www.vivo-book.com
52
– Tanış olun, Uest-Oklendin şan və şöhrəti Co Fleminq!
Tamaşaçılar möhkəm əl çaldılar. Salonun hər tərəfindən
çığırtı, heyranedici səslər eşidildi:
– Co! Bizim Co!
Co öz küncünə qayıtdı. Cenevyeva onu heç boksçuya
oxşatmırdı. Onun belə mülayim baxışları var, nə
baxışlarında, nə də cəhənglərində heç bir qəddarlıq, heç bir
amansızlıq yoxdur, bədəncə o həddindən artıq çəlimsizdir,
dərisi zərifdir, ağdır, sifətindən isə mehribanlıq, şövq yağır.
Qızın təcrübəsiz gözləri oğlanın qüvvətli döş qəfəsini, enli
burun pərələrinin dərindən nəfəs almasını, atlas kimi dərisi
altındakı qabaran əzələləri – bütün bu dağıtmaq üçün
yaranmış, gizli istifadəsiz qalmış qüvvələri görmürdü. Oğlan
qıza çinidən qayırılmış kiçik heykəl kimi görünürdü, bu
heykəli ələ alanda ehtiyatlı, mehriban olmaq lazımdı. Çünki
onunla qaba rəftar etsəydin, kiçik heykəl parça-parça olardı.
Con Pontanın iki sekundantı
8
əynindən ağ yun köynəyi
güclə soyundurandan sonra, o da rinqin ortasına çıxdı.
8
Sekundant – boks yarışlarında boksyora xidmət edən adam(Tərc. qeydi).
www.vivo-book.com
53
Cenevyevanın gözü ona sataşanda canına üşütmə düşdü.
Boksçu buna deyərəm. Meymun kimi, ensiz alnı, tüklü,
düyünlənmiş qaşları altında xırdaca gözləri, yastı burnu,
qalın dodaqları, dördkünc ağzı olan vəhşi heyvandı ki,
durmuşdu. Cenevyeva dəhşətlə onun dördkünc alt çənəsinə,
öküz boynuna oxşar peysərinə, düz, qısaca vurulmuş, qaban
qılına bənzər saçlarına tamaşa etdi. Kobudluq, rəhmsizlik,
amansızlıq, ibtidai vəhşilik budur, göz qarşısındadır. Tünd,
demək olar ki, qapqara dərisi sinəsində, çiyinlərində it tükü
təki qıvrım, qısa qalın qıllarla örtülmüşdü. Geniş sinəsində,
qüvvətli qıçlarında, ara vermədən qabaran əzələlərində
gözəllikdən, mütənasiblikdən əsər-əlamət yox idi. Onun
bədəni qabarcıqlardan, düyünlərdən, şişlərdən ibarət idi,
fiziki qüvvənin çoxluğundan onun bədəni insani görkəmini
itirmişdi:
Yarışlara başçılıq edən dedi:
– İdman klubu Uest-Beyin nümayəndəsi Con Ponta.
İzdiham onu soyuq qarşıladı. Tamaşaçıların sözsüz ki,
rəğbəti Co tərəfdə idi.
Araya çökmüş sükut içərisində kiminsə səsi eşidildi:
www.vivo-book.com
54
– İşində ol! Ponta, onun axırına çıx! Axırına çıx!
Salonun hər tərəfindən istehzalı nidalar, təhqiredici
sözlər eşidildi. Ponta dişlərini qəzəblə qıcırtdı, dönüb öz
küncünə getdi. O, izdihamın onu yaxşıca qarşılayacağını
gözləyə bilməzdi, adamların istər-istəməz ondan acığı
gəlirdi, ibtidai vəhşiliyin əlamətləri açıq-aydın göz
qabağında idi, bu hər cür mənəviyyatdan məhrum, düşünə
bilməyən, açıqlıqda yox, dəmir qəfəsə salınmış adamın
canına lərzə salan pələng və ilan kimi vəhşi idi.
Ponta başa düşürdü ki, tamaşaçılar onun əleyhinədirlər.
O, ovçuların mühasirəyə aldığı, qovulub əldən düşən vəhşi
heyvan kimi tələsmədən nifrət dolu nəzərlərini öz
düşmənlərinin üzündə gəzdirdi. Coyun adını vəcdlə çəkən
balacaboy Silverstayn büzüşdü, sanki canına yanğın düşdü,
dili damağına yapışdı, Cenevyeva bunu gördü. Pontanın
baxışları onun gözlərinə sataşanda, o da üzünü yana çevirib,
tamam büzüşdü. Bir an sonra Ponta baxışlarını Coyun
üzündə saxladı. Cenevyevaya elə gəldi ki, Ponta bilə-bilə
qəlbində qəzəbi artırır.
www.vivo-book.com
55
Co düşməninə aydın uşaq baxışları ilə baxdı, buna
baxmayaraq, üzü ciddiləşdi. Yarışların başçısı əynində
pencək olmayan mehriban, xeyirxah cavan oğlanı da ortaya
çıxartdı.
Yarışların başçısı dedi:
– Tanış olun, qarşıdakı yarışların hakimi Eddi Cons.
Tamaşaçıların əl çala-çala:
– Eddi! Bizim Eddi! – deyə qışqırıqları eşidildi.
Cenevyeva hiss etdi ki, hakim də onların sevimlisidir.
Rəqiblər sekundantlarının köməyi ilə əlcəklərini
əllərinə keçirtdilər. Pontanın sekundantlarından biri Co olan
küncə keçdi, Co əlcəklərini geyməmişdən əvvəl onları
yoxladı. Hakimin işarəsi ilə rəqiblərin ikisi də sekundantları
da dalınca rinqin ortasına çıxdılar. Co ilə Ponta üz-üzə
dayandılar, hakim də aralarında. Sekundantlar əllərini bir-
birinin çiyninə qoyub boyunlarını irəli uzadaraq
dayanmışdılar. Hakim nə isə deyirdi, hamı ona diqqətlə
qulaq asırdı.
Sonra dəstə dağılışdı, yarışların başçısı yenə irəli çıxdı.
O dedi:
www.vivo-book.com
56
– Co Fleminqin çəkisi yüz iyirmi səkkiz, Con
Pontanınkı yüz qırxdır. Döyüş bir əl sərbəst olunca davam
etdirilir. Klinçdən
9
çıxanda rəqiblər ehtiyatlı olmalıdırlar.
Tamaşaçılara xatırlatdı ki, döyüş son nəticə verənədək
aparılacaq. Bizim klub heç-heçə olan yarışları yaxına
qoymur.
Yarışların başçısı iki qatlanıb, burazı qaldırıb keçdi,
meydandan atılıb aşağı düşdü. Sekundantlar da kətilləri,
vedrələri götürüb küncləri tərk etdilər. Rinqdə ancaq iki
rəqib və hakim qaldı. Qonqun səsi gəldi. Rəqiblər tez ortaya
çıxdılar. Onların sağ əlləri bir anlığa bir-birinə toxundu,
yalandan bir-birinin əlini sıxdılar. Ponta o dəqiqə sağ və sol
yumruğunu qəzəblə işə saldı, ancaq Co özünü dala verərək
zərbələrdən can qurtarırdı. Ponta sapanddan çıxan daş kimi
Coyun üstünə düşdü.
Döyüş başlandı. Cenevyeva əllərini sinəsinə sıxaraq
oyunun nəticəsini gözləyirdi. Pontanın çevikliklə, qəzəblə
endirdiyi sel kimi zərbələr qızı dəhşətə gətirirdi. Qıza elə
9
Klinç – boksda oyunun qaydasının pozulması, rəqibin qollarını və ya bədənini
qucaqlamaq.Klinç həm birtərəfli, həm də qarşılıqlı olur (Tərc. qeydi).
Dostları ilə paylaş: |