10
keçirdilər ki, onun azadlıq uğrunda mübarizəsinə ümid bəsləyir və bu yolda qələbə
çalacağına inanırdılar.
Erpeli kəndinin sakini Şəmsəddin Əminoğlunun 30—40-cı illərdəki
məlumatına görə, təkcə Darqo aulunda dörd yüz, Vedeno aulunda isə üç yüzdən
çox qaçqın rus əsgər və zabiti vardı. Bunların hamısı könüllü olaraq Şamilin
azadlıq ordusuna və şəxsən Şamilə pənah gətirənlər idi.
Qaçqın rusların adət-ənənəsinə hörmət edən, hətta onların dağlı qızları ilə
evlənmələrinə icazə verən imam Şeyx Şamil 1840-cı ildə naiblərinə göndərdiyi bir
məktubunda yazırdı:
«Möminlərin hakimi Şamildən naiblərə. Bilin və agah olun ki, ruslardan
bizim tərəfimizə qaçanlar bizə inanırlar, siz də onlara inanın. Bu insanlar bizim
səmimi dostlarımızdır. Haqqa tapınan bu təmiz insanlara toxunmayın, onlara
yaşamaq üçün hər cür şərait yaradın».
***
«Mənim istəkli qardaşım. Qoy gavurların vədləri səni yoldan çıxartmasın.
Aldanma. Allahın adı ilə səni inandırıram ki, onların arzusu, istəyi ancaq bizi qul
etməkdir. Onlar bizi alçatmaq, inamımızı hər yolla qırmaq istəyirlər. Gavurların
həm varlı, həm də tamahkar olmasına baxmayaraq, biz qadir Allahın rəhminə
sığınırıq.
...Biz atlarımızı ona görə yəhərlədik, xəncərlərimizi ona görə qınından
çıxartdıq ki, o bir olan Allahın adını ucaldıb yüksəklərə qaldıraq: bizə kömək edin.
Əgər siz müsəlmansınızsa, Allahın düz yoluna gəlmək istəyənlərə mane olmayın».
(ġeyx ġamilin Gümbətli Əlimirzəyə
1 aprel 1840-cı il tarixli çağırıĢ
məktubundan).
1844-cü ildə Şeyx Şamilin azadlıq ordusuna pənah gətirənlərdən biri də
İlisu hakimi Daniyal bəy Sultan Əhmədxan oğlu oldu.
Yüz əlli ildən çoxdur ki, Şamil hərəkatından yazan rus hərb tarixçiləri,
tədqiqatçıları Daniyal bəyin qarasınca deyinərək, onu «ruslara xəyanət edən satqın
general» kimi qələmə verirlər. Soruşan yoxdur ki, 40 ilə yaxın polkovnik olan atası
Əhməd xana, əmisinə, qardaşına və nəhayət Daniyal bəyin özünə on beş il ruslara
sadiq xidmətinə görə knyaz titulu verdiniz, general-mayor rütbəsi ilə təltif etdiniz,
bəs ruslara «xəyanəti» haradan baş verdi? Bu barədə nə Lineviç, nə N. Smirnov, nə
S. Esadze, nə də başqaları zərrəcə söhbət açmırlar. Görəsən bu tədqiqatçılar 1831-
ci ildən 1844-cü ilə qədər general Daniyal bəy İlisulunun Sankt-Peterburq, Tbilisi
və Moskva arxivlərində saxlanan, imperator I Nikolaya, Qafqaz canişini M. S.
Vorontsova, imperiyanın hərbi naziri A. İ. Çernışova, Əlahiddə Qafqaz Ordusunun
baş komandanı A. İ. Neydqardta, imperatorun dəftərxana rəisi M. P. Pozenə
raportlarını, xahişnamələrini və ərizələrini oxuyublarmı? Şübhəsiz ki, oxuyublar,
onlar üçün sərfəli olmadığına görə, üstündən sükutla keçiblər.
11
Yalnız Əziz Qubaydullin özünün 1928-ci ildə Bakıda nəşr etdirdiyi
«Azərbaycanda kəndlilər və feodal sinfi» adlı əsərinin 157-ci səhifəsində Daniyal
bəyin müridlərinin tərəfinə keçməsinə haqq qazandırır. O yazır: «1844-cü ildə
sultanın müridlərin tərəfinə keçməsini rus müəllifləri Daniyal bəyin şüurlu
xəyanəti (onların fikrincə, bu xəyanət sultanın əvvəlki davranışı ilə uzlaşmır) və ya
inciklik nəticəsi kimi təsvir edirdilər. Amma bizim fikrimizcə, sultanın «xəyanəti»
haqqındakı işə rus hakimiyyət orqanları tərəfindən edilən şüurlu təxribat kimi
baxmaq olar. Tiflisdə özlərini elə göstərdilər ki, guya general Şvartsın sultanı
müridlərlə əlaqədə günahlandıran məlumatına inanıblar və İlisuya hərbi dəstələr
göndəriblər, Daniyal bəyin müdafiə olunmaqdan başqa çarəsi yox idi. Ruslar
tərəfindən sıxışdırılıb məğlub edilən Daniyal bəy bir neçə bəylə birlikdə Sarıbaş
dərəsi ilə Saxura, oradan da müridlərin yanına qaçmalı oldu. Daniyal bəyin başqa
əlacı yox idi. Ruslar bundan sonra onun sultanlığını məhv etdilər».
Daniyal bəyin haray, üsyan dolu xahişlərinə, raportlarına, insafla desək,
imperator I Nikolaydan başqa ədalətlə yanaşan ikinci bir şəxs tapılmayıb. Aşağılar
isə imperator sərəncamının, əmrinin axarını başqa səmtə yönəldiblər. Bir sözlə,
Daniyal bəyi məcbur eləyiblər ki, «ruslara xəyanət edən satqın general» olsun.
Bəs general-mayor rütbəli İlisu sultanı niyə «satqın» olub?
O vaxtın kif basmış sənədlərindən məlum olur ki, general Daniyal bəy
alicənab, işində, qulluğunda sərt və ədalətli bir şəxsiyyət olub. Rusların ilk
gəlişində polkovnik atası onların yağlı vədlərinə necə inanmışdısa, Daniyal bəy də
bu inamla Paskeviç tərəfindən İlisu hakimi kimi yüksək vəzifəyə, knyaz tituluna və
general-mayor rütbəsinə layiq görülmüşdü.
Yenicə sultan təyin olunan Daniyal bəyə Paskeviçin 1831-ci il fevralın 14-
də göndərdiyi məktubunu oxuyanda ədalətin saf üzünü görürsən.
General-feldmarşal qraf İ. F. Paskeviç məktubunda yazır: «İnanıram ki,
yaxşı işinizlə atanız Əhmədxan ağa kimi xalqın hörmətini qazanacaqsınız. Sizi
İlisu xalqının istəyi ilə seçmişik. Yəqin ki, az müddətdə ləri azaldıb, xalqın
güzəranını yaxşılaşdıracaqsınız. Üsyanları, məhəlli, tayfa çəkişmələrini aradan
qaldıracaqsınız. Sərhədlərinizi möhkəmlədin, torpağınız onda daha çox bəhrəli
olar».
Həmin il İ. F. Paskeviçin qulluq yeri Varşavaya dəyişdirilir. Bununla da
Daniyal bəyin «dramı» başlayır. Hər addımbaşı sıxışdırılan Daniyal bəyin
torpaqlarının bir hissəsi və bir neçə para kəndi 1830-cu ildə Car-Balakən inzibati
dairəsinin tərkibinə daxil edildi. On il keçər-keçməz İlisu sultanlığının ərazisi
Gürcüstan-İmeretiya quberniyasına qatıldı. Bir yandan torpaqlarını zəbt edib şəxsi
mühafizə dəstəsini ixtisara salır, digər tərəfdən Şamil ordusuna qarşı vuruşmasını
tələb edirlər. İmtiyazları məhdudlaşdırılan, Car-Balakən dairəsinə tabe olmaq
istəməyən Daniyal bəy yuxarı dairələrə nə qədər xahişnamələr yazırsa da onu
eşidən olmur. Onda Daniyal bəy rusların Şamilə qarşı hərbi səfərdə iştirak etmək
təklifini rədd edir.
Dostları ilə paylaş: |