56
rəfiqəsindən qorxan təkgöz təzədən havaya tullandı.
Dovşanı qamarlayıb yerə qısıldı. Tək gözünü balaca şam
ağacına zillədi. Ağac əvvəlki kimi yerə qədər əyilmişdi.
Canavar farağat durmuşdu və indicə dəyəcək zərbəni
gözləyə-gözləyə tüklərini pırpızlaşdırmışdı. Amma öz
ovunu ağzından buraxmadı. Bu dələ zərbə olmadı. Ağac
eləcə əyilib qalmışdı. Canavar tərpənən kimi şam ağacı da
yelləndi. Təkgöz möhkəm sıxılmış çənələri arasından
mınldadı. Elə bil ağac canavarın tərpənməyinə bənd idi.
Vəhşi tərpənən kimi ağac da yellənirdi. Təkgöz
hərəkətsiz
qalmağı üstün tutdu. Amma dovşanın isti qanı yaman
ləzzətli idi. Bu çətin vəziyyətdən təkgözü dişi canavar
qurtardı. Dişi canavar onun cəngindən dovşanı aldı. Şam
ağacı yırğalanıb dikələnə kimi dovşanı parçaladı. İndi ağac
dümdüz qalmış, əvvəlki görkəmini almışdı. Daha onları
narahat etmirdi. Canavarlar bu sehrli ağacın onlara bəxş
etdiyi dadlı ovu öz aralarında böldülər.
Vəhşi canavarlara belə cığırlar tez-tez rast gəlirdi.
Talacıqlarda dovşanlar atılıb düşür, adamların qurduğu
tələyə ilişirdilər. Təkgözlə dişi canavar isə onları
qamarlayardılar. Dişi canavar adətən həmişə qabaqda
irəliləyir, tələyə düşmüş ovu birinci qamarlayırdı. O, ov et-
mək elmini yaxşı mənimsəmişdi.
downloaded from KitabYurdu.org