Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

47 
 
Danışan  Ədilə  xanım  Şıxlinskayanın  oğlu  Rüstəm  idi.  On  ildən  sonra  bu 
görüşün baş tutması üçün polkovnik Rüstəm bəyin nəvəsi Rüstəmə təşəkkür edib, 
Qazaxa getdim. Gedəndə özümlə respublika kino-fotosənədlər arxivindən tapdığım 
iki  nadir  şəkli  də  götürmüşdüm.  1919-cu  ildə  çəkilən  bu  şəkillərdə  Azərbaycan 
Xalq  Cümhuriyyəti  Ordusunun  general  və  zabitləri  təsvir  olunmuşdu.  Hər  iki 
şəkildə cavan bir zabitin ad-famili yazılmışdı: Bahadır bəy Vəkilov. 
 
*** 
Elə  ilk  görüşdən  bir-birimizdən  üzrxahlıq  elədik.  Ədilə  xanım  yanıqlı-
yanıqlı dedi ki, gözüm qorxub, ay oğul, iyirminci, bir də otuz yeddinci illər bizim 
ailəyə  heç  nədən  çox  ağır  zərbələr  vurub.  Sənin  ön  il  bundan  qabaqkı  telefon 
zəngində isə yara hələ isti idi. Şəkillərin yarasını deyirəm, ən çox məni yandıran da 
Əliağa  babamın  ağ  at  üstündə  çəkilmiş  yeganə  fotoşəkli  idi.  Günah  məndə  oldu, 
heç  olmasa  üzünü  çıxartdırıb  özümdə  saxlamadım.  Rüstəm  dönə-dönə  gedib  o 
rejissoru axtarıb. Deyiblər rəhmətə gedib. Şəkillər də itdi-batdı. Nə isə olan-oldu, 
keçən-keçdi... Məndə qalan şəkillər bunlardı, — deyib, Ədilə xanım «Nikolaydan 
qalma» bir albomu stolun üstünə qoydu. Albomun ilk səhifəsində çərkəzi geyimli 
cavan  bir  zabit  şəkli...  İri  ala  gözləri  necə  də  tanış  və  doğmadır.  Mənim  şəklə 
diqqətlə baxdığımı   görən Ədilə xanım: 
—Dayımdı,  —  dedi,  —  müsavat  zabiti  olduğuna  görə  iyirminci  ildə 
bolşeviklər onu da güllələyiblər. 
Onun  səsindəki  təsvirəgəlməz  kövrəklik,  həzin  bir  qəm  dalğası  varlığımı 
titrətdi.  Adam  belə  anlarda  qarşısındakına  təsəlli  verməkdən  də  məhrum  olur. 
Daxili  təlatüm,  vicdanın  səsi  olub  keçmiş  ədalətsizliyi,  vəhşiliyi  ittiham  edir. 
Dərindən  köks  ötürüb,  «heyf»  —  deməkdən  başqa  əlindən  bir  şey  gəlmir.  Çünki 
nahaq  qan  tökənləri,  heç  nədən  insan  güllələdənləri  ittiham  etmək  gecdir.  O 
vəhşiləri  indi  tarix  mühakimə  edir.  Tarix  öz  səhifələrində  onlara  amansız  cəza 
verir, gec də olsa əyrini-əyri, düzü-düz yazır. 
Ağır qəm yükünün altından qurtarmaq xatirinə soruşdum: 
—Dayınızın adı necədir, Ədilə xanım? 
—Bahadır bəy Vəkilov. 
—Ola bilməz, — dedim. — Özümdən asılı olmayaraq səsim bərkdən çıxdı. 
—Onda bu şəkillərə baxın, zəhmət olmasa... 
Mən  özümlə  götürdüyüm  bir  qrup  milli  ordu  əsgərinin  iki  fotoşəklini  ona 
göstərdim. 
—Bu, tən ortada oturan Bahadır dayımdı, — dedi. İkinci şəklə baxır: — Bu 
da odu, dayımdı...
 
Bu şəkillər bizdə yoxdu. Sizdə hardandı? — deyə soruşdu. 
—Arxivdən tapmışam, — dedim. 
—Oy,  nə  yaxşı  iş  görmüsünüz,  çox  sağ  olun...  Mənim  anam  Böyükxanım 
Vəkilovlardandır.  İbrahim  ağa  Vəkilovun  qızıdır.  General-topoqraf          İbrahim 
ağanın  yox,  o,  Paşa  ağanın  oğludur.  Mənim  babam  isə  Pənah  ağa  Vəkilovun 


48 
 
oğludur.  İkicə  dayım  vardı:  böyüyü  İsfəndiyar  bəy,  kiçiyi  isə  Bahadır  bəy  idi. 
İsfəndiyar dayım 1907-ci ildə Qori seminariyasını qurtarmışdı. Bir müddət  Bakıda 
rus-tatar  məktəbində  müəllim  işləyib.  1910-cu  ilin  yayında  görkəmli  maarifçi 
Əhmədağa  Mustafayevin  Dilicanda  ədəbi  fəaliyyətinin  iyirmi  beş  illiyi  keçirilib. 
Dayım  yubileyin  təşkilatçısı  olub.  Böyük  şairimiz      M.Ə.Sabirin  «Hophopnamə» 
sinin  nəşri  üçün  ianə  toplayıb.  1918-ci  ildə  Qazax  seminariyası  açılanda    Firidun 
bəy  Köçərli  onu  Qazaxa  dəvət  edib.  Səməd  Vurğunun,  Seyfulla  Şamilovun, 
Mirqasım  Əfəndiyevin,  Osman  Sarıvəllinin,  Mehdi  Hüseynin,  Mehdixan 
Vəkilovun  və  yüzlərlə  seminaristin  müəllimi  olub.  Bolşevik  hökuməti  qurulanda      
əksinqilabçı-müsavatçı fəaliyyətinə görə Solovki konslagerinə sürgün etdilər. Ana 
tərəfimdən  Solovki  adalarında  əzab  çəkənlər  çox  olub.  Müsavat    parlamentinin 
üzvü  Rəhim  bəy  Vəkilov,  maarifçi  Zəkəriyyə  Vəkilov,  Məmmədhəsən    Vəkilov-
Baharlı, Bakı Darülmüəllimatının direktoru Mədinə xanım Vəkilova-Qiyasbəyli isə 
otuz  yeddinci  ildə  güllələndi.  Azərbaycan  parlamentinin  üzvü,  partiyanın  ikinci 
lideri  Mustafa  ağa  Nadir  bəy  oğlu  Vəkilov  1920-ci  ildə  Türkiyəyə  mühacirətə 
getdi..Solovki konslagerində on il həbs cəzası çəkən dayım İsfəndiyar bəy Vəkilov 
1936-cı  ilin  noyabrında  qayıtdı.  Ömrünün  axırına  kimi    müəllimlik  etdi.  1960-cı 
ildə vəfat edən dayımın indi bir qızı, bir oğlu qalır. Oğlu İbrahim Vəkilov istefada 
olan  polkovnikdir.  Kiçik  dayım  Bahadır  bəy  Vəkilov  idi.  Bayaq  dediyim  kimi 
iyirminci  ildə  cavankən  bolşeviklər  güllələdilər,  heç    evlənməmişdi  də.  Sizin 
tapdığınız şəklin arxasında yazılıbmı, neçənci ildə çəkilib? 
—1919-cu ildə çəkilib, — deyə cavab verdim. 
—Mənimlə  yaşıddı,  dayımın  şəkli,  —  deyib  Ədilə  xanım  qəmli-qəmli 
köksünü ötürür. Ovcundakı xırdaca güllü dəsmalla nəmli gözlərini sildi. 
—Ədilə xanım, bolşeviklər ana tərəfinizdən ona görə çox adamı güllələyib, 
sürgün  ediblər  ki,  Rəhim  bəy  Vəkilov  müsavat  parlamentinin  üzvü  olub  və 
nəslinizdə  bəylik  varmış.  Əslində  maarifçilər  daha  çox  olub.  Tbilisidəki  Qori 
seminariyasının arxivində işləyəndə bir dəfə maraqlandım ki, görüm neçə Vəkilov 
oxuyub. Saydım, on bir nəfər idi. Hələ Qazax seminariyasını qurtaranlar da olub... 
Bəs, ata tərəfinizi niyə incidiblər? 
—  Ata  tərəfimdə  də  ağalıq  var  idi.  «Ağalıq»  yeri  adlanan  Şıxlinskilərə 
məxsus  torpaqlar  indi  də    qalır.  Birinci  Şıxlıya    çatmamış,  Kür  qırağı  yerlər 
Şıxlinskilərin  olub.  İndi  orda  üzüm  bağı  salınıb...  Polkovnik  atam  Rüstəm  bəy 
Şıxlinskini  də  1920-ci  ildə  bolşeviklər  güllələdilər.  Bizim  ailə  Bakıdan  Qazaxa 
köçdü.  Sonra  Gəncə  üsyanı  oldu.  Cavad  əmim  İrana  getdi.  Evimizdə  başıpapaqlı 
qalmadı. Anam  Qazaxda arteldə dərzi işləyirdi, bir təhər dolanırdıq. 1932-ci ildə 
olan  bir  hadisə  heç  vaxt  yadımdan  çıxmır.  «Çistka»  vaxtı  idi.  Bir  gün  anamı 
komsomolçular  kluba  çağırdılar.  Belə  yerlərdə  heç  vaxt  olmayan  anam  getmək 
istəmirdi,  utanırdı.  Dedilər  ki,  Bakıdan  «çistka»  aparmağa  nümayəndə  gəlib, 
getməsən  vəziyyətin  daha  pis  olar.  «Kulak»  kimi  sürgün  edərlər,  körpələrinə 
yazığın  gəlsin.  Onda  anam  məni  də  özü  ilə  apardı.  Yığıncaq  başlandı.  Səsə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə