Qondarma erməni soyqırımı faktların dili ilə
85
etməli idilər. Həmçinin hazırlıq planına uyğun olaraq
burada hərbi hazırlıq işləri tam başa çatdırılmış, hərbi
birləşmələr döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.
Məqsəd müharibəni qalibiyyətlə başa vurduqdan dərhal
sonra Şərqi Anadolunun “Vilayəti-Sittə” deyilən bölgəsi
ilə yanaşı Qafqaz regionu da daxil olmaqla adı çəkilən
zonada müstəqil erməni dövlətinin yaradılmasını
reallaşdırmaq idi. Bunun üçün ermənilər yorulmadan
gecə-gündüz çalışaraq bu dövləti yaradılması uğrunda
mühüm tədbirlər planı işləyib hazırladılar. Məhz belə
qəbildən olan tədbirlərdən biri də birinci dünya
müharibəsi ərəfəsində, daha dəqiq desək, 1914-cü ilin
əvvəlində Eçmiədzin Katalikosu V Gevorqun Tiflisə gə-
lərək çar tərəfindən qəbul edilməsi hadisəsi oldu. Katali-
kosun çarla apadığı gizli danışıqlarda əsasən ermənilərin
qurtuluşunun Osmanlı dövlətindən ayrılaraq Rusiyanın
himayəsi altında müstəqil Ermənistan dövlətinin yaradıl-
ması ilə mümkün ola biləcəyini görmək mümkündür
(108, 186).
I Dünya müharibəsi başlayan kimi, 3 avqust 1914-cü
ildə Osmanlı imperiyası ərazisində səfərbərlik elan edildi.
Səfərbərlik elan etməklə Osmanlı hökumətinin əsas
məqsədlərini türk tarixçisi Zafer Özkan bu şəkildə
dəyərləndirərək yazır: “Səfərbərlik elan etməklə Osmanlı
hökumətinin əsas məqsədi bir dövlətin düşmən dövlətə
qarşı bütün imkanlarını səfərbər edəcək sürətlə hərbə
hazırlıq görməsidir. Ölkəni müharibəyə hazır vəziyyətə
gətirmək üçün əsgərlik yaşına çatmış bütün vətən-
daşların hərbi xidmətə cəlb edilməsi, sərhədyanı əra-
Qondarma erməni soyqırımı faktların dili ilə
86
zilərin təzlükəsizliyinin təmin edilməsi, yeni hərbi
planların hazırlanaraq yerinə yetirilməsi» və s. nəzərdə
tuturdu (128, 119).
Birinci Dünya müharibəsinə girməmişdən öncə
erməni siyasi təşkilatlarının (İstanbul Patriarxlığı,
Daşnaqsütyun partiyası, Qnçaq təşkilatı və s.) fəal üzvləri
İstanbulda toplanaraq gələcək siyasi məsələləri bir daha
gözdən keçirdilər. Toplantının yekununda iki qərar qəbul
edildi. Birinci qərara görə “Osmanlı dövlətini şübhələn-
dirməmək, həmçinin müharibəyə girdiyi halda erməni
xalqını Osmanlı dövlətinə sadiq qalaraq hökumətin
çıxardığı qərarlara biganə qalmamağı nəzərdə tuturdusa,
ikinci qərar sırf gizli xarakter daşıyırdı. Bu qərar Osmanlı
hökumət nümayəndələrindən gizli saxlanılsa da əslində
təlimat şəklində bütün erməni komitələrinə paylanıl-
mışdı. Burada ermənilərin Osmanlı dövlətinə xəyanəti və
eyni zamanda ruslara yardım etmələri tələb olunurdu
(119, 26)”.
Rusiya ilə Osmanlı dövləti arasında baş vermiş
müharibə yeni bir mərhələyə keçməklə artıq Qafqaz
ərazisi
hərbi
plasdarma
çevrilmiş
oldu.
Hərbi
əməliyytalar bu və ya digər tərəfin üstünlüyü ilə keçirdi.
Səfərbərlik elan edildikdən sonra Türkiyənin quru qoşun-
larının sayı 800 min nəfərə çatdırıldı. Eyni vaxtda müx-
təlif istiqamətlərdən imperiyanın şərq və cənub-şərq
sərhədlərinə imperialist dövlətlərin qoşun yeritməsi
Osmanlı hökumətini ciddi narahat edirdi. Hökumət qısa
zamanda bölgələrin təhlükəsizliyini təmin etməkdən ötrü
ordunu müxtəlif istiqamətlərdə–Mesopotamiya istiqa-
Qondarma erməni soyqırımı faktların dili ilə
87
mətində I, II, V Ordunu, Suriya və Fələstin istiqamətində
IV Ordunu və nəhayət, Qafqaz istiqamətində III Ordunu
hərəkətə gətirdi. Türk ordusuna komandanlığı hərbi
nazir Ənvər Paşa həyata keçirirdi. Qeyd etmək lazımdır
ki, türk ordusu Almaniya ordusunun təlimatçıları
tərəfindən müasir silahlarla silahlandırılmış, eyni
zamanda dövrün tələblərinə uyğun olaraq hərbi biliklərlə
maarifləndirilmişdilər. Türkiyə ordusunun baş ştabına
general Bronzart Fon Şellendorf rəhbərlik edirdi (4, I cild,
221).
Rus ordusunun Qafqazdakı hissələrinə isə Qafqaz
canişini I.I.Vorontsov-Daşkov və onun müavini general
A.Z.Mislaevski başçılıq edirdi. Rus ordusunun Qafqaz
cəbhəsində olan sayı 170 min nəfər, döyüş parkı isə 350
topdan ibarət idi (4, I cild, 221-222).
Qeyd edək ki, 720 km uzunluğu olan Qafqaz
cəbhəsində 200 minlik rus ordusu və tərkibində 4
drujinada birləşən 10 minlik erməni silahlı dəstələri mü-
haribəyə ciddi hazırlaşmışdı. Noyabr ayının 1-də Rusiya
Qafqazda Türkiyəyə qarşı müharibə elan etmiş, bir gün
sonra 3 istiqamətdə – Oltu, Sarıqamış və Qazığman
istiqamətində hücuma keçmişdi. Türk qoşunları isə öz
qüvvələrini Ərzurum istiqamətində cəmləşdirmişdi. Belə
ki, general Baratovun komandanlığı altında erməni-rus
qoşunları ilk olaraq 1914-cü ilin noyabrın 6-da strateji
məntəqə olan Ərzurum istiqamətindən hücuma keçdi.
Ertəsi gün rus ordusu artıq Kempisanın 50 kilometrliyinə
çatmışdı. Türk silahlı qüvvələri rus ordusunun ildırım
sürətli hücumları qarşısında çoxlu sayda itki verdikdən
sonra geri çəkilmək məcburiyyətində qaldı. Hökumət
Dostları ilə paylaş: |