14
təzyiqlərini arxiv sənədlərindən oxuyanda istər-istəməz bir el məsəlini də
xatırladım: «Mərdi qova-qova namərd edərlər».
Aleksandr Düma «Qafqaz səfəri» kitabında general Daniyal bəylə bacısı
oğlu Məhəmməd xan haqqında kiçik bir epizod da verib. İnanıram ki, bu balaca
epizodu oxuyan hər bir şəxs Daniyal bəyin igidlərə məxsus hərəkətinə ürəkdən
gələn bir səslə «əhsən» deyib.
Aleksandr Düma mühafizəçisi İvandan soruşur: «— Elə bir təsadüf olubmu
ki, dayı ilə bacıoğlu hər hansı bir döyüş zamanı üzbəüz gəlsinlər?
—İki dəfə.
—Bəs belə hallarda onlar necə hərəkət edirlər?
— Onlar bir birini salamlayır və hərəsi çıxıb öz yolu ilə gedir».
Əsl igidlərə məxsus xüsusiyyətdir, elə deyilmi? Zənnimizcə,
həqiqi mərd və
igid olan adamlar bundan artıq hərəkət edə bilməzlər. Bu ibrətamiz epizoddan
sonra Düma özü də etiraf edir ki, mən indi 28-30 yaşlı yaraşıqlı Məhəmməd xana
yeni bir maraqla baxırdım. O mənə Bestujev-Marlinskinin Ammalat bəyini
xatırladırdı...
ġeyx ġamilin yanında
...Məni qadir Allahdan başqa heç kəs
aldada bilməz. Qoy məni yaradan özü də
məni hifz etsin. Qurana and içmişəm ki,
başım bədənimdən ayrılana kimi
gavurlarla vuruşacağam...
ġeyx ġAMĠL
Onu qarşılamaq üçün Şamilin özü Darqo auluna gəlmişdi. Andiçmə isə
Qunibdə oldu. Daniyal bəy Quranı əlinə götürdü. Üç dəfə öpüb, gözünün üstünə
qoydu. Yorğun və kədərli səslə:
— And olsun bu müqəddəs Qurana və böyük Peyğəmbərimiz Məhəmmədə
ki, bizi qul etmək istəyən gavurlara qarşı son nəfəsimə qədər vuruşacağam. Böyük
imamımız Şeyx Şamilin rəhminə sığınaraq onun əmrlərinə bütün varlığımla əməl
edəcəyəm. Əgər dediklərimə əməl etməsəm, onda möhtərəm imamımız tərəfindən
bir dəfə yox, yüz dəfə Allahın lənətinə məruz qalım. Ailəmlə və İlisudan böyük
imamın dərgahına təşrif gətirən nökər-naibimlə birlikdə özünün azadlığı uğrunda
mübarizə aparan dindaşlarıma sədaqətli olacağım barədə and içirəm. And içirəm
ki, müqəddəs torpaqlarımızdan gavur ayağının kəsilməsi üçün qılıncım iti,
köhlənim yəhərli, gözüm yuxusuz olacaq. Pak müsəlman qəlbilə sizə sığınacaq
gətirən İlisu sultanı Daniyal bəy Əhmədxan oğlu.
Şeyx Şamil Daniyal bəyin ailəsini və sadiq nökərlərini də səmimi salamladı.
Özünə isə min manatdan çox dəyəri olan silah bağışladı. Qılıncın bir üzündə
ərəbcə: «Daniyal bəyə dostluq nişanəsi, hicri 1263-cü il (1845), o biri üzündə isə