52
yerlərinə çıxırdılar. Hərdən cüt gəzib dolaşan başqa
canavarlara da rast gəlirdilər. Bu görüşə heç bir tərəf
sevinmirdi. Heç bir tərəf yenidən birləşmək, dəstə halında
gəzməyə meyl göstərmirdi. Bəzən yolda yalquzaqlar da
olurdu; erkək canavarlar idi. Bu vəhşi erkəklər
məmnuniyyətlə təkgözlə onun rəfiqəsinə qoşulmaq
istəyirdilər. Amma təkgöz bunun əleyhinə idi. Elə ki
rəfiqəsinin erkək vəhşilərlə çiyin-çiyinə dayandığını
görürdü, tüklərini pırpızlaşdırar, dişlərini qıcırdardı. Bunu
görən
yad
canavarlar
həsləyər,
daldalı çəkilib
uzaqlaşardılar.
Aylı bir gecə idi. Onlar sakit meşədə qaçarkən təkgöz
qəflətən ayaq saxladı. O, ağzını göyə tutdu, quyruğunu
qısdı. Vəhşinin burun dəlikləri qalxıb enməyə başladı.
Havanı iylədi. Sonra it kimi qabaq pəncələrini qaldırdı.
Nəsə onu həyəcana gətirmişdi. O, havadan gələn təzə
qoxunun nədən xəbər verdiyini anlamağa çalışdı. Dişi
canavar bumu ilə dostuna toxundu. Sonra irəli qaçdı.
Təkgözü də öz dalınca qaçmağa məcbur etdi. Amma qoca
canavarın içində narahatlıq gəzirdi. Bir az
qaçandan sonra
yenə ayaq saxladı. Külək təhlükəli qoxu gətirirdi. Və o,
qoxunun nə demək olduğunu bilmək istəyirdi.
Dişi canavar ağaclığın dalından böyük bir talaya çıxdı.
Ehtiyatla o yan-bu yana baxdı. Az sonra bütün tükləri
downloaded from KitabYurdu.org