Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   31   32   33   34   35   36   37   38   ...   70

76 
 
diplomatik nümayəndəsi olmuşdur. Lakin 1942-ci  ilin sərt küləyi onun üzünü elə 
qarsımışdı ki, qapısını elə bərk çırpmışdı ki, o, hələ də özünə gələ bilmirdi. 
Birinci Dünya müharibəsi başlananda Texnologiya İnstitutunun beşinci kurs 
tələbəsi  Faris  Vəkilov  Petroqradın  Putilov  zavodundakı  top  emalatxanasının 
müdafiəsinə  səfərbər olunur. Gənc  mühəndisin bu zavoddakı  yaxşı  fəaliyyəti onu 
pillə-pillə  ucaldır.  1916-cı  ildə  yaxşı  xasiyyətnamə  ilə  Petroqraddakı  məşhur 
«Feniks»  zavoduna  baş  mühəndis  təyin  olunur.  Bir  il  sonra  oktyabr  tufanları 
zamanı  bu  səhmdar  idarə  öz  fəaliyyətini  dayandırır.  Faris  Tiflisə  —  ailəsinin 
yanına  qayıdır.  O,  bolşevik  Əliheydər  Qarayevlə  birgə  ictimai-siyasi  işlə  məşğul 
olur. 
Onlar 
Peterburqda 
fəaliyyət 
göstərən 
«Azərbaycan  həmyerliləri 
cəmiyyəti»ndə tanış olmuşdular. 
Azərbaycanda  inqilabın  qələbəsindən  az  sonra  ixtisasını  təkmilləşdirmək 
üçün Parisdəki «Reno» zavoduna ezam olunur. 
«…1926-cı  ildə  Əliheydər  Qarayevdən  bir  teleqram  aldım.  O  yazırdı  ki, 
dağılıb  uçurulmuş  sənayemizi  bərpa  etmək  üçün  sənin  də  köməyinə  ehtiyacımız 
var,  qayıt  gəl.  Mən  dərhal  Bakıya  qayıtdım.  Əliheydər  Qarayev  məni  mənzillə 
təmin edib, leytenant Şmidt zavoduna işə göndərdi». 
...Axşam  qonşusu  qadın  mənə  zəng  eləyib  dedi  ki,  Faris  baba  sabah  sizi 
görmək istəyir. Mümkünsə ona baş çəkin. 
İşdən  bir  az  tez  çıxıb  onun  yanına  gəldim.  Biz  neçə  ilin  dostu,  hətta 
deyərdim, qohum kimi görüşdük. 
—İndi  mənim  sənə  işim  düşüb,  —  dedi.  —  Xəbərin  varmı,  atamın  dayısı 
oğlu İbrahim ağa Usubov da general olub. Ondan da yazmaq lazımdır. 
Həmin  günü  mənə  çoxlu  şəkil,  sənəd  göstərdi.  Səxavət  əli  açılan  Faris 
babanın mənə hədiyyə verdiyi şəklin biri 1901-ci ildə Qarsda çəkilib. Burda atası 
İbrahim  ağa  Vəkilov  topoqrafiya  çəkilişi  zamanı  təsvir  olunub.  Hər  iki  şəklin 
orijinalı indi də məndədir. Anası Yelena Yefimovna Vəkilovanın 1909-cu il martın 
2-də  böyük  rus  yazıçısı  Lev  Tolstoydan  öz  övladlarının  islam  dinini  qəbul 
etmələrinin mümkünlüyü barədə yazdığı məktubdan söhbət açdı. 
Faris  baba  bu  məktubun  fotosurətini  və  öz  əli  ilə  rus  dilində  yazdığı 
xatirələrini avtoqrafla mənə verdi. 
—Oğul, — dedi, — mənim ömrüm qurtarır, səninki isə başlayır, qoy bunlar 
səndə  qalsın.  Amma  mən  tənha  qocaya  tez-tez  baş  çək,  sənə  lazım  olan  çoxlu 
materiallar verərəm... 
Bu  dəfə  söhbətimizin  əsas  mövzusu  Faris  babanın  əmisi  İbrahim  ağa 
Usubov  oldu.  General-mayor  İbrahim  ağa  Usubov  1872-ci  ildə  Qazax  qəzasının 
Qıraq  Salahlı  kəndində  dünyaya  gəlib.  Sənədlərdən  öyrənirəm  ki,  generalın  atası 
Musa ağa da rus ordusunun zabiti olub. İran şahzadəsi Abbas Mirzənin qoşunları 
1826-cı  ildə  Azərbaycana  hücum  edəndə  atası  Musa  ağa  və  əmisi  Süleyman  ağa 
Usubovlar  Qazax  süvari  dəstəsində  mərdliklə  vuruşmuşlar.  Sonralar  Polşa 


77 
 
müharibəsindəki nümunəvi xidmətinə görə Musa ağa ştabs-kapitan rütbəsinə qədər 
yüksəlmişdir. 
Faris  baba  sənədlərindən  birini  açır,  titrək  barmağını  üstündə  gəzdirə-
gəzdirə: 
—Fikir  ver,  əmim  də  Əliağa  Şıxlinski  və  atam  kimi  Tiflisdəki  kadet 
korpusunu bitirib, özü də əla qiymətlərlə, — deyir, — 1890-cı ildə Xarkov piyada 
hərbiyyə  məktəbinə  daxil  olur.  Həmin  məktəbi  də  əla  qiymətlərlə  bitirib  ştabs-
kapitan rütbəsində əsrimizin əvvəllərində başlayan rus-yapon müharibəsində iştirak 
edir.  Port-Artur  döyüşlərində  mərdliklə  vuruşan  əmim  «Müqəddəs  Georgi» 
ordeninin dördüncü dərəcəsiylə və bir neçə     medalla təltif olunur. Podpolkovnik 
rütbəsi alır. 
Həmyerliləri,  artilleriya  generalları  Əliağa  Şıxlinski  və  Səməd  bəy 
Mehmandarovla  çiyin-çiyinə  vuruşan  podpolkovnik  İbrahim  ağa  Usubov  rus-
yapon müharibəsində az şücaət göstərmir. 
Port-Artur  döyüşlərindən  sonra  yenidən  Xarkov  şəhərində  hərbi  xidmətə 
başlayır. 1910-cu ildə İbrahim ağa Usubov Tiflisdə yaşayan qohumu, Zaqafqaziya 
müftisi Mirzə Hüseyn Əfəndi Qayıbzadənin kiçik qızı Gövhər xanımla ailə həyatı 
qurur. 
Müsahibimdən soruşuram: 
—Generalın oğlu, qızı necə, qalırmı? 
—Bu  saat  hamısını  deyəcəyəm,  —  Faris  baba  yenidən  əl-ayağa  düşür. 
Köhnə  cib  dəftərçələrinin  birini  götürüb,  o  birini  qoyur,  —  İki  adamla  görüş, 
söhbət elə. Əmim qızı Nigar Usubova  və  generalın qardaşı qızı Gövhər Usubova 
ilə. 
Elə  həmin  günü  Mirzə  Şəfi  küçəsinin  altı  nömrəli  mənzilində  yaşayan 
Gövhər xanıma baş çəkdim. General-mayor əmisinin adını eşidən kimi səksən yaşlı 
qadının  da  gözlərində,  sifətində  qəribə  bir  işıq  yandı.  Sonra  o  işıq  qəfildən  də 
çəkildi və yerində təəccüb qaldı: «Nə əcəb? Hardan yada düşüb?». 
Gövhər ana əlini dizlərinə vurub yana-yana dedi: 
—Fələyin gözü tökülsün, bircə əmim oğlu vardı, o da 1940-cı ildə qəfildən 
vəfat  etdi.  Yeganə  kişi  nişanəsi  idi  əmim  ocağının.  Atam  İsmayılı  zorla 
xatırlayıram,  1910-cu  ildə  vəfat  etdikdən  sonra  əmim  İbrahimin  himayəsinə 
keçdim.  O,  Xarkovda  hərbi  qulluqda  olsa  da  doğma  kəndi  Salahlını  unutmurdu. 
1914-cü ildə məni Bakıya gətirib Hacı Zeynalabdin Tağıyevin qız məktəbinə qəbul 
etdirdi. 1917-ci ilədək bu məktəbdə oxudum. Bir il sonra  Azərbaycan Demokratik 
hökumətinin dəvətilə Xarkovdan Bakıya köçdü. 
Adətən hərbçi zəhmi ağırdı, deyirlər. Əlbəttə, işdə, qulluqda necə olmağını 
deyə  bilmərəm,  amma  evdə,  ailədə  əmim  xoşxasiyyət,  həssas  qəlbli  insan  idi. 
Təhsil  və  tərbiyə  məsələsinə  ciddi  fikir  verərdi.  «Gövhər,  deyərdi,  —  səni  atanın 
arzusu  ilə  müəllimliyə  qoymuşam.  Sənin  qarşında  mədəni  insan  yetişdirmək  kimi 
nəcib bir vəzifə durur. Gərək  elə şagird  yetişdirəsən ki, onunla  həmişə  iftixar edə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə