Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   38   39   40   41   42   43   44   45   ...   70

93 
 
«Pallada»  kreyserini  yandırdılar.  Müharibə  başlandı.  Səhərisi  Səməd  bəy 
Mehmandarovu  yeddinci  Sibir  atıcı-topçu  divizionunun  komandiri  təyin  etdilər. 
Bu,  quru  qoşunlarının  komandanı,  general-mayor  Roman  Kondratenkonun  əmri 
idi,  Roman  İsidoroviç  Mehmandarovun  döyüşdə  dəyanətinə,  komandirlik 
bacarığına  yaxşı  bələd  idi.  Məhz  ona  görə  də  Səməd  bəyi  Port-Arturun  Şərq 
cəbhəsinin  rəisi  təyin  etdi.  Bura  Port-Artur  müdafiəsində  ən  mühüm  cəbhə  hesab 
olunurdu.  Yaponlar  ən  güclü  qüvvəni  də  buraya  yeritmişdilər.  Onlar  şiddətli 
həmlələr  edir  və  arası  kəsilmədən  bombalar  yağdırırdılar.  Polkovnik  Səməd  bəy 
Mehmandarov komandan Kondratenkonun    ən yaxın      köməkçilərindən biri idi. 
Topçuların  əməliyyatına  bacarıqla            rəhbərlik  edən  Mehmandarov  qala 
mühasirədə  olanda  həmişə  ön  mövqelərdə  və  çox təhlükəli yerlərdə  sərrast atəşlə 
samurayların hücumunu dəf edirdi. 
*** 
Port-Artur müharibəsinin başlanmasından doxsan il keçir. Bu müddətdə rus 
dilində  minlərlə  ədəbi-bədii,  elmi  və  publisistik  əsərlər  nəşr  olunub.  Xüsusilə, 
1905—10-cu illərdə bu mövzuda çoxlu gündəliklər və xatirələr yazılmışdır. 1906-
cı  ildə  P.  Larenkonun  «Port-Arturun  əzablı  günləri»  kitabı  da  bu  qəbildəndir. 
Burda  sərkərdə  eloğlumuz  Səməd  bəy  Mehmandarovun  təkcə  döyüş  qabiliyyəti 
deyil, həm də şəxsiyyət  kimi  dönməzliyi, böyüklüyü  şahidlərin dili ilə  verilib. İlk 
dəfə  Azərbaycan  oxucularına  təqdim  etdiyimiz  gündəlikdən  parçaları  oxuyanda 
istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən. 
Həmin  kitabın  «Noyabr  hücumları»  fəslində,  səhifə  494-də:  «Hələ  avqust 
bombardmanı zamanı yaponlar hiss etdilər ki, hardansa, arxadakı fortlar xəttindən 
onları  dəqiq  atəşə  tutublar.  Polkovnik  Mehmandarovun  komandası  altında  olan 
yeddinci  Şərqi-Sibir  artilleriya  divizionu  (yəni  səhra  artilleriyası)  həmləyə  məruz 
qalmış  istehkam  xəttinin  sağ  cinahının  arxasında  örtülü  mövqeləri  tutaraq 
müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk 
günlərində  çox  zərər  çəkmişdi.  Polkovnik  Səməd  bəy  Mehmandarovun  səhra 
artilleriyası  ən  fədakar  həmlələri  belə  dəf  edərək  yaxınlıqda  olan  yapon 
batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu», — yazılıb. 
Səhifə  597-də:  «S.  daxil  oldu.  O,  söhbət  edirdi  ki,  ön  həmlənin 
topçularından  polkovnik  Mehmandarov  (sağ  cinahın  bütün  artilleriya  üzrə 
komandiri)  və  podpolkovnik  Stolnikov  öz  şəxsi  təhlükələrinə  qəribə  nifrətlə 
yanaşırlar;  bombardman  vaxtı  batareyalarda  elə  gəzirdilər  ki,  elə  bil  partlayan 
mərmiləri  görmürlər.  Belə  ki,  onlar  bu  hərəkətləri  ilə  yerdə  qalanları  da 
ruhlandırırdılar.  Onların  birincisi  qafqazlılara  məxsus  cəngavər  kimi,  ikincisi  isə 
taleyinə sədaqətlə itaət edən dindar adamlar kimi davranırdılar. 
Burda  səhra  artilleriyasının  öhdəsinə  başlıca  olaraq  həmləni  şrapnellə, 
karteçlə  düşmən  kolonlarını  məhv  etmək  məsələsi  düşür.  Qala  topları  çox  ziyan 
çəkdiklərindən, səhra artilleriyası isə tez-tez yerini dəyişdiyindən onlarla mübarizə 
aparmaq yaponlar üçün çətin idi. O isə zərbələri elə hey endirirdi». 


94 
 
Səhifə 606-da (11/24 dekabr): 
«Yaralı  zabitlərlə  apardığım  söhbətlərdən  polkovnik  Mehmandarov 
haqqında  bəzi  şeyləri  öyrəndim.  O,  cəsur,  özünü  çox  sevən,  tabeliyində  olanlara 
tam ciddiyyətilə yanaşan bir adam idi. Onları məcbur edirdi ki, şəxsi mərdlikləri ilə 
hamıya  nümunə  olmağı  bacarsınlar.  Təbiətən  coşqun,  hərarətli  olan  bu  adam 
sözünü  çox  kəskin  deyirdi.  Polkovnik  Mehmandarov  deyirdi  ki,  yalnız  şücaət 
göstərməyi  bacaran,  ağılla  özünü  sevən  adamları  qiymətləndirir;  karyeraçı 
zabitlərinsə  ən  böyük  arzusu  —  həyatlarını  qoruyub  saxlamaq  və  heç  bir  xidmət 
göstərmədən ordenlər almaqdır». 
Səhifə 630-da  (17-30 dekabr, saat 3.00): 
«Üçüncü  fortun  məğlubiyyəti  bizim  artilleriyanın  vəziyyətinə  pis  təsir 
göstərdimi? — sualına polkovnik Mehmandarov belə cavab verdi ki, o, vəziyyətdə 
heç bir ağırlaşma görmür. Artilleriya şəraitinin pisləşməsinə üçüncü fortun heç bir 
mənfi təsiri yoxdur. 
Yalnız  general  Fok  özünü  birbaşa  cavabdan  qaçıraraq,  ümumi  nəticəsi 
olmayan bir yığın söz dedi». 
Səhifə 643-də (18-31 dekabr): 
«Kimsə döyüş meydanından belə bir xəbər gətirdi ki, bu gün general Fokla 
polkovnik  Mehmandarovun  arasında  ciddi  mübahisə  olub.  Fok  sübut  etməyə 
çalışırdı  ki,  qala  artıq  dözməyəcək,  Mehmandarov  isə  sübut  edirdi  ki,  ayrı-ayrı 
istehkamların  məhvi  hələ  qalanın  sonu  çatdığına  sübut  deyil,  çünki  müdafiənin 
ikinci xəttindən də müqavimət göstərmək olar. 
Döyüş  meydanında  isə  tək-tək  atırdılar.  Qaranlıqdır.  Üçüncü  fort 
istiqamətində, ya da qayalıqdan qırmızı fənərlər görünürdü. Deyirlər ki, bu fənərlər 
bizim sanitarlara sarğı məntəqəsini nişan verir. 
Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam». 
Səhifə 690-da (23 dekabr (5 Yanvar)): 
«S.  mənə  xəbər  verdi  ki,  dünən  yapon  artilleriyasının  rəisi  qərargahı  ilə 
birgə  qalaya  gəlmişdi  və  qalanın  sağ  cinahının  artilleriya  rəisini,  polkovnik 
Mehmandarovu (mühasirə zamanı general-mayor olmuşdu»
1
 axtarırdı. 
Səməd  bəy  Mehmandarov  faktiki  olaraq  avqust  ayının  ortalarında  bütün 
artilleriyaya rəhbərlik edirdi. 
Görüş zamanı o, belə bir söz işlətdi: «Hörmətli qonaqlar yəqin səhv salıblar. 
Onlar  çox  güman  ki,  qala  artilleriyasının  rəisi,  general  Belını  görmək  istəyirlər. 
Lakin  qonaqlar  cavab  verdilər  ki,  məhz  mübarizə  aparmaqda  böyük  əziyyət 
çəkdikləri,  özlərinə  möhtərəm  rəqib  sandıqları  adamla  —  Mehmandarovla,  tanış 
olmaq  onlar  üçün  çox  maraqlıdır.  Onlar  general  Mehmandarovun  şəninə  çoxlu 
                                                           
1
  Port-Artur  döyüşlərindəki  xidmətlərinə  görə  Səməd  bəy  Mehmandarova  1904-cü  il  oktyabrın  22-də 
general-mayor rütbəsi verilmişdir — müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə