Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   30   31   32   33   34   35   36   37   ...   70

74 
 
Hə, bir neçə kəlmə də özüm haqqında demək istəyirəm. Mən — Leyla Qalib 
qızı  Vəkilova  —  pedaqoji  elmlər  doktoru,  M.  F.  Axundov  adına  rus  dili  və 
ədəbiyyatı Azərbaycan Pedaqoji İnstitutunun professoru, Azərbaycanın ali və orta 
məktəbləri  üçün  rus  dili  üzrə  bir  sıra  dərsliklərin  müəllifiyəm.  Bütün  şüurlu 
həyatımı gənclərin tərbiyəsinə və təhsilinə sərf etmişəm. 
 
Uzun ömrün səhifələri 
Məni çox kefsiz və bir az da könülsüz qarşıladı. 
Əvvəlcə başa düşə bilmədim, bu etinasızlıq mənim gəlişimə görədir, yoxsa 
qoca  xəstəhaldır.  Elə-belə,  nəzakət  xatirinə  «keçin,  əyləşin»  —  dedi.  Tənha 
yaşayan bu qocanın tərtəmiz geyimindən, ev şəraitindən hiss etmək olurdu ki, çox 
səliqəli adamdır. 
Qoca  əvvəl  eynəyini  çıxartdı,  sonra  da  dizinin  üstündəki  kitabı  qatlayıb 
kənara  qoydu.  İri  şkafın  enli  siyirtməsini  çəkib  dərindən  nəfəs  ala-ala,  qara 
məxməri parçaya bükülmüş bağlamanı açdı. Balaca bir şəkil tapıb işığa tərəf tutdu. 
İri  ala  gözlərini  geniş  açıb  «budur,  —  dedi,  —  atam,  buyur,  bax!».  «Atam»  — 
deyəndə səsi qırıldı. Qəribə, təsvirolunmaz bir kövrəklik bu qocanın bütün varlığını 
titrətdi. Udqunub üzünü yana döndərdi. 
Mən  şəkli  alıb  baxdım.  Bu,  cavan,  çox  yaraşıqlı  bir  zabitin  ötən  əsrdə 
çəkilmiş şəkli idi. 
—Faris baba, — dedim, — bəs sənədləri? Təkcə bu şəkillə nə eləmək olar? 
Mümkünsə  sənədləri  də  tapın,  birgə  baxaq,  elə  burdaca...  Heç  yerə 
aparmayacağam. 
O,  könülsüz  geri  döndü,  ağır  addımlarla  yenidən  şkafa  yaxınlaşdı.  Xeyli 
əlləşdi.  Bayaq  oxuduğu  kitabı  o  küncdən  bu  küncə  qoyur,  dəftəri  açıb  baxır, 
arasından heç nə tapa bilməyib əsəbiləşirdi... 
Səbrim tükənmişdi, onun  əhvalı  mənə də təsir etmişdi. Nəhayət, şkafın tək 
gözündən götürdüyü qalın bir qovluğu mənə verib titrək, kövrək səslə soruşdu: 
—Cavan oğlan, sənin nəyinə lazımdı mənim atamın sənədləri? 
—Faris  baba, atanız  xalqımızın  hərbi-topoqrafiya  tarixində  yeganə  general 
olub.  İstəyirəm  qəzetdə,  jurnalda  onun  barəsində  bir  yazı  ilə  çıxış  edim,  qoy 
bugünki gənclik xalqımızın belə bir şöhrətli generalı olduğunu bilsin. 
—Mənim  atam  çoxdan  unudulub,  —  deyə  incik  halda  əlini  yellədi.  Ani 
fasilədən  sonra  əlavə  etdi:  —  Bəlkə,  elə,  belə  yaxşıdı.  Musavat  generalı  kimin 
nəyinə lazımdır?.. — İndi başa düşdüm ki, qoca məni nəyə görə könülsüz qarşıladı. 
—  Bir  vaxt  özüm  çox  çalışdım  ki,  üzə  çıxsın,  generallar  arasında  onun  da  adı 
çəkilsin.  O  da  Azərbaycan  üçün,  xalqı  üçün  can  qoyub,  cəbhələrdə  vuruşub, 
gecəsi-gündüzü topoqrafiya  çəkilişlərində keçib. 
Hələ  1883-cü  ildə  rus—İran  komissiyasının  tərkibində  Xəzər  dənizindən 
Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edib. Belə bir ciddi 
işi  vaxtından  əvvəl  yerinə  yetirən  atamın  xidməti  İran  hökumətinin  ən  yüksək 


75 
 
«Şire—Xorşid» ordeninə layiq görülüb. O, Krımın, Dağıstanın və bütün Qafqazın 
topoqrafik  xəritəsini  tərtib  edib.  1892-ci  ildə  Türkiyəyə  ezam  olunan  atam  Qars 
vilayətinin  rus-türk  sərhədlərində  topoqrafiya  işlərinə  rəhbərlik  edib.  Cənubi 
Azərbaycanın  Təbriz,  Xoy,  Urmiya  və  başqa  şəhərlərinin  də  topoqrafik  çəkilişinə 
atam  rəhbərlik  edib.  Hər  gələn  bir  sənədini,  şəklini  istədi,  elə  o  gedən  oldu.—
Kövrəlib davam etdi—mən də  ki, belə, gördüyün  kimi, qocaldım,  əldən düşdüm. 
sənəd, şəkil aparanların da ünvanını, telefonunu  itirdim. O  insafsızlar da, nə atam 
haqqında yazdılar, nə də şəklini qaytardılar. 
—Mən  burda  baxacam,  heç  nəyi  heç  yerə  aparan  deyiləm.  Qeydlərimi  də 
burda eləyəcəm... 
—Yaxşı, onda aç qovluğu, söhbət eləyək. Əvvəla de görüm atamın sorağını 
sənə kim verib? — Zənlə üzümə baxıb soruşdu. 
—Bir  marşalın  «Mənim  xatirələrim»  adlı  yeni  kitabı  çıxıb.  Orda  atanız 
polkovnik  İbrahim  ağa  Vəkilovun  Sərdarabad,  Baş  Abaran  əməliyyatındakı 
fəaliyyətindən  geniş  məlumat  verilir.  Qərargah  rəisi  polkovnik  İbrahim  ağa 
Vəkilovun  hərbi  döyüşlərdə  məharətini  marşal  bütün  ordu  heyətinə  nümunə 
göstərir. 
Üz-gözündən  gördüm  ki,  bu  fakt  onu  hədsiz  dərəcədə  sevindirdi.  Məndən 
qabaq əl uzadıb qovluğu özü açdı. 
...1978-ci  ilin  yazında  Faris  İbrahim  ağa  oğlu  Vəkilovla  tanışlığım  belə 
oldu.  Həmin  il  atası  haqqında  «Azərbaycan»  jurnalında  çıxış  etdikdən  sonra 
yenidən onun görüşünə getdim. 
Faris  baba  jurnalı  aldı,  yazını  o  üz-bu  üzə          vərəqlədi.  Divanda  yanaşı 
əyləşdik. 
—Oxu, — dedi, — görüm nə yazmısan? 
Yarıya  çatmamış sərlövhəsini bir də soruşdu. 
—«Qəribə tale», — dedim və dönüb ona baxdım. Onun ağıllı, iri gözlərində 
yaş damcıları görüb dayandım. 
—Daha  oxuma,  özüm  oxuyacam,  —  deyib,  buz  kimi  əlilə  biləyimdən 
yapışdı, — atamı yad etdiyiniz üçün hamınıza minnətdaram... 
Yol  boyu  bu  tənha  qocanı  düşünürdüm.  «Mənim  bu  uzun  ömrümün  qarası 
ağından  çox  olub».  Bu  sözlər  onun  dilindən  elə-belə  çıxmamışdı.  Sonralar  onun 
həyat  tarixçəsi  ilə  yaxından  tanış  olanda  heyrətə  gəldim  ki,  bütün  bu  əziyyətlərə 
necə dözüb? Qəribə burasıdır ki, həmişə başı qovğalarda olan, çox əziyyətlər çəkən 
bu insanın yaddaşı zərrəcə zəifləməmişdi. 
Faris Vəkilov nə az, nə çox, ömrünün on səkkiz ilini doğma Azərbaycandan 
uzaqda,  sürgündə  əzab-əziyyətlə  keçirmişdi.  Neçə  inqilabın,  neçə  müharibənin 
sınaqlarından uğurla çıxmışdı. Çünki amalı düz, əqidəsi pak olmuşdu. Harda, hansı 
şəraitdə  olmasına  baxmayaraq,  qəlbində  bir  çırağın  işığı  yanmışdı.  Onun  da  adı 
Azərbaycan  idi.  Bu  pak  amalla  o,  1918—20-ci  illərdə  Azərbaycanın  Gürcüstanda 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə