Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   2   3   4   5   6   7   8   9   ...   70

10 
 
keçirdilər ki, onun azadlıq uğrunda mübarizəsinə ümid bəsləyir və bu yolda qələbə 
çalacağına inanırdılar. 
Erpeli  kəndinin  sakini  Şəmsəddin  Əminoğlunun  30—40-cı  illərdəki 
məlumatına  görə,  təkcə  Darqo  aulunda  dörd  yüz,  Vedeno  aulunda  isə  üç  yüzdən 
çox  qaçqın  rus  əsgər  və  zabiti  vardı.  Bunların  hamısı  könüllü  olaraq  Şamilin 
azadlıq ordusuna və şəxsən Şamilə pənah gətirənlər idi. 
Qaçqın  rusların  adət-ənənəsinə  hörmət  edən,  hətta  onların  dağlı  qızları  ilə 
evlənmələrinə icazə verən imam Şeyx Şamil 1840-cı ildə naiblərinə göndərdiyi bir 
məktubunda yazırdı: 
«Möminlərin  hakimi  Şamildən  naiblərə.  Bilin  və  agah  olun  ki,  ruslardan 
bizim  tərəfimizə  qaçanlar  bizə  inanırlar,  siz  də  onlara  inanın.  Bu  insanlar  bizim 
səmimi  dostlarımızdır.  Haqqa  tapınan  bu  təmiz  insanlara  toxunmayın,  onlara 
yaşamaq üçün hər cür şərait yaradın». 
*** 
«Mənim  istəkli  qardaşım.  Qoy  gavurların  vədləri  səni  yoldan  çıxartmasın. 
Aldanma. Allahın adı ilə səni inandırıram ki, onların arzusu, istəyi ancaq bizi qul 
etməkdir.  Onlar  bizi  alçatmaq,  inamımızı  hər  yolla  qırmaq  istəyirlər.  Gavurların 
həm  varlı,  həm  də  tamahkar  olmasına  baxmayaraq,  biz  qadir  Allahın  rəhminə 
sığınırıq. 
...Biz  atlarımızı  ona  görə  yəhərlədik,  xəncərlərimizi  ona  görə  qınından 
çıxartdıq ki, o bir olan Allahın adını ucaldıb yüksəklərə qaldıraq: bizə kömək edin. 
Əgər siz müsəlmansınızsa, Allahın düz yoluna gəlmək istəyənlərə mane olmayın».
 
 
(ġeyx ġamilin Gümbətli Əlimirzəyə  
1 aprel 1840-cı il tarixli çağırıĢ  
məktubundan). 
1844-cü  ildə  Şeyx  Şamilin  azadlıq  ordusuna  pənah  gətirənlərdən  biri  də 
İlisu hakimi Daniyal bəy Sultan Əhmədxan oğlu oldu. 
Yüz  əlli  ildən  çoxdur  ki,  Şamil  hərəkatından  yazan  rus  hərb  tarixçiləri, 
tədqiqatçıları Daniyal bəyin qarasınca deyinərək, onu «ruslara xəyanət edən satqın 
general» kimi qələmə verirlər. Soruşan yoxdur ki, 40 ilə yaxın polkovnik olan atası 
Əhməd xana, əmisinə, qardaşına və nəhayət Daniyal bəyin özünə on beş il ruslara 
sadiq xidmətinə görə knyaz titulu verdiniz, general-mayor rütbəsi ilə təltif etdiniz, 
bəs ruslara «xəyanəti» haradan baş verdi? Bu barədə nə Lineviç, nə N. Smirnov, nə 
S. Esadze, nə də başqaları zərrəcə söhbət açmırlar. Görəsən bu tədqiqatçılar 1831-
ci ildən 1844-cü ilə qədər general Daniyal bəy İlisulunun Sankt-Peterburq, Tbilisi 
və  Moskva  arxivlərində  saxlanan,  imperator  I  Nikolaya,  Qafqaz  canişini  M.  S. 
Vorontsova, imperiyanın hərbi naziri A. İ. Çernışova, Əlahiddə Qafqaz Ordusunun 
baş  komandanı  A.  İ.  Neydqardta,  imperatorun  dəftərxana  rəisi  M.  P.  Pozenə 
raportlarını,  xahişnamələrini  və  ərizələrini  oxuyublarmı?  Şübhəsiz  ki,  oxuyublar, 
onlar üçün sərfəli olmadığına görə, üstündən sükutla keçiblər. 


11 
 
Yalnız  Əziz  Qubaydullin  özünün  1928-ci  ildə  Bakıda  nəşr  etdirdiyi 
«Azərbaycanda kəndlilər və feodal sinfi» adlı əsərinin 157-ci səhifəsində Daniyal 
bəyin  müridlərinin  tərəfinə  keçməsinə  haqq  qazandırır.  O  yazır:  «1844-cü  ildə 
sultanın  müridlərin  tərəfinə  keçməsini  rus  müəllifləri  Daniyal  bəyin  şüurlu 
xəyanəti (onların fikrincə, bu xəyanət sultanın əvvəlki davranışı ilə uzlaşmır) və ya 
inciklik nəticəsi kimi təsvir edirdilər. Amma bizim fikrimizcə, sultanın «xəyanəti» 
haqqındakı  işə  rus  hakimiyyət  orqanları  tərəfindən  edilən  şüurlu  təxribat  kimi 
baxmaq  olar.  Tiflisdə  özlərini  elə  göstərdilər  ki,  guya  general  Şvartsın  sultanı    
müridlərlə  əlaqədə  günahlandıran  məlumatına  inanıblar  və  İlisuya  hərbi  dəstələr 
göndəriblər,  Daniyal  bəyin  müdafiə  olunmaqdan  başqa  çarəsi  yox  idi.  Ruslar 
tərəfindən  sıxışdırılıb  məğlub  edilən  Daniyal  bəy  bir  neçə  bəylə  birlikdə  Sarıbaş 
dərəsi ilə Saxura, oradan da müridlərin yanına    qaçmalı oldu. Daniyal bəyin başqa 
əlacı yox idi. Ruslar bundan sonra onun sultanlığını məhv etdilər». 
Daniyal  bəyin  haray,  üsyan  dolu  xahişlərinə,  raportlarına,  insafla  desək, 
imperator I Nikolaydan başqa ədalətlə yanaşan ikinci bir şəxs tapılmayıb. Aşağılar 
isə  imperator  sərəncamının,  əmrinin  axarını  başqa  səmtə  yönəldiblər.  Bir  sözlə, 
Daniyal bəyi məcbur eləyiblər ki, «ruslara xəyanət edən satqın general» olsun. 
Bəs general-mayor rütbəli İlisu sultanı niyə «satqın» olub? 
O  vaxtın  kif  basmış  sənədlərindən  məlum  olur  ki,  general  Daniyal  bəy 
alicənab,  işində,  qulluğunda  sərt  və  ədalətli  bir  şəxsiyyət  olub.  Rusların  ilk 
gəlişində polkovnik atası onların yağlı vədlərinə necə inanmışdısa, Daniyal bəy də 
bu inamla Paskeviç tərəfindən İlisu hakimi kimi yüksək vəzifəyə, knyaz tituluna və 
general-mayor rütbəsinə layiq görülmüşdü. 
Yenicə sultan təyin olunan Daniyal bəyə Paskeviçin 1831-ci il fevralın 14-
də göndərdiyi məktubunu oxuyanda ədalətin saf üzünü görürsən. 
General-feldmarşal  qraf  İ.  F.  Paskeviç  məktubunda  yazır:  «İnanıram  ki, 
yaxşı  işinizlə  atanız  Əhmədxan  ağa  kimi  xalqın  hörmətini  qazanacaqsınız.  Sizi 
İlisu  xalqının  istəyi  ilə  seçmişik.  Yəqin  ki,  az  müddətdə  ləri  azaldıb,  xalqın 
güzəranını  yaxşılaşdıracaqsınız.  Üsyanları,  məhəlli,  tayfa  çəkişmələrini  aradan 
qaldıracaqsınız. Sərhədlərinizi möhkəmlədin,   torpağınız    onda daha çox bəhrəli 
olar». 
Həmin  il  İ.  F.  Paskeviçin  qulluq  yeri  Varşavaya  dəyişdirilir.  Bununla  da 
Daniyal  bəyin  «dramı»  başlayır.  Hər  addımbaşı  sıxışdırılan  Daniyal  bəyin 
torpaqlarının bir hissəsi və bir neçə para kəndi 1830-cu ildə Car-Balakən inzibati 
dairəsinin  tərkibinə  daxil  edildi.  On  il  keçər-keçməz  İlisu  sultanlığının  ərazisi 
Gürcüstan-İmeretiya quberniyasına qatıldı. Bir yandan torpaqlarını zəbt edib şəxsi 
mühafizə dəstəsini ixtisara salır, digər tərəfdən Şamil ordusuna qarşı vuruşmasını 
tələb  edirlər.  İmtiyazları  məhdudlaşdırılan,  Car-Balakən  dairəsinə  tabe  olmaq 
istəməyən  Daniyal  bəy  yuxarı  dairələrə  nə  qədər  xahişnamələr  yazırsa  da  onu 
eşidən olmur. Onda Daniyal  bəy rusların Şamilə qarşı hərbi səfərdə iştirak etmək 
təklifini rədd edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə