Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

152
müəlliflərindəndir. 1987-ci ildə “Salman Mümtazın ədəbi 
və elmi fəaliyyəti” adlı monoqrafiyası çap olunmuşdur. 
12 dərslik və kitabçanın elmi redaktorudur. “Çaşı oğlu” 
nəşriyyatı tərəfindən buraxılan klassiklərin əsərlərindən 
ibarət yüz cildli serialın redaksiya heyətinin üzvüdür.
Qəzet  və  jurnallarda  100-dən  çox  məqaləsi  dərc 
olunmuşdur.
Türkiyə,  İngiltərə,  Hollandiya,  İtaliya,  həmçinin 
MDB məkanındakı ölkələrdə (Rusiya, Ukrayna, Belarus, 
Moldova,  Özbəkistan,  Qırğızıstan,  Baltikyanı  ölkələr) 
təc rübə müba diləsində, yaradıcılıq ezamiyyətlərində ol-
muşdur.
1971-ci  ildə  Azərbaycan  SSR  Maarif  Nazirliyinin 
“Qabaqcıl  maarif  xadimi”,  1981-ci  ildə  “SSRİ  Maarif 
Əla çısı”,  1958-ci  ildə  Ümumittifaq  Komsomolunun 
“Xam  torpaqlardan  istifadəyə  görə”  döş  nişanları  ilə, 
1987-ci  ildə  “Şərəf  nişanı”  ordeni  ilə  təltif  edilmişdir. 
Qa zaxıstan  Komsomolunun,  Təhsil  Nazirliyi  və  digər 
təş kilatlarının fəxri fərmanlarına layiq görülmüşdür.
1975-ci  ildə  mollanəsrəddinçi  Salman  Mümtazın 
ədəbi və elmi fəaliyyətinə dair dissertasiya müdafiə edib, 
filologiya üzrə fəlsəfə doktoru adını almışdır.
(2000-ci  ilin  sentyabrından  2006-cı  ilin  oktyabrına 
qədər Azərbaycan Təhsil Nazirliyində dərslik və nəşriyyat 
şöbəsinin  müdiri  olmuşdur.  2006-cı  ilin  oktyabrından 
“Azər baycan məktəbi” jurnalının baş redaktorudur. 2005-
ci  ildən  Respublikanın  Əməkdar  müəllimidir.  2012-ci 


153
ildən ADPU-nun “Azərbaycan dili və ədəbiyyatı tarixi” 
kafedrasının dosentidir.
Ailəlidir, dörd övladı, 8 nəvəsi vardır.


154
SABİR  XƏLİL OĞLU SƏFƏROV
İrəvan  mahalının  tanınmış  zi-
yalılarından  olan  Sabir  Şəfərov 
1924-cü  ildə  Haçaparaq  kəndində 
anadan olmuşdur.
1938-ci  ildə  İrəvan  Pedaqoji 
Tex nikumuna  daxil  olmuş,  1942-ci 
ildə  oranı  bitirərək  orduya  çağırıl-
mışdır.  O,  cəbhəyə  yol lan mazdan 
əvvəl  Bakı  birinci  piyada  hərbi 
məktəbində  altı  aylıq  kurs  keçmiş,  leytenant  rütbəsi 
alaraq  1943-cü  ildə  vzvod  komandiri  kimi  ön  xəttə 
yollanmışdır. Sonradan rota komandiri kimi Şimali Qaf-
qaz  döyüşlərində,  Ukraynanın  və  Belorusi yanın  azad 
olun masında rəşadət göstərmiş, döyüşlərdə üç dəfə ağır 
yaralanmış,  “İkinci  dərəcəli  Vətən  müharibəsi”  ordeni, 
“Qafqazın müdafiəsi” və “Qırmızı Ulduz” medalları ilə 
təltif olunmuşdur.
Müharibədən  qayıtdıqdan  sonra  4  il  Rostov-Don-
da  xüsusi  nəzarətlə  mühafizə  olunan  Semlyanski  su 
hövzəsinin  rəis  müavini  işləmiş,  1950-ci  ildə  doğma 
yurda  qayıdaraq  qonşu  Qaraqışlaq  kənd  məktəblərində 
bir  il  tarixdən  dərs  demişdir.  1951-ci  ildə  Azərbaycan 
Pedaqoji  İnstitutunun  tarix  fakültəsinə  qəbul  olunmuş, 
1955-ci  ildə  İnstitutu  bitirərək  yeni dən  Qaraqışlaq 
kənd  orta  məktəbində  müəllimlik  fəaliyyətini  davam 
etdirmişdir.


155
1967-1988-ci  illərdə  İrəvan  Dövlət  Pedaqoji  İns-
titutunda  çalışan  S.Səfərov  1974-cü  ildə  Azərbaycan 
EA-nın Fəlsəfə İnstitutunda dissertasiya müdafiə edərək 
fəlsəfə  elmləri  namizədi  alimlik  dərəcəsi  almış,  1982-
ci  ildə  isə  dosent  elmi  dərəcəsinə  layiq  görülmüşdür. 
İndiyəcən  onun  fəlsəfə  və  sosialogiyaya  dair  50-dən 
yuxarı elmi işi işıq üzü görmüşdür.
Uzun müddət o, Azərbaycan Texniki Universitetində 
və Müstəqil Azərbaycan Universitetində fəlsəfədən dərs 
demişdir.


156
ABBAS TAHİR (ABBASOV TAHİR)
Abbas  Tahir  1912-ci  ildə 
Qəmərli  rayonunun  Mə simli  kən-
dində  anadan  olmuşdur.  İbtidai 
təhsilini  birinci  dərəcəli  kənd  mək-
təbində aldıqdan sonra 1926-cı ildə 
İrəvan  Azərbaycanlı  Pedaqoji  Tex-
nikumuna daxil olmuş, 1931-ci ildə 
isə texnikumu bitirmişdir. 
1928-ci ildən ədəbi yaradıcılığa 
başlamış,  həmin  ildən  İrəvanda  Azərbaycan  dilində 
işıq  üzü  görən  yeganə  mətbuat  orqanı  olan  “Qızıl 
şəfəq” qəzetində və ədəbi almanaxlarda müntəzəm ola-
raq  əsərləri  dərc  edilmişdir.  O,  həm  də  “Qızıl  şəfəq” 
qə zetinin  ən  aktiv  müxbirlərindən  idi.  Abbas  Tahir 
İrəvanda fəaliyyət göstərən Proletar Yazıçılar birliyinin 
azərbaycanlı  bölməsinin  fəal  üzvü  kimi  ədəbi  mühitin 
inkişafında və formalaşmasında  da fəal iştirak etmişdir. 
O,  1943-cü  ildə  İrəvan  Pedaqoji  İnstitutunun  dil-
ədəbiyyat  fakültəsini  bitirmişdir.  “Ermənistan”da  sovet  
hakimiyyəti  qurulduqdan  sonra  azərbaycanlı  şairlərin  
ayrıca  kitab  halında  ilk  dəfə  nəşri Abbas  Tahirə  nəsib 
olmuşdu. Belə ki, 1934-cü ildə onun “İlham mənbəyi” 
adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. 1947-ci ildə isə 
onun “Qələbə” baharı adlı şeirlər kitabı nəşr edilmişdir.


157
TAPDIQ ƏMİRASLANOV
Qərbi  Azərbaycanın  tanınmış, 
görkəmli  şəxsiy yətlərindən  biri  də 
Tapdıq  Muxtar  oğlu  Əmiraslanov 
olmuşdur. O, 1918-ci ildə Ulu Göy-
çənin  ulu  kəndlərin dən  biri  olan 
Zodda dünyaya gəlmişdir. Zod kəndi 
“hələ XIX əsrdə məktəb və ziyalıları 
ilə məşhur idi”.
Tapdıq  Əmiraslanov  1933-cü  ildə  İrəvan  Pedaqoji 
Məktəbinə daxil olmuş, 1937-ci ildə həmin təhsil ocağını 
bitirdikdən    sonra  ali  təhsilini  İrəvandakı  Azərbaycan 
Pedaqoji İnstitutunda davam etdirmişdir. O, bir müddət 
Zod kənd məktəbində müəllim və direktor vəzifələrində 
işlədikdən sonra, 1950-ci ildə Basarkeçər Rayon Partiya 
Komitəsinə  şöbə  müdiri  vəzifəsinə  irəli  çəkilmişdir. 
1954-cü  ildə  isə  Rayonun  Partiya  Komitəsinin  ikinci 
katibi vəzifəsinə təyin edilmişdir.
T.Əmiraslanov 1959-cu ildə Basarkeçər rayon maarif 
şöbəsinin müdiri təyin edilmişdir.
Tapdıq  müəllimin  səyi  və  diqqəti  sayəsində  azər-
baycanlı  məktəblərinin  əksəriyyəti  tam  orta  məktəbə 
çevrilmiş, məktəblərdə tədrisin keyfiyyəti yüksək səviy-
yəyə  çatdırılmışdır. 1976-cı ildə dünyasını dəyişən Tap-
dıq müəllim bu gün də minnətdarlıqla yad edilir.


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə