Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   34   35   36   37   38   39   40   41   ...   70

83 
 
Faris  Vəkilovun  söhbətindən:  —  Mənim  on  doqquz  yaşım  tamam  oldu. 
Dərs  məşğələləri  ilə  bərabər  Məhəmmədin  dininə  keçmək  fikri  də  məni  tərk 
etmirdi. 1904—05-ci illərdəki şərait bu niyyətimin həyata keçməsinə kömək etməli 
idi.  Bədniyyətli  rus-yapon  müharibəsi,  xalq  kütlələri  arasındakı  inqilabi  əhvali-
ruhiyyə çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi. 
1904-cü ildə «Din azadlığı haqqında manifest» nəşr olundu. Orada hər hansı 
bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə yenidən o dinə qayıtmalarına icazə 
verilirdi.  Adama  elə  gəlirdi  ki,  müvafiq  ərizə  vermək  kifayətdir  ki,  bununla  da 
məsələ  həll  olunsun.  Təcrübəli  adamlar,  o  cümlədən  mənim  valideynlərim 
Peterburqa  gəlişimin  birinci  ilində  pravoslav  dininin  müdafiəçilərinin  bilavasitə 
yaxınlığında  bu  məsələni  qaldırmağı  məsləhət  görmədilər.  Anamın  Lev  Tolstoya 
məktubunda  da  bu  ehtiyat  öz  əksini  tapmışdı.  Xoşagəlməz  hadisələrdən  yaxa 
qurtarmaq  məqsədilə  mənim  niyyətimin  həyata  keçirilməsini  bir  qədər  ləngitməli 
olduq. 
Ona görə də çıxılmaz vəziyyətdə qalan anam Yelena Yefimovna Vəkilova 
1909-cu  il  martın  2-də  dahi  yazıçı  Lev  Nikolayeviç  Tolstoya  məktubla  müraciət 
etməli olub. 
1910-cu  ildə  yunker  Qalib  Vəkilov  Moskvadakı  Alekseyev  hərbi-texniki 
məktəbini  bitirib  xidmətə  başladı.  Birinci  dünya  müharibəsi  başlananda  o,  Qərb 
cəbhəsindəki  mühəndis  polkunda  döyüşürdü.  Molodeçniy  şəhəri  uğrunda  gedən 
döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə podpolkovnik Qalib Vəkilov 2-ci dərəcəli 
müqəddəs  Georgi  ordeni  ilə  təltif  olundu.  Hərbi-texniki  mütəxəssis  kimi  Qalib 
Vəkilovun  ən  başlıca  vəzifəsi  düşmənin  qəfil  hücum  edəcəyi  bərə  və  keçidlərin 
möhkəm  qurulması,  səngərlərdə  piyada  və  tank  əleyhinə  minaların  dəqiq 
yerləşdirilməsi idi. 
Leyla  xanımın  stolun  üstünə  qoyduğu  müxtəlif  sənəd  və  fotoşəkillərin 
hamısı  inqilabdan  əvvələ  məxsusdur.  Onların  arasında  çox  da  qalın  olmayan  bir 
kitab da var. Bu, məşhur ədəbiyyatşünasımız Firudin bəy Köçərlinin «Azərbaycan 
tatarlarının  ədəbiyyatı»  kitabıdır.  Onu  müəllif  22  oktyabr  1903-cü  ildə  belə  bir 
avtoqrafla  Leyla  xanımın  general  babasına  hədiyyə  verib. «Hörmətli İbrahim ağa 
Vəkilova böyük məhəbbət nişanəsi ilə Firudin bəy Köçərlidən. Qori şəhəri». 
Şəkillərdən  ikisi  daha  maraqlıdır.  Onlar  məşhur  generalımız  Əliağa 
Şıxlinskiyə  məxsusdur.  İndiyədək  heç  kəsə  məlum  olmayan  və  heç  yerdə  nəşr 
edilməyən şəkillərdə Əliağa Şıxlinski 1915-ci ildə təsvir olunub. Bir qrup zabit və 
üç  nəfər  şəfqət  bacısı  ilə  birgə  çəkdirdiyi  şəkildə  Əliağa  Şıxlinski  həyat  yoldaşı 
Nigar xanımla birgə dayanıb. 
—  Nigar  xanımla  yanaşı  əyləşən  anam  Aleksandra  İvanovna  Vəkilovadır. 
Anam  da  atam  Qaliblə  birgə  birinci  dünya  müharibəsi  illərində  döyüşən  orduda 
xidmət  edib.  Anamın  rütbəsi  leytenant  olub.  O  da  Nigar  xanım  kimi  hərbi  səhra 
qospitalında  şəfqət  bacısı  işləyib.  Oktyabr  inqilabı  başlananda  onlar  Minsk 
ətrafındakı  cəbhədə  olublar.  Atam  üç  ay  ordu  sıralarında  komandir  kimi  xidmət 


84 
 
etdikdən  sonra  komandanlıq  onu  qulluğunu  davam  etdirmək  üçün  Bakıya  ezam 
edir.  O,  yeni  yaranan  Azərbaycan  Milli  Ordusunda  hərbi-mühəndislər  idarəsinin 
rəisi təyin olunur. Podpolkovnik rütbəsində Azərbaycan Ordusunun süqutuna qədər 
işləyir.  Sonra  atam  on  birinci  Ordunun  Ənzəli  şəhərindəki  mühəndis  qoşunları 
hissəsinin rəisi vəzifəsində  qulluq edir. 
Anam  da  bu  yürüşdə  atamla  birgə  olmuşdu.  Atam  bu  yürüşdə  ağır 
xəstələnmişdi. O, malta qızdırmasına tutulmuşdu. Xəstəliyinə baxmayaraq, 1922-ci 
ildə  yenidən  Azərbaycan  Baş  hərbi-mühəndislər  idarəsinin  rəisi  vəzifəsində  işə 
başladı.  Sonra  Zaqafqaziya  Qızıl  Ordu  hərbi  inqilab  şurasının  hərbi  sənaye 
komitəsinin direktoru oldu. Bu vəzifədə beş il işlədi. 
—  Leyla  xanım,  —  bayaq  dediniz  ki,  atanız  iki  dəfə  həbs  edilib.  Otuz 
yeddinci ildən əvvəl nə vaxt həbs olunmuşdu? 
—  İlk  dəfə  atam  1931-ci  ildə  həbs  edilib.  O,  inşaatçı-mühəndis  sifətilə 
Belomor-Baltik  kanalının  tikintisində  dustaq  kimi  işləmişdi.  1933-cü  ildə  o, 
həbsxanadan gəldi. Qocalıb əldən düşmüş, xəstəhal atamın saçı tamam ağarmış və 
dinib-danışmaz  olmuşdu.  O,  tək  bircə  dəfə  mənimlə  həbs  olunması  haqqında 
söhbət  edəndə  dedi:  «Kim  mənim  haqqımda  sənə  nə  deyir-desin,  bilmirəm.  Bircə 
onu  yadında  saxla  ki,  mən  nə  Vətənimin,  nə  xalqımın  qarşısında,  nə  sənin,  nə 
ananın, nə də heç kəsin qarşısında günahkar deyiləm». 
Belomor-Baltik  kanalı  tikintisindən  qayıdandan  sonra  atam  Bakıda  məişət-
tikinti trestində direktor müavini işlədi. 
Yadımdadır,  çox  tez-tez  xəstələnərdi.  Semaşko  adına  xəstəxanada, 
dəmiryolu xəstəxanasında, sonra da Bayıldakı xəstəxanada müalicə olunurdu. Onu 
operasiya  elədilər.  Anamla  çox  çətinliklə  yanına  gedib-gələrdik.  Bir  xeyli  sonra 
atamın  səhhəti  yaxşılaşdı.  Ailəmizin  güzəranı  da  pis  deyildi.  O,  işini  dəyişmişdi. 
İndi  Kür  üstündəki  Bankə  qəsəbəsində  işləyirdi.  Sən  demə,  ən  dəhşətlisi  geridə 
imiş. Otuz yeddinci il gəlib çatdı. Laxa ağzını açan bu dəhşətli qara il yüzlərlə saf 
adam kimi atamı da uddu... 1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında 
iki  bəraət  məktubu  aldım.  Biri  1931-ci  ilə  görə,  biri  də  1937-yə  görə.  Sonuncuda 
yazılmışdı ki, polkovnik Qalib Vəkilov 19 dekabr 1937-ci ildə həlak olub. Anamla 
mən isə otuz yeddinci ildən əlli altıya qədər onu     həbsxanalarda axtarırdıq. 
Leyla xanım Vəkilovanın stolunun üstündəki daha bir tarixi şəkil haqqında: 
süfrə arxasında altı nəfər əyləşib. Ovdan qayıdıb günortaüstü nahar edirlər. Məşhur 
sovet sərkərdəsi Mixail Frunze sol əli çənəsində dərin düşüncələrə dalıb. Onun sağ 
yanında  dayanmış  Əliheydər  Qarayevlə  Qalib  Vəkilov  da  fikirlidirlər.  Təkcə 
diviziya  komandiri  Məmməd  Veysov  məşğuldur.  O,  əlindəki  çəngəl-bıçaqla 
qarşısındakı qabda  nəyisə  doğrayır. Qalan iki  nəfərin kimliyi  məlum deyil.  Leyla 
xanım deyir ki, bu şəkil 1925-ci ilin qışında M. V. Frunze ikinci dəfə Azərbaycana 
gələndə  Xaçmaz  rayonunun  ərazisindəki  keçmiş  Neruçev  (indiki  1  №-li  sovxoz) 
malikanəsində çəkilib. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə