Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   5   6   7   8   9   10   11   12   ...   70

21 
 
Üçüncü, axırıncı  salona  keçməyimizi    bildirəndə  mən dözə bilməyib ona 
yaxınlaşdım. 
—Möhtərəm  xanım,  sizinlə  bir  məsələni  aydınlaşdırmaq  olarmı?  —  deyə 
soruşdum. 
Qu quşu kimi zərif olan bu incə məxluq heysiz halda: 
—Buyurun, — dedi, amma qısa olsun. 
—Vitse-admiral  Aslanbəyovun  milliyyəti  məni  maraqlandırır,  başqa  heç 
nə... 
—Bilmirəm,  —  deyib  təəccüblə  üzümə  baxdı.  —  Necə  məgər,  rus  deyil? 
Siz hardansınız? 
—Bakıdanam, — dedim. — Zənnimcə, rus deyil. 
—Deyilənə  görə,  bakılı  da  deyil.  Onun  erməni  olduğunu  deyənlər  də  var. 
Əgər sizi maraqlandırırsa, bir azdan bizim otağa gələrsiniz. Otaqda aydınlaşdırarıq. 
Gərək ki, onun sənədləri saxlanılır... 
Həmin  gün  əsas  fond  bağlı  oldu.  Yelena  ilə  səhər  görüşmək  üçün 
vədələşdik. Əsas fondun bu gün bağlı olmağı onu da narahat etmişdi. Ona görə də 
mənə belə bir məsləhət verdi: 
—Vaxtınız  varsa,  bu  gün  «Sevastopol  şəhər  panoramı»na  da  baş  çəkin. 
Admiral Aslanbəyov haqqında orada da məlumat olmalıdır. 
...Panoram-muzeydə  məni  pis  qarşılamadılar.  Amma  gəlişimin  məqsədini 
biləndə  dodaq  büzdülər.  Dedilər  ki,  admiral  azərbaycanlı  ola  bilməz,  o  illərdə 
sizinkilərdən orduya, donanmaya götürmürdülər. 
—  Niyə  götürməyiblər?  —  dedim,  götürüblər.  Bu  müharibədə  (1853—
1856-cı illər) hər birində beş yüz nəfər döyüşçüsü olan Azərbaycan süvari alayları 
və  ayrıca  Qarabağ  süvari  alayı  vuruşurdu.  Məhz  rus  hərb  tarixçiləri  yazırlar  ki, 
Rusiyanın  Qafqaz  cəbhəsində  əldə  etdiyi  qələbələrdə  Azərbaycan  süvariləri 
xüsusilə fərqlənirdi. Bu qələbə Krım uğrunda gedən döyüşlərdə vəziyyəti bir qədər 
yüngülləşdirdi. Bu müharibədə üç yüz əllidən çox azərbaycanlı zabit və əsgər təltif 
olunmuşdu. Vuruşanların da əksəriyyəti bəy, xan və ağa nəslindən olan oğullar idi. 
Təəssüf  ki,  burada  admiral  Aslanbəyov  haqqında  heç  bir  sənəd  tapılmadı. 
Amma  muzey  işçilərinin  göstərdiyi  ədəbiyyatdan  öyrənə  bildim  ki,  1855-ci  ildə 
Sevastopolda güclü döyüşlər zamanı admiral Naximov ağır yaralanıb. 
Mərkəzi  kitabxanaya  gedib,  admiral  Naximovla  bağlı  kitabların  hamısını 
sifariş  verdim.  Yazıçı  Yuri  Davıdovun  «Naximov»  sənədli  povestində  admiral 
haqqında  belə  bir  epizoda  rast  gəldim:  «Konsilium  müəyyən  etdi  ki,  Naximovun 
vəziyyəti  ümidsizdir.  Həkimlər  onun  bundan  sonra  yaşamasına  inanmırlar.  Ölüm 
yatağında  Naximovun  əzabı  qırx  saat  çəkdi.  Qırx  saat  tamam  olanda  canvermə 
başladı.  Həmin  anlar  şahid  kapitan-leytenant  Aslanbəyovun  gündəliyində  dəqiq 
yazılıb: 
«İyunun  30-da  saat  on  birə  yaxın  onun  nəfəs  alması  daha  da  kücləndi. 
Otaqda  sakitlik  hökm  sürürdü,  həkimlər  mübahisəni  kəsdilər  və  otaqdakılar 


22 
 
çarpayıya yaxınlaşdılar. Sokolov ucadan və çox aydın şəkildə dedi: «Budur, ölüm 
yaxınlaşır...» 
Müəyyən  an  ötdükdən  sonra  Voyevodskinin  sualına  Sokolov  bərkdən 
«keçindi» cavabını verdi. Hamı saata baxdı, saat on bir on dəqiqə idi». 
Sonra yazıçı Yuri Davıdov izah edir ki, admiral Naximovun ən yaxın adamı 
kimi kapitan-leytenant  Aslanbəyovun qeydlərində heç bir fantaziya  yoxdur. Məhz 
ona görə də admiral Naximovdan yazan bütün rus tədqiqatçıları—akademik Y. V. 
Tarle,  məşhur  hərbi  cərrah  və  həmin  müharibənin  iştirakçısı  N.  Piroqov  və 
başqaları Aslanbəyovun qeydlərinə əsaslanırlar. 
Sonralar  «Naximovun  bioqrafiyası»  adlı  əsərin  müəllifi  Aslanbəyov  yazır 
ki, admiral Kornilovun həlak  olmasını eşidən Naximov ona son borcunu  verməyə 
getdi.  Mən  içəri  girəndə  Naximov  ağlaya-ağlaya  artıq  ölmüş  dostu  Kornilovu 
öpürdü. 
Sabahkı günü həyəcanla gözləməyə başladım. 
Uzun bir dəhlizdən  keçib,  həyətə çıxdıq. Dolama pilləkənlərlə aşağı düşüb 
qapısına  «İnqilaba  qədərki  mühafizə  otağı»  sözləri  yazılmış  qapını  açdıq.  Yelena 
hər  şeyi  ağ  saçlı  qadına  təfsilatı  ilə  danışdı.  Onun  üzünə  donuq  bir  ifadə  çökdü. 
Əlindəki qələmi oynada-oynada təəccüb və kinayə ilə məni ötəri süzdü. Dodaqaltı 
nəsə mızıldanıb yerində qurcalandı. Qadının əhvalının pozulduğunu duyan Yelena 
öz işi üçün xahiş   edən   adamlar sayağı: «Rica edirəm, həm öz adımdan, həm də 
uzaq yol gəlmiş bu yoldaşın xatirinə etiraz etməyəsiniz. Görünür çox lazımdır...» 
Yerindən durmaq istəməyən müdir ağır-ağır başını qaldırıb rişxəndlə: 
—Bunun  üçün  Bakıdan  buraya  gəlmisiniz?  —  Xeyli  duruxub:  —  Axı, 
Aslambəyov erməni admiralıdır. Sizin axtarışınız, məncə, mənasızdır. 
—Ola  bilməz,  —  dedim,  əvvəla  ona  görə  ki,  admiralın  familiyası 
Aslambəyov  deyil,  Aslanbəyov  ola  bilər.  İkincisi  də,  əgər  erməni  olsaydı, 
Aslanyan olardı. 
—Siz bunları hansı mənbədən və nəyə əsaslanıb deyirsiniz? 
—O illərdə  heç bir erməni  familiyasında  «bəy» sözü ola bilməzdi.  «Bəy», 
«xan»  və  «ağa»  titulları  ancaq  müsəlman  xalqlarına  məxsusdur.  Ermənilərin  isə 
bircə titulu olub, — «məlik», o da sonradan. 
Fondun müdiri nə Yelenaya, nə də mənə bir söz demədən durub sol tərəfə 
buruldu,  sonu  görünməyən  rəflər  arasında  yoxa  çıxdı.  Yelena  əyilib  arxasınca 
baxdı.  Əlini  dodaqlarının  üstünə  qoyub  astadan  yeniyetmə  qızlara  məxsus 
şıltaqlıqla: 
—Dənizçilər  demişkən,  sükanı  belə  də  tutun,  hələlik  biz  onu  məğlub 
eləmişik. Bircə Allah eləsin, familiya məsələsi siz deyən kimi olsun. 
Təxminən  on-on  beş  dəqiqədən  sonra  əlində  qədim  boz  bir  qovluq  geri 
qayıdan  mühafizəçi  yerində  oturub,  bizi  heç  görmürmüş  kimi  özü  vərəqləməyə 
başladı.  Dərin,  sükutlu  bu  yarımzirzəmi  otaqda  arabir  açılan  vərəqin  səsi  mənim 
intizarımı daha da artırırdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə