154
... 3-4 ilin söhbətidir, təqvimə qalın, qara hərflərlə ya-
zılan günlərin birində (ya 20 yanvardı, ya da 26 fevral) şəhər
kənarındakı hüzursuz və narahat hotel nömrəsində bir həyat
qadınına aşiq oldum. Bəzən insan gərəksiz vaxtlarda, gə-
rəksiz insanlara aşiq olur. İlk dəfə o gecə anladım ki, həyatda
bəzi şeylər inadla üst-üstə düşür...
Dəlicəsinə aşiq olduğum o gözlərin içindəki qəribə
soyuqluğu anlayanda səhər açılmış və sərxoşluğum keç-
mişdi. Özünə yoldaş tapmadığı üçün həyətdəki maşınları
mismarla cızan 5-6 yaşlı uşağın həyəcanı vardı içimdə. İzah
olunmaz duyğular içərisində yastığa söykənib bir siqaret
yandırmışdım və onun gedişini seyr etmişdim. Özüylə bə-
rabər otel otağındakı qəribə qoxunu da çəkib aparmışdı ar-
xasınca. Və o gün oteli tərk etmədən öncə, yataqdaca bir ay-
rılıq şeiri pıçıldamışdım...
Mən belə səfeh adamdım, dostum...
Sonra mən tez-tez aşiq olmağa və iş yerlərimi də-
yişməyə, özümü kəşf etmək üçün çabalamağa başladım. Ye-
nidən işsizlik və yenidən narahat günlər başladı həyatımda.
Hər şey yolundaykən nələrinsə nizamsız olduğunu an-
lamağa başladım. Və hər dəfəsində getdim... Ya iş yerimdən,
ya da aşiq olduğum qadının həyatından...
Mən getməyə alışmışdım, dostum...
Hər dəfə olduğum yeri tərk
edəndə gizli bir əlin məni
tutub saxlamasını istədim, amma olmadı, saxlamadı...Bir
gün barmaqlarımın arasında sönən siqareti külqabına atanda