Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   2   3   4   5   6   7   8   9   ...   70

12 
 
Ötən  əsrin  əlli  doqquzuncu  ilində  Qafqazda  səfərdə  olan  məşhur  fransız 
yazıçısı Aleksandr Dümaya danışılan bir  əhvalatda Daniyal bəyin ruslara xəyanət 
edib-etmədiyini daha real görürük: 
«Elə  bu  vaxt  əyninə  çərkəzi  çuxa  geymiş qəşəng bir zabit bizim  yanımıza 
gəldi.  O,  İvana  bir  neçə  tərifli  söz  dedi.  Balaca  knyaz  tərəfə  döndü  və  onu  mənə 
təqdim etdi: 
—Məhəmməd xandır. 
Bu,  mənə  onun  haqqında  hələ  heç  nə  demirdi.  Mən  salam  verdim.  Cavan 
zabitin  müqəddəs Georgi xaç ordeni və  çox gözəl  silahı  vardı.  Müqəddəs Georgi 
xaç ordenini hər adama, hər hansı bir təsadüf və ya kiminsə məsləhəti ilə vermirlər. 
—Siz  mənə  deyəcəksinizmi,  bu  Məhəmməd  xan  kimdir,  knyaz?  —  deyə 
mən İvana müraciət etdim. 
—Əlbəttə , elə bu saat. 
O bir neçə kəlmə Məhəmməd xanla nə barədəsə danışdı. 
—İndi  isə  qulaq  asın,  sizə  deyim  bu  Məhəmməd  xan  kimdir.  Hər  şeydən 
əvvəl,  bu adam Nuxanın axırıncı  xanının  nəvəsidir. İşdir,  əgər bu şəhər və  bütün 
əyalət  rusların  olmasaydı,  onunku  olmalı  idi.  Ona  ayrıca  mülk  verilmişdir.  O, 
mayordur...  Bu  rütbəni  öz  ləyaqəti  ilə  almışdır.  Bu,  məşhur  Daniyal  bəyin  bacısı 
oğludur. 
—Nə  danışırsınız?  O  Daniyal  bəy  ki,  Şamilin  naibidir  və  onun  oğlu  Hacı 
Məhəmmədin qaynatasıdır? 
—Lap düz tapmısınız. 
—Bu necə ola bilər, dayı Şamilə, bacıoğlu isə ruslara xidmət edir? 
—Burda bir anlaşılmazlıq olmuşdur: İlisulu xan kimi Daniyal bəy də ruslara 
xidmət etmişdir. O vaxt Ləzgistana komandanlıq edən general Şvarts ona qarşı bir 
balaca düz hərəkət etmir. Daniyal bəy hamı eşidə-eşidə şikayətlənir və ona  hədə-
qorxu gəlir. Adam çox vaxt müəyyənləşdirə bilmir ki, bu işin axırı necə qurtaracaq. 
Daniyal bəyin bir erməni katibi varmış. Bu erməni katibi general Şvartsa yazır ki, 
Daniyal  bəy  Şamilin  tərəfinə  keçmək  istəyir.  Məktub  göndərilən  yerə  çatmaq 
əvəzinə, gəlib çıxır Daniyal bəyin öz əlinə. O, öz erməni katibini bir xəncər zərbəsi 
ilə öldürür və atlanaraq doğrudan da Şamilin tərəfinə keçir. Bu hadisə 1845-ci ildə 
olmuşdur.
1
  Əgər  deyilənlərə  inansaq,  Şamil  onu  qəbul  etmir.  Belə  olanda,  Tiflisə 
gedib xahiş edir ki, imperatorun özü ilə danışmaq üçün ona icazə versinlər. Onun 
bu  xahişini  də  rədd  edirlər,  ona  müşayiətçi  dəstəsi  qoşurlar.  Bu  hörmət  əlaməti 
yox,  onu  izləmək  üçün  idi.  O,  Qarne  Maqaliyə  gəlir.  Orada  Baron  Vrangelin 
vasitəsilə  knyaz  Varontsovdan  xahiş  edir  ki,  yenidən  rus  dövlətində  işə  girsin. 
Lakin bir şərtlə ki, Maqalidə qalsın. O, Şamilə çox yaxın olar və onunla əlaqələri 
                                                           
1
 A. Düma səhv edir. Arxiv sənədlərində və Qafqaz Əlahiddə Korpusunun komandiri A. İ. Neydqardtın 
hərbi  nazir  Çernışova  göndərdiyi  6412  nömrəli  müraciətində  Daniyal  bəy  Şamilin  tərəfinə  1844-cü  il 
iyulun  19-dan 20-nə keçən gecə keçmişdir — müəl. 
 


13 
 
bərpa  edə  bilərdi.  Ona  deyirlər  ki,  Tiflisdə  və  ya  Qarabağda  yaşamaq  şərtilə 
rütbəsini  özünə  qaytarırlar.  O,  bu  təklifi  rədd  edir  və  yenidən  Şamilin  yanına 
qayıdır. Elə o vaxtdan bəri o, Şamilin bütün yürüşlərinin başında durur və bizə çox 
ziyan vurur». 
Bu  epizodu  oxuyanda  adam  istər-istəməz  düşünür:  Necə  olur  ki,  Dümanın 
mühafizəçisi  sıravi  əsgər  (hələ  yəqin  ki,  Cavadsız  imiş)  İvan  hüquqları 
məhdudlaşdırılan  Daniyal  bəylə  general  Şvarts  arasında  baş  verən  «bir 
anlaşılmazlığı»  başa  düşür,  amma  müasir  rus  hərb  tarixçiləri,  tədqiqatçıları  yox. 
Baxmayaraq  ki,  aradan  əsr  yarımdan  çox  keçib,  bu  sətirlərin  müəllifi  bu  gün 
oxuculardan İvanın dediyi «anlaşılmazlığ»ı «ədalətsizlik» kimi oxumağı xahiş edir. 
Hələ fikir  verdinizmi, nə  mühafizəçi İvan, nə  Aleksandr Düma  «xain  general»  ya 
da  «dönük  Daniyal  bəy»  sözlərini  işlətmirlər.  Halbuki  Aleksandr  Düma  1859-cu 
ildə  Qafqazda  olanda  Daniyal  bəy  də,  Şeyx  Şamil  də  sağ  idi,  ruslara  qarşı 
mübarizələrini davam etdirirdilər. Demək fransız yazıçısına verilən məlumatdan da 
aydın olur ki, ruslardan incik düşən Daniyal bəy Şamilin tərəfinə keçməkdə, onun 
azadlıq uğrunda apardığı mübarizəyə qoşulmaqda haqlı idi. 
General Daniyal bəyə rusların etibarı hələ 1804-cü ildən bəlli idi. Həmin il 
atası Əhməd xan ni gecikdirdiyinə  görə, general P. D. Sisiyanov belə bir məktub 
göndərmişdi: 
«Həyasız,  fars  cəmdəkli  sultan,  sən  hələ  mənə  məktub  da  yazmağa  cürət 
edirsən!  Darıxma,  bir  gün  qonaq  gələrəm  sənə,  görüm  iki  ildən  bəri  öz  nin  bir 
hissəsini  nə üçün ödəmirsən? Rusiya imperiyasının qaçqın  ağalarını qəbul edir və 
onlara dam-daş verirsən? Babaxan (Fətəli şah Qacar — Ş. N.) üçün üç yüz nəfərlik 
qoşun göndərirsən? Sən it canlı, eşşək ağıllı məktubdakı hiyləgər bəhanələrlə məni 
aldada  bilərsən?  Əgər  ixtiyarım  çatsaydı,  mənim  yanıma  ipəksiz  göndərdiyin 
adamı  Sibirə  yollardım.  Səndən  isə  mənim  əlahəzrət  imperatorumun  sədaqətli 
vergilərini  almayınca  sənin  qanınla  çəkmələrimi  yumaq  istərdim.  Harda  görünüb 
ki, milçək qartalla danışıqlar aparsın?»
1
 
Bu da rus generalının (milliyyətcə gürcüdür — Ş. N.) qanacağı. Belə təhqirə 
hansı  sultan,  hansı  millətin  oğlu  dözərdi...  Məktubda  yekəxanalığın, 
qanacaqsızlığın  həddini  aşmasını  oxucu  özü  görür.  Təhqirin  dərəcəsinə  bax: 
«həyasız, fars cəmdəkli, eşşək ağıllı, it canlı...» və s. Atası belə ağır sözlərlə təhqir 
olunan Daniyal bəy rus imperiyasına, rus generalına necə sadiq ola bilərdi?.. 
O ki qaldı general Daniyal bəyin bacısı oğul Məhəmməd xanının müqəddəs 
Georgi ordeni almasına, Aleksandr Düma demişkən, hər yoldan ötənə, hər adama 
bir  təsadüfdən  və  ya  kiminsə  xahişi  ilə  bu  ali  orden  verilmirdi.  Elə  bu  yerdə  ata-
babalarımız  deyib  ki,  mərd  oğul  dayısına  oxşar.  Məhəmməd  xan  da  igidlikdə   
dayısı  Daniyal  bəyə  oxşamışdı.  Rusların  general  Daniyal  bəyə  olan  təqib  və 
                                                           
1
 И.Владыкин «Путеводитель и собеседник в путешествии по Кафвказу». М.1885 г., 1 ч.,с.260. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə