Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

33 
 
bəy  Köçərli  və  Səfərəlibəy  Vəlibəyovla  dostlaşmış  və  Tiflisdə  azərbaycanlıların 
təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak etmişdir. 
1912-ci  il  dekabrın  6-da  polkovnik  rütbəsi  qazanan  Süleymanbəy 
Əfəndiyevin imperiya ordusundakı xidmətləri sonralar üçüncü dərəcəli «Müqəddəs 
Anna»,  ikinci  dərəcəli  «Müqəddəs  Stanislav»,  «Müqəddəs  Anna»  və  üçüncü 
dərəcəli  «Müqəddəs  Vladimir»  ordenlərinə  layiq  görülmüşdür.  Polkovnik 
Süleymanbəy Əfəndiyevin imperiya ordusunda sonuncu vəzifəsi Qafqaz ordusunda 
Zaqafqaziya polis-keşikçi dəstəsinin təftiş-yoxlama üzrə baş nəzarətçisi idi (1912-
ci ildən). 
Öncə  dediyimiz  kimi,  Süleymanbəy  Əfəndiyevin  çox  böyük  və  danılmaz 
xidməti 1917-ci ilin iyul ayından başlayaraq Azərbaycan Milli Ordusunu yaratmaq 
təşəbbüsüdür. 
1919-cu  ildə  «Azərbaycan»  və  «İstiqlal»  qəzetlərində  verilmiş  hər  iki 
nekroloq-yazıda generalın bu misilsiz fəaliyyəti barədə məlumat var. Ona görə də 
hər iki yazını kiçik ixtisarla əziz oxuculara təqdim edirəm. 
 
Möhtərəm bir generalın ölümü 
Azərbaycan,  ümumiyyətlə,  Zaqafqaziyada  namuspərvəranə  və  xalisanə  bir 
surətdə  islamlara  xidmət  edən  möhtərəm  bir  zabit  —  Süleyman  bəy  Əfəndiyev 
cümləmizi mütəəssir və məyus buraxaraq həyata vida etdi. 
Süleyman  bəy  Əfəndiyev  Rusiya  inqilabından  sonra  Zaqafqaziya 
islamlarının  hərbi təşkilatında qiymətli bir üzv olaraq çalışmış  və çalışdığı işlərdə 
böyük  bir  əzm  və  səbat  göstərmişdir.  Süleyman  bəy  Əfəndiyev  Namiq  Kamalın 
«Cahan  titrər  səbat  pay  ərbab-əzmü  məqanətdən»  beytinə  masdəl  olmuş,  səbatını 
məhviyyəti  —  şəxsiyyəyə  qədər  götürmüşdür.  Süleyman  bəy  bir  vaxt  Gəncədə 
ifayi-xidmət  edirdi.  Sovuq  şiddətli  bir  surətdə  idi.  Kəndisini  salamlamaq  üzrə 
yanına  getmişdim.  Qısa  bir  cümlə  ilə  müqabilə  etdi:  «Camaatımız  oyanır.  Qoçaq 
əsgərlərimiz  çoxalır»  —  dedi.  Sonra  ən  zabitpərvər  bir  əsgər  vəziyyətini  alaraq: 
«Vəzifə deyilən şeyi əgər həqiqəta bilinə hər işimiz yaxşı olar idi». 
Mərhum siyasət ilə əsla əlaqədar olmaz idi. Onun nəzərində yalnız əsgərlik 
və əsgərliyə məxsus bir iman var idi. 
Gəncədən  sonra  Tərtərə  getmiş  və  orada  islam  təşkilatını  müvəffəqiyyətlə 
ikmal  etmişdir.  Sonra  Qarabağa  —  Ağdama  da  gələrək  ifayi-vəzifə  xüsusunda 
böyük bir qabiliyyət və qeyrət göstərmişdir. 
Süleyman  bəy  hiss  və  fikircə  çox  təmiz  adam  idi.  Heç  kimsə  bilməz  ki, 
Süleyman bəydən bir pis iş sadiq olmuşdur. Bir dostumuz  bizə təmina deyirdi ki, 
Azərbaycanda namus  və  iffətilə  mücəssəm bir təmsil təşril  edən bir  sima varsa, o 
da Süleyman bəy Əfəndiyevdir. 
Parlaman  əzasından Məmmədbağır ağa Şeyxzamanov  cənabları  mərhumun 
ən yaxın tanıdığı və bir çox zamanlarda bərabər işlədiyi bir zat olması etibarı ilə də 
bizə deyirdi ki, general Süleyman bəy Əfəndiyev eyni zamanda bütün Azərbaycan 


34 
 
zabitləri  arasında  çalışması  ilə,  təşkilatçılığı  ilə  də  birinci  tanınıb  bilinmiş  bir  zat 
idi. 
Əvət!  Azərbaycan  üçün  bu  ziya  böyük  bir  ziyadır.  Bu  ziya  qarşısında 
mütəəssir olmamaq qabil deyildir. 
General-mayor  Süleyman  bəy  Əfəndiyev  haqqında  ikinci  nekroloq-məqalə 
1919-cu il  martın üçündə  «Azərbaycan» qəzetində dərc olunub. Məqalənin  yazarı 
Səid adlı müəllifdir. 
 
General Süleyman bəy 
Bu  günlərdə  Azərbaycan  Cümhuriyyəti  ordusu  komandanlarından  — 
ordunun  böylə  mühüm  bir  vəziyyətində  —  mirliva  (general)  Süleyman  bəy 
Əfəndiyevin tif xəstəliyindən vəfat etməsi xəbəri gəldi. Rəhmətulla əleyh rəhmətə 
vaseh. 
Mirliva Əfəndiyevin vəfatı nəinki yalnız mirtəvanın əqrəba və metəlağatını 
məhzun  və dilgir edəcəkdir.  Bəlkə onu tanıyan, onun  həqqinə arif, onun  vətən  və 
millət  uğrundakı  xidmət  və  fədakarlıqlarını  bilmiş  olan  cümlə  azərbaycanlıları 
dilxun və dağdar edəcəkdir. 
Süleyman bəy Əfəndiyev kim idi? 
Bu  suala  hazırkı  hərbiyyə  nazirimiz  general  Səməd  bəy  Mehmandarov 
həzrətləri:  «general»  Süleyman  bəy  Əfəndiyev  təmizlikdə,  namusda,  qeyrət  və 
fədakarlıqda təht idarəmdəki  cümlə zabitan arasında  ən birinci  mövqe tutanlardan 
idi!» — deyə cavab vermişdir. 
Bizlər  isə  mərhumun  səhifeyi  tarixiyyəsinə  bir  nəzər  edəlim.  Bən  onun 
bütün səhalfe tarixəsindən bəhs etməyə məal-təəssüf qadir degiləm. Bu bana dəxi 
məchuldur.  Fəqət  mərhumun  Gəncə  şəhərindəki  imrar  həyatından  bəhs  etmək 
mümkündür. 
O vəqt miralay (polkovnik) rütbəsində olan Süleyman bəy 1917-ci sənənin 
iyul  ayında  Gəncə  şəhərinə  təşrif  gətirdi.  Müəyyən  bir  vəzifə  ilə  mavərayi—
Qafqaz  hökuməti  tərəfindən  ezam  edilmiş  idi,  vəzifəsi  isə  təşkil  ediləcək  süvari 
milis alayı üçün kiçik zabitlər yetişdirmək idi. Mərhum Gəncə şəhərinə varid olan 
kimi  Gəncə  Müsəlman  milli  komitəsinə  təşrif  gətirərək  bəyanat  verdi.  Və 
Azərbaycan  türklərinin  qəvay  əsgəriyyəsi  olması  və  buna  əşd  ehtiyac  xüsusunda 
izahat  verərək  əlavə  etdi  ki,  əgər  bu  məsarifi  Gəncə  milli  komitəsi  öz  öhdəsinə 
götürərək  qəvay  əsgəriyyə  təşkili  əsasına  ibtidar  etmək  arzusunda  bulunarsa, 
məalməmnuniyyə bu xüsusda heç bir fədakarlıqdan çəkinməyəcəkdir. Milli komitə 
işə  başladı.  Yüz  əlli  nəfərlik  gecə-gündüz  olaraq  bir  məktəb  hərbiyyə  güşadına 
qərar  verdi.  Bu  miqdarı  Gəncə  vilayəti  qəzaları  arasında  nüfuz  etibarı  ilə  təqsim 
edərək namizədlər və onların məsariflərini göndərmək xüsusunda cümlə qəzaların 
milli komitələrinə müraciət etdi. 
Bəzi  qəzalardan  mütəllimlər  göndərildi,  lakin  məsarif  üçün  para  gəlmədi. 
Bəzi komitələr tərəfindən para göndərildisə, nəhayət az miqdar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə