Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   35   36   37   38   39   40   41   42   ...   70

85 
 
Altı  ay  keçməmiş bu sıradan  biri  —  M. Frunze qəfil  vəfat  etdi.  Əliheydər 
Qarayev,  Qalib  Vəkilov  otuz  yeddinin  qurbanı  oldular.  Məmməd  Veysov  isə 
doqquzillik həbs cəzası çəkib 1957-ci ildə vəfat etdi. 
—Leyla xanım, atanızın dostlarından kimləri xatırlayırsınız? 
—Hələ  uşaq  idim,  yadıma  gəlir  ki,  M.  V.  Frunze,  Əliağa  Şıxlinski,  Serqo 
Orconikidze və ən çox Çingiz İldırım qonağımız olardı. Çingiz İldırım mənim üçün 
«Çi dayı» idi. O, çox şən, səsli-küylü, çox vaxt mənimlə oynayan, mənə cürbəcür 
macəralar danışan «Çi dayı» idi. 
Onun  ailəsi  yox  idi.  Vaxtının  çoxunu  atamla  bizdə  keçirərdi.  «Çi  dayı» 
uşaqlara xüsusi məhəbbət və hörmətlə yanaşırdı. 
Onun  danışdığı  yarımfantastik  hekayətlər  də  yaxşı  yadımdadır.  O,  nəql 
edərdi  ki,  bir  dəfə  qatar  gedə-gedə  atılıb  ona  mindim,  ordan  da  hoppanıb  uçan 
təyyarənin  üstünə  qondum.  Bunları  danışar,  özü  də  mənimlə  birgə  gah 
təəccüblənər, gah da uğunub gedərdi. 
O  danışırdı  ki,  yadıma  gəlir,  bir  dəfə  Lənkəran  tərəfdə  ov  eləyəndə 
qamışlıqdan qəfil çıxan atanı qaban zənn edib az qala qanına qəltan eləmişdim. «Çi 
dayı» hər gəlişində mənə rəngli uşaq kitabları gətirərdi. Bir dəfə ağacdan yonulmuş 
qaban heykəli gətirdi. Pəncəsində anama avtoqraf yazdırmışdı. 
Həmin heykəl-qaban budur. İndi də saxlayıram. 
Atamın yazı stolunun üstündə «Çi dayı»nın Qırmızı Bayraq ordeni alandan 
sonra  çəkilmiş  fotoşəkli  qoyulmuşdu.  Onu  Çingiz  əmi  avtoqrafla  atama 
bağışlamışdı. 
Birdən-birə  «Çi  dayı»  yoxa  çıxdı.  Bir  müddət  bizə  gəlmədi.  Hər  dəfə  mən 
atamdan,  anamdan  soruşanda  ki,  «Çi  dayı»  niyə  bizə  gəlmir,  onlar  susardılar. 
Mənim  sualım  cavabsız  qalardı.  Xeyli  sonra  mən  başa  düşdüm  ki,  o  qara  illərin 
qorxunc əli onun da yaxasından yapışıb. Çingiz İldırım cəllad Bağırovdan yaxasını 
qurtarmaq üçün əvvəl Maqnitoqorska, 1934-cü ildə isə Krivoy-Roqa gedir. Amma 
cəllad Bağırov orda da onu axtarıb tapdırır və güllələtdirir. 
Leyla xanım stolun üstündəki şəkli götürüb kədərli səslə: 
—«Çi dayı»nın atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf nəticəsində 
bizdə  qalıb,  —  deyir,  —  Atam  həbs  olunanda  onun  kitabları,  bağışlanmış  şəxsi 
silahı,  sənədləri  hamısı  müsadirə  olundu.  «Çi  dayı»nın  bu  şəkli  isə  sonralar 
lazımsız  bir  kitabın  arasından  çıxdı.  Atam  Çingiz  İldırımdan  sonra  həbs 
olunacağını  gözləyirdi.  O,  hətta  «Çi  dayı»nın  həbs  olunmasını  eşidəndə  anama 
deyib ki, indi növbə mənimdir. 
Görünür, atam bilə-bilə onun  şəklini lazımsız kitabın arasına qoyub  ki,  ələ 
düşməsin. 
Çingiz  İldırıma  bəraət  veriləndən  sonra  bu  nadir  şəkil  o  gözəl  insandan 
demək  olar  ki,  yeganə  yadigar  idi.  Bizim  muzeylər  bu  şəklin  surətini  çıxartdılar. 
Adını daşıyan Politexnik İnstitutu qarşısındakı büst də bu şəkil əsasında qoyuldu. 


86 
 
İndi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o bust qarşısında istər-
istəməz baş əyir, sanki «Çi dayı»nın özü ilə salamlaşıram. 
 
GENERAL SƏMƏD BƏY MEHMANDAROV 
Bizim  keçmişdə  başqa  xalqların  qibtə  etmələrinə  layiq  böyüklərimiz 
çoxdur.  Əgər  biz  istəyirik  ki,  gələcəkdə  bizim  xalqımızdan  böyük  şəxsiyyətlər 
yetişsin,  həmin  böyükləri  müasirlərimizə,  gənclərimizə  yaxşı  tanıtmalıyıq. 
Keçmişə məhəbbət gələcəyə xidmətdir. 
Əkrəm Cəfər,  
professor. 
Hərbi təhsil dalınca 
...1871-ci  ildə  Mehmandarovlar  ailəsində  şadlıq  keçirilirdi.  Sadıq  bəy 
oğlunun orta təhsil alması münasibətilə Bakıda yaxın dostlarından ibarət bir məclis 
düzəltmişdi.  Qarabağdan  adlı-sanlı  bəylər,  yaxın  qohumlar,  Lənkərandan  qulluq 
yoldaşları Sadıq bəyin sevincinə şərik olmağa gəlmişdilər. Şuşadan gələn qonaqlar 
özlərilə  müğənni  də  gətirmişdilər.  Müğənni,  füsunkar  Qarabağın  igidlərini,  türfə 
gözəllərini vəsf edib məclisi əyləndirirdi. Gecədən xeyli keçənə qədər davam edən 
məclisdən hamı deyə-gülə dağılışdı. Uzaqdan gələn yaxın qohumlar ailəvi söhbəti 
hələ  də  davam  etdirirdilər.  Xanı  bəy  sağ  yanında  əyləşmiş  Sadıq  bəyə  yanakı 
baxıb: 
—Əmioğlu,  yaxşı,  Səməd  bəy  Ədadiyə
1
  məktəbində  təhsilini  ikmal  elədi. 
Biz də yığışıb onu təbrik elədik. Bəs sonrası, indi hansı ali məktəbə hazırlaşır? 
Kefi kök, damağı çağ Sadıq bəy bığlarına ötəri əl gəzdirib: 
—Ötən il, — dedi, — özü ilə söhbətimiz belə olub ki, gimnaziyaya getsin, 
müəllim  olsun,  onu  da  istəməz,  bəyənməz  doxtur,  mühəndis...  Bunların  hansını 
istərsə... 
—Yaxşı, bu, ötən ilin söhbəti, bəs indi, bu il nə fikirləşib? 
—Bu nə sözdü canım, fikirləşmək də ilnəndi? Nə fikirləşəcək, kişinin sözü 
bir olar. Nə bilim, ay qadan alım, əgər sən deyən kimidirsə, bu ilin qərarını yəqin 
ki,  özü  vermiş  olar.  Çağır  özündən  soruş.  Əmi,  qardaş  oğlu—  siz  ki,  köhnə 
dostsunuz. 
Sadıq  bəy  oğlunun  boy-buxunu,  ədəb-ərkanı  ilə  fəxr  edirdi.  İstəyirdi  ki, 
yaxın qohumlar da onun yar-yaraşıqlı oğul olmasını yaxından görsün. 
Xanı  bəy  çaydan  bir  neçə  qurtum  alıb  atasının  yanında  naz-qəmzə  ilə 
şıltaqlıq edən Ruxsarənin saçlarını tumarladı. 
—Qızım, — dedi, — get, qardaşın Səməd bəyi çağır gəlsin bura. 
Səməd  bəy  ədəb-ərkanla  salam  verib  stolun  aşağı  tərəfində,  qohumlarının 
hüzurunda  müntəzir  dayandı.  Şuşadan  gələn  ağsaqqal  qonaqlar  olmasaydı,  ötəri 
                                                           
1
 Ədadiyə — orta məktəb. 
 


87 
 
zarafatı olan əmisi Xanı bəylə öpüşüb görüşərdi. İçkidən xumarlanan Xanı bəy şad-
xürrəm halda gülümsünür, gözünü Səməd bəydən çəkmirdi. 
—Bura bax, əyə, — dedi, — yaxın gəl, bir əmin səni öpsün. 
Sadıq bəy təəccüblə: 
—Bay, balam, hələ görüşməmisiniz? 
Xanı bəy gur səslə: 
—Yox,  —  dedi,  —  mən  gələndə  soruşdum,  dedilər  evdə  yoxdu,  —  Xanı 
bəy  zarafatla  şəhadət  barmağını  silkələyə-silkələyə:  qırışmal,  gör  heç  əmisi  ilə 
görüşməyə can atır? Dirsəyi ilə əmisi oğlu Sadıq bəyə yüngülvarı toxunub — Ona 
izn ver gəlsin. 
—Nə izn verəcəm, bura kimi gəlib, qoy bir-iki addım da atsın. Gəl, əminlə 
görüş, oğul. 
Xanı bəy hər iki əlilə onun başından yapışıb alnından öpdü. 
—İgidin alnından öpərlər, sən ki, ədadiyəni əla bitirdin, demək igidsən. 
Səməd bəy qollarını əmisinin boynuna dolayıb qulağına pıçıldadı: 
—Mən də elə bildim qız kimi üzümdən öpəcəksən. 
Xanı bəy bərkdən qəhqəhə çəkərək: 
—Əyə, — dedi. — Lənkəranda
1
 dünyaya gəlsən də, vallah, Qarabağlısan ki, 
Qarabağlısan... Eşq olsun sənə, qardaş oğlu... 
Səməd  bəy  şəhadət  barmağını  dodaqlarının  ucuna  toxundurdu.  Yəni 
ağartma, atama, qonaqlara demə işarəsini verdi. 
Sadıq bəy üzə vurmasa da, onun özünə də xoş gəlirdi ki, Xanı bəy oğlu ilə 
böyük  kimi  rəftar  edir.  Aralarında  səmimi  zarafatları  var.  Bir-iki  dəfə  elə-belə 
ehtiyata əmisi oğluna demişdi ki, çox da dərinə gedib uşağı üzdən salma. Zarafatın 
şiti-şoru  çıxanda,  aradan  pərdə  götürülür,  hörmət-izzət  itir,  axırı  yaxşı  nəticə 
vermir. 
Sadıq bəy qəlyanını doldura-doldura: 
—Yenə başladınız. Xanı, o sənin qulağına nə dedi ki?.. 
Ağır-ağır yerinə əyləşən Xanı bəy: 
—Heç,  özümüz  bilərik,  —  dedi.  —  Gözünü  Səməd  bəydən  çəkmədən.  — 
Yaxşı,  qardaş  oğlu,  ədadiyənn  bitirdin,  yəni  möhtəşəm  bilik  məbədinə  gedən 
pilləkənin birini çıxdın, bəs sonrası, indi fikrin nədir, hara oxumağa gedəcəksən? 
Səməd  bəy  susurdu.  Dinmək  istəyirdi,  ancaq  atasından  ehtiyat  edirdi. 
Axşamdan özlüyündə fikirləşmişdi ki, arzumu əmimə təklikdə deyərəm, o da bəlkə 
atamı  yola  gətirdi.  Bir  ilə  yaxın  idi  ki,  qəti  qərara  gəlmişdi:  oxumağa  hərbiyyə 
məktəbinə gedəcək. 
                                                           
1
  Əslən  Qarabağlı  olan  Səməd  bəy  Mehmandarov  1856-il  oktyabrın  on  altısında  Lənkəranda  varlı 
zadəgan ailəsində anadan olub — müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə