Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   21   22   23   24   25   26   27   28   ...   45

114
kimi adamlar heç vaxt qaraya ağ deməmişdilər, həmişə 
darda sınanmışdılar, güvənc yeri, ümid yeri olmuşdular. 
Doğmalar da, yadlar da onu belə görüb, belə tanımışdılar. 
İndi də bax beləcə, ürəklərdə xatırlanır. (22)
Professor Cəfər Cəfərovun xatirələrindən: Qasım 
Mustafayevlə mənim ilk tanışlığım 1945-ci ildə olmuşdur. 
Mən İrəvan Pedaqoji Texnikumun I kursuna daxil olanda, 
Qasım  müəllim  II  kursda    oxuyurdu.  İrəvan  Pedaqoji 
məktəbində  Qərbi  Azərbaycanın  bütün  rayonlarından 
tələbələr  oxuyurdu.  Yaxın  rayonların  uşaqları  şənbə 
və  bazar  günləri  evlərinə  gedirdilər.  Bizim  (Qasım 
müəllimlə mənim) rayonlarımız nisbətən uzaq olduğunf 
görə (o, Amasiyadan, mən Əştərəkdən idik) yataqxanada 
qalırdıq və bir-birimizi daha yaxından tanıyırdıq, bundan 
əlavə biz yaşıd idik. Daha çox bir yerdə olurduq. Bizim 
dostluğumuz  da  buradan  qaynaqlanırdı.  Qasım  bütün 
dərslərini əla qiymətlərlə oxuyardı, xüsusilə riyaziyyatı 
daha gözəl bilirdi. Hətta bir dəfə riyaziyyat müəllimimiz 
çətin  bir  məsələ  vermişdi,  özü  də  demişdi  ki,  “kim  bu 
məsələni  həll  edə  bilsə,  ona  əla  qiymət  yazacağam”. 
Mən həmin məsələni Qasıma verdim, həll edib qayıtardı. 
Səkkiz sualdan ibarət idi. Riyaziyyat dərsində bildirdim 
ki, mən həll eləmişəm. Yazı taxtasında yazdım və mənə 
əla qiymət verdi. Qasımı texnikumda barmaqla göstərərək 
deyərdilər: “Bax! Riyaziyyatı gözəl bilən bu oğlandır”. 
Biz texnikumu bitirəndən sonra bir neçə il bir-birimizi 
görmədik. Müxtəlif institut və  aspiranturada oxuduq.   Hət-
ta dissertasiyalar müdafiə edib, alimlik dərəcəsi də aldıq. 


115
Mən APİ-də Qasım müəllim Akademiyanın Riyaziyyat 
İnstitutunda  işləyirdik.  Bir-birimizdən  xəbərimiz  yox 
idi.  Yalnız  onu  eşitmişdim  ki,  Naxçıvan  Müəllimlər 
İnstitutunda riyaziyyat müəllimi işləyir. Günlərin birində 
mən  kafedramızda  idim,  Tarix  kafedrasının  əməkdaşı 
Xanım müəllimə (ADU-da işləyən görkəmli riyaziyyatçı 
Fərmanın anası idi. Fərman müəllimlə mən tanış idim. 
ADU-da  bir  dövrdə  oxumuşduq).  Xanım  müəllimə 
söhbət  əsnasında  dedi  ki,  “Qasım  müəllimlə  Fərman 
APİ-yə  gəlmişdilər”.  Mən  soruşdum,  “Hansı  Qasım 
müəllim?”,  Xanım  müəllim:  “Riyaziyyatçı,  Amasiyalı 
Qasım müəllim, özü də bizim institutda saat hesabı dərs 
deyir”.  25  ildən  çox  idi  ki,  görüşməmişdim.  Görsəm, 
tanımazdım,  ona  görə  Xanım  müəllimdən  xahiş  etdim. 
Bura gələndə xəbər etsin. Belə də oldu, biz bir-birimizlə 
köhnə  dostlar  kimi  yenidən  görüşdük.  Bundan  sonra 
bizim əsl dostluğumuz, mən deyərdim ki, qardaşlığımız 
başladı.  Bu  dostluq  ailə  dostluğuna  çevirildi,  hətta  bir 
neçə  tərəfdən  uzaq  qohumluğumuz  da  çatırdı.  Bir  çox 
hallarda  görüşlərə,  səfərlərə  də  birlikdə  gedərdik.  Bir 
dəfə  Qasım  müəllim  dedi  ki,  “Cəfər,  bilirsənmi,  bizim 
tələbə yoldaşımız Budaq Budaqov Coğrafiya institutunda 
direktor  müavini  işləyir.  Gedək  bir  görüşək”.  Mən 
razılaşdım. Budaq müəllimlə görüşə getdik. Çox səmimi 
və mehribanlıqla xeyli söhbət etdik. Bundan sonra Budaq 
müəllimlə  tez-tez  görüşərdik.  Budaq  müəllim  müxtəlif 
mövzularda  o  qədər  gözəl  söhbətlər  edirdi  ki,  həmin 
söhbətlərdən doymaq olmurdu. O, ədəbiyyatı xalqımızın 


116
adət-ənənələrini də gözəl bilirdi. Onun “Çobankərə eli”, 
“Təbiət və poeziya” və s. kimi əsərləri də var idi. Hətta 
sonralar mən Budaq müəllim barədə “El Ağsaqqalı” adlı 
böyük bir məqalə də yazdım. 
APİ-də qiyabi şöbə olduğuna görə tez-tez rayonlara 
məsləhətə  gedərdik.  Bir  dəfə  də  Naxçıvana  getmişdik. 
Mexmanxanada  yer  götürmüşdük.  Məsləhətdən  sonra 
ora gəldik. Birdən qərara gəldik ki, İrəvana gedək. Qasım 
müəllimin  qaynanası,  qayınları  İrəvanda  yaşayırdılar. 
Mənim dayım Mamedov Əhməd Muxtar oğlu İrəvanda 
Respublika  Prokurorluğunda  zona  prokuroru  işləyirdi. 
Axşam  tərəfi  idi.  Irəvana  gedən  yola  gəldik.  Maşın 
gözləyirdik. Bir də gördük, Ermənistan saylı bir “QAZ-
21” markalı avtomaşın dayanıb, yaxınlaşdıq, bildirdik ki, 
“bizi də apararsınızmı?”. Sürücü Qasım müəllimə diqqətlə 
baxdı  və  birdən,  “Siz  Qasım  müəllim  deyilsinizmi?” 
deyərək,  onu  qucaqladı  və  bildirdi  ki,  “mən  sizin  qul-
luğunuza  hazıram.  Əyləşin  maşına”.  Maşına  mindik, 
bizi düz evlərinə Kiçik Vediyə apardı. Tez bir quzu kəsdi 
və bizə böyük bir qonaqlıq verdi. Bu Qasım müəllimin 
texnikumda  bir  qrupda  oxuyan  tələbə  yoldaşı  Orucov 
Oruc müəllim idi. Səhər bizi düz İrəvan şəhərinə apardı. 
Aprelin 24 idi. Biz bufetdə oturub, çörək yeyirdik. Xörək 
nə isə Qasım müəllimin xoşuna gəlmədi. Xörək paylayanı 
çağırdı və onunla mübahisə etməyə başladı. Onu güc-bəla 
ilə sakitləşdirdim və dedim, “sən nə edirsən? Bilirsənmi, 
bu gün ermənilər üçün nə günüdür? Bu gün “genasid”dir. 
Bizim ikimizi də öldürərlər, qanımız batar”, o, “doğurdan, 
düz deyirsən?” dedi.


117
2-3  gün  İrəvanda  qaldıq.  Bizim  keçmiş  kəndimiz 
Hamamlı  İrəvana  yaxın  idi.  Biz  Əhməd  dayım  ilə 
birlikdə  kəndimizə  getdik.  Kənddə  daş-daşın  üstündə 
qalmamışdı. Hətta oxuduğum məktəbin də xarabalarını 
Qasım müəllimə göstərdim. Bizim həyətyanı sahəmizdə 
ermənilər  bostan  əkmişdilər.  Bir  erməni  qadını  lobya 
yığırdı. Ona dedim, “bilirsənmi, bura bizim sahə olub”. 
Qadın kədərli-kədərli qeyd etdi ki, “balik (oğlum) biz də 
Gancadanığ. Man da Gancanın hasratını çəkirəm, gözəl 
şəhər idi”. 
Kəndin ayağında gözəl bir bulaq var idi. Bulaqdan su 
içdik. Qasım müəllim də sudan içdi və qeyd etdi, “pəh-
pəh, nə gözəl sudur”, mən əlavə etdim, “yağ yaxşı yağdır, 
heyif it dərisindədir”. 
Qasım müəllim Naxçıvan Pedaqoji İnstitutunda rek-
tor  işləyəndə  Həşim Ağayevdən  (APİ-nin  rektorundan) 
xahiş  etdik  ki,  Cəfər  müəllimə  Naxçıvan  İnstitutunda 
IV  kursda  xüsisi  kurs  oxumaq  üçün  1  ay  icazə  versin. 
Həşim  müəllim  etiraz  etmədi.  Mən  Naxçıvana  getdim. 
Hər gün dərsdən sonra şənbə və bazar günləri Naxçıvan 
Respublikasının  görkəmli  yerlərinin  birində  olurduq, 
gözəl günlərimiz keçdi. Sonra o, yenidən  APİ-yə qayıtdı. 
Qasım  müəllim  sadə,  təvəzökar,  səmimi,  mehriban, 
hamıya  kömək  əlini  uzadan  bir  şəxs  idi,  bacarıqlı  pe_
daqoq idi. 3 dildə: azərbaycan, rus, erməni dilində dərs 
deyərdi,  dəyərli  elmi  əsərlərin  müəllifi  idi.  3  dildə  - 
azərbaycan, rus, ingilis dillərində lüğət də tərtib etmişdi. 
Yeri  gəlmişkən  qeyd  edim  ki,  lüğətin  Azərbaycan  dili 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə