2
Naşir: Müşfiq XAN
Redaktorlar: Ağa Cəfərli,
Şəhriyar
del Gerani
Mətn tərtibatı: Pikə Fazilqızı
Rəssam: Vasif Səftərov
Dizayn və qrafika: Teymur Fərzi
ISBN 978-9952-464-99-3
Müəllif hüquqları qorunur. Müəllifin razılığı olmadan kitabın təkrar və hissə-hissə
nəşri və əsər əsasında
film çəkilişi qəti qadağandır.
Elektron poçt:
jalil.javanschir@yahoo.de
,
celil.haci@gmail.com
Müəlliflə əlaqə: (+99455) 662 44 88
E-poçt: celil.haci@gmail.com
Facebook / twitter: Celil Cavanşir
© Cəlil Cavanşir / 2014
© “XAN” nəşriyyatı / 2014
4
“Qadın corabları” müəllif hegemonluğunun sona qədər
davam etdiyi romandır. Müəllif real
hadisələri ironik
şərhlərlə oxucuya çatdırır.
Cəmiyyətdəki xaos və nizamsızlıq, dəyərlər sisteminin
çöküşü müəllifin baxış bucağından təqdim olunur.
Müəllif oxucuya dərs keçmir.
Oxucu bu romandan istədiyi nəticəni çıxarmaqda sərbəstdir.
Müəllif mətndəki vulqar ifadələrə, erotik səhnələrə və
başdanxarab obrazlara görə məsuliyyət daşımır!
5
Proloq
“Üç halda dostunun haqqını yerinə yetirməyənə
dost demək olmaz:
Çarəsizlik halında, qeybəti olunan zaman və
ölümündən sonra.”
İmam Əli
“Həyat böyük bir film şirkəti kimidi. İnsanlar isə bu
şirkətlə müəyyən müddətə müqavilə bağlamış çarəsiz akt-
yorlar... Həyat istədiyi rolu verir insana... Mənsə oynadığım
bütün filmlərin ikinci dərəcəli aktyoruyam. Yalnız bir neçə
dəfə filmin qəhrəmanı olmağı bacarmışam. Daha çox mənfi
obrazı, qapını çırpıb gedən, sərt baxışlı, laqeyid və soyuq-
qanlı tipi canlandırmışam... Bəzən də bir bar köşəsində siqa-
ret çəkə-çəkə dalğın baxışlarını boşluğa zilləmiş avara tip...
Hər şey çox sürətlə dəyişib həyatımda... Bir vaxtlar
dəli kimi sevdiyin, sənin üçün fədakarlıq edənin dəyişməsi,
sıradan biri olması, səninlə də sıradan biri kimi davranması
çox üzücüdür. Kədərli aktyor olmaq da asan deyil ha... De-
yim, biləsiz...
Dramatik rolların mahir ifaçısı olmaq, komik aktyor
olmaqdan qat-qat çətindir ya da əksinə... Ümumiyyətlə nə
dəxli var?
Aktyor olmaq çətindi, vəssalam!
Amma nə etməli, verilən rol budur və oynamaq zo-
rundayam... İnsan dəyişkəndir və bütün böyük sevgilər bir
gün tükənir. Tanıdığım bütün qadınlar tərk etməyi ən azı bir
dəfə də olsun ağlından keçirib. Fiziki cəhətdən tərk etməyi
bacarmayanlar isə bir vaxt sevdiklərini ruhən çoxdan tərk