www.vivo-book.com
57
gəlirdi, o, Coyu şikəst edəcək. Bəzən o, Coyun sifətini
görmürdü, tez-tez nəzərə çarpan əlcəklər onu görməyə mane
olurdu, ancaq qız bərkdən vurulan zərbələrin səsini eşidirdi.
Hər dəfə də qorxudan qızın ürəyi bulanırdı. Qız bilmirdi ki,
bu bir-birinə, ya da çiyninə dəyən boksçu əlcəyidir, bunun
heç bir xətəri yoxdur.
Birdən döyüşün mənzərəsi dəyişildi: rəqiblər bir-birini
bərk qucaqlayaraq qaldılar, nə o, nə də o biri zərbə
endirmirdi. Cenevyeva başa düşdü ki, bu Coyun ona
danışdığı klinçdir. Ponta çalışırdı ki, Coyun əlindən çıxsın.
Co onu buraxmırdı. Hakim qışqırdı. “Aralaşın”. Co istədi
geri çəkilsin, ancaq Ponta əlini boşaltdı, Co da zərbədən can
qurtarmaq üçün təzədən rəqibindən yapışmalı oldu. Coyun
əlcəyi bu dəfə Pontanın ağzına, çənəsinə yapışmışdı, hakim
ikinci dəfə “Aralaşın!” – deyə qışqıranda Co rəqibinin başını
arxaya qanırıb ondan aralandı.
Bir neçə qısa an içərisində Cenevyevaya sevgilisini
görməkdə heç kim mane olmurdu. Onun sol ayağı bir qədər
irəli çıxmışdı, bədəni və dizləri bir qədər qatlanmışdı, başını
aşağı salmışdı, qalxmış çiyinləri sifətini görməyə mane
www.vivo-book.com
58
olurdu. Əlləri qarşısında idi, o müdafiəyə, hücuma hazır idi.
Bütün əzələləri gərilmişdi, Cenevyeva görürdü ki, o, hər
hərəkət etdikcə əzələləri canlı imiş kimi düyün düşür, ağ
dərisinin altında diyirlənirdi.
Co yenə hücuma keçdi, Coyun vəziyyəti ağırlaşdı. O
daha da aşağı əyildi, sanki tam büzüşdü, çiyinlərini,
dirsəklərini, əllərini irəli verərək, zərbələrə mətinliklə
dözürdü. Zərbələr sel kimi Coyun üstünə yağırdı,
Cenevyevaya elə gəlirdi ki, o heç vəchlə salamat qurtara
bilməyəcək. Ancaq zərbələri gah çiyni, gah əlcəyi ilə dəf
edərək, gah özünü dala verərək, gah qabağa əyilərək küləyin
yellətdiyi ağac kimi yırğalanırdı. Qız alqış səslərini,
yerbəyerdən “Afərin Co! Bərk dur!” sözlərini, Silverstaynın
vəcddən özünü unudaraq stulda durub-oturduğunu görüb,
başa düşdü ki, Coyun vəziyyəti qorxulu deyil, əksinə o
möhkəm dayanıb. Ancaq Ponta geri çəkilmirdi, onun qəzəbli
zərbələrinin burulğanı çox az hallarda Cenevyevanı
sevgilisindən uzaq salırdı.
V FƏSİL
www.vivo-book.com
59
Qonqun səsi eşidildi. Cenevyevaya elə gəldi ki, döyüş
yarım saatdır ki, davam edir, ancaq Coyun danışmağından
bilirdi ki, vur-tut üç dəqiqə keçib. Coyun sekundantları
burazı qaldırıb içəri keçir, qaça-qaça onu məmnuniyyətlə
küncə dincəlməyə aparırdılar. Onlardan biri Coyun
qabağında sallağı oturaraq, onun ayaqlarını dizləri üstünə
alaraq, var gücüylə onun baldırlarını ovxalayırdı. Co stulun
üstündə oturub başını dala ataraq, irəli uzatdığı əllərini
burazın üstünə qoyaraq, dərindən köks dolusu nəfəs alırdı.
Coyun ağzı geniş açılmışdı, sekundantların ikisi də onun
qarşısında əl-üz dəsmalını yelləyirdilər, sekundantlardan biri
onun sifətinin, sinəsinin tərini silir, qulağına pıçıltı ilə nəsə
deyirdi.
Bu bir neçə an davam edən manipulyasiya
10
təzəcə
qurtarmışdı ki, qonq təzədən çalındı, sekundantlar öz
vedrələrini, əl-üz dəsmallarını götürüb, burazın altından
sivişib keçdilər.
10
Manipulyasiya – əl hərəkəti (Tərc. qeydi).
www.vivo-book.com
60
Co ilə Ponta meydançanın ortasında qarşılaşdılar.
Cenevyevanın ağlına heç gəlməzdi ki, dəqiqə belə qısa ola
bilər. Ona elə gəldi ki, fasiləni bilə-bilə belə qısaldıblar, o,
bir anlığa özü də heç bilmədən, nədənsə özünü yaxşı hiss
etmədi.
Ponta birinci raundda olduğu kimi gah sağ, gah da sol
əli ilə zərbələr endirirdi. Co zərbələri müvəffəqiyyətlə dəf
etsə də, yenə duruş gətirə bilmədi, bir neçə addım geri
çəkildi ki, müvazinətini itirməsin, o istər-istəməz bir əlini
qabağa verdi, başını biləsən-bilməyəsən qaldırdı. Ponta
pələng kimi onun üstünə atıldı, rəqibinin müdafiə
olunmayan çənəsini nişanladı. Ancaq Co əl-qolunu atdı,
sanki suya baş vurdu, Pontanın yumruğu onun peysərinin
üstündən keçdi. Co qəddini düzəldən kimi Ponta sol
yumruğu ilə ona düzünə elə bir zərbə ilişdirdi ki, bu zərbə
Coyu burazların o tərəfinə atmalı idi. Ancaq Co yenə bir
saniyəliyə rəqibini qabaqladı, aşağı əyilə bildi, Pontanın
zərbəsi Coyun kürəklərinə toxundu, havada donub qaldı,
Ponta zərbəsini sağ yumruğu ilə təkrar etdi, ancaq Co canını
qurtarıb sağ-salamat klinçə keçdi.
www.vivo-book.com
61
Cenevyeva sevincək nəfəsini dərdi, o bütün bədəninin
zəiflədiyini hiss edirdi, az qala ürəyi xarab olacaqdı. Camaat
şövqlə əl çaldı. Silverstayn ayaq üstə dəli kimi əl-qolunu
oynadır, qışqırırdı. Hətta mister Klauzen də heyranlığını
bildirmək üçün var gücü ilə qonşusunun qulağına nə isə
bağırırdı.
Budur, rəqiblər klinçdən çıxdılar, döyüş təzələndi. Co
üz-gözünü qorumaq üçün əllərini üzünə aparır, geri çəkilir,
meydança boyu sürüşür, zərbələrdən yaxa qurtarır, rəqibinin
sürətli həmlələrinə davam gətirirdi. Co özü çox nadir
hallarda zərbələr endirirdi, çünki Pontanın iti gözləri var idi,
o həm özünü müdafiə etməyi, həm də həmlə etməyi yaxşı
bacarırdı. Coyun Pontanın son dərəcə qüvvətli gücünə qalib
gələ biləcəyinə heç bir ümidi yox idi, Coyun ümidi bircə ona
qalmışdı ki, Ponta axırdan-axıra özü əldən düşər.
Cenevyeva bir şeyə təəccüblənirdi ki, sevgilisi niyə
ancaq müdafiədədir. Qız pərt oldu, o istəyirdi ki, Co ona
vəhşicəsinə hücum edən vəhşi heyvandan intiqam alsın.
Ancaq qız hirslənmək istəyirdi ki, Co imkan tapıb Pontanın
çənəsinə bərk bir yumruq ilişdirdi. Zərbə bərk idi, Pontanın
Dostları ilə paylaş: |