Cəfər Cəfərov Cəlal Allahverdiyev TƏHSİl tariXİMİZDƏN: İRƏvan pedaqoji



Yüklə 15,04 Mb.
Pdf görüntüsü
səhifə20/45
tarix19.07.2018
ölçüsü15,04 Mb.
#57177
1   ...   16   17   18   19   20   21   22   23   ...   45

89
xalqına nəsə verməyə çalışmışdır. O, alman, ingilis, türk, 
ərəb, fransız, rus, erməni dillərini gözəl bilməklə yanaşı, 
həm  də  ölü  dillərdən  sayılan  qraban,  şumer,  akkad  və 
elam dillərini bilirdi.
Dilimizin  və  tariximizin  qədimliyini,  açılmamış 
qatla rını elmi dövriyyəyə gətirib çıxaran Yusif müəllim 
heç  zaman  yaradıcılıq  işindən  qalmamış,  müntəzəm 
olaraq elmi-pedaqoji və digər mövzularda yazdığı əsər-
ləri ölkəmizdə və eyni za manda ölkəmizdən kənarda da 
nüfuzlu  elmi  nəşrlərdə  çap  olunmuşdur.  Onun  yazdığı 
“Qədim Şərq Tarixi”, akademik Ziya Bünyadovla  birlikdə 
yazdığı  “Azərbaycan  tarixi”  və  s.  əsərləri  Azərbaycan 
tarixşünaslığı üçün olduqca dəyərli tövhədir. Yusif Yusi-
fovun  qədim  dilləri  mükəmməl  bilməsi,  dünya  elmi 
aləmində ona böyük nüfuz qazandırmışdır. Haqlı olaraq 
görkəmli  dilçi  alim,  professor  Firudin Ağasıoğlu Yusif 
Yusifovu  “Azərbaycan  elminin  nuru”  və  “Azərbaycan 
tarixində nadir simalardan biri” adlandırır.
Yusif  müəllimin  2  monoqrafiyası  5  dərslik,  150-
dən  çox  elmi  əsəri  nəşr  edilmişdir.  Onu  da  qeyd  edək 
ki,  Yusif  müəllim  uzun  müddət  İrəvanda  azərbaycanlı 
pedaqoji məktəbinin direktoru işləmiş, milli maarifimizin 
inkişafında  böyük  xidmətləri  olmuş  Bəhlul  Yusifovun 
oğludur.


90
NƏRİMAN  ƏLİYEV
1911-ci ildə Böyük Vedidə varlı 
ailədə  dünyaya  gəlmişdi.  Atası  bir 
vaxtlar Böyük Vedi kəndinin katdası 
olmuşdu.  İbtidai  təhsilini  Böyük 
Ve didəki  rus-tatar  məktəbində  alan 
Nəriman  sonra  İrəvandakı  N.Nə-
rimanov  adına  Türk  Pedaqoji  Tex-
nikumuna  daxil  olur.  1929-cu  ildə 
təhsilini başa vurub, əvvəl oxuduğu 
məktəbdə,  sonra  İrəvan  şəhərindəki  türk  məktəbində, 
Kənd Təsərrüfatı Texnikumunda dərs deyir.
Nəriman  Əliyev  İrəvanın  ədəbi-mədəni  həyatında 
da  fəal  iştirak  etmişdir.  O,  1927-ci  illərdə  İrəvanda 
Nəriman Fəxri imzası ilə “Zəngi” qəzetində xeyli sayda 
poetik nümunələr, dəyərli məqalələr dərc etdirmiş, həmin 
mətbuat orqanın ən fəal müxbirlərindən biri olmuşdur.
1930-cu ildə Azərbaycan Tibb İnstitutuna daxil olur. 
1934-cü  ildə  oranı  bitirib,  rektor  Əziz  Əliyevin  şəxsi 
təşəbbüsü ilə İnstitutda saxlanır, mikrobiologiya kafed-
rasının aspirantu rasına qəbul olunur. 1935-ci ildə Moskva 
Elmi-Tədqiqat  Mik ro biologiya  İnstitutuna  göndərilir. 
1937-ci  ildə  təhsilini  başa  vuraraq  doğma  kafedrasına 
qayıdır.
Böyük  Vətən  müharibəsi  illərində  həkim  kimi 
İrana  ezam  olunur,  Sovet  ordusu  tərkibində  Bakıdan 


91
göndərilən  həkimlər  qrupuna  rəhbərlik  edir.  1942-ci 
ildə  İrandan  Bakıya  çağırılan  N.Əliyev  həkim  qrupu 
ilə  Dağıstanda  yayılan  epidemiyanın  qarşısını  almaq 
üçün  təcili  bu  bölgəyə  göndərilir.  Bu  işi  uğurla  başa 
çatdırıb Bakıya dönür, burada ön cəbhə üçün lazım olan 
dərmanların hazırlanması işinə rəhbərlik edir. Az sonra 
onun rəhbərliyi ilə qonqrenaya qarşı preparat hazırlanır. 
Bu dərman böyük şöhrət qazanır.
Böyük Vətən müharibəsindən sonra N.Əliyev mik-
robio logiya İnstitutunda şöbə müdiri işləyir, 1948-ci ildə 
namizəd lik,  1970-ci  illərdə  doktorluq  dissertasiyaları 
müdafiə  edir.  Onlarla  elmi  məqalə  və  dərsliyin,  çoxlu 
ixtiraların müəllifi olan N.Əliyev iyirmi il kafedra müdiri 
işləyir. Rubin, nakordin, aurantin kimi yeni bioloji aktiv 
maddələr kəşf edir. Kənd təsərrüfatında ət məmulatları-
nın  saxlanmasında  geniş  istifadə  olunan  aktiv  bioloji 
mad dələrin  kəşfi,  lentospiroz,  madro minoz,  geotrixoz, 
serrasioz,  kantidoz  xəstəliklərinin  aşkarlan ması  və  s. 
onlarla kəşf də onun adı ilə bağlıdır.
Professor  Nəriman  Əliyev  həm  də  əməkdar  elm 
xadi midir.  Müxtəlif  orden  və  medallarla  təltif  olunub. 
Övladlarının  hamısı  ali  təhsilli  həkimdir.  Oğlu 
Namiq 
Əliyev  tibb  elmləri  doktoru,  professordur.  Tibb  müəs-
sisələrindən birinə rəhbərlik edir. (6)
N.Əliyev həmişə iftixarla qeyd edirdi ki, “mən hə-
yatda qazandığım nailiyyətlərə görə ilk növbədə İrəvan 
Pedaqoji Texnikumuna borcluyam”.


92
FƏRHAD FƏRHADOV
Fərhad  Fərhadov  27  sentyabr 
1919-cu ildə Zəngibasar rayonunun 
Rəncbər kəndində anadan olmuşdur. 
İrəvan  Gim naziyasının  məzunu  ol-
muş  atası  Qulam  müəllim  uzun 
müddət  İrəvanda  və  eləcə  də Azər-
baycanlılar  yaşayan  müxtəlif  böl-
gələrdə  maarifçiliyin  inkişafında 
bö yük  rolu  olmuşdur.  Qulam  mü-
əllim “Ermənistan”da Yeni Türk Əlifba komitəsinin fəal 
əməkdaşlarından biri olmaqla ya naşı, həm də yeni əlif-
banın azərbaycanlı əhali arasında təbliğində və tətbiqində 
böyük fəaliyyət göstərmişdir.
Qulam müəllim “Zəngi” qəzetinin fəal müxbir lərin-
dən biri kimi 1925-ci illərdə yeni əlifbanın əhəmiyyəti 
haq qında həmin mətbuat orqanında dərc olunmuş bir sıra 
dəyərli məqalələrin müəllifidir.
Fərhad müəllim 1933-cü illərdə İrəvan Pedaqoji Tex-
nikumuna  daxil  olmuş  və  oranı  fərqlənmə  diplomu  ilə 
bitir mişdir.  1936-cı ildə Azərbaycan Pedaqoji İnstitutuna 
daxil olan Fərhad müəllim 1941-ci ildə  İnstitutu bitir-
dikdən  sonra  elə  həmin  ildə  Pedaqoji  Texnikumunda 
müəllim vəzifəsində çalışmağa başlamışdır.
Filologiya elmləri doktoru, professor Fərhad Fərha-
dov indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində 


Yüklə 15,04 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə