Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   27   28   29   30   31   32   33   34   ...   70

68 
 
yaxınlığında  bu  məsələni  qaldırmağı  məsləhət  görmədilər.  Anamın  Lev  Tolstoya 
məktubunda  da  bu  ehtiyat  öz  əksini  tapmışdı.  Xoşagəlməz  hadisələrdən  yaxa 
qurtarmaq  məqsədilə  mənim  niyyətimin  həyata  keçməsini  bir  qədər  ləngitməli 
olduq. 
Ata—İbrahim ağa Vəkilov və ana—Yelena Yefimovna belə qərara gəldilər 
ki,  müdrik  yazıçı  Lev  Tolstoydan  başqa  heç  kəs  bu  ciddi  ailə  məsələsinə  ağıllı 
cavab verə bilməz. Ona görə də 1909-cu il martın 2-də Tiflisdən Yelena Vəkilova 
yazırdı: 
«Bizim dərin istəkli müəllimimiz 
Lev Nikolayeviç! 
Öz məktubumla sizi narahat etdiyimə görə, sizin qarşınızda üzürxahlıq üçün 
söz  tapa  bilmirəm.  Bilirəm  ki,  mənim  kimi  sizdən  məsləhət  almaq  istəyənlər 
çoxdur,  bütün  bunlara  baxmayaraq  mən  də  sizə  müraciət  edirəm.  Çünki  həyat 
mənim qarşımda gücüm çatmaz bir məsələ qoymuşdur. 
Mən çalışacağam ki, istədiyimi qısaca izah edim. Mənim əlli yaşım var, üç 
uşaq  anasıyam,  ərim  müsəlmandır,  ancaq  kəbinimiz  qanunidir.  Uşaqlarımız 
Pravoslav  (xristian)  dininə  etiqad  edirlər.  Qızım  on  üç  yaşındadır.  Oğlanlarımdan 
birinin 23 yaşı var, o, Peterburq Texnologiya İnstitutunun tələbəsidir. O birinin 22 
yaşı  var.  Moskvadakı  Alekseyev  Hərbi  Məktəbinin  yunkeridir.  Bax,  bu  oğullarım 
atalarının  dini          etiqadına,  daha  doğrusu,  müsəlmanlığa  keçmək  üçün  məndən 
icazə  istəyirlər.  Mən  nə  etməliyəm?  Mən  bilirəm  ki,  indi  bu  mümkündür  və 
həmçinin  bizdə  yaşayan  yadellilərə  pis  münasibəti  də  bilirəm.  Onlarda  bu  fikrin 
oyanmasına  səbəb  xırda  həyati  məsələlər  deyil:  nə  maddi  təminat,  nə  də 
mənsəbpərəstlik  onları  bu  işə  təhrik  edir.  Ancaq  qaranlıqda  qalan  tatar 
(Azərbaycan  —  Ş.  N.)  xalqına  kömək  etmək  məqsədini  güdürlər.  Xalqla 
qovuşmağa,  xalqa  yanaşmağa  din  onlara  mane  olur.  Amma  mən  qorxuram  ki,  bu 
dar  düşüncəli  məsləhətimlə  onları  pis  məqsədə  təhrik  edəm.  Mən  öz  dərdlərimlə 
tənhayam. Ah, əgər mən öz    əzablarımı və mübarizəmi yaza bilsəydim... Mən öz 
övladlarını  dəlicəsinə  sevən  bir  ananın  göz  yaşları  ilə  yazıram.  Budur,  əzabdan 
ağlımı  itirmiş  halda  sizdən  məsləhət  almaq  qərarına  gəldim.  Siz,  yalnız  Siz  öz 
ağlınızla  həyatımızın  hazırkı  şəraitində  bunun  nə  ilə  nəticələnəcəyini  duya 
bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər. Ancaq bu, mənə dəhşətli 
əzablar verir. 
Lev  Nikolayeviç,  siz  bizə,  biz  balaca  adamlara  heç  vaxt  ürəkdən  gələn 
dəyərli  məsləhətlərinizi  əsirgəməmisiniz.  Bunu  bildiyim  üçün  cəsarət  edib  sizi  öz 
xahişimlə narahat etdim. Məni təsəlli oduna atın. 
Çox-çox üzr istəyirəm ki, sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa 
məni məcbur edən dəlicəsinə analıq sevgisidir. 
Bütün qəlblə Sizə sadiq olan  
  Yelena Yefimovna Vəkilova. 
Tiflis şəhəri,  


69 
 
Uçebnıy pereulok, ev 8. 
1909-cu  il  martın  on  beşində  Yasnaya  Polyanadan  göndərdiyi  cavab 
məktubunda dahi sənətkar yazırdı: 
Yelena Yefimovna (Vəkilova) 
Sizin  oğullarınızın  tatar  xalqının  maariflənməsinə  kömək  etmək  arzusunu 
təqdir etməyə bilmərəm. Belə olduğu halda Məhəmmədin dinini qəbul etməyin nə 
dərəcədə  lazım  olduğunu  da  deyə  bilmərəm.  Ümumiyyətlə,  sizə  deməliyəm  ki, 
hökuməti  etiraf  etmədən,  adamın  hansı  dinə  mənsub  olması  barədə  kimə  olursa-
olsun, məlumat verməsini artıq hesab edirəm. Elə buna görə də Sizin oğullarınızın 
Məhəmməd  dinini  pravoslavdan  üstün  tutaraq  qəbul  etmələri,  yəni  bir  dindən 
başqa  bir  dinə  keçmələri  barədə  kiməsə  məlumat  vermələri  gərək  deyildir.  Bəlkə 
bu  zəruridir,  lakin  mən  bu  haqda  bir  şey  deyə  bilmərəm,  ona  görə  də  Sizin 
övladlarınız bu haqda lazımi hökumət orqanlarına xəbər verib-verməmələri  barədə 
özləri qərar qəbul etməlidirlər. 
Müsəlmançılığın pravoslavlıq qarşısındakı    üstünlüyünə və xüsusilə Sizin 
övladlarınızın xidmət etdikləri məqsədin alicənablığına gəlincə, bu hərəkətə bütün 
qəlbimlə rəğbət bəsləyirəm. 
Xristan idealı və təlimini onun həqiqi mənasında hər şeydən üstün tutan bir 
adam üçün bunu demək nə qədər qəribə olsa da deməliyəm ki, müsəlmançılığın öz 
xarici  formasına  görə  kilsə  pravoslavlığından  müqayisəolunmaz  dərəcədə 
yüksəkdə  durması  məndə  heç  bir  şübhə  doğurmur.  Belə  ki,  əgər  bir  kəsin 
qarşısında  kilsə  pravoslavlığına,  yoxsa  ki,  islam  dininə  sitayiş  etmək  yollarından 
hansını  seçmək  məsələsi  qoyularsa,  onda  hər  bir  ağıllı  adam,  mürəkkəb  və 
anlaşılmaz ilahiyyatın — üç sifətli allahın, günahın bağışlanması mərasiminin, dini 
ayinlərin,  İsanın  anasına  yalvarışının,  müqəddəslər  və  onların  şəkillərinə  saysız-
hesabsız  ibadətlərin  əvəzinə,  bir  ehkamlı  vahid  Allahı  və  peyğəmbəri  olan  islam 
dinini,  şübhəsiz  ki,  üstün  tutar.  Bu,  başqa  cür  ola  da  bilməz,  çünki  xristian 
təliminin  mahiyyətini  qaranlıqlaşdıran  və  kilsəyə  daxil  olan  bir  çox  mövhumi 
mərasimlərin  olmaması  baxımından  və  xristianlıqdan  600  il  sonra  meydana 
çıxması baxımından müsəlmançılıq xristianlıqdan üstün durmaya bilməz. Ayrı-ayrı 
fərdlərin,  bütün  insanlığın  və  bütün  insanların  həyatının  əsasını  təşkil  edən  dini 
şüurun  təkmilləşdiyi  kimi,  həyatda  hər  şey  inkişaf  edir  və  təkmilləşir.  Dinin 
təkmilləşməsi isə onun sadələşməsindən, aydınlaşmasından və onu müəmmalı edən 
hər  şeydən  azad  olmasından  ibarətdir.  Dini  həqiqətin  onu  əmmalı  edən  hər 
vasitədən  azad  edilməsi  ən  qədim  zamanlardan  bəri,  bütün  böyük  dinlərin  əsasını 
qoyan  bəşər  mütəfəkkirləri  tərəfindən  həyata  keçirilmişdir.  Beləliklə,  bizə  məlum 
olan  bütün  dinlərin  hamısından  əvvəl  belə  yüksək  uca  din  anlayışı  Vedının 
(Hindistanda)  kitablarında,  sonralar  Moiseyin,  Buddanın,  Konfutsiyanın,  Lao-
Tsenin,  Xristanın  və  Məhəmmədin  təlimlərində  verilmişdir.  Dini  onun  köhnə, 
kobud  mənasından  azad  edib,  daha  dərin:  sadə  və  ağıllı  həqiqətlərlə  əvəz  edən 
bütün  bu  təzə  din  xadimləri  böyük  adamlar  olublar,  lakin  məhz  böyük  adam 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə