Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

141
1977-ci ildə Bakı Şəhər Prokuroru, 1978-ci ildə isə 
Ədliyyə Naziri vəzifəsinə təyin edilmişdir. (6)
N.Yusifov  İrəvan  Pedaqoji  məktəbinin  onun  ömür 
kita bının da ən gözəl səhifələrindən birini təşkil etdiyini 
həmişə qeyd etmişdir.


142
ZƏHRA ƏLİYEVA
Zəhra  Cabbar  qızı  Əliyeva 
1928-ci  ildə  yanvar  ayının  28-də 
Azərbaycanın  qədim  mədəniyyət 
mərkəzlərindən biri olan İrəvan şə-
hərində  anadan  olmuşdur.  Zəhra 
xanımın  mənəvi  inkişafında  atası 
Cabbar  Bağır  oğlu  Əliyevin,  anası 
Münəvvər  Rza  bəy  qızı  Sultan-
hüseyn bəyovanın  da  böyük  təsiri 
olmuşdur. Zəhra xanım uşaqlıq və gənclik illərini İrəvanda 
keçirmişdir. O, 1942-ci ildə İrə van şəhərində nümunəvi 
məktəb sayılan Haşımbəyin məktəbini bitirdikdən sonra 
elə həmin ildə İrəvan Pedaqoji məktəbinə daxil olmuşdur. 
Pedaqoji  məktəbdə  oxu duğu  müddətdə  müəllim  və 
tələbə kollektivinin dərin rəğ bətini qazanan Zəhra xanım 
məktəbin  komsomol  komitəsinin  katibi  seçilmişdir. 
Pedaqoji  məktəbi  əla  qiymətlərlə  bitirən  Zəhra  xanım 
1945/46-cı  illərdə  Zəngibasar  rayonunun  Aşağı  Necili 
kən din dəki yediillik məktəbdə müəllim  işləmişdir. Elmə 
böyük həvəsi olduğu üçün təhsilini və biliyini artırmağa 
hər zaman ciddi səy göstərirdi. Bu məqsədlə də o, 1946-cı 
ildə İrəvan Pedaqoji İnstitutunun (Azərbaycan şöbəsinə) 
Azərbay can dili və ədəbiyyatı şöbəsinə qəbul olur.
1948-ci ildə azərbaycanlıların “Ermənistan”dan de-
por  tasiya  edilməsi  ilə  əlaqədar  İnstitutun  azərbaycanlı 


143
şöbəsi də ləğv olunaraq indiki Azərbaycan Dövlət Peda-
qoji  Universite tinə  köçürülmüşdür.  ADPU-də  təhsilini 
da vam  etdirən  Zəhra  xanım  1950-ci  ildə  ali  təhsilini 
başa vurduqdan sonra Yasamal rayonundakı 51 nömrəli 
fəhlə-gənclər məktəbində Azərbaycan dili və ədəbiy yatı 
müəllimi işləmişdir. 1953-1962-ci illərdə Yasamal rayo-
nundakı  199  nömrəli  məktəbdə  işləyən  Zəhra  xanımın 
pedaqoji fəaliyyəti, qabaqcıl müəllim kimi təcrübəsi Bakı 
şəhərində geniş yayılmışdır. 1961-ci ildə AMEA-nın Dil 
və  Ədəbiyyat  İnstitutunun  aspiranturasına  daxil  olan 
Zəhra  xanım  1966-cı  ildə  uğurla  dissertasiya  müdafiə 
edərək  filolo giya  elmləri  namizədi  alimlik  dərəcəsinə 
layiq görülmüşdür.
Zəhra xanım müxtəlif vaxtlarda Maarif Nazirliyində 
metodist  (1964-1967),  proqram-metodika  idarəsində 
orijinal  dərsliklər  üzrə  elmi-metodik  bölmələrin  elmi 
katibi,  baş  məktəblər  idarəsinin  rəisi  və  s.  vəzifələrdə 
çalışmışdır.
Öz pedaqoji və ədəbi fəaliyyətini milli mədəniyyə-
timizin,  ədəbiyyatımızın  inkişafına  və  zənginləşməsinə 
həsr edən Zəhra xanım 15 dərslik və metodik vəsaitin, 
160-dan  artıq  elmi,  publisistik,  ədəbi-tənqidi  və  s. 
əsərlərin müəllifidir. Onun Rus, Ukrayna, Belarus, Türk-
mən, Qazax və başqa dillərdə nəşr olunan  nüfuzlu mət-
buat orqanlarında bir sıra əsərləri çap edilmişdir. Zəhra 
xanımın  pedaqoji,  ədəbi  və  ictimai  fəaliyyəti  hökumət 
tərəfindən yüksək qiymətləndirilmiş, 1971-ci ildə ”SSRİ 
maarif  əlaçısı”  döş  nişanı,  1981-ci  ildə  “Şərəf  nişanı”, 


144
1988-ci  ildə  “Əmək  veteranı”  medalı  və  digər  fəxri 
fərman  və  adlarla  təltif  edilərək  mükafatlandırılmışdır. 
1982-90-cı illərdə “Azərbaycan məktəbi” jurnalının baş 
redaktoru  olmuş  fədakar  pedaqoq  Zəhra  xanımın  elmi, 
pedaqoji fəaliyyəti bu gün də böyük hörmət və ehtiramla 
yad edilir.


145
HƏSƏNOV HƏBİB RƏHIM OĞLU
(1922-2004)
Həbib  Rəhim  oğlu  Həsənov 
1922-ci  ilin  avqustun  5-də  “Er-
mənis tan”ın  Nor-Bayazit  rayo-
nunun  Ağzıbir  kəndində  anadan 
olmuşdur.  1938-ci  ildə  7-illik  mək-
təbi bitirdikdən sonra İrəvan  Azər-
baycan   Pedaqoji  Məktəbinə  daxil  
olmuşdur.    l940-42-ci  illərdə  Nor-
Ba yazit  rayonu  Ağqala  kəndi  7 
illik mək təbində müəllim, sonra isə məktəbin direktoru 
vəzifəsində çalışmışdır.
1943-47-ci illərdə həmin rayo nun Ağzıbir kəndində 
məktəb  direktoru  işləmişdir.  1947-1949-cu  illərdə  Er-
mənistan  Respublikasının  2  illik  partiya  məktə bində 
təhsil  almışdır.  1949-50-ci  illərdə  Ermənistan  Respub-
likasının Əzizbəyov rayonu partiya komitəsinin təbliğat-
təş viqat  şöbəsinin  müdiri,  1950-53-cü  illərdə  “Sovet 
Ermənistanı” qəzetinin partiya həyatı şöbəsinin müdiri, 
1953-56-cı  illərdə  Üçmüədzin  partiya  komi tə sinin 
ikinci  katibi,  1956-60-cı  illərdə  Amasiya  rayonunun 
birinci katibi vəzifə lərində işləmişdir. 1959-60-cı illərdə   
Moskvada Ali Partiya Məktəbinin müda vimi olmuşdur. 
1960-74-cü  illərdə  «Sovet  Ermənistanı»  qəzeti nin  baş 
redaktoru  vəzifəsində  çalışmışdır.  Mətbuat  sahəsində 


146


147
səmərəli  fəaliy yətinə  görə  “əməkdar  jurnalist”  adına 
layiq görülmüşdür.
1957-75-ci  illərdə  davamlı  olaraq  “Ermənistan  KP 
MK-nın  üzvü,  Ermənistan  SSR Ali  Sovetinin  4-5-6-7-
8-ci çağırış larının deputatı, Ermənistan SSR Ali Soveti 
Rəyasət Heyəti sədrinin müavini olmuşdur.
1974-cü  ildən  Azərbaycanın  Tovuz  rayonu  partiya 
komitəsinin birinci katibi, 1980-ci ildən Azərbaycan SSR 
Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədri, 1981-1989-
cu illərdə meşə təsərrüfatı naziri vəzifələrində çalışmışdır. 
1976-cı ildən Azərbaycan KP MK-nın üzvü, Azərbaycan 
SSR Ali Sovetinin 9-cu və 10-cu çağırışlarının deputatı 
seçilmişdir.
2  dəfə  Qırmızı  Əmək  Bayrağı  və  digər  orden  və 
medallarla təltif edilmişdir.
1989-cu  ildə  Ümumittifaq  təqaüdçü  statusunda  tə-
qaüdə çıxmışdır.
1997-2004-cü illərdə Azərbaycan mətbuatında Qərbi 
Azərbaycan,  Qarabağ  münaqişəsi  və  s.  mövzularda 
məqalələrlə müntəzəm çıxış etmişdir.
1997-ci  ildə  Azərbaycan  Dövlət  Nəşriyyatında 
H.Hə sə novun  «Silinməz  adlar,  sağalmaz  yaralar»  adlı 
kitabı  nəşr  olunmuşdur.  Əvvəllər  qatı  açılmamış  tarixi 
faktlarla  zəngin  olan  bu  əsərdə  ilk  dəfə  olaraq  qədim 
Oğuz diyarında - Qərbi Azərbaycanda son 200 il ərzində 
azərbaycanlıların  soyqırımı  faktı  demoqrafik  statistik 
məlumatlar əsasında sübuta yetiril mişdir.  Dördillik gər-
gin  əməyinin  nəticəsi  olan  «Silinməz  adlar,  sağalmaz 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə