Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   29   30   31   32   33   34   35   36   ...   70

72 
 
Mixail  Vasilyeviç:  —  Zaporojyeli  nekrasovçular
1
  müsəlman  dininə 
keçmişlər. 
Lev  Nikolayeviç:  —  İnsan  inkişaf  etdikcə  dinin  əsasları  da:  taosizm, 
buddizm,  xristianlıq  da  inkişaf  edir.  Bunların  da  hamısının  dini  əsasları  birdir. 
Zaman keçdikcə bu da birliyə və sadəliyə gətirib çıxardır». 
 
GecikmiĢ cavab 
Düz  səksən  iki  il  keçəndən  sonra  «Literaturnaya  qazeta»  yeddi  nömrəli 
dosyesində  (1991-ci  il)  general  İbrahim  ağa  Vəkilovun  ailə  məktubu  haqqında 
məlumat  verdi.  Dosye  islam  dininin  bütün  doğmalarını  özündə  birləşdirən  dahi 
kitab  —  Qurana  həsr  olunmuşdu.  Bu  təşəbbüs  İslam  dininin  əsasları  barədə 
çoxminli  rus  oxucularına  açıq,  mübaliğəsiz  məlumat  vermək  üçün  gözəl  bir 
başlanğıc idi. Yazıçı Lev Tolstoyun Yelena Vəkilovaya yazdığı məktubdan hissələr 
dərc  edən  qəzet  həm  də  sorğu  verərək  yazırdı:  təəssüf  edirik  ki,  Vəkilovanın 
şəxsiyyəti haqqında heç bir məlumatımız yoxdur. 
Azərbaycanda  bu  sorğuya  cavab  verən  bircə  adam  tapıldı.  O  da  generalın 
yeganə  nəvəsi,  professor  Leyla  Qalib  qızı  Vəkilova  idi.  Cavabından  bu  məsələni 
dəqiq açıqlayan Leyla xanım yazır: 
«Əhvalat belə olmuşdu: Qızlıq famili Yermolayeva olan Yelena Yefimovna 
hərbi-zadəgan ailəsində doğulmuşdur. Tiflisdə zabit toplanışlarının birində o, gənc 
zabit İbrahim ağa Paşa ağa oğlu Vəkilovla görüşüb tanış olur. 
Bizim Vəkilovlar nəsli  Azərbaycanın qəza  şəhəri Qazaxdandırlar. Zadəgan 
silkinə məxsus olan nəslimiz rəsmi olaraq üç yüz əlli ildən çoxdur ki, davam edir. 
Bizim nəsl öz xalqına, vətəninə bir çox görkəmli hərbçi, alim,  yazıçı  və sair bəxş 
etmişdir ki, onların arasında müasir Azərbaycan ədəbiyyatının korifeyi, şair Səməd 
Vurğunun adını çəkməmək olmaz. 
İki  gənc  —  Yelena  Yefimovna  və  İbrahim  ağa  Paşa  ağa  oğlu  bir-birini 
sevirlər. Lakin onların birgə səadətlərinə din ayrılığı mane olurdu. Azərbaycanlı İ. 
Vəkilov  islam,  Y.  Yermolayevna  isə  pravoslav  dininə  məxsus  idi.  Rusiya 
imperiyasının  o  vaxtkı  qanunlarına  görə  kəbin  kəsdirmək  üçün  ikisindən  biri  öz 
dinindən  imtina  etməli  idi.  Ancaq  onların  heç  biri  tərbiyə  olunduqları  dini 
ehkamlara qarşı çıxa bilmir. Belə olduğu halda mənim babam İbrahim ağa Vəkilov 
imperatora  müraciət  edir.  Əlahəzrətdən  xahiş  edir  ki,  onların  dinlərini 
dəyişdirmədən  kəbin  kəsdirmələrinə  icazə  versin.  Uzun  çəkişmələrdən  sonra  bu 
icazə  verildi.  Lakin  Rusiya  imperiyasının  qanunlarına  görə  belə  kəbindən  sonra 
dünyaya gələn uşaqlar pravoslav dinində tərbiyə almalı idilər. 
                                                           
1
  1708-ci  ildə  Bulavin  üsyanı  yatırıldıqdan  sonra  ataman  İqnat  Nekrasovun  rəhbərliyi  ilə  Türkiyəyə 
keçən Don kazakları— müəl. 
 


73 
 
Beləliklə, Yelena Yefimovna hər üç uşağını — qızı Rənanı, oğlanları Boris 
və Qlebi xaç suyuna salır. Lakin atalarının, dost və qohumlarının təsiri ilə uşaqlar 
islam dininə daha çox meyl və rəğbət göstərirlər. Analarını çox sevən hər üç uşaq 
böyüyəndə  ondan  xahiş  edir  ki,  onların  müsəlman  dininə  keçmələrinə  razılıq 
versin. 
Məhz  bu  səbəbə  görə  də  mənim  nənəm  onu  üzən  «nə  etməli?»  sualı  ilə 
«xristian  dininin  vicdanı»  sayılan  yazıçı  Lev  Tolstoya  müraciət  etməyə  məcbur 
olur. 
Lev  Tolstoy  dörd  səhifəlik  geniş  məktubla  nənəmə  cavab  yazır.  Həmin 
məktubdan  bəzi  parçaları  siz  qəzetinizin  yeddinci  nömrəsində  —  dosyedə  dərc 
etmisiniz. 
Tolstoyun  məktubundan  sonra  Yelena  Yefimovnanın  və  İbrahim  ağa  Paşa 
ağa oğlunun uşaqlarının üçü də müsəlman dinini qəbul edir. Oğlanları adlarını belə 
dəyişirlər; Boris — Faris bəy, Qleb isə Qalib bəy olur. 
Yelena  Yefimovna  bütün  həyatını  sadiq  ərinə  və  sevimli  uşaqlarına  sərf 
etmişdir.  Hərbi  vəzifəsinə  görə  ərinin  hara  göndərilməsindən  asılı  olmayaraq 
(babam  qərargah  generalı  rütbəsinə  qədər  yüksəlmişdi)  nənəm  həmişə  onu 
müşayiət  etmişdir.  O,  çox  savadlı  qadın  imiş,  bir  neçə  dil  bilirmiş,  ədəbi-bədii 
tərcümələrlə  məşğul  olmuş,  maraqlı  xatirələr  yazmışdır.  Nənəm  1923-cü  ildə 
Tiflisdə vəfat etmişdir. 
Mənim babam və onun hər iki oğlu öz xalqına, Vətəni Azərbaycana böyük 
inam  və  sadiqliklə  qulluq  etmişlər.  Xüsusilə,  1918—20-ci  illərdə  Azərbaycan 
Demokratik Respublikasının qurulmasında onların əvəzsiz xidmətləri olmuşdur. 
Babam İbrahim ağa hərbi topoqraf idi. O, İran, Türkiyə  və Zaqafqaziyanın 
xəritəsini  yaratmışdı.  Azərbaycanın  ictimai  həyatında  görkəmli  yer  tuturdu. 
Azərbaycanda  Demokratik  Respublika  olduğu  zaman,  o,  Gəncənin  general-
qubernatoru idi. Türk, İran və Rusiya ordenləri ilə təltif olunmuşdu. 
Atam Qalib İbrahim ağa oğlu Vəkilovun hərbi-texniki təhsili vardır. Birinci 
dünya  savaşında  iştirak  etmişdi.  Hərbi  xidmətlərinə  görə  bir  sıra  ordenlərlə,  o 
cümlədən müqəddəs Georgi xaçı ilə təltif olunmuşdu. 
Əmim Faris İbrahim ağa oğlu isə ixtiralarına görə bir sıra patent qazanmış 
istedadlı  mühəndis  idi.  Təəssüf  ki,  bizim  ailəmiz  də  siyasi  təzyiqlərdən  kənarda 
qalmadı. 
1931-ci  ildə  atam  birinci  dəfə  həbs  olundu,  sonra  səhhətinə  görə  həbsdən 
azad  edildi  1937-ci  ildə  onu  ikinci  dəfə  həbs  etdilər  və  günahsız  olmasına 
baxmayaraq, keçmiş çar və musavat zabiti kimi güllələdilər... 
Əmim  isə  on  səkkiz  il  Karaqanda,  Maqadan  və  Sibir  sürgünü  çəkmişdi. 
Atamdan  xatirə  olaraq  məndə  yalnız  onun  (ölümündən  sonra)  bəraət  alması 
haqqında olan arayışlar qalmışdır. 
Sizin  dosyenin  səhifəsində  adını  çəkdiyiniz  Y.  Y.  Vəkilovanın  ailəsi 
haqqında mənim demək istədiyim bunlar idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə