Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

80 
 
yüksək  rütbəli  zabitlərlə  yanaşı  sıravi  əsgərlər  də  iştirak  edirdi.  Əsgərlərdən  biri 
atam haqqında dedi: — Baxmayaraq ki, o, rus deyil, Azərbaycanlıdır, ancaq bizim 
üçün doğma atadan da yaxındır. 
Atam  həqiqətən  də  əsgərlə  zabit  arasında  sərt  sədd  çəkməyən  adam  idi. 
Əsgərin bütün  hüquqlarını  əlindən alan zabitlərlə  o, heç  vaxt razılaşmazdı.  Məhz 
bu keyfiyyətlərinə görə onu əsgərlər ata kimi sevir, hörmət edirdilər. 
...Faris  baba  ilə  görüşlərimin  birində  gördüm  ki,  o,  lüğətlə  bir  Azərbaycan 
yazıçısının romanını oxuyur. 
—Faris baba, — dedim, — indən belə dil öyrənmək gec deyilmi? 
—Öyrənirəm ki, İbrahim əmim kimi dünənə sabah deməyim. 
O nə deməkdir? 
—  Bu  saat  danışacam,  —  deyib  qoca  iri    gözlərilə  gülümsündü.  — 
Xatirimdədir,  1914-cü  ilin  yazında  atam  məni  də  götürüb  kəndimiz  Salahlıya 
gəlmişdi.  Hələ  müharibə  başlanmamışdı.  Atam  doğma  kəndinə,  qohumlara  baş 
çəkməyi çox sevirdi. Ali rütbədə, yüksək bir yerdə işləməyinə baxmayaraq, ildə bir 
neçə dəfə kəndə gedərdi. «Bu kənd, — deyirdi, — oğul, harda olsam mənimlədi, 
adam nə qədər böyük şəhərlərdə, uzaq ellərdə olsa da doğmasını, ondan süd əmdiyi 
yeri unuda bilmir. Buna haqqı da yoxdu». 
Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsilə kəndə gəlib. Abdulla əmimlə 
onun  görüşünə  gedirlər.  Abdulla  əmim  İbrahim  əmimdən  soruşdu  ki,  nə  vaxt 
gəlmisən? 
İbrahim əmim cavab verdi ki, «sabah». 
Atam təəccübləndi ki, bu nə danışır. Abdulla əmim işin nə yerdə olduğunu 
başa düşür. Gülə-gülə deyir: 
— İbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən. 
— Qoca əhvalatı danışıb kədərlə gülümsündü. — İbrahim əmim, — dedi, — uzun 
müddət Rusiyada qulluq etdiyindən Azərbaycan dilini bir az yadırğamışdı. Məni də 
tale ölkədən-ölkəyə, şəhərdən-şəhərə atıb. Fransız, ingilis və bir neçə dildə sərbəst 
danışıb yaza bilirəm. Amma hiss edirəm ki, yadlarla o qədər oturub-durmuşam ki, 
doğmamı unutmaq ərəfəsindəyəm. 
Faris  baba  çoxillik  ömründə  bitib-tükənməyən  hadisələrin,  əhvalatların 
şahidi  olmuşdu.  Heyf  ki,  bu  səmimi,  mehriban  qoca  ilə  görüşüm  onun  həyatının 
son günlərinə təsadüf etdi. O, bizim işıqlı dünyamızdan ömrünün doxsan dördüncü 
ilində köçdü. 
Minillik ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik də qəhrəmanlıq 
tarixi  var.  İgid  Cavanşirin,  əyilməz  Babəkin,  köhlən  at  belində  yadellilərə  qarşı 
vuruşan  Koroğlunun,  Nəbinin  adı  həm  öz  xalqının,  həm  də  bütün  bəşər  tarixinin 
səhifələrində yaşayır. Onların hər biri öz doğma torpağını, öz yurdunu, öz xalqının 
əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan mərdliklə müdafiə etmişdir. 


81 
 
Hər  əsr  tarixə  öz qəhrəmanlarını  verib,  hər  igid  özünün  şücaəti  ilə  gələcək 
nəslə  örnək  olub.Zaman  keçib,  illər  ötsə  də  onlar  yenə  unudulmur,  tarixin  əbədi 
yaddaşında, sənədlərdə həmişəyaşar qalırlar. 
İnanırıq  ki,  hərb  tariximizin  səhifələrində  general-mayor  İbrahim  ağa 
Usubov da beləcə yaşayacaqdır. 
 
Yaralı söhbət 
Topoqraf  general  İbrahim  ağa  Vəkilovun  qəribə  taleyi  ilə  bağlı  axtarışlar 
aparıb  mətbuatda  çıxış  etdikdən  sonra  onun  doxsan  iki  yaşlı  oğlu  Faris  baba  ilə 
dostluğumuz başlandı. Bir neçə dəfə görüşdükdən sonra qoca məna etibar edib öz 
həyat  yolundan,  əmisi  general-mayor  İbrahim  ağa  Usubovdan  danışdı.  Hər  dəfə 
görüşəndə günahsız olaraq həbs edilib əvvəl Mordoviyada, sonra Karaqandada on 
səkkiz  il  çəkdiyi  əziyyətlərdən,  iztirablardan  yana-yana,  bir-birindən  dəhşətli 
əhvalatlar söyləyirdi. 
Eşitmişdim  ki,  Faris  babanın  kiçik  qardaşı  polkovnik  Qalib  Vəkilovun 
komandir  kimi  böyük  xidmətləri  olub.  Onu  da  otuz  yeddidə  həbs  ediblər.  Arabir 
qardaşı haqqında soruşurdum. Hər dəfə də o, söhbətin yönünü dəyişir və bu barədə 
danışmaq  istəmirdi.  Yüzü  haqlayıb,  uşaq  kimi  kövrək  olan  qocanın  qəlbinə 
dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çingiz İldırımdan saldım. Bilirdim ki, Çingiz 
İldırımla  Qalib  dost  olublar.  Qoca  məcbur  olub  ötəri  bir  əhvalat  danışdı.  Mən  əl 
çəkməyib,  —  Qalib  niyə  tutulub,  —  deyə  soruşanda  qoca  qəmli-qəmli  üzümə 
baxıb xeyli dinmədi. Bu an divardakı qədim saatın səsi bizi diksindirdi. Hər ikimiz 
dönüb ona baxdıq. Əqrəblər düz on birin üstündə dayanmışdı. Bu gün Faris baba 
ilə söhbətimiz həmişəkindən  daha çox olmuşdu. Həqiqətən onu bərk  yormuşdum. 
Durub getmək istəyəndə qoca əlimdən yapışıb: 
—  Bərk  yorulmuşam,  —  dedi.  —  Qoy  qardaşım  Qalib  haqqında  söhbət 
sonraya qalsın, onun faciəsi çox uzundur. Bu, illərlə  ürəyimdə gəzdirdiyim yaralı 
bir söhbətdir. — Yazıq görkəm alan qoca üzrxahlıq elədi: — incimə, gələn şənbə-
bazar gözləyəcəm... 
Təəssüf  ki,  Faris  baba  mənə  görüşmək  üçün  vəd  etdiyi  bazar  gününə  kimi 
yaşamadı... 
Sonralar  Qalib  Vəkilovun  doğma  qızı  Leyla  xanımla  bir  neçə  dəfə   
görüşdüm. 
General  Əliağa  Şıxlinskinin  onlarda  saxlanan  nadir  şəkillərinin    üzünü     
çıxartdıranda,  general  babası  İbrahim  ağa  Vəkilov  haqqında  veriliş  hazırlayanda 
arabir  atası  haqqında  da  soruşurdum.  O  da  əmisi  kimi  suallarıma  çox  qısa  cavab 
verir və nədənsə bu mövzunun üstündən sükutla keçirdi. 
 
«...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressiya olunanların 
hətta  uşaqları  da  bəzən  öz  ata-analarının  günahkar  olmasına    inanır  və  açıq-aşkar 


82 
 
onlardan  üz  çevirirdilər.  Bu  nə  ilə  əlaqədar  idi?  Qorxaqlıqla,  öz  şəxsi  həyatını 
qorumaqla?   Bu da vardı, əsas səbəb yalnız kor-koranə, fanatik inam idi». 
Professor Nikolay Truşenkonun bu sətirlərini «Smena» jurnalında (1988, № 
9)  oxuyanda  dərhal  Leyla  xanımı  xatırladım.  Susmağının  səbəbini  sanki  bu 
sətirlərdə tapmışdım. Elə ki, atası haqqında danışmağa başladı, bir daha gördüm və 
hiss  etdim  ki,  Leyla  xanımdan  qorxu  hissi  doğrudan  da  çox  uzaqdır.  Zarafat 
deyildi, doğma atadan danışmaq, yazmaq əlli ildən çox idi yasaq edilmişdi. O heç 
vaxt  «xalq  düşməni»  adlandırılan  atasından  üz  döndərməmişdi.  Nə  kor-koranə, 
fanatikcəsinə «ellər atası Stalinə», nə də cəllad M. S. Bağırova özünün pənahı kimi 
pərəstiş  edə  bilməmişdi.  O  illərdə  incidilmiş  əlli  bir  min  «gözükölgəli» 
azərbaycanlı  ailəsindən  biri  kimi  dərdini  ürəyində  çəkmişdi.  Və  bəlkə  də  Leyla 
xanımın  ağlına  gəlməzdi  ki,  vaxt  gələcək  aşkarlığın,  demokratiyanın  işığında  hər 
şey  açıq-aydın  etiraf  ediləcək.  Bütün  gümanlar,  şübhələr  ürəklərdən  silinib 
atılacaq, haqq-nahaq öz yerini tapacaq. 
—Təəssüf  ki,  mən  atamı  babam  İbrahim  ağadan  daha  az  görmüşəm,  — 
Leyla  xanım  söhbətinə  general  babasından  başlayır.  —  İlk  dəfə  atam  Qalib  həbs 
ediləndə  mənim  cəmisi  altı  yaşım  vardı.  İkinci  dəfə  isə  on  üç  yaşında  idim.  Ona 
görə də atam haqqında anamın söhbətlərindən yadımda qalanlar daha çoxdur. 
—Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs ediləndə sizə onun 
haqqında heç nə danışmayıb? 
—Yox, babam  heç  vaxt oğlunun  günahsız həbs olunması  haqqında  söhbət 
salmazdı.  Sonralar  mənə  məlum  oldu  ki,  babam  atamın  tutulmasını  ürəyində 
sağalmaz yara kimi gəzdirirmiş. Mənim kimi körpə qız uşağına xalqının, Vətəninin 
rifahı  üçün  çalışan  atamın  xidmətlərini  və  onun  günahsızlığını  başa  salmaq 
iqtidarında deyilmiş. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi də 
gözüm  önünə  gətirəndə  kövrəlirəm.  Babam  o  ağır  illərdə  qanadları  qırılmış  quş 
kimi gəzirdi. 
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad böyüyürdü. 
Qleb  sənətdə  atanın  yolunu  seçdi.  O,  hərbçi  olmaq  məqsədi  ilə  Tiflisdəki 
kadet  korpusunu  müvəffəqiyyətlə  bitirib Xarkovdakı  üçüncü  Aleksandr adına  Ali 
hərbi-texniki  instituta  qəbul  olundu.  İkinci  kursdan  sonra  Qleb  Vəkilov  könüllü 
olaraq həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev hərbi məktəbində 
təhsilini davam etdirdi. 
Əsrin  əvvəllərində  fəhlə  sinfi  ayağa  qalxıb  mütləqiyyətin  rədd  olunmasını 
tələb  edirdi.  Qanlı  bazar  hadisələrindən  hiddətlənən  xalq  hərəkatı  coşmuşdu. 
İmperiyanın hər yerində çarizmin qanlı cinayəti nifrətlə qarşılandı. Belə təlatümlü, 
qarışıq bir dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda 
təhsil  alan  böyük  oğlu  Borisi,  Moskvada  yunger  məktəbində  oxuyan  Qlebi  də  bir 
sual düşündürürdü. Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz müdhiş 
sual qarşısında qalan hər iki qardaş tez-tez ana-ataya müraciət edirdilər.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə