3
¹ 08 (101) 06 dekabr 2017-íÿ ñîð
Òîëûøîí Ñÿäî
Belə rəvayət edirlər ki, şahlıq
dönəmində xeyli cavan bir məmur bir
məclisə daxil olur, bir nəfərdən başqa
bütün məclis bunun üçün ayağa qalxır,
bu həmin məmurun xoşuna gəlmir və
gəlib həmin şəxsin qənşərində daya-
naraq, ona xitab edir:
- Sən kimsən ki, mənim üçün ayağa
durmadın?
Həmin şəxs asta səslə soruşur:
- Bəs sən kimsən ki, mən sənin üçün
ayağa da durmalıyam?
- Mən dövlət məmuruyam.
- Sonra kim olacaqsan?
- İşlərimi yaxşı görsəm, saraya işə
dəvət olunacam.
- Bəs sonra?
- Sonra yəqin ki, vəkil köməkçisi
olacam.
- Bəs sonra?
- Sonra vəkil, sonra da vəzir.
- Sonra kim olacaqsan?
Bu yerdə dövlət məmurunun boğazı
quruyur, “şah olacam” deməyə cürət
etmədiyi üçün “heç kim” deyir.
Həmin şəxs aram-aram deyir:
- Sən bu qədər illərdən sonra heç
kim olacaqsan, amma mən indidən
həmin heç kiməm...
BU NƏ LOVĞALIQ?
Qəzetimiz 100-ü keçdi, məqsədim
100-cü nömrəni görmək idi, şükür ki,
gördüm, hətta özüm üçün qət etmişdim
ki, 100-cü nömrədən sonra qəzeti
bağlayım, alınmadı, dostlar israr etdilər
ki, qəzeti saxlamaq olmaz. Amma həmin
dostlar mənim hansı məşəqqətlərlə qəzet
çıxartmağımdan bixəbərdirlər. Mən bütün
bu məşəqqətlərə rəğmən öz işimdəyəm,
yolumun üstünə atılmış kötükləri
təmizləyə-təmizləyə, kiçik sürətlə olsa
da belə, irəli gedirəm. Məqsədim qəzetin
uğurları, uğursuzluqları haqqında yazmaq
deyil, məqsədim özümün özüm haqqında,
daha doğrusu hamının bir “heç” olması
haqqında düşüncələrimi oxucu ilə
paylaşmaqdır, bəlkə “burada mənəm,
Bağdadda kor xəlifə” iddiasında olanlar
özləri üçün bir nəticə çıxartdılar ...
...Arada dostlar deyirlər ki, sən artıq
bu millətin elə də kiçik olmayan bir
kəsimi üçün idealsan, səni artıq rəhbər
sananlar da az deyil, cavabım qısa olur:
müvəqqətidir, keçib gedər. Sonra
özlüyümdə xəyala dalıram: Mən kiməm
ki, məndən rəhbər də yaratmaq istəyirlər?
Axı mən bütün həyatımı, nə qədər uğurum
olsa da, “gec-tez heç kimsən, ən yaxşısı
elə heç kim olaraq da qal” prinsipi ilə
yaşamışam. Daima düşünmüşəm ki,
uğurun zirvəsinə qalxmaq lazım deyil,
nə qədər uğurun olsa da, həmin uğura
aşağıdan baxmaq daha yaxşıdır, çünki
bir gün uğursuzluq hökmən səni tapacaq
və səni büdrədəcək, büdrəyib zirvədən
tappıltı ilə yıxılmaqdansa, aşağıda, heç
kim olaraq qalmaq və həmin büdrəyişi
daima gözləyərək, ona hazır olmaq, o
büdrəyişi sakitcə qəbul etmək, mənim
düşüncəmə görə, daha məntiqlidir. Və
bu məntiqlə daima düşünmüşəm ki, böyük
bir millətə “heç kim”dən daimi rəhbər
ola bilməz! Ən yaxşı halda kimsə
müvəqqəti hansısa toplumun və ya o
toplumun kiçik və ya böyük kəsiminin
önündə gedə, hansısa quruma rəhbərlik
edə bilər. Hər bir insan ona tapşırılmış
postun yüksəkliyinə hamı kimi aşağıdan
baxmalıdır, öz “heç kim”liyini
unutmamalıdır, belə olan halda həmin
şəxs mənsub olduğu xalqa, ona bu
səlahiyyəti vermiş zümrəyə yorulmadan,
usanmadan xidmət edəcək...
...Həyatda qəbul etdiyim prinsiplər
var, heç kəsin qarşısında əyilməmək
başlıca amalım olub, zatən qarşımdakını
da özüm kimi “heç kim” sanmışam,
düşüncəmə görə o da mənim kimi bir
“heç kim”dir, sadəcə məndən fərqli olaraq
o, bunu qəbul etmək istəmir. Düzdür,
əqidəmiz nə qədər fərqli olsa da, nə
özümdən böyüklərin, nə də özümdən
kiçiklərin qarşısında hörmətsizliyim
olmayıb, həm özümdən böyüklərin, həm
də özümdən kiçiklərin səhvlərini onlara
elə deməyə çalışmışam ki, inciməsinlər,
sınmasınlar, amma bəzilərinin iddiaları
o qədər böyükdür ki, onlara səhvlərini
deməklə, sanki onları aşağılamış olursan,
zatən onlar bunu bu cür də anlayırlar.
Mənim haqlı iradlarımdan nəticə
çıxardanlar çox olsa da, nəticə çıxartmayıb,
mənə düşmən kəsilənlər də olub. Amma
başa düşmürlər ki, “heç kim”in “heç
kim”ə düşmənçilik etməsi özü belə ab-
surddur! Mən isə öz “heç kim”liyim ilə
həyatı dərk etdiyim gündən barışdığım
üçün, mənim etdiyim səhvləri mənə
deyənlərə daima hörmətlə yanaşmışam,
demək ki, bu insan mənə hörmət qoyur
ki, səhvimi üzümə deyir, həmin şəxsə
qarşı hörmətim bir az da artıb. Amma
bəzi dostlar məni böyük bir dağ zənn
edirlər, mənim “heç kim” olmağımı qəbul
etmək istəmirlər, hətta məndən tələb
edirlər ki, sən ətrafdakılardan özünə layiq
olan hörməti tələb elə. Vallah, mən hansı
hörmətə layiqəmsə, onu da görürəm,
kimdənsə bundan artığını tələb etmək
mənim “heç kim” prinsipimə ziddir. Heç
vaxt kimsənin alqışına ehtiyac
duymamışam, tərifli məclislərdən daima
qaçmağa çalışmışam, öz uğurumu həmişə
kiminsə ayağına yazmağı bacarmışam,
heç vaxt da bundan heyfslənməmişəm.
Dar ayaqda yanlarında olduqlarım, mən
dar ayaqda olanda yanımda olmayanda
da sınıxmamışam, zatən həmin şəxslərin
də “heç kim” olduqlarını əvvəlcədən
bilirdim, “heç kim”dən isə nə isə gözləmək
özü absurddur. Bəzən bəzilərinin puluna
görə, bəzilərinin mənsəbinə, vəzifəsinə
görə lovğalandığını görəndə daima Cəfəri
Sadiqin “keçmişin murdar nütfə, gələcəyin
də murdar leşdirsə - hansı gününə
lovğalanırsan?” kəlməsini xatırlayıram.
Hər bir fərd özünün “heç kim” olduğunu
dərk etməlidir, hər bir fərd gec-tez murdar
leşə dönəcəyini gözünün önünə
gətirməlidir. Bəzən kiminsə lovğalanaraq
“bunu məndən başqa kimsə edə bilməzdi”
deməsini başa düşmürəm, bunu sən edə
bilmisənsə - demək başqası da edə bilərdi,
sadəcə sən bunun üçün münasib zaman
kəsiyini fota verməmisən, vəssalam. Bir
də ki, “bar verən ağacın başı aşağı olar”
deyib böyüklərimiz, qürrələnmək, lovğalıq
etmək, başqasına yuxarıdan aşağı baxmaq
“murdar nütfədən yaranıb, murdar leşə
dönəcək”, bir “heçə” çevriləcək varlığa
yaraşmaz. Sən özünü kim saymağından
asılı olmayaraq, başa düşən başqaları
üçün sən bir “heç”sən, heçdən yaranıb,
heçə qovuşacaq bir “heç”...
TOLIŞƏ ZİVON DƏRSLİKLƏRİ
Mövzu diqqətimizdədir, çox guman
ki, Təhsil Nazirliyinə sorğu verib, Talış
məktəblərində “Tolışə Zıvon” dərslərinin
necə keçirilməsini təftiş etmək üçün mü-
vafiq icazə alacam, əgər Təhsil Nazirliyi
mənə bu icazəni verməsə bu işi
məhkəməyə daşıyacam, sonrası isə ağlı
başında olan istənilən Azərbaycan məmuru
üçün aydındır. Niyə Talış məktəblərini
təftiş etmək qərarına gəlməyim barədə
də yazım ki, oxucu tam məlumatlı olsun.
Sadəcə bir faktı qeyd etmək istəyirəm.
Lerikin Vizəzəmin kəndində və Lənkəranın
İstisu qəsəbəsində olan tam orta
məktəblərin ibtidai siniflərində yaxın
qohumlarım oxuyur, onlarla etdiyim söhbət
əsnasında başa düşdüm ki, bu məktəblərdə
“Tolışə Zıvon” dərsləri keçirilmir. Amma
bəzi dövlət məmurları bunun əksini iddia
edirlər, hətta iddia edirlər ki, dərs saatları
həftədə iki saat olaraq saxlanılır. Olsun,
zatən bu millətin qulluğunda durmalı olan
bir məmurun mənə yalan danışmasının
nə adı var ki? Hesab edək ki, yaxın
qohumlarımın övladları mənə yalan
məlumat veriblər, adətən 6-9 yaşlı uşaqlar
yalan danışmırlar, olsun, hətta hesab edək
ki, dövlət məmuru da mənə, qeyri-rəsmi
olsa da, düz məlumat verib, amma istənilən
halda bütün bunlar yoxlanılmalıdır ki,
gələcəkdə bu mövzuya qayıdanda
“şaiyələrə uyub” yazı yazmayaq.
Əldə etdiyim məlumata görə I və II
sinif üçün nəzərdə tutulmuş dərs kitabları
artıq nəşriyata təhvil verilib, “deyilənlərə
görə” ilin axırınacan çap olunacaqlar.
Belə olan halda məni bir sual
maraqlandırır: Əgər dərs kitabları yox-
dursa, “Tolışə Zıvon” dərslərini hansı
kitablarla keçirlər? Bax həm də bu suala
cavab tapmağa çalışacam. Hələlik isə bu-
rada da dayanım, bu məsələni tam
araşdırıb, oxuculara əlavə məlumat
verəcəyəm.
MÜBARİZ
Bəli, yanılmadız, söhbət milyarder
Mübariz Mənsimovdan gedir. Vaxtı ilə
F.Novruzoğlu “Xural”da Mübariz
Mənsimovun əleyhinə yazılar yazanda,
mən bir eloğlu kimi, bir uzaq qohum
kimi onun müdafiəsinə qalxdım, elə həmin
“Xural”da onun müdafiəsi istiqamətində
bir neçə yazı da yazdım. Sonra Mübariz
ona qarşı hücumlarda işlənən “talış”
sözündən qorxub, özünü “azəri türki”
kimi qələmə verdi və həmin gündən mən
onun müdafiəyə layiq pımayan biri kimi
qəbul etmişəm və bu fikrimdə bu gün də
qalıram. Mənim əqidəmə görə milli
mənsubiyyətini danan bir şəxsi, varidatının
nə qədər olmasından asılı olmayaraq,
müdafiə etmək, sənə güllə atmış, lakin
yayınmış bir şəxsə yenidən güllə vermək
kimi bir şeydir. Mübariz Mənsimovu bu
gün əksər talışlar müdafiə edirlər, amma
onlar bir şeyi anlamaq istəmirlər ki, həmin
Mübariz, sabah başının üstündən qara
buludlar çəkiləndə, yenə də “mən azəri
türküyəm” deyərək, onları pəjmürdə
edəcək. Belə bir insanı müdafiə etməyə
dəyərmi? Məncə dəyməz, zatən milyardlar
qazanmağın yolunu bilən bir şəxs, yəqin
ki, özünü müdafiə etməyin də yolunu
biləcək. Mübariz rəsmən özünü talış elan
edəcək günəcən mən o adda adamı
müdafiə etməyəcəm və talışların da onu
müdafiə etməsini istəməzdim, amma hər
bir fərd bu məsələdə azaddır...
P.S. Mübariz Mənsimov ilk gündən
özünün və bu gün onun üstünə hər cür
şər-böhtanlarla gedən nadürüstlərin bir
“heç” olduqlarını qəbul etsəydi, bu
xəyanətə bir o qədər də yanmazdı.
AQŞİN DADAŞZADƏ
ŞİNƏ PƏ
Dastədə mandə ğələm i mıddət, az şedəm bə fik
Pidəme qəp bıjənom ə şəxsiku ki mandə dik
Həm bəd, həm şoyə rujdə ıştə nomi barzış qətə
Bəməro dimdə sırə dardi, ğəmi dıldəş sutə
Xıdo əy ofəyəşe pozə manqi sardə rujdə
Sofə dıl, pokə imon Xaliqi bəy kardə mujdə
Hırdə vaxtiku yolon vindəbin çəy fərosəti
Şodoə ha ğədəmi navo pamyedəbe ğəti
Əğlətiş dəvarde rə, şoyə rujon dıştəş varde
Bədə vo jəşe bəyo, vaxt dəvarde, be Pı mande
Dədə mardeku çəyo anqıl qınyi ruj bə şəvi
Nə bə kə oməy rohət, nə nısırəy bənə navi
Vaxt şedə, dəmandəni, çı soronsə sor omedə
Dust avlod qırdə bedən, əçəy vəyə ruj omedə
Xıdo ğısmət kardə bəy ağılmandə səydə kinə
Bedə bəy çokə həmro, bəçəy əğlon çokə inə
Xıdo baxş kardedə bəy dıqlə kinə, dıqlə zoə
Çoynəni qədə mələq, qırd bənə ovşumi poə
Zəhmət kəşəşe ve taki əğlon kardışe yol
Səş sipi, dastdə ğabar, hardə nunışsə be həlol
Əğlonən də çəy ro şin barz qətşone çəy nomi
Bı kinon vəyəş karde deştə obə, deştə eli
Zoon dumo hande şin, ıştə elmi bıkən zumand
Tolışi nomi barzkən, bəştə xəlği bıbun xıvand
Şinə Pə, bızın ımi, tı Xıdo hərəbəxtə bəndəş
Həm bəd, həm şoyə ryjdə çəmə peşto bərk pemandəş
Çanəki şedə nəfəs, dılım jəydə, vindedə çəş
Oqət ımi yodədə, çımı dıldə tınən mandəş
ƏMƏLDƏ ROST BIBƏN,
BIKƏNƏN HƏYO!
Oşkodə həx votə, həx handəkəson
Xəlvətdə şəytoni səy randəkəson
Nohəxi vindədə lol mandəkəson
Dasti peqətənən iblisi şəyo
Əməldə rost bıbən, bıkənən həyo!
Qəvədə novnedon çı Xıdo kəlmon
Xəbə hısteone çı dınyo elmon
Zını-zıne kiye ha dardi dəmon
Beyyət vardənişon ijənən bəyo
Əməldə rost bıbən, bıkənən həyo!
Şodənən bə kəno çırkinə maskon
Bənə siyo mori dəməşən bə lon
İ kərə doə bə bəşməro ım con
Vəse, hılonədə məbənən niyo
Əməldə rost bıbən, bıkənən həyo!
Dıdiməti kisə səbarz kardəni
Dəğərdə eğandə, hurmət vardəni
İnsoni gin kardəy dumo qardəni
Çanə ki, di bəni bıvitən çəyo
Əməldə rost bıbən, bıkənən həyo!
Çı konco bəşmə dıl eqınə ləkə
Çıko oxo bişon çı nəfsi nokə
Tox nıbə insoni təy bəbe lokə
Pidə qırd bə çəy sə ekənən dıyo
Əməldə rost bıbən, bıkənən həyo!
Məvotən ərbobim bəqim az, xonim
Cifədə pul, ğızıl tavzıdə qonim
Bızınən çı Xıdo ofəyə conim
Əve co bıkənən sipi çı siyo
Əməldə rost bıbən, bıkənən həyo!
Bebəci şodənən, peqətən çoki
Mırdoli bahastən, barz bıkən poki
Bıqətən bəştə dast zəmini xoki
Dərəsən əmandni bə kisə dınyo
Əməldə rost bıbən, bıkənən həyo!
İnsonon, sıftəku rost bıqətən ko
De ıştə əməlon Xıdo bıkən şo
Bızınən ki, əve aləmi podşo
Əve dəçıkənən Xaliqi xəyo
Əməldə rost bıbən, bıkənən həyo!
Ра фиг Жя ли лов
же ли лов ра фиг@ маил. ру
“HEÇ”DƏN YARANMIŞ “HEÇ”LƏR