www.vivo-book.com
47
Cavan oğlan divardakı deşiyi qıza göstərib dedi:
– Burda sakitcə oturub sənin dalınca gələcəyimi gözlə.
IV FƏSİL
Qız özünü gözcük tərəfə atdı, rinqi lap qarşısında
gördü. Sanki ovcunun içindəydi. Təkcə tamaşa salonunun
bir hissəsini qız görmürdü. Meydançanın üstündə qaz
lampası gur işıq saçırdı. Qızın dövrəsindən keçdiyi hündür
yerlərin ətrafında, birinci sırada əlində karandaş və bloknot
olan adamlar oturmuşdular. Cenevyeva başa düşdü ki, bu
yerli qəzetlərin reportyorlarıdır, onlardan biri saqqız
çeynəyirdi. Qalan iki sıranı yaxındakı yanğınsöndürən
hissənin
yanğınsöndürənləri,
əynində
forma
olan
polismenlər tutmuşdular. Birinci sırada iki reportyorun
arasında lap cavan polis rəisi oturmuşdu. Cenevyeva rinqin
o tərəfindəki tamaşaçılardan birinin mister Klauzen
olduğunu görüb təəccübləndi. Ağbəniz, qırmızıyanaq, sıx
bakenbardlı Klauzen lap rinqin yanında birinci sırada özünü
www.vivo-book.com
48
çəkərək oturmuşdu. Bir neçə adam o yanda, həmin sıradaca
Cenevyeva həyəcandan üz-gözü pörtmüş, qırış-qırış sifətli
Silverstaynı gördü.
Tamaşaçıların seyrək alqışları altında əynində pencək
olmayan bir neçə cavan oğlan əllərində vedrələr, butulkalar,
əl-üz dəsmalları, burazları qaldırıb, meydançadan keçib
Cenevyevanın olduğu otağın çəpindəki küncə keçdilər.
Onlardan biri kətilin üstündə oturub kürəyini buraza
söykədi. Onun əynində qalın ağ yun köynək, corabsız
ayağında parusin çəkmə var idi. Yerdə qalan cavan oğlanlar
da düz Cenevyevanın oturduğu küncdə əyləşdilər. Bərk alqış
səsləri gəldi, qız diqqətlə baxanda Coyu tanıdı, o əynində
həmin uzun xələti stulda oturmuşdu, oğlanın qısaca
vurulmuş şabalıdı, qıvrım saçları qızın gözünün qabağının
bir metrliyində idi.
Sıx saçları olan, hündür nişastalı yaxalıqlı, əyninə qara
kostyum geymiş cavan oğlan rinqin ortasına çıxdı, əlini
qaldırıb dedi:
– Möhtərəm tamaşaçılardan xahiş edirik, papiros
çəkməyin.
www.vivo-book.com
49
Bu xahişi bərkdən eşidilən narazılıqla qarşıladılar, onu
fitə basdılar. Cenevyeva təəssüflə gördü ki, hamı sakitcə
papiros çəkməyindədir. Mister Klauzen yarışlara başçılıq
edənin xəbərdarlığına, əlində yanan kibrit olduğu halda
qulaq asdı, heç bir şey olmamış kimi siqaretini çəkdi.
Cenevyevanın ondan möhkəm acığı gəldi, onun Coyu, belə
tüstü dumanın içində necə döyüşə bilər? Qız da nəfəs ala
bilmirdi, amma bir şey var ki, o yerindən tərpənmədən
oturub.
Yarışlara başçılıq edən Coya yaxınlaşdı. O ayağa
durdu, uzun xələti çiynindən sürüşüb düşdü. Co rinqin
ortasına parusin çəkmələrdə, qısa ağ tumanda, çılpaq halda
çıxdı. Cenevyeva utandı. Qız tək idi, onu heç kəs görmürdü,
buna baxmayaraq, sevgilisini çılpaq görüb, utandığından
yaman qızardı. Buna baxmayaraq, yenə baxdı, vicdan əzabı
çəksə də, baxdı, onu sözsüz ki, belə görmək günahdır.
Qəlbinin həyəcanlanması da, qızı ona cəzb edən ehtiraslı
meyli də sözsüz ki, günahdır. Ancaq bu xoşagələn günah idi,
qız ümumi əxlaq qaydalarını pozaraq gözünü sevgilisindən
çəkmirdi. İbtidaidən olan instinkti, ilkin günah, xasiyyət
www.vivo-book.com
50
özünü büruzə verdi. Sanki keçmiş minilliklərdəki anaların
pıçıltılı səsi, hələ anadan olmamış körpələrin çığırtısı
eşidildi. Ancaq qız bunu bilmirdi, bircə şeyi bilirdi ki,
günahkardır, başını fəxrlə yuxarı qaldırdı, qərara aldı ki,
bütün yasaqlardan azad olacaq, başdan-ayağacan günaha
batacaq.
Qız geyim altında olan insan bədəni haqqında heç vaxt
fikirləşməmişdi. Bədən onun təsəvvüründə sifət, əllər kimi
yaşayırdı. İnsana geyim verən mədəniyyətin övladı
Cenevyeva, insanı geyimsiz təsəvvürünə belə gətirə
bilmirdi. Adamlar nəsli onun üçün çılpaq üzlü, çılpaq qollu,
başında saçları olan ikiayaqlı məxluq idilər. O, Co barədə
fikirləşəndə saçları qıvrım, qız kimi çəhrayıyanaq, göy gözlü
cavan sevgilisini göz önünə gətirirdi, sözsüz ki, geyimli-
kecimli. İndi isə həddindən artıq gözəl, üstünə ağ işıq düşən
sevgilisini görürdü. Cenevyevanın qəfildən ağlına gəldi ki,
Allahı həmişə çılpaq şəkildə, duman içində, yarı gizlənmiş
halda təsəvvürünə gətirirdi. Sevgilisini Allaha yaxınlaşdıran
belə bir müqayisə ona dəhşətli, günahkar, küfr göründü, qız
sanki bundan ən ağır günah kimi qorxdu.
www.vivo-book.com
51
Cenevyevanın
zövqü
oleoqrafiyalarla
6
tərbiyə
olunmuşdu, ancaq anadangəlmə gözəlliyi duymaq hissi onu
başa saldı ki, qarşısındakı əsl gözəllik mücəssəməsidir.
Coyun zahiri görünüşü həmişə onun xoşuna gəlirdi. Ancaq
zahiri görkəm ayrılmaz şəkildə geyimlə bağlı idi,
Cenevyevaya elə gəlirdi ki, Co ona görə belə cazibədardır
ki, belə gözəl geyinir. Qızın ağlına da gəlmirdi, geyim
altında bu mükəmməl gözəllik ola bilər. Bu kəşf onu heyran
etdi. Coyun dərisi qadın dərisi kimi ağ idi, ancaq
qadınınkından daha hamar, ipək kimi, tüksüz idi. Cenevyeva
bunu gördü. O, Coyun üzünün zərif cizgilərinə, yaxşı inkişaf
etmiş bədəninin əzələlərinin bir-birini tamamlamasına
tamaşa edib heyran qaldı. Coyun bütün görkəmindən saflıq
və zəriflik yağırdı. Gülümsəyən sifəti, yonulmuş kameyaya
7
bənzəyirdi, həmişəkindən daha cavan görünürdü.
Yarışlara başçılıq edən əlini Coyun çiyninə qoyub
üzünü izdihama tərəf döndərib dedi:
6
Oleoqrafiya – yağlı boyalarla çəkilmiş şəkli litoqrafiya vasitəsi ilə çap etmə üsulu
(Tərc. qeydi).
7
Kameya – daş və balıqqulağından qayırılmış bəzək əşyası (Tərc. qeydi).
Dostları ilə paylaş: |