59
çıxarmışdı. Yəqin ki, rahatlıq tapdığına sevinirdi.
Təkgöz acmışdı. O. mağaranın ağzındaca yuxuya getdi.
Amma çox yata bilmədi. Gah durub qulaqlarını şəkləyir,
gah da aprel günəşinin şüalarının qar üstündə sayrışan
rənglərinə göz qoyurdu. Ətrafdakı aləm nədənsə danışırdı.
Təkgöz
mürgüləməyə
başlayanda
qulaqlarına
görünməyən, xırda çayların güclə eşidiləcək pıçıltısı
dəyirdi. Hərdən başını qaldırır, həyəcanla
bu səslərə qulaq
verirdi. Göyün üzündə yenə günəş göründü. Oyanan şimal
sanki canavara əl edirdi. Ətrafda hər şey oyanırdı. Havadan
yaz ətri gəlirdi. Qarın altında yeni həyat doğulurdu.
Ağaclar şirədən şişmişdilər. Tumurcuqlar buz qandallarım
sındırıb tökmüşdülər.
Təkgöz narahat-narahat oyanıb rəfiqəsinə baxırdı.
Amma dişi canavar yerindən tərpənmək istəmirdi. Qoca
canavar ətrata yenə də diqqət kəsildi. Lap yaxında şimal
sərçələrinin nırıltı ilə uçuşduğunu gördü. Ayağa durdu.
Amma rəfiqəsinə baxıb yenə uzandı. Yuxuladı. Qulağına
zəif vızıltılar dəyirdi. Mürgüləyə-mürgüləyə pəncəsini bir
neçə dəfə üz-gözünə çırpdı. Sonra ayıldı. Bumunun
ucunda milçək vızıldayırdı. Görünür, iri milçək idi. O,
bütün qışı qum kötük içində keçirmiş, indi isə günəşin
gəlişi ilə azadlığa çıxmışdı. Təkgöz canavarın ətraf
mühitin harayına hay verməyə heyi qalmamışdı. O, yemək
downloaded from KitabYurdu.org