Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   24   25   26   27   28   29   30   31   ...   70

62 
 
«Allahdan kömək və qələbə yaxındadır» surəsi yazılmışdı. Baş Qərargah İdarəsinin 
verdiyi  beş  yüz  altmış  bir  saylı  qərarda  göstərilir  ki,  süvari,  piyada  alaylarında, 
əlahiddə  tabor  və  hərbi  məktəblər  üçün  vahid  formada  bayrağın  yaradıldığı  elan 
olunur. 
Hələ  əsrin  əvvəllərində  Tiflis  ədəbi  mühitində  yaxından  iştirak  edən 
İbrahim ağa Vəkilov böyük dramaturqumuz  Cəlil Məmmədquluzadə ilə  yaxından 
dostlaşmışdı.  Hər  iki  dost  xalqımızın  nicatı  üçün  birgə  çalışırdı.  Bu  fakta  Mirzə 
Cəlilin  həyat  yoldaşı  Həmidə  xanımın  «Mirzə  Cəlil  haqqında  xatirələrim» 
kitabında  da  rast  gəlmək  olar.  Həmidə  xanım  yazır  ki,  1907-ci  ildə  Qarabağda 
çəyirtkə  və  aclıq  gözlənilirdi...  Tiflis  Xeyriyyə  Cəmiyyətinin  sədri  İbrahim  ağa 
Vəkilov,  katibi  Mirzə  Cəlil  bizim  rayonun  qaldığı  çıxılmaz  vəziyyətdən  xəbər 
tutduqda  zərərdidələrə  paylamaq  üçün  poçt  ilə  mənim  adıma  altı  yüz  manat  pul 
göndərmişdilər. 
Polkovnik  İbrahim  ağa  Vəkilov  1906-cı  ilin  yanvarın  səkkizində  Qafqaz 
kənd  təsərrüfatı  cəmiyyətinin  zalında  Müsəlman  Xeyriyyə  Cəmiyyətinin  ilk  sədri 
seçilir.  Azərbaycanın  qabaqcıl  ziyalıları  polkovnik  İbrahim  ağa  Vəkilovu  səsə 
qoyulmadan xeyriyyə cəmiyyətinin   idarə heyətinə sədr təyin etdilər. 
Cəmiyyətin  katibi  Cəlil  Məmmədquluzadə,  üzvlüyə  namizədlər  isə  Səməd 
ağa Qayıbov, Osmanbəy Müftizadə, Rəşidbəy İsmayılov, İmadəddin Sübhanqulov, 
Kamal  Əfəndi  Ünsizadə  Məmmədhəsən  İmanov,  Adil-Girey  Daidbəyov, 
Əbdürrəhman bəy Əfəndiyev və başqaları seçildilər.  
Bizdə Mirzə Cəlillə general İbrahim ağa Vəkilovun birgə fəaliyyətini təsdiq 
edən daha bir etibarlı sənəd var. O da 1909-cu il martın 22-də çap olunan  «Molla 
Nəsrəddin»  jurnalının  on  ikinci  sayındadır.  Həmin  sayda  İbrahim  ağa  haqda  iki 
dostluq  şarjı  verilmişdir.  Birinci  şarjda  küçədə  İbrahim  ağaya  rast  gələn  ziyalı 
müsəlmanların hamısı ona baş əyir, xoş təbəssümlə ona təzim edirlər. Hamı onun 
Tiflisdə  Müsəlman  Xeyriyyə  Cəmiyyəti  açmaq  təşəbbüsünü  bəyənir,  ətrafına    
toplaşıb  şirin-şirin  söhbət  edirlər.  Onlar  deyirlər  ki,  sən  Xeyriyyə  Cəmiyyətini 
təşkil et, biz sənə maddi cəhətdən kömək göstərəcəyik. 
İzof Rotterin məharətlə çəkdiyi bu şəklin altında belə yazılıb: «İbrahim ağa 
Vəkilov Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri seçilməmişdən əvvəl». 
İkinci  şarjda  isə  İbrahim  ağa  küçənin  ortasında  tək  dayanıb.  Ondan  baş 
götürüb qaçan ziyalı müsəlmanlara baxıb, acı-acı gülümsəyərək «bunlara nə oldu» 
—  deyir.  Bu  «ziyalı»  müsəlmanların  kimisi  qaçır,  kimisi  də  gizlincə  tindən, 
dalandan  qorxa-qorxa  İbrahim  ağaya  baxır.  Hərbi  formalı  İbrahim  ağa  küçədə 
dayanıb,  əlləri  açıq  şəkildə  matdım-matdım  baxır.  Şəklin  altında  oxuyuruq: 
«Xeyriyyə Cəmiyyətinin sədri seçiləndən sonra». 
Əsrin əvvəllərində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. 
1902-ci ildə Tiflisdə nəşr olunmuş «Rus imperatorluğunun çoğrafi birliyinin 
Qafqaz  şöbəsi  xəbərləri»  kitabının  (XV  cild)  258-ci  səhifəsindəki  xəbər 
eloğlumuzun  fəaliyyəti  barədə  xoş  təsəvvür  yaradır:  «Podpolkovnik  İbrahim  ağa 


63 
 
Vəkilovun  rəhbərlik  etdiyi  dördüncü  bölmə  Qars  qalası  rayonunun  yarım  verstlik 
məsafədən  çəkilişini  davam  etdirmək  tapşırığını  almışdı.  İndiyə  kimi  çəkiliş  şöbə 
tərəfindən  əla  aparılmışdı.  Podpolkovnik  İ.  Vəkilovun  coğrafi  çəkiliş  şöbəsində 
kollej assesoru Baqdanov, podyesaul Borisenko, podporuçik Bekleşov və üç torpaq 
ölçən iştirak etmişdir. 
1920-ci 
ildə 
Azərbaycanın 
ilk  coğrafi  xəritəsinin  müəllifi  və 
respublikamızda  topoqrafiya  məktəbinin  yaradıcısı  da  general-mayor  İbrahim  ağa 
Vəkilov olmuşdur. 
1922-ci  il  dekabrın  3-də  Xalq  Komissarlığının  və  Hərbi  Dəniz 
Donanmasının əmrində oxuyuruq: 
«Hərbi  topoqrafiya  şöbəsinin  rəisi  İbrahim  ağa  Vəkilov  yoldaş  hərbi 
topoqrafiya  kurslarının  təşkili  və  rəhbərliyi  sayəsində  misilsiz  xidmətlərinə,  eləcə 
də  yeni  topoqrafların  yetişdirilməsinə  səmimi  və  vicdanla  yanaşmasına  görə, 
topoqrafçıların  birinci  buraxılışının  təntənəsi  günü,  ümumi  iclasın  qərarlarına 
əsasən hərbi topoqrafiya kurslarının fəxri kursantı seçilmişdir. 
Hərbi Dəniz Donanmasının Xalq komissarı 
Qərargah rəisi» 
Yeni gələn şura hökuməti onu «müsavat generalı» kimi gözümçıxdıya salsa 
da İbrahim ağa hərbi-elmi, pedaqoji fəaliyyətini dayandırmamışdır. Ehtiyac içində 
yaşayan  general,  ömrünün  son  günlərində  hökumətə  yazdığı  ərizəsində  bildirirdi: 
«Dulam. Bir çarpayıdan, bir mizdən və bir arakəsmədən savayı heç nəyim yoxdur. 
Oğlumun darısqal evinin kiçik bir küncündə yaşayıram...». 
Onun  çox  böyük  topoqraf  təcrübəsi  inqilabdan  sonra  yalnız  milli 
diviziyalarda  deyil,  həm  də  Respublika  Xalq  Torpaq  Komissarlığı  Topoqrafiya-
Geodeziya  İdarəsinin  rəisi  vəzifəsində,  Azərbaycanın  Qədim  Dövr  İncəsənət 
Abidələrini və Təbiəti Mühafizə Komitəsində işləyəndə karına gəlmişdi. 
General  İbrahim  ağa  Vəkilovun  zəngin  arxivi  ilə  tanış  olduqca,  şəkil  və 
sənədlərdə  fədakar,  vicdanlı,  xalqını,  millətini  sevən  bir  insanın  dolğun  obrazını 
açıq-aydın görmək olur. 
İstər hərbi topoqrafiya, istərsə də tariximizin ayrı-ayrı ziddiyyətli, mürəkkəb 
dövrünü  öyrənmək  üçün  generalın  məqalələri  kifayət  qədər  material  verir.  Onun 
Azərbaycan  Dövlət  Tarix  Muzeyinin  arxivində  mühafizə  olunan  əlyazmasında 
Sovet dövründəki məqalə və məruzələri qeydə alınıb. Əlbəttə, bu, general İbrahim 
ağa Vəkilovun nə inqilabdan  əvvəlki, nə də 1918—20-ci illərdə Milli Azərbaycan 
ordusundakı  misilsiz  xidmətidir.  Bu,  hətta  onun  sovetlər  dövründəki  elmi-tədqiqi   
xidmətinin də tam əksi deyil. Hələlik aşkar etdiyimiz bunlardır: 
1)  Hərbi  idarə  üzrə  3  dekabr  1922-ci  il  373a  nömrəli  əmrin  surəti,  4-cü 
təsdiq edir ki, mən doğrudan da topoqrafiya kurslarının fəxri kursantı seçilmişdim. 
2)  Azərbaycan  SSR  Xalq  Torpaq  Komissarlığının  Mərkəzi  İcraiyyə 
Komitəsinə 8 may 1929-cu il 2406 nömrəli məlumatını hazırlamışam. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə