49
hiss çulğamışdı. Bu, məhəbbət hissi idi!
Bununla belə, bütün bu ədavətin səbəbkan olan dişi
canavar qarın üstündə arxayın-arxayın oturub döyüş
meydanını izləyirdi. Bu döyüş ona ləzzət verirdi.
Canavarların tükləri dimdik qalxmışdı. Dişləri bir- birinə
dəyir, şaqqıldayır, sonra da cavan üçyaşar canavarın
bədənini didik-didik edirdilər. Bütün bunlar dişi canavara
sahib olmaq istəyindən doğmuşdu.
Üçyaşar canavar ömründə ilk dəfə məhəbbət dadırdı.
Amma, o öz sevgisi uğrunda həyatını qurban verdi. İndi
hər iki rəqib bu cavan vəhşinin cəmdəyi üstündə
durmuşdu. Vəhşilər oturub, sanki gülümsəyən dişi
canavara baxırdılar. Burası da var idi ki, qoca canavar
sevgi-məhəbbət məsələlərində daha ağıllı, tədbirli,
təcrübəli idi. Cavan başçı çiynindəki təzə yaralan yalamaq
üçün başını çevirmişdi. Onun peysəri düz
rəqibinin çənəsi
yanındaydı. Qoca canavar tək gözü ilə belə əlverişli şəraiti
qiymətləndirməyə bilməzdi. Birdən o, güllə kimi rəqibinin
üstünə şığıdı və rəqibin boğazı qoca vəhşinin cənginə
keçdi. O, möhkəm bir dişdəm götürərək rəqibinin
boğazındakı damarlan doğrayıb tökdü və dərhal kənara
sıçradı. Cavan canavar nərə çəkdi. Onun dəhşətli nəriltisi
titrək öskürəyinə qarışdı. O, qan tökə-tökə, öskürə-öskürə
qoca canavarın üstünə cumdu. Amma həyatı sönürdü.
downloaded from KitabYurdu.org