Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

91 
 
Şıxlinskinin xatirələrindən aydın olur ki, o, həmyerlisi ilə fəxr edirmiş. Bu 
da  təsadüfi  deyildi.  Axı  hərbin  sərt  qanunlarında,  ciddi  nizam-intizama 
baxmayaraq, kinayə  ilə  «aziat» deyilən bir  millətin cavan zabit oğlu az  müddətdə 
Rusiyanın  ikinci  və  üçüncü  dərəcəli  «Müqəddəs  Stanislav»,  ikinci  dərəcəli 
«Müqəddəs  Anna»,  üçüncü  dərəcəli  «Müqəddəs  Vladimir»,  sərkərdələrə  məxsus  
«İgidliyə görə»   (qızıl qılıncla birgə) ali ordenləri ilə təltif olunmuşdur. 
1875-ci  ildə  Peterburqdakı  Konstantin  yungerlər  məktəbini  bitirən  Səməd 
bəy  hərbi  biliyə  olan  güclü  marağı  və  fitri  istedadı  sayəsində  bir  il  keçməmiş 
podporuçik rütbəsi ilə təltif olunur. Xidmətdə çox sürətlə irəliləyən Mehmandarov, 
yeni  əsrin  başlanmasına  iki  il  qalmış  podpolkovnik  idi.  Bir  az  əvvələ  qayıtsaq 
görərik  ki,  cəmi  iki  il  Varşava  hərbi  dairəsində  xidmət  edən  mayor  Səməd  bəy 
Mehmandarov şəhər hərbi məhkəməsinin üzvü seçilib. 
Əliağa  Şıxlinski  bunları  bilirdi  və  həmyerlisinin  Uzaq  Şərqdə  çinlilərlə 
döyüşdəki məharəti ilə haqlı olaraq fəxr edirdi. 
Zabaykal  topçu  divizionunun  batareya  komandiri  Mehmandarov  tapşırıq 
almışdı  ki,  Kiçik  Xinqan  dağ  silsiləsini  düşməndən  müdafiə  etsin.  Komandir  üç 
sıra  səngər  qurdurdu.  Silsilənin  coğrafi  şəraiti  çılpaq  təpələrdən  ibarət  olduğuna 
görə batareya düşmənin atəşi altında özünə mövqe tutmalı idi. Özgə çıxış yolu yox 
idi.  Bura  topların  qurulması,  topçuların  əl-qol  atması  üçün  münasib  deyildi. 
Batareya  döyüşə  hazır  olan  anda  Zabaykal  vilayətinin  rəisi,  general-mayor 
Rennenkampf  əmr  verdi  ki,  çinli  əsgərlər  Sisikara  şəhərindən  çıxır,  onlara  atəş 
açın. Bu vaxt silahsız, hərbi paltarda, iki dəstə düşmən əsgəri təntənə ilə şəhərdən 
çıxmağa  başladı.  General  nə  qədər  qışqırıb  bağırdısa,  Mehmandarov  silahsız 
adamlara atəş açmadı. 
Bu  əhvalatın  canlı  şahidi  Əliağa  Şıxlinski  olub.  O,  yazır  ki,  bu  hadisəyə 
görə general Rennenkampfla Mehmandarov arasında ciddi münaqişə oldu. General 
Rennenkampf Mehmandarovu hədələyərək dedi ki, əmri yerinə yetirmədiyinə görə, 
batareya  komandirliyindən  çıxarılıb  məhkəməyə  veriləcəksən.  Mehmandarov  isə 
silahsız  adamlara  atəş  açmağı  qəti  rədd  etdi.  O,  şəhərdən  çıxan  çinlilərin  başı 
üstündən atəş açdırıb onları geri qaytardı. Sisikara şəhərində bir nəfərin belə qanı 
axıdılmadan Mehmandarovun batareyası tərəfindən alındı. 
...Polkovnik Səməd bəy Mehmandarovun artilleriya batareyası 1902-ci ildə 
Mancuriya  ərazisində  öz  xidməti  borcunu  yerinə  yetirirdi.  Komandanlıq  ona 
mühüm bir tapşırıq vermişdi: Siyan-sin rayonunda yapon agentlərini— xunxuzların 
quldur  dəstələrini  ləğv  etmək.  Az  bir  müddətdə  quldur  dəstələrini  ləğv  edən 
polkovnik Mehmandarovun divizionu onların başçısı, xunxuz generalı Çembeyinin 
özünü də əsir aldı. Həmin əməliyyatlardakı əla döyüş xidmətlərinə görə komandir 
Səməd  bəy  Mehmandarov  üçüncü  dərəcəli  «Müqəddəs  Vladimir»  ordeni  ilə  təltif 
olundu. 


92 
 
1903-cü  ilin  əvvəllərində  Mehmandarov  altı  aylıq  məzuniyyət  alıb 
Peterburqa  qayıdır.  Jitomirli  Yelizaveta  Nikolayevna  Teslavla  ailə  həyatı  qurur. 
Yeddi aylıq topçu zabitləri məktəbində təhsilini davam etdirir. 
Əliağa Şıxlinskinin xatirələrindən: 
«Mehmandarov  bizdən  ayrı  olduğu  bu  müddətdə  batareyaya  mən 
komandanlıq edirdim. O, hissəmizə qayıdanda həyata keçirdiyim bütün tədbirlərlə 
tanış oldu, çox razı qaldı... Mehmandarov batareyanı qəbul etdi. Bütün dəftərlərdə 
və  pulun  qəbul  edilməsi  aktına  qol  çəkdi.  Amma  pulları  saymadı.  Mən  təəccüb 
edərək, pulları niyə saymadığını soruşduqda, gülümsəyərək: 
— Siz ki, saymısınız, — dedi, — mənim saymağıma ehtiyac yoxdur. 
Mehmandarov  həmişə  kefi  saz  olanda  etdiyi  kimi,  indi  də  papağını  yan 
qoyaraq,  açarı  cibinə  qoydu  və  evinə  getdi.  Kiçik  rütbəli  yoldaşlarım  bu  işə  çox 
təəccüb  etdilər.  Çünki  onlar  komandirimizin  dövlət  pulu  üçün  necə  can 
yandırdığını  yaxşı  bilirdilər.  Mən  onlara  başa  saldım  ki,  Mehmandarov  kimi 
adamlar, adama bir dəfə  inandılarmı, hər cəhətdən inanarlar. Məni isə  Səməd bəy 
Mehmandarov 1888-ci ildən tanıyır». 
 
Port-Artur döyüĢlərində 
1904-cü 
ildə 
Rus-yapon 
müharibəsi 
başlananda 
Səməd 
bəy 
Mehmandarovun  qırx  səkkiz  yaşı  vardı.  Yelizaveta  Nikolayevna  ilə 
evlənməklərinin  bir  ili  tamam  olmamışdı.  Yelizaveta  Kiyev  qadın  gimnaziyasını 
bitirmişdi. Port-Artur hərbi səhra xəstəxanasında şəfqət bacısı işləyirdi. Səməd bəy 
kimi, o da zadəgan nəslindən idi. İyirmi bir yaşlı Yelizavetaya həyat, elə bil anadan 
olandan  səbr  dərsi  keçmişdi.  O,  nə  ağır  hərb  işinə,  nə  də  yaralı  əsgərlərə  qarşı 
laqeyd  deyildi.  Zadəganlara  məxsus  sadəliklə  Yelizaveta  əsgərlərlə  çox  mehriban 
davranırdı.  Yaralıları  müalicə  edir,  savadsız  olanların  ailəsinə  məktub  yazır, 
müharibə çətinliyinə səbrlə, dəyanətlə dözürdü. 
Bir  dəfə  Səməd  bəy  ona  deyir:  —  Komandanlıqdan  sənin  Peterburqa 
qayıtmağına icazə almışam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam. 
Ərinin üzünə şax baxan Yelizaveta: 
—Səməd bəy,  —  demişdi,  —  ölkədə  müharibə  gedirsə, səncə  əsgərin  yeri 
harada olmalıdır? 
—Əlbəttə cəbhədə! 
—Bax, mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər olmağıma şübhə 
edirsən? 
—Axı, sən ana olmağa... 
—Bir də  bu  söhbətə  qayıtmayaq.  Söz  verirsən... Bu  mövzudan  vaz keçək, 
əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil. 
Bu ərinə, Vətəninə, sadiq bir qadının açıq ürək söhbəti idi. 
Yanvarın  iyirmi  altısında  gecə  yaponlar  rusların  Port-Artur  limanında 
dayanan  eskadrasına  hücum  edib  «Retvizan»,  «Sesareviç»  zirehli  gəmilərini  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə