Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   32   33   34   35   36   37   38   39   ...   70

78 
 
biləsən». Yadımdadı, general Əliağa Şıxlinski tez-tez bizə gəlirdi, hər iki bacanaq 
Port-Artur  döyüşlərindən,  Birinci  dünya      müharibəsindəki    fəaliyyətlərindən 
söhbət açardılar. 
İbrahim  ağa  Usubov  görkəmli  dövlət  xadimi  Nəriman  Nərimanovla, 
Əliheydər  Qarayevlə,  Mixail  Frunze  və  başqaları  ilə  çox  yaxın  idi,  1916-cı  ildə 
döyüş meydanlarında göstərdiyi şücaətə görə ona polkovnik rütbəsi verilmişdi. 
1918-ci  ilin  may  ayında  İbrahim  ağa  Usubovu  milli  Azərbaycan 
diviziyasında  işləmək  üçün  dəvət  etdilər.  O,  Əliağa  Şıxlinski,  Səməd  bəy 
Mehmandarov,  Cavad  bəy  Şıxlinski  və  başqa  hərbçilərlə  birgə  Azərbaycan 
Demokratik  Hökumətinin  milli  ordusunun  təşkilinə  başladı.  On  səkkizinci  ilin 
aprelində  Gəncədə  praporşik  məktəbi  açdılar.  Burada  azərbaycanlı  gənclər  təhsil 
alırdı. Bir il sonra həmin məktəb Bakıya köçürüldü və Azərbaycan hərbi məktəbi 
adlandırıldı.  1919-cu ildə  milli hökumət xalqına  sidq-ürəklə  xidmət etdiyinə  görə 
polkovnik İbrahim ağa Usubovu general-mayor rütbəsi ilə təltif etdi. 
Milli hökumət İbrahim ağanı on doqquzuncu ildə Azərbaycan ordusu üçün 
hərbi  ləvazimat  və  hərbi  geyim  alıb  gətirmək  məqsədilə  İtaliyaya  ezam  etmişdi. 
Respublika Mərkəzi Dövlət Arxivində saxlanan bir sənəd də bunu təsdiq edir. 
Musavat dövlətinin İtaliyadakı nümayəndəsinin musavat ordusuna geyim və 
təchizat əşyaları almaq üçün hərbi nazirliklə danışıqları barəsində teleqram. 
2 dekabr 1919-cu il. 
Özünün sərəncamında olmadığından İtaliyanın hərbi nazirliyi paltar və silah 
verə  bilmir.  O,  avtomobillər,  aeroplanlar,  projektorlar,  dizliklər,  mələfələr  və 
adyallar verir. Geyim əşyalarının göndərilməsi Gellə tapşırılıb. İlk partiya dekabrın 
axırlarında Batuma gələcək. Keyfiyyətli köhnə paltar tapmaq mümkün deyil. Əgər 
qiyməti əl versə, bu əşyaların əvəzinə parça almaq barəsində fikirləşərəm. Parçanın 
bizdəki qiymətini təcili bildirməyinizi xahiş edirəm. 
General Ġbrahim ağa Usubov». 
—  Əmim  çox  zarafatcıl  idi,  —  deyən  Gövhər  xanım  söhbətini  davam 
etdirir. — Bir dəfə süfrə başında olan bir əhvalat da yadıma düşdü. İbrahim əmim 
köksünü ötürüb: 
 Of,  - dedi  -,  — balalarım  kaş  hər şeydə: ağılda,  kamalda,  şöhrətdə özümə 
oxşasınlar. Amma bircə şeydə mənə yox, dayılarına oxşasalar yaxşıdı. 
Həyat yoldaşı Gövhər bibim tez üstünə düşdü: 
—De görüm, o nədi elə? 
Əmim bığaltı gülümsünüb: 
—Boyumu deyirəm, — dedi, — bircə boy-buxundan kəm-kəsirim var. 
Əmim ortaboylu idi, ona işarə vururdu. 
Əliağa Şıxlinski də ona zarafatla cavab verdi: 
—Eybi yoxdu, — dedi, — İbrahim, qəm eləmə, o da igidə bir yaraşıqdır. 
—Gövhər xanım, general əminizin son taleyi necə olub? 


79 
 
—İyirminci  ilin  aprelində  XI  Ordu  gəldi.  Əliağa  Şıxlinskiyə,  İbrahim  ağa 
Vəkilova,  Səməd  bəy  Mehmandarova,  Firidun  bəy  Vəzirova,  əmimə  və  bütün 
azərbaycanlı  hərbçilərə,  generallara  ilk  günlər  toxunmadılar.  Xüsusi  əmr  verdilər 
ki,  poqonlarınızı  çıxarın,  indi  Qızıl  Orduda  xidmət  edəcəksiniz.  Onlar  da  dinib-
danışmadılar. Dedilər, təki xalqa toxunmasınlar, biz də xalqa xidmət edərik. Səhv 
etmirəmsə,  hətta  onlara  əmək  haqqı  da  təyin  etmişdilər.  Əmimə  vəsiqə  də 
vermişdilər ki, o, diviziya komandiri kimi xidmət edir. Yadımdadır, iyul ayının ilk 
günləri idi. Evimizdə Qazaxdan gələn qonaq da vardı. Əliağa əmim, İbrahim dayım 
da  bizə  gəlmişdi.  Hamı  kəndi,  qohumları,  uşaqlıq  dostlarını  soruşur,  deyib-
gülürdülər. O vaxt bütün hərbçilər indiki Kommunist küçəsindəki (hazırda İstiqlal 
küçəsi adlanır—red.) beş nömrəli evdə yaşayırdı. Gecə on ikiyə işləyəndə hər kəs 
öz  evinə  getdi.  Yenicə  yatmağa  hazırlaşırdıq  ki,  küçədə  bir  yük  maşını  dayandı. 
Maşından tökülüşən əsgərlər qaça-qaça bloklara doldular. Tüfənglərin qundağı ilə 
qapıları  döyüb  içəri  soxuldular.  Əsgərlər  içəri  girən  kimi  əmimi  əhatəyə  aldılar. 
Mən  əmimə  tərəf  atılıb  zorla  əlindən  yapışıb  ağladım.  Əsgərlər  ev  əşyalarını 
siyahıya  aldılar.  Əmimin  orden,  medallarını  və  özünü  apardılar.  O  gecə 
azərbaycanlı  generalları  —  Əliağa  Şıxlinskini,  Səməd  bəy  Mehmandarovu, 
general-qubernator  Nərimanbəyovu,  Hüseyn  Şıxlinskini,  əmim  İbrahim  ağa 
Usubovu  —  hamısını  yük  maşınına  doldurub  apardılar.  Dallarınca  çox  gedib-
gəldik, bir xəbər öyrənə  bilmədik. Onları həbs etdirən İlya adlı hərbçi  idi. O, yarı 
erməni,  yarı  yəhudi  idi.  Əmimi,  on  iki  azərbaycanlı  general  və  zabitini  1920-ci  il 
iyulun on altısında  gecə  ilə     Nargin  adasına  aparıb orada güllələyiblər. Çox get-
gəldən sonra əmim arvadı Gövhər bibimə əl boyda kağız verdilər ki, onları səhvən 
güllələyiblər. Şura hökuməti ailənizdən üzr istəyir. 
Əliağa  Şıxlinski  və  Səməd  bəy  Mehmandarov  isə  ayrı  kamerada  olublar. 
Xoşbəxtlikdən  onların  Nəriman  Nərimanova  göndərdikləri  məktub  çatıb  və  onlar 
xilas olublar. Orduya soxulan terrorçu daşnaklardan ehtiyat edən Nərimanov 1920-
ci il avqustun birində Ə. Şıxlinskini və S. Mehmandarovu Moskvaya göndərdi. 
General İbrahim ağa Usubovdan çox az nişanə qalıb. Bir neçə şəkil, bir də 
qızı  —  Azərbaycan  Dövlət  Konservatoriyasının  müəllimi,  əməkdar  incəsənət 
xadimi, professor Nigar  xanım Usubova... Mübarizələrdə keçən ömrün anları indi 
illərin  saralıb-soldurduğu  çox  az  şəkil  və  sənədlərdə  yaşayır.  General-mayor 
İbrahim ağa Usubovun qızı Nigar xanım atasından fəxrlə söhbət açır. 
—Əliağa  əmim  deyərdi  ki,  atan  İbrahimin  hərbi  istedadı  birinci  dünya 
müharibəsi  dövründə  özünü  parlaq  şəkildə  göstərdi.  Döyüş  zamanı  çevikliyi, 
piyada  qoşundan  məharətlə  istifadə  etməsi,  xüsusilə  əsgərlərlə  səmimi  rəftarı 
İbrahimi  rus  ordusunda  mahir  bir  sərkərdə  kimi  tanıtdı.  Əliağa  əmim  bir  də 
danışırdı  ki,  M.  V.  Frunze  atanı  yaxşı  bir  insan  kimi  tanıyırdı.  Birinci  dünya 
müharibəsindəki fəaliyyətini, hərbi sənətkarlığını çox yüksək qiymətləndirirdi. 
Mən  Xarkovda  anadan  olmuşam.  Uşaq  olsam  da  bəzi  əhvalatları  yaxşı 
xatırlayıram.  Yadımdadır,  nə  münasibətləsə  evimizdə  qonaqlıq  vardı,  məclisdə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə