Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   25   26   27   28   29   30   31   32   ...   70

64 
 
3)  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  23/XI—1922-ci  il  tarixli 
jurnal qərarının çıxarışını yazmışam. 
4) Azərbaycan Hərbi Komissarlığının 8 may 1923-cü il tarixli 1347 nömrəli 
vəsiqəsini tərtib etmişəm. 
5) Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1 aprel 1922-ci il tarixli 
qətnaməsinin çıxarışını yazmışam. 
6)  Köçərilər  haqqında  məqaləm  «Azərbaycanı  Tədqiq  Edən  və  Öyrənən 
Cəmiyyətin Xəbərləri» jurnalının 3-cü nömrəsində dərc edilib. 
7)  «Yeni  kənd»  jurnalında  Ağamalıoğlu  adına  Torpaq  Ölçmə 
Texnikumunun yaradıcısı kimi mənim foto şəklim verilib. 
8) T. Q. Sultanovun «Naxçıvan Diyarı və onun iqtisadiyyatı» kitabı mənim 
tərtib etdiyim xəritə ilə birlikdə nəşr olunub. 
9)  a)  Azərbaycanın,  b)  Bütün  Qafqazın,  v)  Avropanın,  q)  Asiyanın,  d) 
Amerikanın  (Şimali  və  Cənubi),  i)  Türk  xalqlarının  Asiya  və  Avropada 
məskunlaşmasının xəritələrini tərtib etmişəm. 
 
Alim sözü 
General  İbrahim  ağa  Vəkilovun  sərkərdəlik  fəaliyyətindən  başqa  ayrı-ayrı 
sahələrdə  də  xalqımız  qarşısında  xidmətləri  çox  olmuşdur.  Azərbaycan 
Respublikasının siyasi və təbii xəritəsinin ilk tərtibçisi də İbrahim ağadır. 
Görəsən bu dəyərli xəritənin taleyi necə olmuşdur? Nə az, nə də çox yetmiş 
ildən  artıq  bu  milli  xəritə  xalqımızdan  gizlədilmiş,  sovet  dövründə  ondan  istifadə 
olunmamışdır. Yaddaşlardan qeyb olunan xəritənin yeganə nüsxəsini qeyrətli alim, 
coğrafiya  elmləri  namizədi,  dosent  Malik  Mirzəyev  qoruyub,  bu  günümüzə  qədər 
saxlaya bilmişdir. 
Malik  müəllim,  general  İbrahim  ağa  Vəkilovun  xəritəsi  hansı 
keyfiyyətlərinə görə sovet xəritələrindən fərqlənir? 
—Generalın  tərtib  etdiyi  «Azərbaycan  Respublikasının  siyasi  və  təbii 
xəritəsi»  kartoqrafik  bir  əsərdir.  O,  məşhur  dünya  alimlərinin  və  kartoqraflarının 
tərtib  etdikləri  xəritələrlə  müqayisədə  nəinki  onlardan  geri  qalır,  hətta  onlardan 
çox-çox üstündür. Adətən xəritə tərtibçiləri bir sahəni (relyef, siyasi, iqtisadi, fiziki 
və s ) əks etdirməklə kifayətlənirlər. Bir xəritədə iki sahəni birləşdirmək ideyası ilk 
dəfə general İbrahim ağa Vəkilova müyəssər olmuşdur. O, bir xəritədə həm siyasi, 
həm də təbii məkanları birləşdirmiş və nəticədə dərin məzmunlu, zəngin təfsilatlı, 
asan oxuna bilən original kartoqrafik əsər yaratmışdır. 
Xəritənin  təhlilindən  aydın  olur  ki,  müəllif  onu  tərtib  etmək  üçün  gərgin 
elmi  axtarışlar  aparmış,  topoqrafiya,  toponimika,  tarix,  onamastika,  eləcə  də 
coğrafiya  elmlərinin  öyrənilməsinə  xüsusi  diqqət  yetirmişdir.  Xəritə  qırmızı  rəng 
çaları  ilə  işlənmiş,  ay-ulduz  nişanlı  bayrağımızla  çap  olunmuşdur.  Onun  üçün 
1:420000  miqyası  seçilmişdir.  O  dövr  üçün  hər  yerdə  —  ölkədə  ondan  asanlıqla 
istifadə etmək üçün ingilislərin işlətdiyi miqyasın da (verst) verilməsi onun praktiki 


65 
 
əhəmiyyətini  xeyli  artırmışdır.  Xəritədə  verilən  marşrut  işarələrinin  yığcamlığı 
xüsusi əhəmiyyət kəsb edir. Bunların sayı indiki xəritələrlə müqayisədə xeyli azdır. 
İnşa  olunmuş,  inşa  olunan,  ensiz  dəmir  yolları,  araba,  şosse  yolları  və  axan  çay 
aydın  nəzərə  çarpan  şəkildə  çəkilmişdir.  Onun  təhlili  göstərir  ki,  müəllif 
topoqrafiyanı  əla  bildiyindən  iri  yaşayış  məntəqələri  ətrafında,  ayrı-ayrı  sahələrdə 
bağları,  şorluqları,  bataqlıqları  da  göstərmişdir,  Xüsusilə,  Xocavənd,  Lənbəran, 
Kvartaboyəhmədli ərazilərində bağlıq sahələr daha çox qeyd olunmuşdur. 
—Malik müəllim, bəs, təbii yer adları necə işlənmişdir? Onlar rus xəritə və 
mənbələrindəki kimi dəyişdirilmiş, yoxsa türkcəsi  saxlanılmışdır? 
—General İbrahim ağanın xəritəsinin ən böyük dəyəri yer adlarının türkcə 
işlənməsidir.  Məsələn,  Kür-Araz  ovalığında  Muğan  bozqırı,  Mil  bozqırı,  Şirvan 
bozqırı  kimi  adlar  saxlanmışdır.  Təbii  coğrafi  yer  adları  isə  indikilərdən  az 
fərqlənir. Məsələn: Dəli Məhəmmədli. 
Xəritədən  kifayət  qədər  maraqlı  məlumatlar  almaq  olar.  Xüsusilə,  tarixi 
adların  verilməsi  onun        dəyərini  daha  da  artırır  (Qarabulaq,  Əbdəllər,  Gorusu, 
Tərtər,  İrəvan,  Tiflis).  Salyan  və  Sabirabad  ərazilərində  bir  çox  qalaların  adları 
(Mahmud qala, Cavad qala, Şin qala, Əbül qala) tarixi məna kəsb   edir. Xəritədə 
Arazdan ayrılan bir qolun, Yeni Arazın çəkilməsinin göstərilməsi də elmi cəhətdən 
çox maraqlıdır. Xəzər dənizi boyu — Dərbənddən Astaraya qədər çoxlu burunların 
və  vətəgələrin  hamısı  türk—Azərbaycan  adı  ilə  göstərilmişdir.  Müəllifin  silsiləni 
sıralar, aşırımı aşma, çölü bozqır, kəndi göy kimi  yazması da dilçilik baxımından   
çox   maraqlıdır. 
Son illər erməni millətçiləri bir çox coğrafi adları əsassız olaraq dəyişdirmiş 
və  təhrif  etmişlər.  Həmin  başabəla  «tədqiqatçılara»  İ.  Vəkilovun  xəritəsi  tutarlı 
cavabdır. Oxçu, Ağstafa, Alagöl, Qaragöl, Bazarçay və s. müqəddəs türk mənşəli 
adlar bunlara əyani misaldır. Xəritədə coğrafi adların düzgün verilməsi (oronimlər, 
hidronimlər, oykenillər) hazırda böyük elmi əhəmiyyətə malikdir. Saxtakar erməni 
tədqiqatçılarını ifşa etmək üçün bu xəritə tutarlı mənbə hesab oluna bilər. 
İbrahim  ağa  Vəkilovun  xəritəsi  onun  əlimizdə  olan  yeganə  kartoqrafik 
əsəridir.  Xəritənin  tarixçi,  dilçi,  coğrafiyaçı  alimlər  və  siyasətçilərin  dərindən 
təhlilinə  ehtiyacı  var.  İndiki  dövrdə  bəzi  mübahisəli  məsələlərin  (ad,  sərhəd) 
aydınlaşdırılmasında  ondan  istifadə  etmək  vacibdir.  Xəritədə  göstərilmiş,  indi  isə 
unudulmuş türk mənşəli adların bərpa olunmasında bu xəritənin çox böyük rolu ola 
bilər. 
Azərbaycan  Respublikasının  qonşu  dövlətlərlə  sərhəd  ərazilərinin  xəritədə 
göstərilməsi  (xüsusən  Ermənistan,  Dağıstan)  müəllifin  Qafqazı  yaxından 
tanımasından irəli gəlir. 
İbrahim  ağa  Vəkilovun  «Azərbaycan  Respublikasının  siyasi  və  təbii 
xəritəsi» adlı  məzmunlu kartoqrafik  əsəri qəza sərhədlərini  (siyasi vəziyyəti)  çox 
əyani göstərən bir xəritədir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə