www.vivo-book.com
72
Qonq çalındı. Raund Pontanın küncündəki klinç ilə
qurtardı. Cavan, rəngi qaçmış sekundant meydana atılıb,
Coyu qucağına alıb qaça-qaça onu üzbəüzdəki küncə apardı,
sekundantların hamısı tələsik onun ayaqlarını ovuşdurmağa,
qarnını şappıldatmağa başladılar, tumanını aşağı çəkdilər ki,
o dərindən nəfəs ala bilsin. İlk dəfə idi ki, Cenevyeva qarınla
necə nəfəs alındığını görürdü, qızın fikrindən keçdi ki, o heç
vaxt tramvay dalınca qaçanda belə dərindən, kəsik-kəsik
nəfəs almamışdı. Sonra qız beyinə işləyən bərk bir qoxu
duydu; Conun üzünə naşatır spirti hopdurulmuş süngər
qoydular, oğlana naşatır spirti iylətdilər ki, ayılsın. Co
ağzını, boğazını yaxaladı, bir dilim lumu sordu, bütün bu
vaxtı sekundantlar dəli kimi əl-üz dəsmalını onun qabağında
yellədirdilər ki, ciyərlərinə oksigen dolsun, qarşıdakı
çarpışma üçün qanı təmizlənib damarlarından axsın. Onun
isti çıxmış bədənini yaş süngərlərlə silir, başına isti butulka
ilə su tökürdülər.
VI FƏSİL
www.vivo-book.com
73
Qonq altıncı raundun başladığını bildirdi, rəqiblər öz
künclərindən irəli çıxdılar. Su damcıları hələ də onların
dərisi üstündə işıldayırdı. Ponta özünü elə sürətlə irəli atdı
ki, onlar rinqin ortasında yox, Coyun küncünə yaxın hissədə
tutaşdılar. Pontanın çalışdığı bu idi ki, rəqibi özünə gəlincə
onun axırına çıxsın. Ancaq Co bu sınaqdan da çıxdı. Onun
yenə qüvvəsi aşıb-daşırdı, vaxt keçdikcə qüvvəsi artırdı. O
rəqibinin ilk hücumunu dəf etdi, sonra özü ona elə zərbə
vurdu ki, Ponta geriyə yuvarlandı. Co elə bir hərəkət elədi
ki, sanki onun dalınca düşüb tutmaq istədi, sonra bu
məqsədindən əl çəkib, Pontanın onun zərbəsinə cavab olaraq
yağdırdığı arasıkəsilməz zərbələri sakitcə dəf etdi.
Döyüş əvvəlki kimi keçirdi; Co özünü müdafiə edir,
Ponta isə hücumlarına davam edirdi. Ancaq Ponta narazı idi,
hər an o nə qədər qəzəblə hücum edirdisə belə, rəqib ona
cavab zərbəsi endirə bilirdi. Co qüvvəsini mühafizə edirdi.
Pontanın on zərbəsinə o bircə zərbə ilə cavab verirdi, ancaq
bir şey var idi ki, zərbəsi həmişə düz hədəfə dəyirdi. Ponta
hücumda Codan qüvvətli idi, ancaq onun öhdəsindən heç
cürə gələ bilmirdi, Coyun hərdənbir endirdiyi, məharətli
www.vivo-book.com
74
zərbələr göstərirdi ki, o qorxulu rəqibdir. Ponta bunu başa
düşüb, özünü ələ aldı. O, ilk raundlarda olduğu kimi çox
götür-qoy etmədən rəqibini bir zərbə ilə yox etmək üçün
Coyun üzərinə atılmırdı.
Döyüş səhnəsi göz qabağındaca dəyişilirdi. Tamaşaçılar
bu dəyişikliyi o dəqiqə hiss etdilər, hətta Cenevyeva da
doqquzuncu raund başlananda başa düşdü. Co hücuma
keçdi. İndi Ponta klinçdə deyildi, o rəqibinin belinə ölümcül
zərbələr endirirdi. O belə ölümcül zərbəni klinçdə olanda,
bir də ki, sonrakı hər bir klinçdə endirirdi. O, klinçdən çıxıb
Pontaya, aşağı kürəyinin altına, ya da çəpinə çənəsinə, ya da
ki, düz dodaqlarına vururdu. Ancaq Ponta Coya zərbələr
yağdırmaq arzusuna düşən kimi o, düşməndən qaçıb
uzaqlaşır, üz-gözünü örtürdü.
Beləliklə, iki raund da keçdi, sonra biri də, Pontanın
qüvvəsi yavaş-yavaş da olsa, tükənirdi. İndi Coyun öhdəsinə
bir vəzifə düşürdü – rəqibinə bir yox, on yox, zərbəni zərbə
dalınca endirməklə Pontanın tükənməz qüvvəsinin axırına
çıxsın. Co ona nəfəs dərməyə imkan vermədi, o Pontanı
addımbaaddım izləyirdi, onun irəli uzatdığı sol ayağı cod
www.vivo-book.com
75
brezentin üzərində taqqıldayırdı. Sonra Co pələng kimi
sıçrayıb rəqibinin üstünə atılırdı, ona bir zərbə, ya da ki, bir
neçə zərbə endirib, ildırım sürəti ilə kənara sıçrayıb yenidən
Pontanın üzərinə atılırdı. Ponta öz növbəsində hücuma
keçəndə, Co üz-gözünü möhkəm örtür, sonra yenə inamla
rəqibinə hücum edirdi, sol ayağını irəli taqqıldadırdı.
Ponta yavaş-yavaş, aramsız olaraq zəifləyirdi. Artıq heç
kəsi yarışın nəticəsi narahat etmirdi. Tamaşaçılar:
– Co! Bizim Co! – deyib qışqırır, gənc boksçuya hüsn-
rəğbətlərini və heyranlıqlarını bildirirdilər.
Camaat istehza edirdi:
– Adam mərci heç uduzmaq istəmir!
– Ponta, onun niyə axırına çıxmırsan? Çıx görək!
Növbəti raund qurtaranda Pontanın sekundantları var
qüvvələri ilə ona qulluq edirdilər. Onlar Pontanın tükənməz
qüvvəsinə, dözümlülüyünə daha inanmırdılar. Cenevyeva
onların işinə göz qoyur, gənc, rəngi qaçmış sekundantın
Coya verdiyi məsləhətlərə fikir verirdi.
O deyirdi:
www.vivo-book.com
76
– Tələsmə. Ponta, düzdü, gücdən düşüb, ancaq sən
tələsmə. Mən ona yaxşı bələdəm, onun axırdan-axıra zərbəsi
qalır. Mən onun necə əzişdirdiklərini görmüşəm, baxana elə
gəlirdi ki, axırı çatıb, ancaq axırıncı zərbəni ehtiyat üçün
saxlayır. Yadımdadır, Mikki Salliven onu lap əldən salmışdı,
altı dəfə bir-birinin dalınca ona nokdaun vəziyyətinə
salmışdı, Pontanın niyyəti sonradan məlum oldu. Ponta onun
çənəsinə bir zərbə endirdi, Mikki gözlərini ancaq iki
dəqiqədən sonra açıb soruşdu ki, nə olub? Odur ki, ona göz
qoy, ehtiyatlı ol, həddini aşma. Mən mərc gəlmişəm ki, sən
udacaqsan, ancaq hələ də pulun cibimdə olduğuna bir o
qədər də inanmıram.
Pontanın üstünə su tökdülər. Qonq səslənəndə
sekundantlardan biri butulkanın suyunu onun başına
əndərdi. Ponta rinqin ortasına çıxdı, sekundant onun
üzərində başı üstə çevrilmiş butulka tutmuşdu. Hakim
sekundantın üstünə qışqırdı, o yolda butulkanı atıb rinqdən
qaçıb getdi, butulka döşəmə boyu yumbalandı, içindəki su
töküldü; hakim təpiklə onu burazdan kənara atdı.
Dostları ilə paylaş: |