Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   7   8   9   10   11   12   13   14   ...   70

26 
 
Aslanbəyov  1860—1861-ci  illərdə  «Sokol»  pərli  korvet  gəmisinin 
komandiri kimi  Aralıq dənizində  üzmüş və  həmin gəmini  Kronştadta  gətirmişdir. 
1863-cü  ildə  həmin  korvetlə  Nikolayev  şəhərinə  qayıdan  İbrahim  bəy  iki  ildən 
sonra  «Retvizan»  gəmisinə  komandir  təyin  edilmişdir.  Bir  müddət  məşhur  vitse-
admiral Butakovun zirehli eskadriliya qərargah rəisi olmuşdur. 
Aslanbəyov 
1869-1872-ci 
illərdə 
dəfələrlə 
müxtəlif  ümumdövlət 
əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komitələrə sədr təyin edilmişdir. 
Estoniyaya  ezam  olunan  İbrahim  bəy  gəmiçilik  məktəblərinin  yaradılması  və 
ticarət gəmilərinin düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur. 
1878-ci  il  yanvarın  1-də  kontr-admiral  rütbəsi  veriləndə  İbrahim  bəy 
Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi. 
Onun  tərcümeyi-halı  həm  admiral  kimi,  həm  də  hərbi  dəniz  tarixçisi  kimi 
çox zəngindir. Əgər başqa  hərbçinin ömür  yolu  ilə  müqayisə  etməli olsaq, ancaq 
general Əliağa Şıxlınskinin artilleriya tarixindəki xidmətləri ona bərabər ola bilər. 
Ona  görə  ki,  azərbaycanlı  generallardan  hərb  elmi  ilə  məşğul  olan  ancaq  Əliağa 
Şıxlinski  idi.  Fərq  bircə  ondan  ibarətdir  ki,  Əliağa  Şıxlinskinin  elmi  və  hərbi 
fəaliyyəti  Azərbaycanla  daha  çox  bağlı  olmuşdur.  Admiral  Aslanbəyovun  elmi 
tədqiqatları isə rus hərb elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib 
çatmamışdır. Daha doğrusu, özümüzdə nə tədqiqat olmuşdur, nə də təbliğat... 
1872-ci ildə I Pyotrun anadan olmasının iki yüz illiyi böyük bayram şənliyi 
kimi  keçirilirdi.  Bu  münasibətlə  ümumrus  texniki  sərgisində  iştirak  etmək  və 
imperatorun  kiçik  avarlı  gəmi  dəstəsinə  Moskvaya  kimi  rəhbərlik  etmək 
həmyerlimiz Aslanbəyova etibar olunmuşdu. 
1879—1882-ci  illərdə  İbrahim  bəy  gəmi  heyətilə  dövri-aləm  səyahətinə 
çıxmışdı.  O,  sakit  okeanda  dəmir  zirehli  hərb  və  buxar  yelkənli  iti  gedən 
gəmilərdən  ibarət  hərbi  heyətə  («Minin»,  «Knyaz  Pojarski»,  «Hersoq 
Edinburqski»,  «Asiya»  və  «Afrika»)  rəhbərlik  etmişdir.  Aslanbəyov  okeanda 
sürətlə  hərəkət  edən  kreyserlərin  və  «uçan  eskadrilya»nın  orduda  tətbiq 
edilməsinin təşəbbüskarıdır. O, məşhur admiral A. A. Popovun xahişi ilə sonuncu 
layihədə nəzərə almaq məqsədilə tələb və qüsurlarını, siyahısını tərtib etmişdir. 
Admiral  İbrahim  bəy  Aslanbəyov  Sakit  Okean  adalarında  üzmüş,  hətta 
Polineziyanın  xırda  adalarını  da  dolaşmışdır.  Onun  şəxsi  işində  saxlanan  rəy  və 
xatirələrdən, xüsusilə dənizçiliyə aid inqilabdan  əvvəlki ədəbiyyatdan  məlum olur 
ki,  Aslanbəyov  öz  heyəti  və  ümumiyyətlə,  tabeliyində  olanlar  arasında  yüksək 
hörmət  qazanmışdır.  İllərin  soldurduğu  sənəddə  ad-familini  oxuya  bilmədiyimiz 
bir  kontr-admiral  yazır  ki,  rus  adını  yüksək  tutan  Aslanbəyov  xarici  ölkələrdə  də 
yaxşı  tanınırdı.  O,  gəmi  heyətində  ruh  yüksəkliyi  yaratmağı  məharətlə  bacarırdı: 
hətta  kiçik  rütbəlilərin  də  şəxsi  təşəbbüsünü  həmişə  qiymətləndirirdi. 
Açıqürəkliliyi  və  qətiyyəti  ilə  fərqlənirdi.  Aslanbəyovun  gəmi  ilə  səfərləri 
haqqında çoxlu lətifələr, eləcə də özünün danışdığı məzəli Şərq əhvalatları hələ də 
məşhurdur. Bu onun məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.  


27 
 
1884-cü  ildə  kontr-admiral  İbrahim  bəy  Aslanbəyov  Baltik  donanmasının 
kiçik flaqmanı təyin olunur. Üç il sonra — 1887-ci il sentyabrın 22-də hərbi-dəniz 
donanmasındakı misilsiz xidmətlərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali 
rütbədən sonra Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslanbəyov 
1901-ci il dekabrın 7-də Peterburqda vəfat edir. 
O,  həmyerlimiz,  böyük  alim  Mirzə  Kazım  bəylə  dost  olmuş,  dahi  rus 
yazıçısı  Lev  Tolstoy  isə  onu  axtarıb  tapmış,  admiral  Naximovun  həlak  olma 
səhnəsini  ona  danışmasını  xahiş  etmişdir.  Lev  Tolstoy  məşhur  «Sevastopol 
hekayələri»ni yazarkən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir. 
Ömrünün  əlli ildən çoxunu hərbi dəniz  donanmasında  nümunəvi xidmətdə 
keçirən  admiral  İbrahim  bəy  Aslanbəyov  Rusiyanın  və  xarici  ölkələrin  yüksək 
ordenləri  ilə  təltif  olunmuşdur.  Həmyerlimizin  xidmətləri  Serbiyanın  «Takova» 
(1879),  Rusiyanın  «Müqəddəs  Vladimir»  (1854),  birinci  dərəcəli  «Müqəddəs 
Stanislav» (1881), birinci dərəcəli «Müqəddəs Anna» (1883), «Ağ qartal» (1888), 
Yaponiyanın  «Günəşin  doğması»  (1882),  Havay  dövlətinin  ikinci  dərəcəli 
«Kalakua» (1882) ordenlərinə layiq görülmüşdür. 
1881-ci  ildə  imperator  III  Aleksandrın  tacqoyma  mərasimində  iştirak  edən 
admiral Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və birillik məvacibi həcmində 
pul mükafatı ayrılmışdır. 
Hələ sağlığında — 1882-ci ildə Saxalində bir yarımada, Oxot dənizində isə 
bir körfəz Aslanbəyovun adı ilə adlandırılmışdır. 
Boris Maslennikovun 1986-cı ildə nəşr olunmuş  «Dəniz xəritəsi nəql edir» 
kitabının  28-ci  və  253-cü  səhifələrində  həmyerlimiz  haqqında  verilmiş  qısa 
bioqrafik  göstərici  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Əsaslı  mənbələrdən  topladığı 
faktları müəllif ilk dəfə oxucuya təqdim edir; 
«Aslanbəyov  yarımadası.  Oxot  dənizi,  Saxalin  adası,  1882-ci  ildə  ekipaj 
kliper təsvir edilib. Sakit okean komandanı, eskadrilya kontr-admiralı İbrahim bəy 
Allahverdi  bəy  oğlu  Aslanbəyovun  soyadı  ilə  adlandırılıb.  Soyadları  xəritə 
üzərində hərf səhfilə yazılıb. 
Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə kəşf edilib və 
xəritəyə  ekipaj,  kliper  «Plastun»  kimi  yazılıb.  Elə  həmin  vaxtda  da  İ.  A. 
Aslanbəyov soyadı ilə adlandırılıb. 
Aslanbəyov  Ġbrahim  bəy  Allahverdi  bəy  oğlu  (1822—1900).  Dəniz 
korpusu məktəbini bitirib. 1837—42-ci illərdə Baltik dənizində üzüb. 1842—61-ci 
illərdə 
Qara 
dəniz 
donanmasında  «Selafanl»,  «Varşava»  gəmilərində, 
«Femistokol»  briqində  və  başqalarında  qulluq  edib.  1865—68-ci  illərdə 
«Retvizan»  gəmisinin komandiri,  1879—82-ci  illərdə  Sakit okean eskadrilyasının 
komandiri olub. 1887-ci ildə vitse-admiral rütbəsi alıb». 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə