Cəlil Cavanşir



Yüklə 5,62 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix26.09.2017
ölçüsü5,62 Kb.
#1680
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

121 
 
aləmində  idi.  Çantasını  açıb  siqaret  çıxartdı.  Orxan  istər  is-
təməz Könülün masaya qoyduğu siqaretin markasına baxdı. 
Nikotini və qətranı az, “Slims” siqaretlərdən idi. Adətən qa-
dınlar  bu  markadan  istifadə  edir.  “Deməli  Könül  Nicatla 
bağlı  xatirələrdən  xilas  olmağa  çalışır.  Görünür  düşdüyü 
mühitə alışıb”- Orxan öz siqaretini götürüb birini yandırdı.   
Könül  viskiyə buz atıb  stəkanı  əlinə götürdü.  Buzun 
əriməsi  üçün  stəkanı  əlində  asta-asta  yellədərək  gözlərini 
yumdu. Nəhayət viskisindən bir qurtum alıb, söhbətə başla-
dı.  İsrarla  bütün  həyatını  danışmaq  istəməsi  Orxana  qəribə 
görünsə də, susmağa və dinləməyə üstünlük verdi. 
 
...Elvindən  ayrıldıqdan  sonra,  valideyinlərimin  ya-
nına qayıtmaqdan başqa çarəm yox idi. Atam boşanmağımı 
çox  pis  qarşıladı.  Həftələrlə  məni  danışdırmadı.  Yaşadıq-
larımı  onlara  danışa  bilməzdim.  Elvin  də  israr  etmədi.  Bo-
şanma prosesi səs-küysüz keçdi. Boşandıqdan sonra atam El-
vinin homoseksual və narkotik aludəçisi olduğunu öyrəndi. 
Məni  necə  bir  həyata  məcbur  etməyini  anlayandan  sonra 
xeyli yumşalmışdı. Artıq mənim oxumağımı, təhsil almağımı 
istəyirdi. Atamla aramızdakı buzların əriməsində anamın da 
böyük rolu oldu. Kollecdə yaxşı oxuyurdum. İkinci kursa ke-
çəndə  artıq  işləməyə  başladım.  Qarşıma  məqsəd  qoymuş-
dum ki, artıq ailəyə yük olmayacağam. Atam işləməyimə eti-
raz etmirdi. Qardaşımın polis olması atamda özündənrazılıq 
və  əminlik  yaratmışdı.  Həyatım  öz  axarına  düşmüşdü.  Hər 
gün arxamca gəlib mənimlə tanış olmağ çalışan oğlan xoşu-
ma gəlməyə başlamışdı. Adı Tərlandı. Utancaq oğlandı. Üs-
təlik  çox  istiqanlı  və  mehribandı.  Onunla  tanış  olduqdan 
sonra sevginin varlığına inanmağa başladım. Əvvəllər mənə 
tez-tez rəfiqələrim, xalam qızları sual verirdi ki, ilk baxışdan 


122 
 
sevgiyə inanırsan? Heç bilmirdim nə cavab verim.  Həyatım-
da o qədər çatışmayan şeylər var idi ki...İndi belə sual verən 
olsa  deyərəm  ki,  nəinki  ilk  baxışdan  sevgiyə,  ilk  görüşdən 
seksə  də  inanıram.  Hər  gün  avtobusdan  düşəndə  məni  qar-
şılayıb  kollecə  qədər  ötürən  bu  hündürboy  və  yaraşıqlı  oğ-
landa çoxlarının gözü vardı. O  isə məni sevirdi. Bir dəfə ər-
də  olmağımı,  yaşadıqlarımı,  atamın  mühafizəkarlığını  ona 
danışmışdım. O da mühafizəkar mühitdə böyümüşdü. Din-
dar  idi.  Namaz  qılırdı.  Onun  inanclı  və  mömin  olması  mə-
nim  üçün  xüsusi  önəm  daşıyırdı.  Anama  onun  haqqında 
danışmışdım. Aramızdakı münasibətlər haqqında, anamdan 
tez-tez  məsləhət  alırdım.  Anam  məni  bəlkə  də  lazım  oldu-
ğundan çox sevir, körpə uşaq kimi üstümdə əsirdi. Tərlanla 
tanışlığımızın  bir  ili  tamam  olanda  artıq  namaz  qılmağı  öy-
rənmişdim.  Bu  onun  çox  xoşuna  gəlirdi.  Tanışlığımızın  bir 
ilini  qeyd  etmək  üçün  Tərlanla  məscidə  gedib  siğə  oxut-
durduq.  Tərlan  məni  inandırmışdı  ki,  rahat-rahat  əlimdən 
tutması, məni öpə bilməsi üçün bu vacibdir. 
Tərlanın  şəhərdən  kənarda  yaşayan  bibisinin  evində 
görüşməyə qərar verəndə, içimdə heç bir narahatlıq yox idi. 
Çünki  güvənirdim.  Bir  az  şirniyyat,  süd,  meyvə  şirəsi  alıb 
Tərlanın  bibisinin  evinə  yollandıq.  Bibisinin  evdə  olacağını 
desə  də,  açarı  çıxarıb  qapını  özü  açanda  başa  düşdüm  ki, 
onun dediklərində az da olsa yalan var. Ev balaca və tör-tö-
küntü  idi.  Deyəsən  bura  heç  onun  bibisinin  evi  də  deyildi. 
Sonradan, üstündən xeyli keçəndən sonra özü etiraf elədi ki, 
bu evi dostlarının köməkliyi ilə mənimlə görüşmək üçün ki-
rayələyib. 
 
Qapını  bağlayan  kimi,  boynuna  sarıldım.  O  da  çox 
həyəcanlı və sevincli idi. Həyatımda ilk dəfə həqiqi seks ya-


123 
 
şayacaqdım. Elvingillə yaşadığım o qədər iyrənc idi ki, içim-
də qəribə hisslər vardı. Travmasını uzun müddət ata bilmə-
mişdim.  Qorxuqarışıq  həyəcan  məni  bürümüşdü.  Tərlan  tə-
ləsə-tələsə  məni  öpür,  boynuma,  boğazıma  isti  nəfəsi 
toxunduqca dəli olurdum. Kürəyim yatağa toxunanda, illər-
lə içimdə yığılıb qalan ehtiras vulkana çevrildi. Ehtirasla Tər-
lanı öpür, çiyinlərini, sinəsini dişləyir, dırnaqlarımı kürəyinə 
batırırdım. Artıq ikimiz də döşəməyə uzanmışdıq. Üstümüz-
dəki paltarlar ətrafa səpələnmişdi. Tərlanın penisi bədənimə 
toxunanda  dəliyə  dönürdüm.  Ehtirasla  öpüşdüyümüz  mə-
qamda  Tərlan  inildədi  və  bütün  bədəni  titrəməyə  başladı. 
Qarnımın üstünə qaynar mayenin sıçradığını hiss elədim. O 
gözlərini  yumub  döşəməyə,  yanıma  uzanmışdı.  Qarnımın 
üstünə  yayılmış  spermadan  iyrəndim.  Ürəyim  bulandı  və 
hamama  qaçdım.  Hamamdan  çıxanda  Tərlan  divanda 
uzanmış və üstünü adyalla örtmüşdü. Onu incitməmək üçün 
yanında uzandım. Arxadan bərk-bərk məni qucaqladı. Boğa-
zıma isti nəfəsi toxunduqca çılğına dönürdüm. Çılpaq kürə-
yimi, çiyinlərimi öpür, əliylə daş kimi bərkimiş döşlərimi sı-
xırdı. Məncə hər şey fərqli və daha maraqlı olmalı idi. İçimd-
əki istilik bütün bədənimi bürümüşdü. Ehtirasdan alışıb ya-
nırdım.  Amma  Tərlanın  tez  boşalmağı  hər  şeyi  korlamışdı. 
Ona  tərəf  çevrilmək  istəmirdim.  Asta-asta  inildəyir,  onun 
öpüşlərinə, döşlərimi sıxmağına bu cür qarşılıq verməyə ça-
lışırdım. Yavaş-yavaş Tərlanın penisi sərtləşirdi.  
Yenidən döşəməyə yuvarlandıq.  Tələskənliklə ayaq-
larımı  aralayıb,  penisini  vaginama  söykədi.  Əlimlə  ona  kö-
mək  edirdim.  Artıq  onun  od  kimi  qaynar  penisi  vaginamın 
içərisində irəli-geri hərəkət edir, Tərlan ehtirasla inildəyirdi. 
Bütün  bədənim  oyanmışdı,  ehtirasdan  alışıb-yanırdım.  Bü-
tünlüklə onun qucağında əriyib yox olmaq istəyirdim. Onun 


Yüklə 5,62 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə