18
dərəcədə doğrudur, onu ancaq gözəgörünməz olan bir Allah bilir. Çünki onu
şəxsən eşidənlərin heç biri həyatda yoxdur.
Deyilənə görə, Şeyx Şamil 1870-ci ildə Məkkəyə ziyarətə gedəndə yolüstü
İstanbulda dayanır. Onun burada olmağını eşidən keçmiş qazavat döyüşçülərinin
hamısı görüşə gəlir. Daniyal bəy də gəlir. Şamil hamı ilə sağ əlilə görüşür. Lakin
növbə Daniyal bəyə çatanda sol əlini çox kefsiz ona uzadır.
— Böyük imam, nə üçün mənimlə sağ yox, sol əlinlə görüşürsən?
İmam Şamil sərt bir kinayə ilə ona cavab verir:
— Axı, mənim sağ əlim yoxdur. Onu sən və sənin naib dostların kəsib
ruslara satmadınız? — hirslə qışqıran imam əlavə edir: — hə, siz kəsmədiniz, bəlkə
yalan deyirəm...
Evinə çox pərişan halda qayıdan Daniyal bəy Əhmədxan oğlu İlisulu həmin
axşam ürək partlamasından vəfat edir...
AĢıq Rəfinin bir Ģeri
Hörmətli redaksiya!
Mən ilisuluyam. Qəzetinizdə («Bərəkət» qəzeti, 6-7 noyabr 1991-ci il)
ilisulu Daniyal Sultan haqqında yazını böyük maraqla oxudum. Sizə və
axtarışlarını həsrətlə izlədiyimiz Şəmistan Nəzirliyə bütün ilisuluların adından öz
minnətdarlığımı bildirirəm. Materialı oxudum və yaddaşım vərəqləndi.
Arxivimdən bir bloknot tapdım. Qəlbimdə düz otuz il bundan əvvəlki qeydlərimə
heç nə artırmadan «Bərəkət» qəzetinin oxucularına çatdırmaq arzusu oyandı.
Hörmətlə:
PaĢa ƏFƏNDĠYEV,
professor.
1961-ci ilin oktyabrında Azərbaycan Dövlət Pedaqoji Universitetinin
dosenti Azər Hüseynovla ekspedisiyaya getmişdik. Azər müəllim Qax-Zaqatala
bölgəsinin ləhcə, şivələrini tədqiq edir, mən də Molla Cümənin şerlərini
toplayırdım. Ekspedisiyaya Qaxdan başladıq. Məqsədimizi bilən, özü də Qaxbaş
kəndindən olan «Məmməd müəllim» (onu belə çağırırdılar) bizi Qaxbaşa Rəfi
dayının evinə apardı.
Osmanov Rəfi Həzrət oğlu. Özünün dediyinə görə, yaşı yetmişdən
keçmişdir. Onun atası Həzrət (Qoca oğlu Həzrət adı ilə tanınmışdır) aşıqlıq
eləmişdir. Molla Cümənin dostu olmuşdur, bir-birinin evlərinə gedib gələrmişlər.
Molla Cümənin Qoca oğlu Həzrətə həsr elədiyi şerləri də olmuşdur, onların birini
bloknotuma yazdım.
Rəfi dayı Şəki, Qax, Zaqatala tərəflərdə yaşayıb-yaradan aşıqların da
şerlərini bilirdi. Şeyx Şamil haqqında atasından eşitdiklərini çox həvəslə danışırdı.
Bir neçə rəvayət də söylədi. Heyf ki, onları yazmadıq. Bununla belə bloknotun
küncündən kiçik bir qeyd tapdım.
19
«Atam söyləyirdi: Nikolay padşah deyir ki, Şeyx Şamili mənim yanıma
gətirin, özü də diri gətirin».
Aşıq Rəfinin özünün də çoxlu şeri olub. Çox təəssüf ki, onunla görüşmək
bizə bir də qismət olmadı. Aşıq Rəfinin Şeyx Şamilə və İlisuya həsr elədiyi
şerlərini dilindən yazdım. Şerlərdə müəyyən tarixi hadisə və faktlara işarə olunur.
Özü də Şəmistan müəllimin yazıları ilə necə də sıx səsləşir. Onun birini müəyyən
ixtisarla «Bərəkət» qəzetinin oxucularına təqdim edirəm.
Seyraqub ayağından,
Gədalanan xanlara bax.
Axıdıb göz yaşını,
O tökdüyü qanlara bax.
Vətəndən cida düşüb,
Çəkdiyi bir günlərə bax,
İsmayıltək haqq yolunda
Qurban olan canlara bax.
Qurtarsın qayğılardan
Daniyal Sultanı Şamil.
***
İşlənir şəriəti,
Çox söylənir doğru sözü,
Padşahla dava qılıb,
Xotkara bənzəmiş özü.
Tutdurur topa onu
Nə qoymaz Cari, Tiflisi.
Gəlibən bu yerlərə
O alıbdı dağı-düzü.
Tökübdü bulud kimi
Kövkəbi, asmanı Şamil.
***
Bilirəm tab eləməz,
Kimsə onun savaşına.
Yandırır eşq oduna
Pərvanətək ataşına.
Titrəşir xəlayiqlər
Çıxanda mizan qoşuna.
Biçarə Rəfi deyər
Bəxtəvər onun başına!
Alıbdı bu dünyada
Cənnəti-rizvanı Şamil.
20
ĠLK ADMĠRALIMIZ
İnsanın ata-anası olmayanda ona yetim deyirlər. Daha böyük fəlakətdir ki,
millət yetim qalsın. Yetim millət kimə deyirlər? Öz tarixini bilməyən millət
yetimdir. Öz dahilərindən, böyük adamlarından xəbərsiz yaşayanlar yetim hesab
edilir.
Biz elə xalqıq ki, böyük dahilər, dünya miqyasında şöhrət tapan adamlar
yetirmişik, amma başqa millətlər ona sahib olmaq istəyiblər.
Əkrəm CƏFƏR,
professor.
Bələdçi qızın dedikləri
İlk dəfə onun adını 1976-cı ildə Sevastopol şəhər muzeyində eşitdim.
Bələdçi qız nəhəng bir kreyser şəkli önündə dayanıb 1853—1856-cı illər
müharibəsinin qəhrəmanları haqqında məlumat verirdi:
— 1854-cü ilin mart ayında İngiltərə və Fransa Rusiyanın Balkanlarda
güclənməsindən bərk narahat olmuşdu. Onların məqsədi Qara dəniz boğazlarını ələ
keçirmək və Rusiyanın ticarət yollarını bağlamaq idi. Ona görə də hər iki ölkə
müharibəyə qoşulub Krıma qoşun çıxartdı. Sevastopol mühasirəyə alındı. O
vaxtdan da Sevastopolun qəhrəmancasına müdafiəsi başlandı. Admiral İstomin,
Naximov, Aslanbəyovun (axırıncı famili Aslambekov kimi tələffüz edirdi) və rus
əsgərlərinin qəhrəmancasına vuruşmasına baxmayaraq, ingilis və fransız qoşunları
şəhəri aldılar. Təhkimçi Rusiyanın gücsüzlüyü və çürüklüyü ölkəyə baha başa
gəldi. Bax, bu gördüyünüz şəkildəki vitse-admiral Aslanbəyov 1871-ci ildə üçüncü
donanma skipajının rəisi olanda Sevastopola dəmir yolu çəkilməsinə rəhbərlik
etmişdir...
Sənədlərdən soraq aldım
Bələdçi qız sözünə ara verib bildirdi ki, indi də o biri salona keçək.
Tamaşaçıların bəzisi irəli durub admiralın portretinə yaxından baxıb keçirdilər.
Mən isə şəklin önündə xeyli dayandım... Onun üzündə, gözündə qafqazlıya, daha
doğrusu Azərbaycanlıya oxşarlıq axtarırdım. Etiraf edim ki, sövq-təbii bir hiss
onun bizim xalqın oğlu olmasına məndə şübhə yaratmırdı. Əzəmətli duruşu,
qafqazlılara məxsus burma bığları bəy nəsilli olmağından nişan verirdi. Çərçivənin
aşağısındakı qısa məlumatı oxudum: «Vitse-admiral A. B. Aslambeqov. 1820—
1900-cü illər».
Bayaqkından daha geniş bir salona keçdiyimizdən hərə bir tərəfə çəkilib
eksponatlara baxırdı. Bir nəfər sualları ilə bələdçi qızı lap bezikdirmişdi. Mən isə
sual vermək üçün fürsət gözləyirdim. Bələdçi qız ondan canını qurtarmaq üçün
deyirdi:
—Ay yoldaşlar, bir az yaxın gəlin, eksponatlara əl vurmayın, belə olmaz.
Suallarınızı axırda verməyinizi xahiş edirəm...
Dostları ilə paylaş: |