Çingiz Məmmədov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/70
tarix14.12.2017
ölçüsü2,8 Kb.
#15616
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

39 
 
tədqiqatçılar  səhvən  general-leytenant  Məmmədbəyi  Kazımbəy  Sulkeviç  kimi  də 
yazırlar. 
General Sulkeviçin həyat yoldaşı Məryəm xanım isə məhşur milyonçu H. Z. 
Tağıyevin  qız  məktəbində  müəllim  işləmiş  və  Bakı  Müsəlman  qadınlarının 
Xeyriyyə Cəmiyyətinin fəal üzvü olmuşdur. Digər bir ziyalı qadın — Leyla xanım 
Sulkeviç  Azərbaycan  Parlamentinin  dəftərxana  işləri  idarəsində  iş  icraçısı 
vəzifəsində işləmişdir. 
İnqilabdan əvvəl dini müsəlman olan oğullara hərbi akademik təhsil almaq 
demək  olar  ki,  nəsib  olmamışdır.  İndiyə  qədərki  tədqiqatımızda  Məmmədbəy 
Sulkeviç  İmperiyanın  Baş  Qərargah  Akademiyasında  ali  hərbi  təhsil  alan  ilk 
dindaşımızdır. O, 1894-cü ildə Baş Qərargah Akademiyasını bitirib. Bundan əvvəl 
isə  Voronej  Kadet  korpusunda  və  Peterburqdakı  Mixaylovsk  Artilleriya 
məktəbində oxumuşdur. Həqiqi hərbi xidmətə 1883-cü ildə başlayan Məmmədbəyə 
üç il sonra podporuçik rütbəsi verilmişdi. 
Məmmədbəy  Sulkeviç  tarixə  «Boksyor  üsyanı»  kimi  daxil  olan  (1899—
1901-ci  illərdə)  Şimali  Çin  antiimperialist  və  rus-yapon  müharibəsində  iştirak 
etmişdir. Port-Artur döyüşlərində piyada diviziyasının qərargah rəisi və Modlinski 
piyada  alayının  komandiri  olan  Məmmədbəy  Sulkeviçin  xidməti  «İgidliyə  görə» 
medalı ilə və qızıl qılıncla təltif olunmuşdu. 
İstedadlı sərkərdə kimi tanınan Məmmədbəy həm də hərb elminin tanınmış 
alimi idi. Odessa Hərbi Dairəsinin təşkilatçısı olan Sulkeviç uzun illər həmin dairə 
qoşunlarının  komandanı  olmuşdu.  Məmmədbəy  Sulkeviç  özünün  əmrlərindən, 
elmi  əsərlərdən  və  məsləhətlərdən  ibarət  ikicildlik  əsərlərini  nəşr  etmişdir.  Rus 
tədqiqatçılarının  yazdığına  görə,  onun  hərbi  tövsiyyələrindən  nəinki  Rusiyada, 
hətta xarici ölkələrin ordularında da istifadə olunmuşdur. 
General  Məmmədbəy  Sulkeviçi  Rusiyada  yaşayan  müsəlmanların  taleyi 
ciddi  düşündürmüşdür.  Dindaşlarının  xristianlar  arasında  azad  nəfəs  almaması, 
sərbəst yaşamamaları onu qeyrətli vətəndaş kimi həmişə narahat etmişdir. O, 1902-
ci ildə Polşa şərqşünası, Peterburq Universitetinin professoru Anton Muxlinskinin 
(1808—1877)  «Litva  tatarlarının  mənşəyinin  araşdırılması  və  vəziyyəti»  kitabını 
Odessada öz xərcinə nəşr etmişdi. 
1915-ci  ildə  33-cü  piyada  diviziyasının  komandiri  Məmmədbəy  Sulkeviçə 
general-leytenant  rütbəsi  verilib.  Buna  qədər  o,  on  birinci  orduda  korpus 
qərargahının rəisi idi. Birinci cahan müharibəsi başlananda onun qərargah-mənzili 
Kazan şəhərində yerləşmişdir. O, «Əsgəri şuro» tatar təşkilatının Mərkəzi Komitəsi 
ilə  sıx  əlaqə  saxlayır  və  Rumıniya  cəbhəsində  müsəlmanlardan  ibarət  Birinci 
Əlahiddə korpusu təşkil edir. General Sulkeviçin üç müsəlman diviziyasının təşkili 
haqqında  arayışı  Ümumrusiya  Müsəlman  Şurasının  «Xəbərlər»ində,  1917-ci  ildə 
xalqa çatdırılıb. 
Müsəlman Hərbi Korpusu yaradan Məmmədbəyin ən böyük arzusu Kazana, 
ya  da  Krıma  gedib  dindaşlarının  milli  istək  və  arzularını  həyata  keçirmək  idi. 


40 
 
Nəhayət  1918-ci  ilin  yazında  «Əsgəri  şuro»nun  əmrilə  Sulkeviç  öz  korpusu  ilə 
Krıma  gəlir.  Bu  vaxt  Krımda  vəziyyət  olduqca  ağır  idi.  «Bolşeviklər  vəhşicəsinə 
yerli  əhalinin  qanını  tökürdülər».  (Anton  Denikinin  «Rus  qiyamı  haqqında 
oçerklər» kitabı). 
Bu  zaman  ölkədəki  anarxiyadan  istifadə  edən  alman  generalı  Koşanın 
diviziyası  da  gəlib  Krıma  çıxmışdı.  General  Koşanın  dəstələri  Sulkeviçin 
Korpusunun yolunu kəsib onu tərksilah edir. Lakin almanlarla sülh danışıqlarından 
sonra onların köməyi və təklifi ilə Sulkeviç Krımın Baş Naziri təyin olunur. 
General  Sulkeviçin  Krım  dövrü  özünün  siyasi  fəallığı  ilə  çox  maraqlıdır. 
Tatar  əhalisinin  mövqeyinin  sabitləşməsində  bir  sıra  tədbirləri  həyata  keçirmiş, 
Krım dövlətinə başçılıq etdiyini demək kifayətdir. 
Sulkeviçin  Beynəlxalq  siyasətdə  ən  mühüm  addımlarından  biri  Krım 
hökümətinin  səfiri  kimi  tatarların  «Millət»  qəzetinin  keçmiş  baş  redaktoru  Səbri 
Ayvazovu  İstanbula  Krım  dövlətinin  səfiri  göndərməsi  oldu.  Bu  da  Türkiyədə 
böyük ruh yüksəkliyi ilə qarşılandı. Ona Avropa səfirləri arasında fəxri yer ayrıldı. 
Eyni  zamanda  Krım  səfirinin  İstambulda  olması  Berlində  bir  qədər  narahatçılıq 
yaratdı.  General  Sulkeviç  höküməti  keçmiş  Rusiya  imperiyasının  ərazisində 
yaranmış başqa müsəlman dövlətləri ilə də əlaqə yaradırdı. Məhz bu məqsədlə də 
Azərbaycanın Bakıdakı hərbi nazirinin adına xoş məramlı məktub göndərilmişdi. 
General  Məmmədbəy  Sulkeviç  hökuməti  humanizm  prinsiplərinə 
arxalanırdı, o, özü isə həqiqi mənada demokrat siyasətçi idi. 
1918-ci  ilin  sonlarında  Krımın  taleyində  dəyişiklik  oldu.  Ağqvardiyaçı 
general  Anton  Denikinin  könüllü  ordusu  Krımı  zəbt  etdi.  General  Sulkeviç 
hökuməti yıxıldı. Nə Vilhelm hökuməti, nə də Türkiyə ona kömək edə bildi. Çünki 
özlərində  də  vəziyyət  ağır  idi.  1918-ci  il  noyabrın  3-də  alman  generalı  Koş 
məktubla Sulkeviçə bildirdi ki, bundan sonra ona kömək edə bilməyəcək. Ona görə 
də yarımadanın taleyi dəyişdi. Məmmədbəy Sulkeviç könüllü ordunun komandanı 
Anton Denikinin təzyiqi ilə Krımı tərk etməli olur. 
Ağqvardiyaçı  general  Anton  Denikin  yazır  ki,  noyabrın  dördündə 
Məmmədbəy  Sulkeviç  mənə  —  Yekaterinodara  teleqram  göndərdi  ki,  Almaniya 
qoşunları  arasında  sürətli  dağılma  gedir.  Silahlı  qüvvə  olmadığına  görə  (almanlar 
Krımda  silahlı  qüvvələr  yaradılmasını  qəti  surətdə  qadağan  ediblər  —  Ş.  N.), 
mübarizə  üçün  heç  bir  dayaq  yoxdur.  Yenidən  partlayışlar  və  bolşeviklərin 
amansızlıqları  təkrar  oluna  bilər...  Vəziyyət  müttəfiqlərin      donanmasının  və 
könüllülərin tezliklə köməyə gəlməsini aydın surətdə tələb edir... 
Sol  partiyaların  mübarizəsi  və  güclü  təbliğatına  görə  mənim  kabinetim  öz 
səlahiyyətlərindən  əl  çəkir,  öz  yerini  kadetlərdən,  sosialistlərdən  və  tatarlardan 
ibarət koalisiyalı nazirliyə verir...». 
Bundan  sonra  general-leytenant  Məmmədbəy  Sulkeviç  Azərbaycana  gəlir. 
Az  müddətdə  birinci  süvari  müsəlman  diviziyasının  komandiri  və  sonra  Baş 
Qərargahın  rəisi  olur.  Xüsusilə,  1919-cu  ilin  iyun  ayının  on  altısında  Azərbaycan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə