156
İlk dəfə o gecə hara getdiyimi bilmədən saatlarla do-
laşdım küçələri. Heç kəsin səmaya baxmadığı xəyanət qoxu-
lu şəhərdə, bütün ümidlərimi şüşə kimi daşa çırpıb çiliklə-
yən o qadının baxışlarını axtardım səmada.
O gecə başa düşdüm ki, insan iztirablarını dilə gətirə
bilmədiyi üçün şair olur. O gecə anladım ki, daha məni heç
kəs aldada bilməyəcək. İnandım ki, bədbəxt adamları – hə-
yatdan heç bir gözləntisi olmayan ümidsizləri aldatmaq
mümkün deyil. Və bütün yaşadıqlarıma rəğmən ayaqda qal-
mağımın yeganə səbəbini-içimdəki sonsuz sevgini bəsləyib
böyütməyə qərar verdim...
...Həyat öz axarında davam edirdi. Dostları artıq çox
nadir hallarda gənc yaşında intihar etmiş şairi xatırlayırdılar.
Hərə bir informasiya agentliyində, bir qəzetdə, bir nəşriy-
yatda başını qatırdı. Doğrudan da torpağın üzü soyuqmuş.
Nicatın ölümünə göz yaşı tökən, nekroloqlar yazan qələm
dostları öz həyatlarına qaldıqları yerdən davam edirdilər. Bir
də nə edə bilərdilər ki? Bircə Elxan Daşdəmir dözməyib öl-
kədən getmişdi. Orxana hər dəfə zəng edəndə fəlsəfi-psi-
xoloji-detektiv roman yazdığını deyir, həvəslə romandan, ro-
mandakı qəhrəmanlardan danışırdı. Hər dəfə Orxana eyni
şeyi deyirdi: “Doktor, bu romanın son fəslini yazmağa sən
kömək edəcəksən”. Şahinə bu barədə danışanda o da gülüm-
sünüb, Elxanı lağa qoymuşdu:
– Həqiqətən də əla ideyadır. Hətta mən təklif edərdim ki,
ümumiyyətlə romanı özün yazasan, doktor. Elxan müəllim
feysbukda qızlara girişməkdən belə sadə işlərə vaxt tapa
bilmir.
...Nicatın ölümündən artıq bir il keçirdi. Ədəbiyyat
saytları Nicatın şeirlərini yayımlayır, haqqında yazılan ya-
157
zıları yenidən çap edirdi. Orxan bütün prosesləri öz mü-
şahidələri və araşdırmaları əsasında Könülün sonuncu söh-
bətinə uyğunlaşdıraraq qələmə almışdı. Şahin hərdən Orxanı
çay içməyə dəvət edir, saatlarla söhbətləşir, hərdən Nicatı da
xatırlayırdılar. Nicat yavaş-yavaş unudulurdu...
...Könül yenicə tanış olduğu deputat oğluyla şəkillə-
rini feysbukda paylaşır, Hikmətə də, mənə də acıq-qıcıq ve-
rirdi. Rusiyaya dayısının yanına köçmək arzusunun üs-
tündən biryolluq xətt çəkmiş, taleyiylə barışmışdı.
Könül əslində taleyiylə küsülü-zad deyildi. İstədiyi,
arzuladığı həyatı yaşamışdı həmişə. Ümumiyyətlə qadınlar
heç vaxt taleyi ilə barışmır, qəzavü-qədərlə məzələnirlər. O
da oxşar həyat tərzini seçən bütün qadınlar kimi taleyi ilə
oynamağı, məzələnməyi seçmişdi. Kimdənsə, hansısa na-
məlum səbəblərə görə intiqam almağa çalışırdı...
Polisin vəzifəsini hələ böyütməmişdilər. Deyəsən heç
vaxt da böyütməyəcəkdilər. Arvadı yenə də yay tətilində
Antalyaya getmək üçün evdə qanqaraçılıq salır, Polisin hə-
yatını zindana çevirirdi. Hikmət hərdən Polisi yanına
çağırıb danlayır, Könüllə bağlı suallar verib, aşağılayırdı.
Elxan Türkiyədə nazəndə bir yunan qızı ilə tanış olub, yu-
nan dilini öyrənməyə başlamışdı. Həyatı yoluna düşmüşdü.
Növbəti romanını yazır, tezliklə çap etdirəcəyi şeirlər ki-
tabının redaktəsi ilə məşğul olurdu. Qadınlar və ədəbiyyat
onun sevimli məşğuliyyəti idi.
Ümumiyyətlə tüpürüm onun ədəbiyyatına da, qa-
dınlarına da, düşüncəsinə də. Belə də yazıçı olar?
Bir sözlə hamının həyatı öz qaydasındaydı.
158
Orxana tez-tez mesaj yazıb sonluqla bağlı təkliflərini
öyrənirdim. Orxan işində-gücündə olsa da, Nicatın ölümü
ilə bağlı versiyanı düşünür, onun öldürülməsi səhnəsini gö-
zünün qabağında canlandırmağa çalışırdı... Zarafat deyil,
ömründə ilk dəfə hansısa cinayət hadisəsi ilə bağlı versiyanı
bədiiləşdirəcəkdi. Romanın bütün taleyi, yazıçı dostunun
bütün karyerası onun analitik təfəkküründən asılı idi.
... Bir gün hökmən bu səhnəni yazacaq, Nicatın
ölümü haqqında öz versiyası ilə Hikmətin də, Könülün də,
Polisin də düzənini pozacaqdı. Ancaq hələ də səbirlə
zamanını gözləyirdi.
159
23
“Əslində hər şey çox sadədir...”
Nicat Aslan
Orxan səbrlə e-maili açıb əvvəlcə poçt qutusunu yox-
ladı. Sonra “Mesaj yaz” bölümünə girib Elxan Daşdəmirin,
Könülün, Hikmətin, Şahinin, Nicatın yazıçı dostlarının və
kriminal müxbir Fuadın, ən önəmlisi romanın müəllifinin e-
maillərini ünvan yerinə qeyd etdi. Sonra səbrlə “yüklə” düy-
məsini sıxıb kompüterdən “shairin_olumu” faylını əlavə elə-
di. Fayl tam yükləndikdən sonra göndər düyməsini sıxıb,
məktubun göndərilməsi barədə mesajı gözlədi. Birinci olaraq
Hikmətin e-mailindən avtomatik cavab gəldi:
“Sizin ismarıcınız Hikmet Vatansevere çatmışdır. Tezlikle
mesajınıza cavab verilecek. Tanrı Türkü qorusun!”
Orxan digər mesajları gözləmədi. Komputeri söndü-
rüb, bir siqaret yandırdı. Pəncərənin qarşısına keçib sayrışan
ulduzlara baxmağa və dostu Nicatı düşünməyə başladı...
Aylardır beynini məşğul edən bu məşum hadisədən
qurtulmasına açıq-aydın sevinirdi. Nicatın ölümündəki gizli
məqamları tapmaq, araşdırmaq, aylarla onu yoran bu hadi-
sədən biryolluq xilas olmaq ona asan başa gəlməmişdi.
Əsəbləri pozulmuşdu. Həyatı düzənindən çıxmışdı. Yaşıd-
ları çoxdan ailə-uşaq sahibi olsa da, Orxan tələsmirdi. “Hər
şeydən öncə, tanış bir psixiatr yanına getməliyəm” deyə öz-
özünə düşünürdü. Dostunun ölüm hadisəsini araşdırdığı ay-
lar ərzində əsəblərini qorumağa çalışsa da, daxili stabilliyi
160
pozulmuşdu. Qarşısına çıxan hər qadına potensial xəyanət-
kar kimi baxırdı. Xüsusən Könülün düzənsiz, heç bir izahı
olmayan xəyanətləri onun düşüncələrini darmadağın etmiş-
di.
...Orxanın göndərdiyi e-mail Hikmətdən də əvvəl
mənə çatmışdı. Belə də olmalıydı. Çünki romanın taleyi mə-
ni hamıdan çox maraqlandırırdı. Bir ildən çox idi ki, dünya-
sını dəyişmiş dostumun həyatından bəhs edən romanı ta-
mamlamağa çalışırdım, ancaq iş-güc, gündəlik qayğılar və
Orxanın apardığı araşdırma romanı tamamlamağa imkan
vermirdi. Günün böyük hissəsi heç bir mənası olmayan gün-
dəlik yazılara xərclənirdi. Bu qədər qayğının içində roman
yazmağa girişməyim, hətta günlərlə bu barədə düşünməyim
qəhrəmanlıq sayıla bilərdi.
...Sözün düzü burada heç bir qəhrəmanlıq yoxdur. Heç kəs
məndən roman yazmağı xahiş etməmişdi. Yazıçı qazanclı işlərlə
yox, roman yazmaqla məşğul olursa, bu onun öz günahıdır. Heç
kəs onun qarşısını kəsib, bizneslə məşğul olmağına, böyük pullar
qazanmağına mane olmurdu. Yəni gəlin açıq danışaq, yazıçıları
qəhrəmana çevirməyə ehtiyac varmı? Məncə yoxdur...
Mesajı səbrsizliklə açıb, bir siqaret yandırdım. Yazıya
klikləyib mətbəxə cumdum. Özümə tez-bazar acı qəhvə ha-
zırlayıb geriyə qayıtdım. İndi oxumaq olardı...
Aylarla üzərində çalışdığım roman çox sadə, heç kə-
sin gözləmədiyi sonluqla bitəcəkdi. Orxan hər şeyin bu qə-
dər sadə olacağına heç vaxt işarə etməmişdi. İndi oturub
yazdıqlarına göz gəzdirdikcə, hər şeyin belə bəsit və sadə
bitməsinə təəssüf edirdim. Az qala iki il üzərində işlədiyim
yazıya nəhayət ki, Orxanın sonluğu ilə nöqtə qoyacaqdım.
161
Bütün ağrılar mənə, intihar etməyi tez-tez düşünən
adama doğma idi. Bütün bunları içimdən keçirmiş, xə-
yalımda özümü öldürmüş, dostlarımı və sevgilimi buna
inandırmışdım. Təkcə Könül bilirdi yaşadığımı. Hə, Könül
cin-şeytanla yox, mənimlə sevişmişdi. Orxan boş yerə bu
məsələnin üstündən ötüb keçməmişdi. Doğrudan da heç bir
paranormal hadisə baş verməmişdi.
İntihar... Bu mənim tez-tez düşündüyüm və cəsarət-
sizlikdən ata bilmədiyim vacib addım idi. Bəli, bütün düşün-
düklərimdən sonra bu addımı atmağı vacib hesab edirdim.
Amma gördüyünüz kimi, intihar bu qədər mənasız və ma-
raqsız imiş...
162
24
“Aldadılmışların qisası dəhşətli olur”
Melenad
“Şairin ölümü”
“Nicat qapının zənginə diksindi. Əlindəki pivə şüşə-
sini kənara qoyub ağır-ağır kreslodan qalxdı. Qapını açdı.
Gələnlər tanış idi. Könülün əri Hikmət və qardaşı Polis. Kə-
nara çəkilib onlara yol verdi. Hikmət əvvəllər də bir neçə də-
fə onun yaşadığı birotaqlı evə ərklə daxil olmuşdu. O, kres-
lonun üstündəki pal-paltarı kənara itələyib özünə yer elədi.
Polis stul çəkdi.
Nicat qonaqlarını yarım saat idi ki, gözləyirdi. Gecə
saat ikidə Hikmət zəng eləmişdi ki, “babat “şey” var, təksən-
sə gəlim dartaq”. Uzun müddət Könüllə olan münasibəti uc-
batından Hikmətlə görüşməsə də gəlməyinə etiraz etmədi.
Amma Polisi görəndə qanı qaraldı. Hikmət yolüstü növbədə
olan dostunu da özü ilə götürmüşdü. Bu nə qədər müm-
künsüz görünsə də, Hikmət üçün Polisi növbədən ayırmaq
problem deyildi. Şair isə onun nazlı-qəmzəli arvadı ilə keçir-
diyi gecəni xatırladı. Sonra paltar şkafının aşağı gözündəki
“kolleksiyası”
yadına
düşdü.
Onun
qara
qadın
corablarından ibarət “kolleksiyası” dost-tanışına yaxşı mə-
lum idi. Hərdən qonaq gələn dostları zarafata salıb, Nicatın
intim “kolleksiyasına” baxmaq istəyir, Nicat da hər dəfə bir
bəhanə ilə onların başını yozurdu. Bu “kolleksiyada” müx-
təlif qoxulu və müxtəlif ölçülü corablar səliqə ilə yığılmışdı...
163
“Gərək çox çəkməyəm”-Nicat öz-özünə düşündü.
“Bu cındırlar mən yatandan sonra evi eşələyib corabları gör-
sələr, heç yaxşı olmaz.”
Hikmət Nicatla hal-əhval tutub etirazçı gənclərin
problemlərindən, həbs olunan dostlardan danışdı. Gənc fə-
allarının ədalətsiz həbsindən, şərlənib həbs olunan siyasi fə-
allardan, yeni şeirlərdən danışdılar. Söhbət içməyə və çək-
məyə zəmin yaradırdı. Hikmət hər zaman hazırlıqlı və eh-
tiyatlı idi. Görüşə əliboş gəlmək onluq deyildi. Əvvəlcə ci-
bindən çıxardığı balaca viski şüşəsindən Nicata, sonra da Po-
lisə və özünə süzdü. Hikmət dikələnə qədər Nicat viskini
başına çəkib, əlinin arxasıyla ağzını sildi.
– Pis deyil, bəy.
– Təmizdir. Burda doldurulanlardan deyil.
– Hə, dadından hiss elədim ki, siz burjuyların içdiyindəndir.
– Yaxşı görək, solçuluğun tutmasın.
– Ürək solda döyünür.
– Gülüşdülər.
Hikmət hər dəfə Nicatın sosializmlə bağlı söhbətlə-
rinə sataşırdı. Sovet dövründə uşaq evində çəkdiyi əziyyətlə-
rə görə sovet rejimi, sosializm ona qorxulu yuxu kimi görü-
nürdü.
Polisin mətbəxdə telefonla danışmasından istifadə
edən Hikmət Könülün etibarsızlığından gileylənirdi. Gözlə-
nilmədən Hikmət söhbəti xəyanət, ayrılıq mövzusuna gə-
tirdi:
– Həyatdan bezmişəm, şair. Həyat gözümdən düşüb. Nə
işim, nə qazancım, nə də yaxın ətrafım mənə toxtaqlıq və ra-
hatlıq verir. Gecə-gündüz intihar barədə düşünürəm.
164
165
Könülün gedişi də məni yaman yıxdı-, Hikmət Polis eşitmə-
sin deyə səsini qısdı.
Nicat söhbətin bu yerə gəlib çıxacağını gözləmədiyi
üçün bir müddət susdu. Əmin idi ki, Hikmətin olanlardan
xəbəri yoxdur. Elə isə bəs niyə Könüldən söz saldı? Nicat
qeyri-iradi əlini viski şüşəsinə apardı. Stəkanını doldurub,
birnəfəsə başına çəkdi:
– Hikmət, bilirsən...bilirsən...
– Bilirəm, şair, bilirəm. Sən də az xəyanət görməmisən. Səni
də çox aldadıb qadınlar.
– Yox. Yoooox...Elədir-, Nicat özünü itirdi.
Hikmət bir siqaret yandırıb əlləri ilə üzünü tutdu. Çi-
yinlərinin qalxıb-enməsindən ağlamağı bəlli olurdu. Nicat
deməyə söz tapmırdı. Bir ildir ki, Hikməti ağladan o qadınla
məhz bu evdə, bu otaqda dəfələrlə sevişmişdi. Evin hər nöq-
təsində, hər guşəsində Könüldən bir nişanə vardı. Hikmət
bütün bunları görməyəcək qədər laqeyd və diqqətsiz ola bil-
məzdi. Nicat özünü toparlamalıydı. “Yox, Hikmətin heç nə-
dən xəbəri yoxdur” deyə düşündü öz-özünə. Hikmət göz
yaşlarını əlinin arxasıyla silib, siqaretin acı tüstüsünü ci-
yərlərinə çəkdi.
– Bilirsən, şair ölüm necə gözəldir? Bütün əzblardan, bütün
xəyanətlərdən yeganə qurtuluş ölümdür...Ölüm xilaskardır
şair, xilaskar!
Hikmət getdikcə səsini qaldırırdı.
– Yandır Hikmət, yaşamaq gözümdən düşüb. Mən də bir
gün asacam özümü, qardaş...
166
Polis otağa keçəndə Nicat ağzına gələni danışır, Hik-
mətlə birlikdə intihar etmək barədə bərk mübahisə edirdilər.
Hikmət ayıq olsa da, dayanmadan ölümdən, intihardan da-
nışırdı:
– Gəl, asaq özümüzü, şair. Ya gözəl bir qızın hörüklərindən,
ya da, cəhənnəm heç olmasa sənin kolleksiyandakı corablar-
dan intihar kəndiri düzəldək özümüzə...
– Corab, corablar....c...Nicatın dili artıq söz tutmurdu.
– Hə şair, sənin yığdığın qadın corabları bizim üçün son şans
olsun. Ya da kəsək damarlarımızı. Qoy bu murdar qanımız
axsın, axsın və biz əbədi xoşbəxt olaq....
Nicat birtəhər ayağa qalxıb hamama keçdi. Güzgüdə
qıyılmış gözlərinə baxdı. “Yamayka” onu dəli eləmişdi. Güz-
günün qabağındakı ülgücü əlinə alıb dörd-beş dəfə biləyinə
çəkdi.
Kəsiklər o qədər də dərin olmasa da, ağlını itirmək
üzrə olan Nicat, hamamın soyuq döşəməsinə çökdü...
Hikmət Nicatın hamamda ləngiməyindən istifadə
edib otağı eşələməyə başladı. Paltar şkafının süyürməsini çə-
kəndə özünü saxlaya bilməyib onun ünvanına çoxmərtəbəli
bir söyüş göndərdi. Polis tez-bazar Hikmətin başının üstünü
kəsdirdi:
– Ay blyat, bu nədir?
Hikmət ikrahla üz gözünü turşudub, Polisi ələ saldı:
– Bacının corablarıdır, yaxşı-yaxşı bax.
Polis dəli kimi bağırdı. Qəfildən Hikmətin boğazın-
dan yapışdı. Himət müqavimət göstərmədən tərs-tərs Polisin
üzünə baxdı. Polis özünü toparladı. Hikmət nifrətlə Polisin
sinəsindən itələdi:
– Kişilənmə əəə...
167
Polis Hikmətin kimliyini sanki yenidən dərk elədi.
Özünü ələ alıb key-key Hikmətin üzünə baxmağa başladı.
Hikmət üz-gözünü turşudub, süyürmədəki corabları gözdən
keçirməyə başladı. Şübhəsiz ki, Könülə aldığı bahalı qara co-
rablar da burda idi. Polisə bıçaq soxsan qanı çıxmazdı. Sanki
böyük bir qaya parçasının altında qalıb çabalayırdı. Nifrət,
qəzəb, utanc hisləri bir-birinə qarışmışdı. Özünə yer tapa bil-
mirdi. Deyəsən corabların içində arvadının da corablarını ta-
nımışdı...
Hər şey plan üzrə gedirdi. Nicat Hikmətin düşün-
düyündən daha çox sərxoş olmuşdu. Nicat rezin əlcəkləri ci-
bindən çıxarıb Polisin üstünə atdı:
– Bacının corablarından yaxşı bir kəndir hazırla! Mən də ge-
dib Şanlı şairimizi hamamdan çıxarım.
Hikmət Nicatın haldan düşmüş bədənini birtəhər
yerdən qaldırdı.
– Şair, biləyini nə tez kəsdin? Biz ki birlikdə intihar edəcək-
dik?
– Edəəə....cəkdik? Yox, edək!
– Edək, şair, edək. Amma gələcək nəsillər üçün, yaxınlar
üçün bir məktub da yazaq. Qanla məktub! Şairin qanıyla ya-
zılmış məktub! Sənin hesabına tarixə düşəcəm, şair...
***
– Eh şair, şair... Bir gün səninlə yan-yana dayanıb intihar
kəndirini boğazıma keçirəcəyimi düşünsəm, gülərdim. Kö-
nül məni aldatdı, elə sən də. Görürsən, hətta dostum Polis də
bizim intihar edəcəyimizi eşidən kimi aradan çıxdı. Biz tən-
ha adamlarıq, şair...Kimsəsiz adamlarıq...
168
Nicat cavab verəcək halda deyildi. Dili söz tutmurdu.
Boğazındakı kəndirdən gələn qoxu onu çox uzaqlara apar-
mışdı.
Hikmət boğazından “kəndir”i çıxarıb bağladığı bu-
daqdan açdı. Aşağı düşüb Nicatın ayağının altındakı kətilə
bir təpik ilişdirib, ikrahla onun kəndirdə çapalamağını mü-
şahidə etməyə başladı. İntiqam alınmışdı...
Nicatın kəsik qollarından hələ də ilıq qan damcılayır-
dı...
Bakı-Oğuz-İstanbul-Bakı
Aprel 2014
______________________________________________________
Cəlil Cavanşir
(Hacıyev Cəlil Cavanşir oğlu)
“Qadın corabları”
roman
Çapa imzalanıb: 07.07.2014
Formatı: 70x100 1/8. Ofset çapı
Həcmi: 21
Sifariş № 019
mətbəəsində çap olunub
Qiyməti: 4 manat
Dostları ilə paylaş: |