinin  diqqətini 
çəkmişdi.  Hələ  14-15  yaşında  olarkən  İrəvandakı  Pe-
daqoji Texnikuma daxil olmuş və oranı əla qiymətlərlə 
bitir mişdir.  O,  Tex nikumda  oxuduğu  illərdə  tələbə  ol-
masına baxmayaraq, həmkarların sədri olmuş, İrəvanda 
pedaqoji  təhsili  ilə  bərabər,  mühasibatlıq  ixtisasına  da 
yiyələnmişdir.  O.  zəngin  İrəvan  ədəbi  mühitində  təhsil 
aldığı  müddətdə  ölkəmizin  ictimai  həyatında,  eləcə  də 
Azərbaycan elmində və təhsilində xüsusi xidmətləri olan 
Budaq  Budaqov,  Həsən  Zeynalov,  Yusif  Yusifov  kimi 
ziyalı insanlarla tələbə yoldaşı olmuşdu. Eyni zamanda, 
azərbaycan  türklərinin  ən  qədim  məskəni  olan  İrəvan 
tarixinin  və  maddi  mənəvi  irsinin  xəyanətkar  qon-
şularımız  tərəfindən  məhv  edilməsini  hər  zaman  ürək 
ağrısı ilə söyləyirdi. 
Gənc məzun İbrahim Həsənovun istedadlı olmasını 
və təşkilatçılığını nəzərə alaraq, bir başa yaşadığı kənddə 
8 illik məktəbə direktor təyin edilmişdir. 
Çox qısa müddətdən sonra o, 19 yaşında Basarkeçər 
rayonunun  Şorca  kəndində  o  dövr  üçün  böyük  hadisə 
hesab edilən kolxoz sədri vəzifəsinə təyin olunmuşdur. 
Lakin bu vəzifələrə təyin olunmasına baxmayaraq, onun 
üçün əsas amal və məqsəd təhsilini daha yüksək pillələrdə 


133
davam etdirmək olmuşdur. Nəhayət Həsənov İbrahim öz 
seçimi üçün qərarını verir və bu məqsədlə 1951-ci ildə 
indiki  Bakı  Dövlət  Universitetinin  fəlsəfə  fakultəsinə 
daxil olmuşdur. Sonralar isə, o ən gözəl və ali peşə hesab 
etdiyi müəllim sənətinin ali təhsilini almaq üçün Pedaqoji 
Universitetə  daxil  olur  və  fərqləmə  diplomu  ilə  bitirir. 
Ümumiyyətlə harada oxumağından aslı olmayaraq, onun 
üçün bir qiymət olmuşdur: Əla
Xudu Məmmədov, Teymur Bünyadov, Səfiyar Mu-
sayev,  Əbdüləli  Kərimov  kimi  görkəmli  ziyalı  insanlar 
Bakıda oxuduğu illərdə onun ən yaxın tələbə yoldaşları 
və yataqxana dostları idi. Yataqxanada bir otaqda qaldığı 
görkəmli alim və ziyalı Xudu Məmmədov özünün Qoşa 
Qanad əsərini şəxsən özü əziz tələbəlik dostuna təqdim 
etmişdi.
Həsən İbrahimov bu amalla çalışdığı vəzifələrdə də, 
insanlara  xidmətində  də  hər  zaman  ən  yüksək  xidməti 
özünün xöşbəxtliyi hesab etmişdir. O tutduğu bütün vəzi-
fələrdə  eyni  zamanda  müxtəlif  ictimai  işlərdə  vicdanla 
çalışmışdır.  Bu  mənada  Bakıda  ali  təhsilini  bitirdikdən 
sonra  təyinatla  işləməyə  gəldiyi  Qazax  Müəllimlər 
İnstitutunda müəllim işləməklə bərabər, institutun həm-
karlar təşkilatının sədri də olmuşdur 1948- ci illərdə er-
məni daşnaklarının Moskvadan- Siyasi Büro ilə gizlicə 
azərbaycanlılara qarşı apardığı etnik təmizləmə onu çox 
narahat edirdi. 
1953-  cü  ildə  İnstitutdakı  nüfuzu  və  hörmətinə 
baxmayaraq,  Qərbi  Azərbaycandakı  milli  məsələlərin 


134
ildən-ilə gərginləşdiyini gördüyündən, O, yenidən Kiçik 
Məzrə  kəndinə  dönməyi  qərara  almışdır.  Burada  ilk 
gündən bir neçə kəndin birləşdiyi Kiçik Məzrədə kiolxoz 
sədri  və  kənddə  Molla  Pənah  Vaqif  adına  məktəbin 
direktoru vəzifəsində işləyir. 
Hətta çox gənc yaşlarında nümunəvi direktor və təhsil 
işçisi  kimi  “Əməkdar  müəllim”  adına  layiq  görülür.  O 
dəfələrlə təhsil işçilərinin respublika və ittifaq qurultayı-
nın  nümayəndəsi  seçilmişdir.  Oərbi  Azərbaycanda 
çalışdığı  illərdə  o  dövrdə  respublikamızda  çox  tanınan 
və  müxtəlif  partiya  və  dövlət  vəzifələrində  çalışan 
Yunis Rzayev, Həbib Həsənov, Qəşəm Aslanov, Tapdıq 
Əmiraslanov,  Mah mud  Hacıyev  kimi  ziyalılar  onun  ən 
yaxın dostları və silahdaşları idi. 


135
XX  əsr  erməni  millətçilərinin  türk-azərbaycan 
millətinə qarşı total hücuma keçdiyi bir əsr kimi yadda 
qalacaqdır.  Hər  fürsətdə  irqçi  və  düşmənçilik  siyasəti 
aparan qondarma dövlətin idarə ediciləri, eyni zamanda 
orada bütün toponimlərin dəyişdirilməsi və kütləvi olaraq 
erməniləşdirilməsi siyasəti də həyata keçirmişlər. Qərbi 
Azərbaycanın  tam  erməniləşməsi  siyasətinə  sözsüz  ki, 
Moskva böyük dəstək verirdi. 
1970-  ci  illərdə  Qərbi Azərbaycan  əhalisinin  azər-
baycanlı,  eləcə  də  Kiçik  Məzrə  kəndinin  tam  azərbay-
canlılardan  ibarət  olmasına  baxmayaraq,  məktəbin  adı-
nın  dəyişdirilərək,  hansısa  erməni  millətçisinin  adının 
verilməsi qərarı alınmışdır. Məktəbin direktoru Həsənov 
İbrahim bu qərarla heç cürə barışa bilmirdi. Onun ümidini 
İ.Həsənov ailə üzüvləri ilə birlikdə


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə