Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   9   10   11   12   13   14   15   16   ...   70

31 
 
—Qardaş, — dedi, — bizim əsas çətinliyimiz odur ki, əsgər və zabitlərimiz 
üçün  nə  silah  var,  nə  cəbbəxana,  nə  də  əməlli-başlı  paltar  və  ayaqqabı.  İmperiya 
ordusu  bizim  ərazilərdən  çəkilib  gedəndə  hamısını  özü  ilə  aparıb.  Bir  müsəlman 
bəndəsi qabağa durub bunları ruslardan almayıb.  Amma erməni daşnakları,  gürcü 
zadəganları,  menşevikləri  onların  ərazilərini  tərk  edən  rus  qoşunlarından  hər  bir 
silahı, hətta kazarmaları  belə təhvil alıb, öz əsgərlərini yerləşdiriblar. 
—Bu barədə  bizim alayın  vəziyyəti pis deyil,  Əliağa. Burda  mənim  yaxın 
bir  dostum  var,  imkanlı  və  karagələn  adamdır.  Məmmədbağır  ağa  Şeyxzamanov 
cənablarını  deyirəm.  Yer  və  ərzaq  məsələsində  bizim  alaya  yaxından,  cani—dillə 
kömək edir. Hərbiyyə məktəbinin hələlik azsaylı müdavimlə açılmasına da maddi 
kömək edəcəyinə söz verib. Məmmədbağır ağa əsl nəcabəti ilə tanınan bir zatdır, 
milli parlamanın da üzvüdür. 
—Hər  kimdirsə  ol  zatdan  möhkəm  yapışmaq  lazımdır,  —  dedi  Əliağa.  — 
Tiflisdə  də  belə  bir  dindaşımız  var.  Tanımamış  olmazsan,  Həmzət  bəy  Xəlilov 
bizim  milli  korpusa  həm  ərzaqla,  həm  də  geyimlə  çox  kömək  edir.  Bu  günlərdə 
xeyli silah və balakənlilərdən ibarət bir kiçik alay da təşkil edib gətirdi. İki qoçaq 
oğlu da — Rüfət bəy və Ramazan bəy mənim korpusumda qulluq edir. Hər ikisi ali 
təhsilli zabitdir. 
—Amma  Məmmədbağır  ağa  səninlə  çox  maraqlanır.  Gəncəyə  təşrif 
gətirməyinizdən  xəbərdar  deyil.  Qayıdaq  evə,  adam  göndərərəm,  məmnuniyyətlə 
sizin görüşünüzə gələr. 
Əliağa etiraz etdi: 
—Yox,  —  dedi,  —  bizim  ona  işimiz  düşüb,  bəlkə  biz  ikilikdə  onun 
görüşünə gedək, inciməz ki?.. 
Süleyman bəy sevinclə: 
—Yox,  canım,  nə  danışırsan,  —  dedi,  —  əksinə,  çox  xoşhal  olar,  inan  nə 
qədər  sevinəcək  səni  gördüyünə.  Port-Artur  və  cahan  müharibəsi  zamanı  sənin, 
Səməd  bəyin,  Hüseyn  xan  Naxçıvanskinin  haqqında  qəzet  və  jurnallarda  nə 
yazılıbsa,  hamısını  yığıb  səliqə-sahmanla  saxlayır!  Evinə  gələn  ali  qonaqlara  o 
yazıları  oxumaqdan  ləzzət  alır.  Evi  də  burda  yaxındadır,  Sərdar  bağının  qərb 
həndəvərində... 
*** 
1917-ci il dekabrın ortalarında Azərbaycan milli ordusu yaratmaq haqqında 
dərdləşən  iki  nəfərin  kimliyi  ilə  yəqin  ki,  oxucular  da  maraqlanırlar.  Onlardan 
birini  -  məşhur  generalımız  Əliağa  Şıxlinskini  həssas  oxucu  şübhəsiz  ki  tanıdı. 
Digəri  isə  indiyədək  haqqında  müasirlərimizin  məlumatı  olmadığı  general-mayor 
Süleyman  bəy  Əlisüleyman  oğlu  Əfəndiyevdir.  İlk  dəfə      Azərbaycan  hərbiyyə 
məktəbinin  açılmasında  və  Gəncə  süvari  alayının  yaradılmasında  böyük  xidməti 
olan  görkəmli  sərkərdələrimizdən  biridir.  Azərbaycan  Demokratik  ordusunun 
sıralarında  cəmi-cümlətanı  bir  il  general  kimi  xidmət  edən  Süleyman  bəy 
Əfəndiyevin adı yetmiş üç il arxiv səhifələrində gizlədilmişdir. Beş il bundan əvvəl 


32 
 
onun haqqında əlimizdə çox az məlumat olduğuna görə, mətbuatda çıxış eləməyə 
cəsarət etmirdik. Tədqiqatçı dostumuz Alxan Məmmədov «Azərbaycan» qəzetinin 
3  mart  1919-cu  il  və  «İstiqlal»  qəzetinin  10  mart  1919-cu  il  tarixli  nömrələrində 
general  barədə  əldə  etdiyi  kiçik  həcmli  yazıları  səxavətlə  bizə  bağışladı.  Hər 
ikisində  —  «Möhtərəm  bir  generalın  ölümü»  və  «General  Süleyman  bəy» 
yazılarında xalqımızın sərkərdə oğlunun ömür yolu haqqında dolğun məlumat əldə 
etdiyimizə  görə  alim  dostumuza  təşəkkürümüzü  bildiririk.  Yazılardan  görünür  ki, 
1919-cu  ildə  qəflətən  səpmə  yatalaq  xəstəliyinə  tutulan  general  Süleyman  bəy 
Əfəndiyevin vaxtsız ölümü bütün Azərbaycan istimaiyyəti üçün ağır itki olmuşdur. 
«İstiqlal» qəzetində imzasız verilmiş yazıdan bunu açıq-aydın görmək olur. 
«Ey  möhtərəm  əsgər!  Sən  Azərbaycanın  ən  qəhrəman  övladı  idin.  Sən 
öldün. Fəqət, sənin qəhrəmanlığın səndən sonraya yetişəcək, zabitlərimiz arasında 
ölməyəcəksən. Səni Azərbaycan hərb tarixində yad etmək Azərbaycan üçün böyük 
bir  şərəfdir.  Sənin  ruhuna  təzim  və  hörmətlərimizi  ithaf  edər  ikən  Vətən  və 
millətimizə də bəyan-təziyyət eyləriz». 
Bəs  general  Süleyman  bəy  Əfəndiyevin  on  yeddinci  ilə  qədərki  fəaliyyəti 
necə  və  harada  keçmişdir?  Bu  suala  tarixin  dərin  qatlarında,  toz  basmış  arxiv 
sənədləri cavab verir. 
...1864-cü  il  oktyabrın  5-də  Süleyman  bəy  Əlisüleyman  oğlu  Əfəndiyev 
Ağdamda dünyaya gəlmişdir. İlk təhsilini Gəncədəki progimnaziyada
1
 almışdır. On 
altı  yaşında  həmin  məktəbi  bitirən  Süleyman  bəy  1880-ci  ildə  Yelizavetqrad
2
 
süvari  məktəbinə  daxil  olmuş  və  oranı  1885-ci  ildə  müvəffəqiyyətlə  bitirmişdir. 
Hərbi  xidmətə  Qafqaz  süvari  ordusunun  polis  nəzarəti  idarəsində  başlayan  gənc 
zabit  Süleyman  bəy  iki  il  sonra,  mayın  18-də  kornet-zabit  rütbəsi  ilə  təltif 
olunmuşdur. 
Eskadron  komandiri  Süleyman  bəy  Əfəndiyev  nümunəvi  xidmətinə  görə 
1899-cu il martın 15-də rotmistr 
(kapitan)  rütbəsinə  layiq  görülmüş  və  ona 
kavaler kimi fəxri ad verilmişdir. 
1900-cü  ildə  isə  üçüncü  dərəcəli  «Müqəddəs  Stanislav»  ordeni  ilə  təltif 
olunmuşdur. 
Əsrimizin əvvəllərində xidmət yeri bir neçə dəfə dəyişdirilən Süleyman bəy 
1907-ci il fevralın 28-dən Zaqafqaziya polis keşikçi dəstəsinin Kutaisi quberniyası 
üzrə baş nəzarətçisi təyin olunmuşdur. 
Süleyman  bəy  Əfəndiyev  yalnız  hərbçi  deyildi.  O  həm  də  xalqımızın 
maariflənməsində görkəmli ictimai xadim kimi fəal iştirak etmişdir. Tez-tez Qoriyə 
gələn,  azərbaycanlı  balalarının  təhsili  və  güzəranı  ilə  maraqlanan  Süleyman  bəy 
onlara maddi köməyini əsirgəməmişdir. Görkəmli maarifçi, ədəbiyyatşünas Firidun 
                                                           
1
 İnqilabdan əvvəl dörd, yaxud altısinifli natamam təhsil verən məktəb — müəl. 
2
 İndiki Kirovoqrad şəhəri  — müəl. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə