www.vivo-book.com
62
başı gicəlləndi, dodaqları qanadı. Tamaşaçılar Coyun
müvəffəqiyyətinə bərkdən sevindilər, Ponta hirsləndi. Ponta
özünü bilməyərək dəli kimi Coyun üzərinə atıldı. Onun
əvvəlki qaba hücumları bu qudurğan burulğanın qarşısında
heç nə idi. Co daha zərbəyə zərbə ilə cavab verməyə
çalışmırdı: o bütün qüvvələrini səfərbər etdi ki, yaratdığı bu
tufanın qarşısında duruş gətirsin. O hücumu güc-bəla ilə dəf
edərək, birtəhər yaxa qurtarırdı, nəfəsini dərmək üçün vaxt
arayır, klinçdən aman axtarırdı. Ancaq klinçdə də tam
sakitlik və təhlükəsizlik hökm sürmürdü. Ara vermədən
sayıqlıqla rəqibinə göz qoymalı idi, klinçdən qurtaranda
təhlükə daha çox idi. Cenevyeva Coyun Pontaya bərk
yapışdığını görüb əvvəlcə bir gülümsündü də, qız başa
düşmürdü ki, bu nəyə gərəkdir, Co özünü Pontaya
yapışdırınca Ponta altdan yuxarı Coya bir zərbə endirdi,
yumruğu az qala Coyun çənəsinə dəyəcəkdi. O biri klinçdə
Cenevyeva Coyun canını qurtardığını zənn edib rahatca
nəfəs alanda Ponta onun çiyni üstündən əyilib sağ əli ilə
qolaylanıb yumruğunu var gücü ilə Coyun belinə endirdi.
Tamaşaçılar istəkli Co üçün narahat olub içlərini çəkdilər,
www.vivo-book.com
63
Co bir göz qırpımında rəqibinin dirsəklərindən tutub ikinci
belə bir zərbənin qarşısını almaq üçün sıxdı.
Yenə qonq səsi eşidildi, bir anlıq fasilədən sonra döyüş
təzələndi. Co olduğu küncdən çıxmağa macal tapmamışdı
ki, Ponta bütün meydan boyu onun üstünə atıldı. Coyun
belinə zərbə dəyən yerdə ağ dəridə qırmızı ləkə görünürdü,
bu iri – Pontanın əlcəyi boyda idi. Cenevyeva bu qırmızı
ləkəyə kədərlə baxırdı, gözünü ondan çəkə bilmirdi. O biri
klinçdə Ponta özünün ölümcül zərbəsini Coyun böyrəklərinə
endirdi. Bundan sonra Co sayıq idi, bütün vaxtı zərbələrdən
can qurtara bilirdi, əlcəyi ilə Pontanın çənəsini sıxırdı, onun
başını dala atırdı, ancaq raund qurtaranacan Ponta üç dəfə bu
üsulu təkrar etdi, həmişə də eyni ən zəif yerə zərbə endirdi.
Bir dəqiqəlik fasilə qurtardı, bir raund da ötdü, bunların heç
biri tərəflərin heç birinə – nə ona, nə də o biri rəqibə
üstünlük vermədi. Beşinci raundun başlanğıcında küncə
sıxışdırılmış Co özünü elə göstərdi ki, klinçə gedir. Ancaq
son anda Ponta ondan ikiəlli yapışmağa hazırlaşanda Co
özünü bir qədər kənara verdi, Pontanı cınağının altından, ən
zəif yerindən ildırım sürəti ilə dörd dəfə dalbadal sağ və sol
www.vivo-book.com
64
əli ilə vurdu. Zərbələr, görünür, möhkəm idi, çünki Ponta
yırğalandı, dartındı, əlləri yanına düşdü, çiyinləri endi, elə
bil ki, indicə o iki qatlanıb tirtap yerə yıxılacaqdı. Co
düşmənin özünü ifşa etdiyini görüb ona nəfəsini dərməyə
imkan verməyib dodaqlarına bir zərbə endirdi, sonra
qolaylanıb Pontanın çənəsini nişan aldı, ancaq zərbə yerinə
düşmədi, yanağına toxundu, Ponta kənara sıçradı.
Tamaşaçılar özlərindən çıxmışdılar. Hamı ayaq üstə
qalxmışdı, əl çalıb qışqırırdılar. Cenevyeva: “Pontanın işi
bitdi, işi bitdi!” qışqırığını eşidib elə bildi ki, indicə yarışın
sonu çatacaq. Qız da özündən çıxmışdı, onun həmişəki
mehribanlığından, fağırlığından əsər-əlamət qalmamışdı, o
sevgilisinin vurduğu hər ölümcül zərbədən sonra sevinirdi.
Ancaq Pontanın gücü hələ də tükənməmişdi.
İndi daha o Coya hücum etmirdi, Co pələng kimi onu
izləyirdi. Co Pontanın çənəsini bir də nişan aldı, ancaq o
özünə gəldiyindən qırağa çəkildi. Coyun yumruğu havada
asılı qaldı. İnersiya qüvvəsi elə güclü idi ki, Co yarım dairə
cızaraq kənara sıçradı. Ponta bir an içində sol yumruğu ilə
rəqibin qorumadığı boynuna bir yumruq endirdi. Coyun
www.vivo-book.com
65
əlləri yanına düşdü, o irəli-geri yırğalandı, üzüstə yıxıldı.
Onun üzərinə əyilən hakim saniyələri ucadan sayaraq sağ
əlini yelləyirdi.
Salona ölü sükutu çökmüşdü. Ponta üzünü camaata
tərəf tutdu, təriflənəcəyini gözlədi, ancaq heç kəs cınqırını
çıxarmadı. Pontanı qəzəb bürüdü. Bu ədalətsizlik idi: rəqib
bir zərbə endirəndə, ya da zərbədən yaxasını qurtaranda
salondakıların hamısı əl çalırdı, yarışın əvvəlindən
təşəbbüsü əlinə alan Ponta üçün heç bir dəfə də olsun əl
çalmırdılar.
Pontanın gözləri qəzəblə parıldadı, o özünü yığışdırıb
məğlub edilmiş düşmənin başının üstünü kəsdirdi. Onun
üzərinə əyilərək sağ yumruğunu qolaylayaraq Coyun ayağa
qalxmasını gözlədi ki, zərbələrini onun üstünə yağdırsın.
Sağ əli ilə saniyələri sayan hakim sol əli ilə Pontanı kənara
itələdi, Ponta çalışdı ki, onun yanından dövrə vurub keçsin,
ancaq hakim onun dalınca düşüb onu itələyir, döşəmə
üzərində yıxılıb qalmış Coya yaxın getməyə qoymurdu.
Hakim sayırdı:
– Dörd, beş, altı…
www.vivo-book.com
66
Co dönüb üzüstə düşdü, dizləri üstə qalxmağa cəhd
etdi. Əvvəlcə o bir ayağını qatladı, iki əlini döşəməyə dayaq
verib, sonra o biri ayağını qaldırmağa cəhd etdi.
Salondan səslər gəldi:
– Saya fikir ver. Sayı gözlə!
Rinqin ətrafındakı sekundant xəbərdaredici tərzdə dedi:
– Tələsmə! Sayı gözlə!
Cenevyeva tələsik ona tərəf boylandı; cavan oğlanın
rəngi tamam qaçmışdı, o qeyri-ixtiyari olaraq hakimlə
bərabər saniyələri sayaraq dodaqlarını tərpədirdi:
– Yeddi, səkkiz, doqquz...
Doqquz saniyə keçdi, hakim Pontanı axırıncı dəfə
itələdi, Co ayağa qalxdı ki, özünü müdafiə eləsin. O
zəifləmişdi, ancaq sakit idi, çox sakit idi. Ponta böyük zərblə
onun üzərinə atıldı, bir-birinin dalınca iki yumruq endirdi –
biri düzünə, biri də altdan yuxarı. Co zərbələrin ikisini də
dəf etdi, üçüncüdən can qurtardı, bir addım kənara çəkildi
ki, dördüncü zərbədən yaxşı qurtarsın, ancaq Ponta
arasıkəsilmədən sel kimi yağan zərbələrlə onu küncə
qısnadı. Co açıqdan-açığa zəifləyir, dizləri qatlanırdı, o ayaq
Dostları ilə paylaş: |