Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

136
bağladığı yeganə şəxs, o dövürdə Azərbaycan KPMK ka-
tibi xalqımızın ümummilli lideri Heydər Əliyev idi. Ona 
görə heç tərəddüd etmədən hər zaman özünə və xalqına 
arxa  hesab  etdiyi  Heydər  Əliyevə  teleqram  vasitəsi  ilə 
müraciət  etmişdir.  Ən  qısa  zamanda  onun  müraciətinə 
bu Böyük Şəxsiyyətdən cavab gəlmişdir. Xalqımızın Ulu 
Öndəri Heydər Əliyevin ittifaqda və bölgədəki nüfuzunun 
nəticəsi idi ki, onun müdaxiləsi ilə İrəvanın düşmənçilik 
mövqeyindən  qəbul  etdiyi  qərar  bir  gün  içərsində  ləğv 
edildi. Həsənov İbrahim ömrünün sonunadək bu hadisəni 
unutmadı və unutdurmadı.
Həsənov İbrahim, sonralar ailəsinin Qazax rayonun 
Ağstafa  şəhərinə  (o  zaman  hər  iki  rayon  bir  inzibati 
idarəçilikdə idi) köçməsi ilə əlaqədar 1974-cü ildən öm-
rünün sonuna qədər Ağstafada yaşadı. Burada yaşadığı 
dövrdə O, 1 saylı məktəbin direktoru, Qazax rayon Təhsil 
Şöbəsinin müdiri, müəllif məktəbi olduğu Qaçaq Kərəm 
qəsəbəsinin direktoru vəzifəsində çalışmışdır.  


137
KÖVSƏR TARVERDİYEVA
Tarverdiyeva  Kövsər  Məhəm-
məd  qızı,  1914-cü  ildə  iyul  ayının 
14-də qədim İrəvanda bağçı ailəsində 
dünyaya gəlmişdir. İlk təhsilini 9-cu 
sinifə  qədər  məşhur  dramaturq-
maarifçi  Həşim  bəy  Vəzirov  adına 
məktəbdə  almış,  sonra  İrəvan  Pe-
daqoji  Texnikumuna  keçirilib  və 
1931-ci ildə oranı bitirmişdir.
Azərbaycan dilində ali məktəb olmaması səbəbindən 
1931-ci tədris ilində erməni dilində Tibb İnstitutuna daxil 
olub.  İrəvanda  gələcək  perspektivin  olmadığını  görən 
K.Tariver diyeva 1932-ci ildə ailəsi ilə Bakıya köçür və 
bununla əlaqədar olaraq təhsili yarımçıq qalır.
Bakıda  1933-cü  ildə  keçmiş  Lenin  adına  Hacı 
Zeynalabdin  Tağıyevin  inşa  etdiyi  toxuculuq  fabriki 
nəzdində olan məktəbdə müəllim işləmiş və 1933-cü tədris 
ilində Nəsrəddin Tusi adına Pedaqoji Universitetinin dil-
ədəbiyyat  fakultəsinə  daxil  olub  və  1937-ci  ildə  oranı 
bitirmişdir.  Bir  müddət  tələbəlik  illərində  Azərnəşrdə  
korrektor,  sonra  da  Bakı  Dövlət  Universitetinin  kitab-
xanasında kitabxanaçı işləmiş və 1937-ci ildən 1939-cu ilə 
qədər dil-ədəbiyyat fakultəsinin dekanı olmuşdur. 1939-
cu ildə Azərbaycan EA aspiranturasına daxil olub, 1942-
ci ildə oranı bitirmişdir. 1944-cü ildə Azərbaycan Tibb 


138
İnstitutuna  daxil  olmuş  1949-cu  ildə  oranı  bitirmişdir. 
1952-ci ildə dissertasiyasını uğurla müdafiə edib filolo-
giya  elmləri  namizədi  alimlik  dərəcəsi  almışdır.  1952-
ci ildən 1954-cü ilə qədər Pedaqoji Universitetin qiyabi 
şöbəsində  məktəbəqədər  tərbiyə  fakultəsinin  dekanı 
vəzifəsində işləmiş dir. Bir neçə dil bilməyi nəticəsində 
müxtəlif  jurnallar  və  dövrü  mətbuat  orqanlarında  yüzə 
yaxın, altmış çap vərəqindən artıq elmi-kütləvi məqalələr 
və  monoqrafıyaları  nəşr  edilmiş  və  bir  çox  tərcümələr 
etmişdir.  K.Tarverdiyeva  52  il  fasiləsiz  olaraq  ancaq 
H.Tusi adına Pedaqoji Universitetdə çalışmışdır. Müəl-
lim  kadrlarının  yetişdirilməsində  uzun  illər  səmərəli 
fəaliy yətini nəzərə alaraq iki dəfə Azərbaycan SSR Ali 
Sovetinin fəxri fərmanları, xalq maarifi sahəsində uzun 
müddətli səmərəli xidmətə görə “Əməkdar Ali məktəb” 
işçisi  kimi  fəxri  adla  təltif  olunmuşdur.  “Qafqazın 
müdafiəsi uğrunda” Böyük Vətən müharibəsində fədakar 
əməyə görə, “Əmək veteranı” və b. medallar almışdır.
Kövsər xanım həyatda qazandığı nailiyyətlərdə İrə-
van Pedaqoji Texnikumun böyük rol oynadığını xüsusi 
qeyd edərdi.


139
NƏRİMAN YUSİFOV
Nəriman  Yusifov  1927-ci  ildə 
Qərbi  Azərbaycanın  Vedibasar  ma-
halının   Böyük Vedi kəndində ana-
dan olub.
Nəriman Yusifov 6 yaşında ikən 
Böyük  Vedidəki  orta  məktəbin  I 
sinfinə  getmişdir.  Xalq  qəhrəmanı 
Abbasqulu  bəy  Şadlinskinin  kiçik 
oğlu  Məmmədlə,  vedi lilərin  yaxşı 
tanıdıqları  Ovçu  İslamla,  Leo nid 
Adurovla  bir  sinifdə  oxuyub.    O,  1940-cı  ildə  altıncı 
sinfi əla qiymətlərlə bitirib, Qərbi Azərbaycanın tanınmış 
ziyalısı,  böyük  qardaşı  Bəhlul  Yusifovun  rəhbərlik 
etdiyi  İrəvan  Azərbaycanlı  Pedaqoji  Məktəbinə  daxil 
olur. Ağır müharibə illərində orada oxuya-oxuya doğma 
kəndlərindəki  orta  məktəbdə  müəllimlik  fəaliyyətinə 
başlayır.  Eyni  zamanda  kolxozun  idarəsində  hesabdar, 
yayda  isə  yaylaqdakı  fermanın  anbar  müdiri  işləyir. 
Nəriman Yusifov 1945-ci ildə İrəvandakı Pedaqoji İns-
titutun coğrafiya fakültəsinə daxil olur.
Nəriman  Yusifov  1946-cı  ildə  Azərbaycan  Dövlət 
Universitetinin biologiya fakültəsinə qəbul edilir. Amma 
buna  baxmayaraq  yarım  ildən  sonra  təhsilini  hüquq 
fakültəsində davam etdirmək qərarına gəlir. O, oxuduğu 
illərdə  məktəblərin  birində  tarix  müəllimi, Azərbaycan 


140
LKGİ  MK-da  təlimatçı  kimi  çalışır.  1950-ci  ildə  ali 
təhsilini başa vurur.
N.YusifoV  1950-1960-cı  illərdə  Qarabağın Vilayət

(Xankəndi   rayonu üzrə) Prokurorunun köməkçisi, Bakı 
şəhəri Orconikidze rayon prokurorunun köməkçisi, Bakı 
şəhər proku rorluğunda müstəntiq, Bakı şəhər Caparidze 
rayon  prokuroru,  şəhər prokurorluğunda şöbə prokuroru, 
Bakı şəhər Dzerjinski rayon prokurorluğunda müstəntiq, 
Bakı  şəhər  Oktyabr  rayon  prokurorluğunda  müstəntiq, 
Bakı  şəhər  Artyom  rayon  prokuroru  vəzifələrində 
işləmişdir.
Hüquq  elmləri  namizədi  Nəriman Yusifov  1963-cü 
ilin oktyabr ayında indiki AMEA-nın Fəlsəfə İnstitutunda 
elmi  işçi  və  baş  elmi  işçi  vəzifəsində  çalışmışdır. 
N.Yusifov uzun müddət SSRİ Ali Sovetində hüquq böl-
məsinin müdiri vəzi fəsində işləmişdir.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə